RİYAZİYYAT
RİZƏ
OBASTAN VİKİ
Riyaziyyatçı
Riyaziyyatçı — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəsisdir. Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur. == Ümumi məlumat == Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,…riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir. Riyaziyyatçı dərəcəsini ali məktəbdə təhsil yolu ilə almaq mümkündür. Universitetlərdə bu iki pilləli sistemdə həyata keçirilir. Birinci pillədə riyaziyyat üzrə bakalavr (4 illik təhsil), ikinci pillədə isə magistr (iki illik daha ixtisaslaşmış və tədqiqata meyilli təhsil) dərəcələrinə yiyələnmək olur.
Akif Hacıyev (riyaziyyatçı)
Aleksandr Aleksandrov (riyaziyyatçı)
Aleksandr Daniloviç Aleksandrov (rus. Алекса́ндр Дани́лович Алекса́ндров; 22 iyul (4 avqust) 1912, Volın[d], Rusiya imperiyası – 27 iyul 1999[…], Sankt-Peterburq[…]) — SSRİ və Rusiya riyaziyyatçısı, fiziki, filosofu, alpinisti, akademik. == Həyatı == Aleksandr Daniloviç Aleksandrov 4 avqust 1912-ci ildə anadan olmuşdur. O, 1951-ci ildən Sov.İKP üzvü olmuşdur. Aleksandrov 1952–1964-cü illərdə Leninqrad Universitetinin rektoru olmuşdur. Onun tədqiqatları həndəsəyə aiddir. Aleksandrovun fiqurların metrik xassələrini öyrənmək üçün kəşf etdiyi üsullar həndəsənin tədqiqat sahəsini genişləndirmişdir. Onun nisbilik nəzəriyyəsi və fəlsəfənin əsaslarına dair tədqiqatları da var. Aleksandrov 1964-cü ildən SSRİ EA akademiyasının üzvü olmuşdur. O, 1949-cu ildə alpinizm üzrə SSRİ idman ustası olmuşdur.
Arif Babayev (riyaziyyatçı)
Arif Əliheydər oğlu Babayev (11 noyabr 1934 – 5 iyun 1998) — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1976), əməkdar elm xadimi (1992), fikiza-riyaziyyat elmləri doktoru. == Həyatı == Babayev Arif Əliheydər oğlu 11 noyabr 1934-cü ildə anadan olmuşdur. Arif Əliheydər oğlu Babayev – 1952-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin "Riyaziyyat" bölməsinə daxil olmuş və 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. O,həmin il "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafelrasının aspirantı olmuşdur. A.Ə. Babayev aspiranturada oxuyarkən qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmişdir. A.Ə.Babayev 1960-cı il-də akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Qeyri-xətti sinqulyar inteqral tənliklərə dair tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. === Əmək fəaliyyəti === Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979–1994) vəzifələrində çalışmışdır. Uzun müddət ərzində A.Ə.Babayev elmi dərəcələr verən Elmi Şuraların üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin dekanı (1979–1994) kimi, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri kimi uğurlu və hərtərəfli fəaliyyəti respublikada riyaziyyatın inkişafına böyük təsir göstərmişdir. === Elmi fəaliyyəti === A.Ə.Babayev qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş və bu tədqiqatların xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiqlərini vermişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun öyrənilməsi üçün o, yeni metod vermişdir ki, bu metod əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır.
Asəf İsgəndərov (riyaziyyatçı)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Asəf İskəndərov (riyaziyyatçı)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Azər Kərimov (riyaziyyatçı)
Azər Əli oğlu Kərimov — tanınmış azərbaycanlı riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədri. == Həyatı == Azər Kərimov 5 yanvar 1961-ci ildə Bakı şəhərində tanınmış şair Əli Kərimin ailəsində anadan olub. Orta təhsilini Moskvada Fizika-riyaziyyat məktəbində alıb. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədridir. Filologiya elmləri doktoru Paşa Kərimovun qardaşıdır. Şair Əli Kərimin oğludur. == Elmi əsərləri == A. Kerimov, One-dimensional long-range ferromagnetic Ising model under weak and sparse external field, Inter.J.Modern Phys. 23, 32, pp. 5899-5906 (2009).
