REY

eyni adlı hind rejissoru (XX əsr), türk bəstəkarı (XIX əsr) və İran şəhərinin adındandır.
RESTUN
RƏBBANİ
OBASTAN VİKİ
Ceyms Rey
Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini olmuşdur. 1919-cu ilin oktyabrında Haskel Parisə çağırıldıqda, onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Dərələyəzdə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmış, oktyabrın 24-də V.Haskelin Naxçıvanda neytral zona yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan etmişdir. Bəyanata əsasən, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund Dellinin qubernator təyin edilməsi haqqında iki bənddən ibarət sərəncam imzalamış, lakin Milli Şuranın və Naxçıvan əhalisinin təkidilə qərarını dəyişdirərək, polkovnik Dellinin Naxçıvanda general-qubernator deyil, Amerika ali komissarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Ceyms Rey Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazini Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərəfindən təminatçı kimi Ceyms Rey də imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yolla həll edə bilmədikdə neytral şəxslərdən ibarət münsiflər məhkəməsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sazişdə belə neytral şəxsin Ceyms olduğu göstərilirdi. Ceyms Rey, həmçinin Harbord missiyasının Azərbaycan üzrə müvəkkili olmuşdur. Paris sülh konfransındakı Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər.
Billi Rey Sayrus
Billi Rey Sayrus — (ing. Billy Ray Cyrus; d. 25 avqust 1961, Kentukki, ABŞ), Amerikalı aktyor və müğənni. Bu ana qədər 29 single albomu vardır. Bu albomlardan 15 dünya sıralamasında ilk 40-a girmişdir. Sayrus televiziya seriallarına 2001-ci ildə Doc serialıyla çıxmışdır və bu filmdə 2004-cü ilə qədər rol almışdır. Billi Rey Sayrus, qızı Mayli Sayrus ilə Hanna Montana seçmələrinə qatılmışdır. Orada Robbie Ray Steward rolunu almışdır. Mayli Sayrus'un bir çox mahnısını yazmış və bəstələmişdir. Serialda Miley Stewart'ın atası Robbie Ray Stewart olaraq oynamışdır.
Copa del Rey
== Klub performansı ==
Rey
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Rey Bredberi
Rey Duqlas Bredberi — amerikalı yazıçı və ssenarist. 20-21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır. Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır.O, əsasən fantastika janrında yazırdı,ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış - Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur.Əsərlərinin bir çoxu filmə çəkilmişdir. == Erkən həyatı == Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir.Anası Ester Bredberi (1888-1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890-1957) isə ingilis idi. Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir.Bu illər gələcəkdə onun yazıçılıq kariyerasında böyük rol oynadı.Onun fantastik əsərlərində Uokiqan "Yaşıl Şəhər"-ə çevrilir.
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. == Həyatı == Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.
Rey Hino
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. == Profil == Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Rey Hiquçi
Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. == Karyerası == Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Rey Kavakubo
Rey Kavakubo (川久保 玲, 11 oktyabr 1942[…], Tokio[d]) – Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur. == İlk illəri == Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır.1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır. == Karyerası == 1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur. 1975-ci ildə isə ilk butiki açılmışdır.
Rey Kərimoğlu
Rey Kərimoğlu (Qasımov) (09.07.1967, Şıxbabalı, Ağdam rayonu) — Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Rey Kərim oğlu Qasımov 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir Türk ailəsində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ailəlidir. == Qarabağ müharibəsində iştirakı == Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Qarabağ müharibəsinin şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin həlak olduğu gün Ağdamdan Əsgəran istiqamətində təşkil olunmuş yürüşdə iştirak edib.Mühəribənin ilk dövründə gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə könüllü müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyata keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib. 1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində Milli Ordu sıralarına qoşulub. Həmin hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib.
