ROM

[ ing. rum] Şəkər qamışı və ya patkasının qıcqırdılmış şirəsindən hazırlanan tünd içki.
ROLİK
ROMALI
OBASTAN VİKİ
ROM
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
CD-ROM
CD-ROM (ing. compact disc read-only memory) — müxtəlif məlumatlar yazılmış və ancaq oxunma üçün nəzərdə tutulan kompakt-disk. Tutumu 10-terabaytdır İlkin olaraq disk audio yazılışların saxlanması üçün hazırlanmışdır. Lakin sonralar digər rəqəmli informasiyaların saxlanılması üçün istifadə edilib. Daha sonra CD-ROM-un bazası əsasında çoxsaylı yazmalar üçün istifadə olunan CD-R və CD-RW kimi disklər yaradıldı. Daha sonra isə inkişaf etdirilərək DVD-ROM-lar yaradıldı.
Rom (içki)
Rom (ing. rum, isp. ron, fr. rhum) — alkoqollu içki növü. == Haqqında == Şəkər çuğunduru suyu, tut və qalan distillə edilmiş üzüm suları su ilə qarışdırılmalıdır. Qurudulmuş üzüm də istifadə olunur. Zərurət 48 saatdan 5 günə qədər fermentasiya edildikdən sonra təzələnir. Palıd barellərdə geyildikdən sonra içməyə hazır olur. Şəkər çuğunduru istehsal edilən yerlərdə geniş şəkildə istehsal olunur. Spirt səviyyəsi ən azı 37,5% -dir.
Nero Burning ROM
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. == Ad == CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Sen-Rom-de-Sernon
Sen-Rom-de-Sernon (fr. Saint-Rome-de-Cernon, oks. Sent Roma de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12243. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 757 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 465 nəfər (15-64 yaş) arasında 350 nəfər iqtisadi cəhətdən fəal, 115 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.3%, 1999-cu ildə 64.8%).
Sen-Rom-de-Tarn
Sen-Rom-de-Tarn (fr. Saint-Rome-de-Tarn, oks. Sant Roma de Tarn) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12244. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 845 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 464 nəfər (15-64 yaş) arasında 345 nəfər iqtisadi fəal, 119 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 68.2%) idi.
Sen-Rom-de-Tarn (kanton)
Sen-Rom-de-Tarn (fr. Saint-Rome-de-Tarn) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1235. Sen-Rom-de-Tarn kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Sen-Rom-de-Tarn kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 3 108 nəfər təşkil edirdi.
15 yaşlı kapitan (roman)
15 yaşlı kapitan (Un capitaine de quinze ans) - Fransa yazıçısı Jül Vern tərəfindən 1878-ci ildə yazılmış uşaq romanı. Romanda afrikalı kölə ticarətindən söhbət açılır.
