RİNQ
RİSK
OBASTAN VİKİ
Apologetik risalə
"Apologetik risalə" (lat. Apologeticus/Apologeticum) — Tertulliana aid edilən, apologetika və polemikadan ibarət əsər. Bu əsərdə Tertullian xristianlığı müdafiə edir, qanuni tolerantlığı və xristianlara Roma imperiyasının bütün digər məzhəblərə davrandığı kimi davranmasını tələb edir. Risalədə "əzabkeşlərin qanı kilsənin toxumudur" ifadəsi var."Apologetik risalə" Karfagendə, b.e. 197-ci ilin yayında və ya payızında, Septimi Severin hakimiyyəti dövründə yazılmışdır. Bu tarixdən istifadə edərək əksər alimlər Tertullianın 197-ci ildən əvvəl, ehtimal ki, 195-ci ildə xristianlığı qəbul etməsi fikri ilə razılaşırlar. == Həmçinin bax == Religio licita == İstinadlar == == Əlavə ədəbiyyat == Wright, David & Philip F. Esler. "Tertullian." The Early Christian World. Vol. 2.
Risalə fi-Kimya
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Əbdül-Cabbar Əl-Həmədani. “Risalə fi-Kimya”

Risalətun-Nushiyyə
Əxlaqi-didaktik mövzuda yazılmış “Risalətun-nushiyyə” (“Nəsihətnamə”) 1307-ci ildə yazılmışdır. Əsər 563 beytdən və “Ağlın tərifi” (“Fi tərifil əql”) adlı kiçik bir nəsrlə yazılmış hissədən ibarətdir. Bu əsərin ilk 13 beyti bir (Fa’ilatün, failatün, fa’ilün), 550 beyti isə başqa (Məfa’ilün, məfa’ilün, fa’ilün) bəhrdə yazılmışdır. “Risalətun-nushiyyə” əsərinin ilk 13 beytində od, su, torpaq və küləkdən bəhs açılır. Kiçik parçada dörd ünsürdən hazırlanan insan, Tanrı (Padişah) tərəfindən can verilən ilk məxluqun - Adəmin torpaqdan, sudan, oddan, yeldən və candan əxz etdiyi sifətlər (xarakter) haqqında məlumatlar verilir: Padişahın hikməti gör neylədi, Od, su, torpaq və suya söylədi. Bismillah deyib, gətirdi torpağı, Ol arada hazır oldu ol dəği. Torpaq ilə suyu bünyad eylədi Ona Adəm deməgi ad elədi. Yel gəlib ardınca dəbitdi onu Ondan oldu cismi-Adəm, bil bunu. Od dəxi dəldikdə qızdırdı onu Çünki qızdı, cismə birləşdi cam. Əsərin kiçik nəsr hissəsində ağlın tərifi cənnət və cəhənnəm, o cümlədən 4 ünsür - torpaq, su, yel, od haqqında sufiyanə fikirlər özünə yer tapır.

Digər lüğətlərdə

ванили́н заме́шивание крестови́дно почко... те-те́ удружи́ть фигури́рование целесообра́зный электро́лизник впа́лый га́лстучный разъездно́й скола́чивание хвати́ться за ум рейчейдать упрунец ballot befell coulisse planting groundage long-playing umbilic villan увязываться якшаться