Rey Məmmədbəyli
Rey Məmmədbəyli — Azərbaycanlı futbolçu. Belçika futbol çempionatının super liqasında çıxış edən "Sent-Trüyden" futbol klubunun oyunçusu. Rey Məmmədbəyli 6 yaşından İslam Kərimovun rəhbərliyi altında futbol oynamağa başlamış, sonralar Vaqif Paşayevin nəzarətində məşq etmişdir. Valideynlərinin işi ilə əlaqədar Belçikaya köçməli olmuşdur. Oradakı futbol məktəblərindən birinə yazılmışdır. Əvvəlcə "Herent"in sıralarına qoşulmuş, sonradan "Löven"ə keçmişdir. 2008/2009 mövsümündə isə "Sent-Trüden"lə müqavilə bağlamışdır. "Sent-Trüden"in heyətində Belçika çempionatının ikinci dəstəsində son 3 turda oynamaq şansı qazanmış və 2 qol vurmuşdur. Atası Elgiz Məmmədov da peşəkar futbolçu olmuş, Kəpəz, Qarabağ, Neftçi klublarında çıxış etmişdir. == Uğurları == Belçika çempionatının ikinci dəstəsində çıxış etdiyi 36 oyunda 32 qol vurmuşdur.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Rey Tomlinson
Rey Tomlinson (ing. Raymond Samuel Tomlinson; d. 17 yanvar 1941, Amsterdam, Nyu-York, ABŞ) — ABŞ ixtiraçısı, @ işarəsinin banisi. == Həyatı == Rey Tomlinson 17 yanvar 1941-ci ildə Nyu-York ştatının Amsterdam şəhərində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib və "Bolt, Beranek and Newman" (BBN) şirkətində işləməyə başlayıb. == "ARPANET" == 1968-ci ildə şirkət müasir internetin sələfi olan "ARPANET" şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-nin Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı. 1969-cu ilin yanvar ayının 2-də "ARPANET" adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir.
Rey Yuri
Raymond Klarens Yuri — səkkiz Olimpiya və iki növbədənkənar Yay Olimpiya Oyunları qızılına malik ABŞ-lı yüngül atletika idmançısıdır. Bu nəticələrlə o, bütün zamanların ən uğurlu olimpiyadaçıları arasında özünəməxsus yer tutur. Ayrı-ayrı növlər üzrə yarışlarda qazandığı səkkiz Olimpiya qızılı ilə yalnız 18 Olimpiya qızılına malik olan Maykl Felps-dən geri qalır. == Həyatı və karyerası == Yuri ABŞ-nin İndiana ştatının Lafayette şəhərində qüsurlu uşaq kimi anadan olub. Qısa müddət ərzində, o, əlil arabasından istifadə edib və onun, ömürlük iflic ola biləcəyindən qorxurdular. Lakin Yuri öz fiziki məşqlərini etdi və xəstəliyə qalib gəlməyi bacardı. Yuri Perdyu Universitetinə gedib və Siqma Nu cəmiyyətinin üzvü olub. Perdyuda mühəndislik diplomu aldıqdan sonra o, Nyu-York İdman Klubunun üzvlüyünə yazılıb. Orada Yuri hal-hazırda mövcud olmayan yerindən uzununa, hündürlüyə və üç təkanla tullanma yarışlarında ixtisaslaşmışdı. Yuri dünyada ən yaxşı yerindən tullanma idmançısı olub.
Rey burnu
Rey burnu (ing. Cape Ray) — Kanadanın Nyufaundlend adasının cənub-qərb qutaracağında yerləşən burun. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Burunun qarşı tərəfimndə Niort burnu yerləşir (Keyp-Breton adası ucqar şərq nöqtəsi).
Rey Çarlz
Rey Çarlz Robinson (ing. Ray Charles Robinson) - Məşhur amerikalı musiqiçi.
Rey şəhristanı
Rey şəhristanı (fars. شهرستان ری‎) — İranın Tehran ostanının 14 şəhristanından biridir. Şəhristan 3 bəxşə ayrılmışdır: Rey mərkəzi bəxşı Kahrizək bəxşı Faşapoyeh bəxşı, bəxş mərkəzi Həsənabad şəhəridir.Şəhristanın 2006-cı ildə əhali sayı 292.016, idari mərkəzi Rey şəhəridir. == Məntəqələri == Şəhristan içində əhalisi 2006 rəsmi sayımına görə 8000i aşan yerleşim yerleri və bağlı olduqları bəxşlər aşağıdaki grafikte gösterilmiştir.*Bahş merkezleri kalın yazıyla belirtilmiştir.