1984 (roman)
1984 (ing. Nineteen Eighty-Four) — Corc Oruell tərəfindən 1949-cu ildə yazılmış roman. 2009-cu ildə The Times qəzeti onu son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, == Tarixi == 1948-ci ilin oktyabrın 22-nə aid olan Fred Uorburqa ünvanladığı məktubunda, Oruell yazıb ki, bu romanı yazmağa fikri ilk dəfə 1943-cü ildə ağlına gəlib. O, həmçinin o vaxt onun adını ya 1984, ya da Avropada son adam (ing. Last Man in Europe) qoymaq istədiyindən yazırdı.Öz nəşr tarixi boyu, 1984 Yevgeni Zamyatinin Biz, Oldos Hakslinin Heyrətamiz yeni dünya, Artur Kostlerin Günorta qaranlığı və Rey Bredberinin 451 Fahrenheyt kimi başqa antiutopiya janrında yazılmış əsərlər kimi də qadağan olunurdu və ya məhkəməyə verilirdi. Bəzilərin fikrincə, Oruell 1984-ü Zamyatinin Biz romanın təsiri altında olaraq yazıb. 1944-cü ilin fevralın 17-də Qleb Struveyə göndərdiyi məktubunda Oruell Biz romanı haqqında belə yazırdı: Mən bu cür kitab ilə maraqlanıram və hətta gec-tez yazıla bilən bir kitab üçün özüm qeydlərimi yazıram == Yazı və nəşr == === İdeya === London Universitet Kollecindəki Orwell Arxivində min doqquz yüz səksən dördə çevrilən ideyalar haqqında tarixsiz qeydlər var. Qeyd dəftərlərinin "1944-cü ilin yanvarından gec tamamlanma ehtimalı azdır" və "onlarda olan bəzi materialların müharibənin əvvəlinə aid olduğuna dair güclü şübhələr var".[1] 1948-ci il məktubunda Oruell “[kitab] haqqında ilk dəfə 1943-cü ildə düşündüyünü” iddia edir, digərində isə bu barədə 1944-cü ildə düşündüyünü deyir və 1943-cü il Tehran Konfransından ilham mənbəyi kimi qeyd edir: “Əslində məqsədi dünyanın “Təsir zonalarına” bölünməsinin nəticələrini müzakirə edin (mən bunu 1944-cü ildə Tehran konfransının nəticəsi kimi düşündüm) və əlavə olaraq totalitarizmin intellektual nəticələrini onlara parodiya edərək göstərin”. Oruell 1944-cü ilin mayında Avstriyanı gəzdi və onun fikrincə, Sovet və Müttəfiqlərin ayrı-ayrı işğal zonalarına aparacaq manevrləri müşahidə etdi. 1944-cü ilin yanvarında ədəbiyyat professoru Qleb Struve Oruelli Yevgeni Zamyatinin 1924-cü ildə yazdığı "Biz" distopiya romanı ilə tanış etdi.
4 3 2 1 (roman)
4 3 2 1 — Pol Austerin 2017-ci ilin yanvarında nəşr olunmuş romanıdır. Nəşr olunduğu zaman bu, yeddi il ərzində çıxan ilk yeni Auster romanı idi. Auster üç il həftənin yeddi günü kitab üzərində işləmiş və uzun əllə yazmışdır. 866 səhifəlik roman onun əvvəlki əsərlərindən xeyli uzundur. 2017-ci ilin sentyabrında 2017 Man Booker Mükafatı üçün qısa siyahıya salındı. == Haqqında == Roman Archie Fergusonun dörd fərqli vaxtda və dörd fərqli versiyada danışdığı hekayəsidir. Kitabdakı yeddi fəslin hər biri onun həyatının müxtəlif versiyalarını əks etdirən dörd hissəyə (1.1, 1.2, 1.3, 1.4, 2.1… və s.) bölünür. Ferguson (kitabda da bilindiyi kimi) eyni yəhudi, orta sinif valideynlər, Stenli və Rouz, eləcə də sevgilisi/rəfiqəsi Amy Schneiderman da daxil olmaqla bir çox eyni dostlarla böyüyür. Bununla belə, münasibətlər hər Ferguson versiyası ilə dəyişir. Fərdi şəraitə görə onun həyatı çox fərqli yollarla gedir.
ALJİR (roman)
ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı. == Məzmun == Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
Abay (roman)
Abay — qazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası. == Mövzu == Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir. Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir.
