Uçida Roan
Uçida Roan (内田魯庵, 27 aprel 1868, Edo[d], Tokaydo[d] – 29 iyun 1929) və ya əsl adı ilə Uçida Mitsuqi (内田貢) – Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır.
Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş və ingilis dilini özü öyrənmişdir. 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir. Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır. 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur.
Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur. O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir. Uçidanın bu tərcüməsi Kitamura Tokoku və Toson Şimazakiyə təsir göstərmişdir.