Rey Cenet
Əsasən Pirat ləqəbi ilə xatırlanan Rey Cenet (27 iyul 1931 - 2 oktyabr 1979) İsveçrə əsilli Amerikalı alpinist. O, Şimali Amerikanın ən yüksək dağı Alyaskanın Denali dağı (Mak-Kinli dağı) üzrə ilk bələdçi olub. Cenet aktrisa Korianka Kilçerin babasıdır. == Karyera == Cenetin Denali dağı ilə əlaqəsi 1967-ci ildə əvvəllər alpinizm təcrübəsi olmasa da, Qreq Blamberqin başçılığı ilə Denalinin zirvəsinə ilk uğurlu qış ekspedisiyasında iştirak edəndə başladı. Ekspedisiya Art Deyvidson tərəfindən Mənfi 148 dərəcə: Mak-Kinli dağının ilk qış qalxışı (1970)də təsvir edilmişdir. == Ölüm == Cenet 2 oktyabr 1979-cu ildə alpinist həmkarı Hannelore Şmatz ilə birlikdə Everest dağından enərkən gecə hipotermiyaya düşərək öldü. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə çadır (kiçik sığınacaq) qurmaq üçün dayanmışdılar. İki Şerpa bələdçisi, Sunqdare Şerpa və Anq Janqbo, onların çadırlarında (sığınacaq) onlarla qaldı, lakin Cenet səhərə qədər sağ qala bilmədi. Qrupda oksigen balonu tükənirdi və Şmatz həmin gün Sunqdare ilə birlikdə "Cənub yəhəri"nə enmək istəyərkən öldü.
Kopa del Rey
== Klub performansı ==
Lana Del Rey
Lana Del Rey (Əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985, Nyu-York, Nyu-York ştatı) — amerikalı müğənni, mahnı yazarı. O melanxolik, qlamur və kino üslublu mahnıları ilə tanınır. Del Rey altı "Qremmi" mükafatı və "Qızıl Qlobus" mükafatına nominasiyalardan əlavə iki "Brit" mükafatı, iki "MTV Avropa" musiqi mükafatı və "Peyk" mükafatı da daxil olmaqla müxtəlif mükafatlara layiq görülüb. Variety onu "21-ci əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" olduğuna görə təltif etmişdir.Nyu-York ştatının ətrafında böyüyən Del Rey, musiqi karyerasına davam etmək üçün 2005-ci ildə Nyu-York şəhərinə köçdü. 2011-ci ildə "Video Games" sinqlının viral uğurundan sonra o, Polydor və Interscope şirkəti ilə müqavilə bağladı. O "Summertime Sadness" hitinin daxil olduğu 2012-ci ildə buraxdığı ikinci albomu "Born to Die" ilə daha da kritik və kommersiya uğuru qazandı. Del Reyin 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200-də yer aldı. O, dördüncü və beşinci, "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki buraxılışlarının stilinə geri qayıtdı. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkdi. Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü gördü.
2013 Reyhanlı partlayışları
2013 Reyhanlı partlayışları (türk. 2013 Reyhanlı saldırıları) - 2015-ci ilin 11 may tarixində Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında yerli vaxtla saat 13:55-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində 52 nəfərin həlak olduğu və 146 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri
ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir. "Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir. Reyestr 1966-cı ildən bəri aparılır.
Adi reyhan
Adi reyhan, dirrik reyhanı və ya nəcib reyhan (lat. Ocimum basilicum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.
Adi reys (film, 1974)
Adi reys qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən 1974-cü ildə Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır. == Məzmun == Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır.9-cu beşilliyin həlledici ili onun üçün uğurlu olmuşdur. İrəlidən təyinedici il gəlir! Maşinist üzərinə düşən planları necə yerinə yetirir? Televiziya filmi bu barədə danışır.
