rinopatologiya
rinoseptoplastika
OBASTAN VİKİ
Rinoplastika
Rinoplastika (qədim yunanca: rhis, rhinos-burun+qədim yunanca: plastike-heykəltəraşlıq, formalaşdırma)— burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir. İnsanlar burunla əlaqəli tənəffüs problemlərini, travma nəticəsində yaranan və ya anadangəlmə qüsurları düzəltdirmək məqsədi ilə, yaxud sadəcə burun formalarından narazı olduqları üçün rinoplastikaya üz tuturlar. Rinoplastika ilə cərrahın burnunuzda edə biləcəyi mümkün dəyişikliklər bunlardır: Ölçüdə dəyişiklik; Bucaqda dəyişiklik; Körpünün düzəldilməsi; Uc hissənin yenidən formalaşdırılması; Dəliklərin daraldılması.Rinoplastika sağlamlıqdan çox görünüşünüzü yaxşılaşdırmaq üçün ediləcəksə, yəni sırf estetik burun əməliyyatıdırsa, burun sümüyünün tam formalaşmasını gözləməlisiniz. Qızlar üçün bu, təxminən 15 yaşdır. Oğlanlar bundan daha çox gözləməlidirlər. Məcburi hallarda isə, yəni tənəffüsün pozulması müşahidə olunduqda burun əməliyyatı daha erkən yaşlarda edilə bilər. == Ümumi məlumat == Rinoplastika- bu,plastik cərrahiyyəninyalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir. Rusiyalı professor P.İ.Dyakonov bu cərrahi müdaxilə haqqında yazırdı: “Rinoplastika adı ilə də məşhur olan eybəcərləşdirilmiş burnun düzəldilməsi əməliyyatı plastik cərrahiyyənin ümumi qaydalarının əməli surətdə tətbiq edilməsinin xüsusi hallarından biridir”. Plastik əməliyyatın qarşısında duran məsələ embriogenez mərhələsində və ya hər hansı bir xəstəlik və yaxud da mexaniki (travmatik) zədələnmə nəticəsində pozulmuş düzgün formaların bərpa edilməsindən ibarətdir. == Tarix == Rinoplastika üzrə ilk əməliyyatlar hələ çox-çox əsrlər əvvəl qədim Hindistanda, Ərəbistanda və İranda həyata keçirilmişdir.
донжуа́нство коопери́роваться не сто́лько..., а серб ско́вывание тысяче... утесни́тельный шахтёр карту́шка переподгото́вка све́ргнуть хвилый anonym aqua destillata forebear gate-crash gyrovertical laissez-aller leger line panegyric romancer sulphureous you'll обнюхать фрондёрский