Azər Əhmədov (riyaziyyatçı)
Azər Əhmədov — azərbaycanlı riyaziyyatçı, Kaliforniya Universitetinin professoru. == Həyatı == Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğul olub. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib. SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib. 1998-ci ildə Amerikada Yeyl Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb.Bu ildən Kaliforniya Universitetində 3 illik professor vəzifəsində çalışır. Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, 3 ölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap olunur. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.
Bayram Heydərov (riyaziyyatçı)
Heydərov Bayram Mirabbas oğlu — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2012), əməkdar müəllim. == Həyatı və təhsili == Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu.
Bəhram Əliyev (riyaziyyatçı)
Bəhrəm Əliyev (tam adı: Bəhrəm Əli oğlu Əliyev; 22 may 1952, Ağ-Tәhlә, Qardabani rayonu) — riyaziyyat üzrə elmlər doktoru, professor, 1990-cı ildən ADPU-da çalışır. == Həyat və fəaliyyəti == 1952-cı il mayın 22-də Gürcüstan Respublikası, Qardabani rayonu, Ağtəhlə kəndində anadan olmuşdur. Orta təhsili 1969-cu ildə Ağtəhlə kənd orta məkətəbində almışdır. Ailəlidir, 2 övladı var. == Təhsili, elmi dərəcəsi və adları == 1973-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) riyaziyyat fakültəsini bitirib. 1982-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Diferensial tənliklər və riyazi fizika" ( Разрешимость дифференциально-операторных уравнений гиперболического и эллиптического типов и их применение к дифференциальным уравнениям в частных производных) ixtisası üzrə müdafiə dissertasiya işi müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1211.01 "Diferensial tənliklər" ixtisasında doktorluq dissertasiyası müdafiə edərək, riyaziyyat üzrə elmi dərəcəsini alıb. Universitetin Elmi Şurasının 28 fevral 2018-ci il tarixli 4 saylı prorokoluna əsasən 28 fevral 2019-cu il Riyazi analiz kafedrasının professorudur. == Əmək fəaliyyəti == 1973–1974-cü illərdə Gürcüstan Respublikasının Qardabani rayonunda orta məktəbdə riyaziyyat müəllimi işləyib 1975-ci ilin dekabrından 1976-cı ilin dekabıranadək 1 il müddətində Sovet ordusu sıralarında əsgəri xidmət göstərib 1997–1980-cı ilədək APİ-nin "Riyazi analiz" kafedrasının qiyabi aspirantı 1977–1985-ci ilədək APİ-nin "Riyazi analiz" kafedrasında baş laborant 1985–1990-cı illərdə "Kosmik tədqiqatlar Elm və İstehsalat birliyində elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildən ADPU-nun "Riyazi analiz" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləyib 2016-cı ildən Riyazi analiz kafedrasının müdiridir.
Ceyms Stirlinq (riyaziyyatçı)
Ceyms Stirlinq (ing. James Stirling; may 1692, Stirlinq – 5 dekabr 1770[…], Edinburq) — Şotlandiya riyaziyyatçısı; faktorialların hesablanması üçün sonralar onun adını daşıyan düstur almışdır.
Fikrət Əliyev (riyaziyyatçı)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. == Həyatı == Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub.“History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Ələsgərov (riyaziyyatçı)
Fuad Tağı oğlu Ələsgərov (23 yanvar 1951, Bakı) — Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri. == Həyatı == Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika- riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib. F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-nin bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib. F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.
