rodologiya
rok
OBASTAN VİKİ
Rodonit
Rodonit CaMn4 [Si5O15] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit. == Xassələri == Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar. == Mənşəyi və yayılması == Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b.

Digər lüğətlərdə

водопрово́дчик доса́живание му́дрствование неплодоро́дность опусте́ние поразжи́ться пропихну́ться вертихво́стка просе́вка пустя́к разве́ивание смири́ться ша́тия ирод плот юфть continent life-station muggur picture-making quarterdecker reactance relaid tire-woman перекормить