Aeroflot Hava Yolları reys 6502
Aeroflot Hava Yolları reys 6502 (rus. Катастрофа Ту-134 в Куйбышеве) — 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirən Tupolev Tu-134 A tipli təyyarənin qəzaya uğraması ilə nəticələnmiş hadisə. Təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərindən Çeçenistanın paytaxtə Qroznı şəhəri istiqamətindəki uşuşu həyata keçirən zaman qəzaya uğramış və hadisə nəticəsində təyyarədə olan 7 nəfəri uçuş heyəti üzvü olmaqla, ümumilikdə 94 nəfərdən 70 nəfəri, o cümlədən 66 sərnişin və 4 heyət üzvü həlak olmuş, 24 nəfər isə sağ qalmışdır. Qəzanın baş verməsinə təyyarə kapitanı Aleksandr Klyuyevin kobud səhlənkarlığı və ikinci pilot Gennadi Jirnov ilə yerə baxmadan təyyarəni gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur. Hadisədən sonra keçirilmiş məhkəmənin qərarı ilə pilot qəzanın səbəbkarı kimi göstərilmiş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. == Uçuş məlumatı == 1979-cu ildə SSRİ-də istehsal olunmuş Tupolev Tu-134 A tipli təyyarə 62327 qeydiyyat nömrəsi ilə əsasən ölkədaxili uçuşları həyata keçirmişdir. Hadisə baş verən zaman heyət kapitan Aleksandr Klyuyev, ikinci pilot Gennadi Jirnov, naviqasiya operatoru İvan Moxonko, uçuş mühəndisi Kyuri Xamzatov və digər üç nəfərdən ibarət olmuşdur.Uşuş planlaşdırmasına əsasən təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinin hava limanından Qroznıya uçmalı, yolüstü Kuybışev Hava Limanında enməli idi. Samara şəhəri SSRİ dövründə Kuybışev adlandırıldığından qəza SSRİ xronikasında Kuybışev təyyarə qəzası olaraq qalmışdır. == Qəza == Qəza, təyyarənin Kuybışev Hava Limanına yaxınlaşması zamanı baş vermişdir. Belə ki, kapitan Aleksandr Klyuyev ikinci pilot Qennadi Jirnovla, təyyarəni pəncərədən bayıra baxmadan və hətta pəncərə örtüklərinin qapalı vəziyyətdə olduğu halda endirə biləcəyi ilə bağlı mərcə girmişdir.
AirAsia Hava Yolları reys 8501
AirAsia Hava Yolları reys 8501 — 2014-cü ilin 28 dekabr tarixində İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru uçan AirAsia Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarə reysi. Təyyarə havada olduğu zaman radarlardan itmişdir.
Albaniyanın beynəlxalq reytinqləri
Albaniyanın beynəlxalq reytinqləri. == Mədəniyyət == Newsweek Dünyanın Ən Yaxşı Ölkələri 2010, 100 ölkə arasında 57-ci yer. == Demoqrafiya == Əhali, 2016: 196 ölkə arasında 137-ci yer. Gözlənilən Ömür 2016, 183 ölkə arasında 37-ci yer. == İqtisadiyyat == İqtisadi Azadlıq İndeksi 2012, 179 ölkə arasında 57-ci yer. İş Eləmə Asanlığı İndeksi 2017, 190 ölkə arasında 58-ci yer. Bərabərsizliyə Görə Düzəldilmiş Humanitar İnkişaf İndeksi 2015, 151 ölkə arasında 55-ci yer. Ticarət Azadlığı İndeksi 2016, 179 ölkə arasında 10-cu yer. Maliyyə Azadlığı İndeksi 2016, 179 ölkə arasında 35-ci yer. Valyuta İndeksi 2016, 181 ölkə arasında 49-cu yer.
Amerika Hava Yolları reys 11
Amerika Hava Yolları reys 11 — 11 sentyabr 2001-ci ildə 11 sentyabr terror aktı zamanı qaçırılan ilk təyyarə . Təyyarə Dünya Ticarət Mərkəzinin Şimal qülləsi ilə toqquşmuşdu. Amerikan Hava yollarına məxsus Boeing 767 təyyarəsi Bostondakı Loqan Beynəlxalq Havalimanından Los-Anceles Beynəlxalq Havalimanına yola düşmüşdü. Təyyarə qalxdıqdan əlli dəqiqə sonra pilotluq təhsilli olan terrorçular zorla kokpitə daxil olmuş və təyyarənin idarəsini ələ keçirərək şimal qülləsinə istiqamətləndirmişdi. Toqquşmada səksən bir nəfər sərnişin (5 terrorçu da daxil olmaqla), on bir ekipaj üzvü olmaqla 92 insan həyatını itirmişdir. Toqquşma amerika saatı (şərq saat qurşağı) ilə 8:46-da meydana gəlmişdi. O əsnada küçədə olanların çoxu toqquşmanı açıq şəkildə görmüşdülər. Toqquşma mindən çox adamın ölməsinə və yaralanmasına səbəb olmuşdu. == Uçuş == Amerika Hava Yollarının 11 səfər saylı uçuşu zamanı təyyarə modeli Boeing 767 olan təyyarə 158 sərnişin tutmuna malik olmasına baxmayaraq 11 sentyabr günü təyyarədə yalnız səksən bir sərnişin və on bir ekipaj üzvü olmuşdur. Təyyarənin pilotları Con Oqonovski və birinci məmur Tomas McGinnes, təyyarənin kabin məmurları isə Barbara Arestegi, Cefri Kollman, Sara Lou, Karen Martin, Kathlin Nikosia, Betti Ong, Cin Rocer, Dianni Snayder və Mədlin Svini olmuşdur.Əl-Qaidə üzvü və hücumların lideri Məhəmməd Atta və digər pirat Əbdüləziz əl-Öməri 11 sentyabr 2001-ci ildə erkən saatlarda birlikdə Portland, Mendən Bostona uçmuşlar.