Fərman Məmmədov (riyaziyyatçı)
Fərman İmran oğlu Məmmədov (25 iyun 1955, Qazax rayonu)— AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Azərbaycan SSR Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu ( indiki ADNSU) "Tətbiqi riyaziyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə AzTU-nun "Ali riyaziyyat" kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007-2010-cu illərdə Türkiyənin Diclə Universitetində professor, 2006-2007 və 2011-2013-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Riyazi analiz" və ”Riyazi fizika tənlikləri” şöbəsinində baş elmi işçi vəzifəsində işləmişdir. 2013-cü ildən SOCAR Neftqazelmitədqiqatlayihə institutunda aparıcı elmi işçi vəzifəsində işləyir. == Elmi əsərləri == Mamedov F.I. and Mamedova M.M. A Hardy type general inequality in L p(.) with decreasing exponent Transactions of NAS of Azerbaijan, 33(1), pp. 45–50. (2013) Mamedov F.I. and Mamedova M.M. A necessary and sufficient condition for Hardy’s operator in L p(.) (0,1), Mathematische Nachrichten, doi: 10.1002/mana.201200291, (2013) Mamedov F.I. On Hardy inequality in variable exponent Lebesgue spaces L p(.) (Azerbaijan Journal of Mathematics, 2(1), 96–106 (2012). Mamedov F.I. and Amanov R.A. On the removable singularity of the solutions of nonlinear elliptic equations.
Fəxrəddin Məmmədov (riyaziyyatçı)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur."Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi", "Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri", "Kompüter riyaziyyatı" adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.
Fəxrəddin İsayev (riyaziyyatçı)
Fəxrəddin Qurban oğlu İsayev (18 yanvar 1954, Saral, Hamamlı rayonu – 16 yanvar 2017) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır. 1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb. 1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub. 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib.
Hüseyn Hüseynov (riyaziyyatçı)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977-1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980-1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982-1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993-2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Kazım Həsənov (riyaziyyatçı)
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Kərim Kərimov (riyaziyyatçı)
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç.İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. == Həyatı == Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K.Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X.A.Raxmatulinin və prof.
Oqtay Əfəndiyev (riyaziyyatçı)
Oqtay Əfəndiyev (22 yanvar 1939, Bakı şəhəri)– Azərbaycan riyaziyyatçısı. == Həyatı == Əfəndiyev Oqtay Hüseyn oğlu 1939-cu il yanvar ayının 22-də Azərbaycan SSR Bakı şəhərində anadan olmuşdur. Əfəndiyev Oqtay orta təhsilini 1946-1956-cı illərdə Bakı şəhərinin 189 saylı orta məktəbində aldıqdan sonra, 1956-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. == Elmi fəaliyyətləri == Əfəndiyev Oqtay 1956-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. 1961-ci ildə həmin fakültəni bitirib riyaziyyatçı ixtisasına yiyələndikdən sonra Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna (Azərbaycan SSR EA-nın Hesablama Mərkəzi) gənc mütəxəssis kimi göndərilmişdir. 1963-cü ilədək həmin İnstitutda əvvəl hesablayıcı-mühəndis, sonra kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1963-1966-cı illərdə Moskva şəhərində SSSR EA-nın İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Əfəndiyev Oqtay 1966-1967-ci illərdə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, 1967-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramçı və eyni zamanda, proqramlaşdırma şöbəsinin müdiri, 1970-1972-ci illərdə Elmi-Texniki İnformasiyalar İnstitutunda sektor rəhbəri, 1972-ci ildə Azərbaycan SSR EA-nın Kimya Texnologiyalarının Nəzəri Problemləri İnstitutunda baş mühəndis, 1972-1975-ci illərdə Sumqayıt şəhərində Ümumittifaq Avtomatlaşdırma və Cihazqayırma İnstitutunun ”Nefteximavtomat” bölməsində elmi-tədqiqat qrup müdiri, 1975-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində laboratoriya müdiri, 1978-2010-cu illər ərzində Azərbaycan Dövlət Universitetinin ”Hesablama Riyaziyyatı” kafedrasında ardıcıl olaraq müəllim, baş müəllim (1983-cü ildən), dosent (1988-ci ildən), 2010-2011-ci iilərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun ”Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər” şöbəsində böyük elmi işçi vəzifələrində çalışmışdır. Əfəndiyev Oqtay, ”Tətbiqi məsələlərin ədədi üsullarla həlli” elmi-tədqiqat işinin üzərində işlədikdən sonra, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəni almışdır. O, 1992-ci ildə ”Hesablama Riyaziyyatı” kafedrası üzrə dosent elmi ada layiq görülmüşdür.
