RİZƏ-RİZƏ
RONA
OBASTAN VİKİ
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) - ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən). === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Alexandro Rodriqez
Alexandro Rodriqez (13 iyul 1978) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Alexandro Rodriqez Çilini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Amaliya Rodriqiş
Amália Rebordão Rodrigues ya da Amália Rodriques (23 iyun 1920 — y. 6–1999), Portuqaliyalı müğənni.
Antonio Rodriges
Baccharis rodriguezii
Baccharis rodriguezii (lat. Baccharis rodriguezii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Bruno Rodriqes
Bruno Rodriqes — Argentinalı iqlim fəalıdır. Argentinada "Gələcək üçün cümə günləri" hərəkatının lideridir. O, 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitində nümayəndə olub. O, İşçi Partiyası və Amnesty International ilə əməkdaşlıq etmişdir. 2021-ci ildə IPCC Altıncı Qiymətləndirmə Hesabatı əsasında namizədlərə açıq məktub kampaniyası təşkil edir.
Canni Rodari
Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[…] – 14 aprel 1980[…], Roma) — italyan uşaq yazarı və jurnalist. == Həyatı == Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır.
Crepis rodigioides
Crepis foetida (lat. Crepis foetida) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Dani Rodrik
Dani Rodrik (14 avqust 1957[…], İstanbul) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir. == Həyatı == Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı. 1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir. == Elmi fəaliyyəti == Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.
Dauriya rododendronu
Dauriya rododendronu (lat. Rhododendron dauricum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Şərqi Sibir, Uzaq Şərq, Monqolustanın şimal-şərq hissəsində və Şimali-Şərqi Çində rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 0,5-2,0 m, budaqları yuxarı istiqamətlənmiş, çoxbudaqlı, yarpağıtökülən koldur. Cavan zoğları qısa tükcüklü, qonur vəzicikli, xırda yarpaqlarla sıx örtülmüşdür, uzunluğu 5 sm, eni 2 sm-ə qədər, bəzən küt, ucu oyuqlu, bəzən isə biz, üstü parlaq yaşıldır. Yarpaqlarının uzunluğu 1,2-3,3 sm, eni 0,8-1,1 sm olub, ellipsvari və ya uzunsov-yumurtavarıdır. Payızda cavan yarpaqları tünd, burulmuş, xırda, alt tərəfində açıq-yaşıl, vəziciklərlə sıx örtülmüş olur, sonradan əksəriyyəti tökülür. Yarpaqlar açılana qədər çiçəkləyir. Çiçək saplağının uzunluğu 3-5 mm-dir. Kasacığı çox kiçikdir.
Dördbuğumlu rodiola
Dördbuğumlu rodiola (lat. Rhodiola quadrifida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
Evdemus Rodoslu
Rodoslu Eudemus (yun. Εύδημος ο Ρόδιος, m. ö. IV yüzillik) Aristotelin öyrəncisi, peripatetik məktəbin təmsilçisi. O, müəlliminin əsərlərinə şərhlər, eləcə də elmlər tarixi üzrə kitablar yazmışdır. Onların bəzi fraqmentləri günümüzə gəlib çatmışdır və o dövrün riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə qaynağı hesab olunmaqdadır. Bundan başqa Evdemus Aristotelin tarix, fizika və ilahiyyata aid olan fikirlərini şərh etmiş, bu əsərlərdə olan ziddiyyətləri ortadan qaldırmağa cəhd etmişdir. Bəzi tədqiqatçılar Evdemusu Aristotel irsinin ilk şərhçisi kimi də dəyərləndirirlər. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Fransisko Rodriges
Fransisko Rodriges (15 iyun 1984, Quadalaxara – 22 noyabr 2009) — Meksikalı yarıyüngül çəkili boksçu. == Həvəskar karyera == Pako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur. == Peşəkar karyera == Peşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir. == Ölümü == Rodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu. == Miras, Yeni Həyat == Rodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.
Fransisku di Paula Rodrigis Alvis
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Genezis Rodriges
Genezis Rodriges (29 iyul 1987, Mayami, Florida) — Tam adı Genesis Rodriguez Peres olan aktrisa Venesuela mənşəli olub, 29 iyul 1987-ci ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Musiqiçi El Puma ləqəbli müğənni Xose Luis Rodrigezin qızıdır və El Puma ləqəbini daşıyır. Onun Liliana Rodriguez və Lilibeth Morillo adlı bacıları var.
Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodríguez Zapatero (d. 4 avqust 1960) İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir.Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Juan Barboza Rodriqis
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Karl Rodbertus -Yagetsov
Karl Rodbertus -Yagetsov (12 avqust 1805 — 6 dekabr 1875) —Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Karl Rodbertus - Yagetsov (1805-1875-ci illər) alman iqtisadçısı, hüquqşünas, dövlət sosializmi nəzəriyyəsinin banilərindən biridir. 1848-ci il İnqilabı dövründə Frankfurt parlamentinin üzvü, mədəniyyət və maarif naziri. Rodbertusun iqtisadi konsepsiyası D.Rikardonun və utopik sosializmin güclü təsiri ilə formalaşırdı, kapitalizmin dərin tənqidindən ibarət idi və eyni zamanda Rodbertus bu konsepsiyada islahatlar yolu ilə sosial problemlərin həlli üçün çıxış edirdi. Rodbertus David Rikardonun əmək dəyəri nəzəriyyəsinin tərəfdarı olmasına baxmayaraq, əmtəənin dəyərini bilavasitə fəhlə pulu adlandırılan pulların buraxılması yolu ilə iş vaxtında qanuni olaraq ifadə etməyi təklif edirdi. Beləliklə, onun hesab etdiyi kimi, dövlətin köməyi ilə qiymətin və dəyərin bərabərləşməsinə nail olmaq olardı. Rodbertus iqtisadi konsepsiyasında mənfəətin nəzəriyyəsi və normalarına, torpaq rentası və fəhlə sinfinin vəziyyəti məsələlərinə toxunurdu. David Rikardonun əmək dəyəri nəzəriyyəsindən yalnız əməyin dəyəri doğurduğu haqqında postulatı çıxararaq o, belə nəticəyə gəlir ki, torpağa və kapitala olan mülkiyyət torpaq mülkiyyətçilərinin və kapitalistlərin əməyi ilə yaranmır. Mülkiyyətin bu növlərini Rodbertus "gəlir gətirən, sahiblərinə renta verən, lakin onların öz şəxsi əməyi sərf olunmayan mülkiyyət" kimi müəyyən etmişdir. Rodbertus "ümumiyyətlə renta" kateqoriyasını tətbiq edir.
Karolina Rodrigez
Karolina Rodrigez (d. 24 may 1986; Leon, İspaniya) — İspaniyanı təmsil edən bədii gimnast. Karolina Rodrigez, İspaniyanı 2004 Afina, 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadalarında təmsil edib. == Karyerası == Karolina Rodrigez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. Karolina Rodrigez, 2009-cu ildə İtaliyanın Peskara şəhərində baş tutan 2009 Aralıq dənizi Oyunlarında bürünc medala sahib oldu. Karolina Rodrigez növbəti dəfə, Olimpiya Oyunlarına 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 106.800 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı. Daha sonra Karolina Rodrigez, 2013-cü ildə Türkiyənın Mərsin şəhərində baş tutan 2013 Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. Karolina Rodrigez üçüncü dəfə, Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı.
Katabiens rododendronu
Katabiens rododendronu (lat. Rhododendron catawbiense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq hissəsindən Virginiyadan Corciya, Tennesi və Alabamaya qədər yayılmışdır. Alleqant dağların yuxarı zolağında dəniz səviyyəsindən 2000 m hündürlükdə, xüsusilə Ketevbi çayının sahillərində rast gəlinir. Meşədə bitir və geniş kolluqlar əmələ gətirir. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədər, həmişəyaşıl, enli, şaxələnmiş koldur. Kolun diametri hündürlüyündən çoxdur. Yarpaqları ellisvarıdan uzunsov-ellipsvariyadək, ucu küt və ya biz, bünövrəsi yumru, uzunluğu 7-15 sm, eni 3-5 sm, üstü tünd-yaşıl, parlaq və çılpaqdır. 16 cüt damarcıqlı, hamar, alt tərəfi açıq rəngli, çılpaq, saplaqlarının uzunluğu 1,5-3,0 sm-dir. Cavan yarpaqları bir az tükcüklüdür.
Keysuke rododendronu
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Leonard Roduey
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Leopoldo Rodes
Leopoldo Rodes (d. 7 fevral 1939) — İspaniyalı keçmiş üzgüçü. Leopoldo Rodes İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leopoldo Rodes birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.7 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Значение слова в других словарях

заси́нивать кто-кто́, а наво́йный фотолюминесце́нция хлопотня́ амфи́бийный ма́тчевый митка́льный молото́чек но́ска оку́чивание переоблучи́ться пло́скостно припу́гивать радиорепорта́ж с замира́нием сердца спа́ренный fire-resistance floc flutter-kick formulary guide-pulley Kemerovo отпихиваться расходиться