REZİ́N

[ lat. resina – qatran]
1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
2. bax rezinka.
[Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal.

3. Həmin materialdan düzəldilmiş, hazırlanmış. Altı rezin ayaqqabı. Rezin əlcək.
– Bağban … əlindəki rezin borunu bir az da yuxarı qaldırıb, Səmədi diqqətlə gözdən keçirdi. M.Hüseyn.
[Sultanovun] ayağında uzunboğaz rezin çəkmə var idi. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • REZİN rezin bax pozan

Etimologiya

  • REZİN Yunan sözüdür, ilkin mənası “ağac qətranı” deməkdir. İndi başqa mənada işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
REZİ́DENT
REZİNKA
OBASTAN VİKİ
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. == Sənətçi == Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. == Heykəl == === Dizayn === Rezin ördəklərin ölçüləri fərqlidir.
Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış.Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.

Digər lüğətlərdə

беж бобо́вник доню́хиваться и́диш кто надпило́вка ви́деть всё в каком-л. свете лине́йка прока́шлянуть равне́ние anticyclone class-list desolate Martaban oligochrome parallel computer prosequence trap net tweak обсеменение переубедить радионаушники седельный чопорный юбилярша