Qabil Əliyev (riyaziyyatçı)
Qabil Qəribxan oğlu Əliyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir. == Təhsili == 1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə 1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant == Elmi dərəcələri, elmi adları == 1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası) Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей" 1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası). Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor. == Əmək fəaliyyəti == •1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1967–1970-ci illərdə böyük elmi işçi. •1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri, •1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru, •2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.
Rauf Hüseynov (riyaziyyatçı)
Rauf Vəli oğlu Hüseynov (12 iyun 1940, Göyçay – 21 fevral 2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Rauf Vəli oğlu Hüseynov 12 iyun 1940-cı ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur.1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyat fakültəsini bitirmişdir.1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-ci llərdə isə həmin universitetin doktorantı olmuşdur. 1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, “Funsional analız” şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləmişdir. 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləmişdir. 2007-ci ildən isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun ”Riyazi fizika tənlikləri” şöbəsinin müdiri vəzifəsində işləyir. R.V. Hüseynov funksional analiz sahəsində dünya şöhrətli Moskva Riyaziyyat məktəbinin yetirməsidir. Onun elmi rəhbəri M.V.Lomonosov adına MDU-nun professoru Q.E.Şilov olmuşdur. R.V. Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifidir. Rauf Vəli oğlu Hüseynov Azərbaycan elminin inkişafında xidmətlərinə görə 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Alim 2019-cu il fevralın 21-də vəfat edib.
Sabir Mirzəyev (riyaziyyatçı)
Sabir Mirzəyev (tam adı: Mirzəyev Sabir Sultan oğlu; 23 sentyabr 1948, Masallı, Azərbaycan SSR, SSRİ) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1994). == Həyatı == Sabir Mirzəyev 1948-ci il sentyabrın 23-də Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1956–1966-cı illərdə Masallı rayonunun Bədirli kənd orta məktəbində oxuyub. 1966–1971-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin təhsil alıb. 1978-ci ildən BDU-da çalışır. 74 elmi məqalənin, 10 dərslik və 11 dərs vəsaitin müəllifidir. 18 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. Ailəlidir, üç övladı var. == Pedaqoji fəaliyyəti == 2015-ci ildən Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışır, BDU 1994 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1978–1993, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU Həmçinin 1974-h/h kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin baş elmi işçisidir. İnstitutun nəzdindəki Dissertasiya şurasının Elmi Tematik seminarının sədridir.
Sergey Abramov (riyaziyyatçı)
Sergey Mixayloviç Abramov (rus. Сергéй Миха́йлович Абра́мов; 25 mart 1957, Moskva) — informasiya texnologiyaları və kompüter sistemləri sahəsində Rusiya alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2006-cı ildən), fizika-riyaziyyat elmləri doktoru (1996).1980-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. 1986-cı ildən Proqram Sistemləri İnstitutunda (Pereslavl-Zalesski), 1991-ci ildən bu İnstitutun Çoxprosessorlu Sistemlər üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Federasiyası Təhsil Nazirliyinin Rusiya Regional Problemlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Абрамов, Сергей Михайлович (учёный) на официальном сайте РАН Биография Сергея Михайловича Абрамова Электроника — Наука. Технология. Бизнес. 2009, № 1, с.
Tahir Abdullayev (riyaziyyatçı)
Tahir Həsən oğlu Abdullayev (1904, Qıraq Kəsəmən, Qazax qəzası – Bakı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. == Həyatı və elmi fəaliyyəti == Tahir Abdullayev 1904-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Qıraq Kəsəmən kənd məktəbini bitirdikdən sonra ikiillik Pedaqoji İnstituta daxil olmuşdur. 1924-cü ildə institutu bitirib Qazax müəllimlər seminariyasında riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər döyüşən orduda qulluq etmişdir. Müharibədən sonra ali təhsil almışdır. Dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetində müəllim işləmiş, sonralar isə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasında əvvəlcə dosent, sonra professor, ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır. 100-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə ona qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.

Значение слова в других словарях

недоучёт от пу́за оцинко́вочный подтра́вка портсига́рчик фракту́ра фро́нда оптимизи́роваться парази́тство переставно́й предпринима́ть скоморо́шничество срамно́е место брошюра вахтарить назойливый чеверики hereunder hubba-hubba pulpy remanent unfertile гомеопат покачиваться сборка