Amerika Hava Yolları reys 1549
Amerika Hava Yolları reys 1549 Amerikada başvermiş Aviasiya olayıdır.15 yanvar 2009-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində LaGuardia Havalımanından Şimali Karolina əyalətindəki Şarlott Duqlas Beynəlxalq hava limanına getmək üzrə 5 ekipaj və 150 sərnişin ilə havalanan Amerika Havayollarının TWE1549 səfər sayılı Airbus A320-214 model təyyarəsinin havaya yüksəlməsindən yarım dəqiqə sonra hər iki mühərrikinə dəyən quşlar səbəbiylə mühərriklərinin dayanması nəticəsində Nyu-Yorkdakı Hudson çayına qəzalı eniş etmişdir.
Amerika Hava Yolları reys 77
Amerika Hava Yolları reys 77, 11 sentyabr hadisəsinin bir parçası olaraq 11 sentyabr 2001-ci il tarixində Amerika Hava Yollarına məxsus Boeing 757-223 tipli təyyarənin Əl-Qaidə üzvü olan beş nəfər hava piratı tərəfindən qaçırılması və Pentaqona toqquşması ilə nəticələnən daxili reysidir. Təyyarə, Virciniyada yerləşən Pentaqon binası ilə toqquşmuşdur. Toqquşma nəticəsində təyyarədə olan beş terrorçu və altı ekipaj üzvü ilə birlikdə 64 adam və bundan əlavə Pentaqon binasındakı 125 adam həyatını itirmişdir. == Təyyarədə olan insanların milliyətləri == Qeyd: Təyyarədə olan 5 nəfər terrorçu bu siyahıya daxil deyil.
Atlasjet reys 4203
Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir. Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı. Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu. İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi. == Qəza bölgəsi == Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı.
Avianka Hava Yolları reys 203
Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı. == Uçuş == Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu. == Qəza sonrası == Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.
Axırıncı reys (film, 1989)
Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər. == Məzmun == Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır.Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.Tağı həmin gün axırıncı reysini başa vurmağa hazırlaşır. Əvvəlcə sevgilisi ilə danışıb ona evlənməyi təklif eləyir.Paralel olaraq axşam dənizkənarında gəzən sevgililər göstərilir.