Aechmea romeroi
Aechmea romeroi (lat. Aechmea romeroi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. == Mənbə == Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Aleksandr Romanoviç
Aleksandr Romanoviç (1 aprel 1871 – 14 noyabr 1933, Vilno, Vilno voyevodluğu[d]) — Lipka tatarı əsilli hərbçi, süvari generalı. O, xidmət illəri boyunca həm Rusiya İmperator Ordusunda, həm də müstəqil Polşa ordusunda general kimi xidmət etmişdir. == Həyatı == Aleksandr Romanoviç 1 aprel 1871-ci il tarixində o dövrdə Rusiya imperiyasına tabe olan Polşanın Lida bölgəsi yaxınlığında yerləşən Oleksziszki məntəqəsində dünyaya gəlmişdir. Bu məntəqədə Romanoviç ailəsinin mülkü yerləşirdi. Onun ailəsi Lipka tatarı əsilli olmuş və XV əsrin sonlarında Reç Pospolita dövlətinin ərazisində məskunlaşmışdır. Aleksandr Romanoviç orta təhsilini başa vurduqdan sonra Polotsk bölgəsində yerləşən Rus Ordu Kadet Korpusuna daxil olmuş və oradan 1890-cı ildə zabit kimi məzun olmuşdur. Buradakı təhsilini başa vurduqdan sonra Süvari Zabitləri Məktəbinə daxil olan Aleksandr Romanoviç 1892-ci ildə buradakı təhsilini də başa vurmuşdur. Elə həmin ildə də Rusiya İmperator Ordusuna peşəkar zabit kimi daxil olmuşdur. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayan zaman Aleksandr Romanoviç polkovnik rütbəsində rus ordusunda xidmət etməkdə idi. Rusiya İmperator Ordusunun Avropada xidmət edən bölmələrindən birinə aid olduğu üçün müharibənin ilk günlərindən döyüşlərdə iştirak etmişdir.
Aleksandra Romanovskaya
Aleksandra Oleqovna Romanovskaya (belar. Аляксандра Раманоўская; doğ. 22 avqust 1996 , Minsk) — Belarus akrobatika üzrə ixtisaslaşmış fristayl idmançısı. 2018 Qış Olimpiya Oyunlarının iştiraçısı, 2019-cu il dünya çempiyonu, iki qat 2019-cu il Universiada çempionu, dəfələrlə Dünya Kuboku mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Aleksandra Romanovskaya 22 Avqust 1996-cı ildə Minskdə anadan olub. 2005-ci ildən fristaylla məşğul olmuşdur. Aleksandranın valideynləri də bu idman növü ilə məşğul idi. Minskdəki Belarus Dövlət Pedaqoji Universitetini bitirib.2011-ci ildən etibarən Belarusiyalı Nikolay Kozekonun rəhbərliyi altında məşq edir. Bir il sonra Romanovskaya Dünya Kuboku yarışlarında Belarus mərhələsində debüt etdi.2015-ci ildə Alexandra Romanovskaya fərdi akrobatika üzrə Dünya çempionatında iştirak etdi və birinci yeri qazandı.
Alçağın üslubu (roman)
"Alçağın üslubu" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Əliağa Cəfərlidir. == Məzmun == İmkanlı bir iş adamı törətmədiyi qətl hadisəsində suçlandırılır. Hətta onun günahını isbata yetirəcək “əşyayi-dəlil” də mövcuddur. Bir çox qaranlıq işlərin kələfini açmış dünya şöhrətli ekspert-analitik Dronqo altıncı hissi ilə günahlandırılan şəxsin müqəssir olmadığını duyur. Lakin saxta “əşyayi-dəlil”də buraxılmış kiçicik və ilk baxışdan nəzərə çarpmayan detal Dronqonun gözündən yayınmır.
Aləmdə səsim var mənim (roman)
Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman. == Haqqında == Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür: Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır. "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.
Amaya Romero
Amaya Romero Arbisu (isp. Amaia Romero Arbizu; d. 3 yanvar 1999, Pamplona, Navarra, İspaniya) — İspaniya müğənnisi və Operación Triunfo yarışmasının qalibi. O, Alfred Qarsiya ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Amaya Romero 3 yanvar 1999-cu ildə İspaniyanın Navarra muxtar ərazisində yerləşən Pamplona şəhərində anadan olmuşdur. O, universitetdə fortepiano ixtisası üzrə təhsilinin sonuncu ilindədir. == Musiqi karyerası == 2010-cu ildə Amaya Romero İspaniyanın Telecinco telekanalında yayımlanan Cántame una canción adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2012-ci ildə isə o, Antena 3 telekanalının təşkil etdiyi El Número Uno məharət yarışmasında iştirak etmişdir. Romero yarışmanın altıncı həftəsində iştirakını dayandırmışdır. 2017-ci ildə Amaya İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır.
