RİZA

is. [ ər. ] Razılıq.
Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir.
Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi.

□ Riza almaq – razılıq almaq.
[Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Ə.Haqverdiyev.

Riza vermək – razılıq vermək, razı olmaq.
[Ağa:] …Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev.

// İstək, iradə, ixtiyar.
□ Öz rizası ilə – öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə.
◊ Allah rizasına1) savab üçün, Allah yoluna, Allaha xoş gedər.
[Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. Ə.Haqverdiyev;

2) yalvarış mənasında – Allah xatirinə.
[Səriyyə:] Səfər! Allah rizasına mənə rəhmin gəlsin. C.Cabbarlı.

Синонимы

  • RİZA riza bax razılıq
RİZ
RİZAMƏND

Значение слова в других словарях