Azərbaycan beynəlxalq reytinqlərdə
Azərbaycanın beynəlxalq reytinqləri. == Ümumi == Birləşmiş Millətlər Təşkilatı: İnsan İnkişafı İndeksi, 2010: 172 ölkə arasında 69-cu yer == İqtisadiyyat == Economist Intelligence Unit: İqtisadi risk, 2011: ümumi qiymətləndirmə — 58 % Frazer İnstitutu: İqtisadi Azadlıq, 2011: 141 ölkə arasında 84–86-cı yer; Heritage Fondu və Wall Street Journal: İqtisadi Azadlıq, 2011: 183 ölkə arasında 92-cı yer; Beynəlxalq Maliyyə Kooperasiyası: Biznes Etmənin Asanlığı, 2011: 183 ölkə arasında 54-cü yer, 2012: 185 ölkə arasında 67-ci yer; CIA World Factbook: Real ÜDM artım sürəti, 2006: 215 ölkə arasında 1-ci yer (32.5% artım tempi); Beynəlxalq Valyuta Fondu: Nominal ÜDM, 2006: 181 ölkə arasında 84-cü yer; Beynəlxalq Valyuta Fondu: Adambaşına nominal ÜDM, 2006: 182 ölkə arasında 104-cü yer; Dünya İqtisadi Forumu: Beynəlxalq Rəqabətlilik İndeksi, 2006–2007: 125 ölkə arasında 64-cü yer. == Siyasi == Economist Intelligence Unit: Demokratiya İndeksi, 2010: 167 ölkə arasında 135-ci yer; Freedom House: Mətbuat azadlığı, 2011: 196 ölkə arasında 171-ci yer; Sülh Fondu: Uğursuz Dövlət İndeksi, 2011: 177 ölkə arasında 63-cü yer (ən pis yer 1, ən yaxşı yer 177-ci yerdir); Transparency International: Korrupsiya Qavrayış İndeksi: 163 ölkə arasında 130-cu yer; Sərhədsiz Reportyorlar: Dünyada mətbuat azadlığı indeksi, 2010: 178 ölkə arasında 152-ci yer. == Ətraf mühit == Yel Universiteti: Ətraf mühitin dayanıqlığı indeksi: 146 ölkə arasında 99-cu yer. == Demoqrafiya == Əhali, 2006: 221 ölkə arasında 92-ci yer.
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri — Azərbaycan Respublikası tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin daya yaxşı qorunması üçün hazırlanmış siyahıdır.
Azərbaycanın beynəlxalq reytinqlərdə yeri
Azərbaycanın beynəlxalq reytinqləri. == Ümumi == Birləşmiş Millətlər Təşkilatı: İnsan İnkişafı İndeksi, 2010: 172 ölkə arasında 69-cu yer == İqtisadiyyat == Economist Intelligence Unit: İqtisadi risk, 2011: ümumi qiymətləndirmə — 58 % Frazer İnstitutu: İqtisadi Azadlıq, 2011: 141 ölkə arasında 84–86-cı yer; Heritage Fondu və Wall Street Journal: İqtisadi Azadlıq, 2011: 183 ölkə arasında 92-cı yer; Beynəlxalq Maliyyə Kooperasiyası: Biznes Etmənin Asanlığı, 2011: 183 ölkə arasında 54-cü yer, 2012: 185 ölkə arasında 67-ci yer; CIA World Factbook: Real ÜDM artım sürəti, 2006: 215 ölkə arasında 1-ci yer (32.5% artım tempi); Beynəlxalq Valyuta Fondu: Nominal ÜDM, 2006: 181 ölkə arasında 84-cü yer; Beynəlxalq Valyuta Fondu: Adambaşına nominal ÜDM, 2006: 182 ölkə arasında 104-cü yer; Dünya İqtisadi Forumu: Beynəlxalq Rəqabətlilik İndeksi, 2006–2007: 125 ölkə arasında 64-cü yer. == Siyasi == Economist Intelligence Unit: Demokratiya İndeksi, 2010: 167 ölkə arasında 135-ci yer; Freedom House: Mətbuat azadlığı, 2011: 196 ölkə arasında 171-ci yer; Sülh Fondu: Uğursuz Dövlət İndeksi, 2011: 177 ölkə arasında 63-cü yer (ən pis yer 1, ən yaxşı yer 177-ci yerdir); Transparency International: Korrupsiya Qavrayış İndeksi: 163 ölkə arasında 130-cu yer; Sərhədsiz Reportyorlar: Dünyada mətbuat azadlığı indeksi, 2010: 178 ölkə arasında 152-ci yer. == Ətraf mühit == Yel Universiteti: Ətraf mühitin dayanıqlığı indeksi: 146 ölkə arasında 99-cu yer. == Demoqrafiya == Əhali, 2006: 221 ölkə arasında 92-ci yer.
