REYHANİ

is. [ ər. ] mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı.
REYHAN
REYXSKÁNSLER
OBASTAN VİKİ
Reyhani xətti
Reyhani xətti—Ərəb xətt növü. == Tarixi == Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada “əlif” və “ləm” kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.
Bəhmən Reyhani
Bəhmən Reyhani (fars. بهمن ریحانی‎ , kürd. بەهمەن رەیحانی; XX əsr) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir. == Erkən illəri == Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir.
Əmin ər-Reyhani
Əmin ər-Reyhani (24 noyabr 1876[…], Osmanlı Suriyası – 13 sentyabr 1940[…]) — Livan yazıçısı. == Həyatı == Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivi-lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: "Əmin ər-Rey-haninin "Mən Şərqəm" şeirində Şərqin keçmiş əzəməti barədə düşün-cələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır".Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-rünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün "Qələmlər birliyi" adlanan yeni ədəbi təşkilat yaradırlar. A. İmanquliyeva yazır: ""Qələmlər birliyinin" üzvləri ərəb ədəbi-yyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də po-eziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi".Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında Cübranın yaradıcılığı daha universal və ümumbəşəri səciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru ciddi addımlar atılmış, Nüaymə isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin kə-sişmə zolağında yazıb-yaratmışdır.

Digər lüğətlərdə

заде́рживать обжира́ние спаси́тельный томага́вковый эти́чный блу́зочный всегда́ вша неви́данность недоброжела́тельность непродово́льственный сплёскивать сторо́нник укле́ить эквивале́нтно кузло automobile Cavan first-in gew-gaw pushcard queenlike veeno zoology чубарый