Azərbaycanın beynəlxalq reytinqləri
Azərbaycanın beynəlxalq reytinqləri. == Ümumi == Birləşmiş Millətlər Təşkilatı: İnsan İnkişafı İndeksi, 2010: 172 ölkə arasında 69-cu yer == İqtisadiyyat == Economist Intelligence Unit: İqtisadi risk, 2011: ümumi qiymətləndirmə — 58 % Frazer İnstitutu: İqtisadi Azadlıq, 2011: 141 ölkə arasında 84–86-cı yer; Heritage Fondu və Wall Street Journal: İqtisadi Azadlıq, 2011: 183 ölkə arasında 92-cı yer; Beynəlxalq Maliyyə Kooperasiyası: Biznes Etmənin Asanlığı, 2011: 183 ölkə arasında 54-cü yer, 2012: 185 ölkə arasında 67-ci yer; CIA World Factbook: Real ÜDM artım sürəti, 2006: 215 ölkə arasında 1-ci yer (32.5% artım tempi); Beynəlxalq Valyuta Fondu: Nominal ÜDM, 2006: 181 ölkə arasında 84-cü yer; Beynəlxalq Valyuta Fondu: Adambaşına nominal ÜDM, 2006: 182 ölkə arasında 104-cü yer; Dünya İqtisadi Forumu: Beynəlxalq Rəqabətlilik İndeksi, 2006–2007: 125 ölkə arasında 64-cü yer. == Siyasi == Economist Intelligence Unit: Demokratiya İndeksi, 2010: 167 ölkə arasında 135-ci yer; Freedom House: Mətbuat azadlığı, 2011: 196 ölkə arasında 171-ci yer; Sülh Fondu: Uğursuz Dövlət İndeksi, 2011: 177 ölkə arasında 63-cü yer (ən pis yer 1, ən yaxşı yer 177-ci yerdir); Transparency International: Korrupsiya Qavrayış İndeksi: 163 ölkə arasında 130-cu yer; Sərhədsiz Reportyorlar: Dünyada mətbuat azadlığı indeksi, 2010: 178 ölkə arasında 152-ci yer. == Ətraf mühit == Yel Universiteti: Ətraf mühitin dayanıqlığı indeksi: 146 ölkə arasında 99-cu yer. == Demoqrafiya == Əhali, 2006: 221 ölkə arasında 92-ci yer.
Aşağı Reyhanlı (Çaldıran)
Aşağı Reyhanlı (fars. ريحانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (5 ailə).
Aşağı Reyn
Aşağı Reyn (fr. Haut-Rhin) — Şimal-Şərqi Fransada departament, Qrand-Est rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-67. İnzibati mərkəzi - Strasburq (inzibati bölgə). Əhali sayı - 1 115 226 nəfər (2010-cu il məlumatına görə). == Coğrafi mövqeyi == Şöbənin sahəsi 4755 km².Şöbənin ərazisində Reyn çayı axır. == Tarixi == Aşağı Reyn yaradılışından sonra iki dəfə, Almaniyanın tərkib hissəsi olub: İlk dəfə (1871-ci ildən 1918-ci ilə qədər) Fransa-Prussiya müharibəsində məğlubiyyət nəticəsində, ikincisi (1940-1945) - İkinci Dünya müharibəsi dövründə. == İnzibati-ərazi bölgüsü == Aşağı Reyn şöbəsində İnzibati islahatdan əvvəl 7 rayon var idi. Aqno-Visambur — 144 icma; Molsem— 77 icma; Savern— 172 icma; Selesta-Ersten — 101 icma; Strasbur — 33 icma.
Banqladeş hava yolları reys 211
ABŞ-Banqla Hava Yollarının 211 saylı reysi Banqladeşin Dəkkəsindən Nepalın Katmandu şəhərinə planlaşdırılmış beynəlxalq sərnişin reysi idi. 12 mart 2018-ci ildə eniş zamanı qəzaya uğrayan təyyarənin göyərtəsində olan 71 nəfərdən 51-i həyatını itirib. ABŞ-Banqla Hava Yolları tərəfindən idarə olunan 76 yerlik Bombardier Q400 qəzadan sonra alovlandı, qəza və yanğın nəticəsində sağ qalan 20 nəfər isə ağır yaralandı.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Coşua Reynolds
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[…], Plimpton[d], Devon qraflığı – 23 fevral 1792[…], London) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur. == Həyatı və təhsili == 1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.

Значение слова в других словарях

косо́й опа́ливаться полу́шка поучи́тельный пра́внука пуховичо́к торго́вище цвети́стый за́водь ни́тка пла́ночный показывать зу́бы сельма́г та́нгенс шагоме́р виртуоз casualty department centavo double-ganger tetr- thetic горняцкий иногда модернизм разутюжить