Amfibiya adam (roman)
Amfibiya adam (rus. Человек-амфибия; ing. Amphibian man) — Aleksandr Belyayevin yazdığı fantastik roman. == Mənbə == Aleksandr Belyayev.
Andromeda ştamı (roman)
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Ayda ilk insanlar (roman)
Ayda ilk insanlar (ing. The First Men in the Moon) — ingilis yazıçı Herbert Uells tərəfindən yazılmış və 1900-1901-ci illərdə seriya şəklində “The Strand Magazine” jurnalında nəşr edilmiş elmi-fantastika romanı. Tam şəkildə ilk dəfə 1901-ci ildə nəşr edilmiş və yazıçının “fantastik hekayələr”indən biri hesab edilmişdir. Roman müflis iş adamı olan Cənab Bedford və alim Cənab Keyvorun Aya səfər etməsindən bəhs edir. Onlar insan cəmiyyətinin cansız planet hesab etdiyi Ayın selenitlər adlanan antropomorf varlıqlar tərəfindən məskunlaşdığını üzə çıxarırlar. == Məzmunu == Klod Allin Şepperson tərəfindən əsərin orijinal 1901-ci il nəşri üçün çəkilmiş illüstrasiyalar Londonlu iş adamı Bedford maddi vəziyyətinin pisləşməsindən sonra kəndə köçərək pyes yazmağa başlayır və bu yolla vəziyyətdən çıxmağı düşünür. Bu məqsədlə o, Kent qraflığındakı Limpn kəndində kiçik ev kirayələyir və sakitlikdə işləməyi planlaşdırır. Lakin, hər gün eyni vaxtda Bedfordun kirayələdiyi evin yanından keçən yaşlı kişi ona mane olmağa başlayır. İki həftə sonra Bedford nəhayət ki, qoca ilə tanış olur və onun Keyvor adlı fizik olduğunu öyrənir. Bedford və Keyvor dostlaşırlar, tezliklə Bedford öyrənir ki, Keyvorun kəşf etməyə çalışdığı yeni material yerin cazibə qüvvəsini sıfıra endirə bilər.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.
Ağlasığmaz (roman)
Ağlasığmaz (ing. Improbable) — Adam Faver tərəfindən yazılmış və 2005-ci ildə yayımlanmış elmi fantastika romanı. Ən yaxşı roman kateqoriyasının da aralarında olduğu çox sayıda mükafat qazanmışdır. Kitab Devid Keyinin bir neçə eksperimental müalicələr nəticəsində əldə etdiyi inkişaf etmiş ehtimal hesablama bacarığı vasitəsilə fərziyyələrinin gələcəyi görmə halına gəldiyinin başa düşməsilə baş verən hadisələr haqqındadır. Qısa olaraq kitabın qəhərmanı Pyer Simon Laplasın yaratdığı bir nəzəriyyə olan Laplasın şeytanı halına keçmişdir. == Obrazlar == David Caine Jasper Caine Nava Vaner Dr.
Ağır Romantik (film, 2020)
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna, Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər. 14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. == Filmin Mövzusu == Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Bahadır və Sona (roman)
Bahadır və Sona — Nəriman Nərimanov tərəfindən 1896–1898-ci illərdə yazılmış roman. Azərbaycan ədəbiyyatında ilk roman. == Məzmunu == Roman öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi. == Nəşrlər == === Fransız dilində === Roman 2018-ci ildə Kəpəz nəşrləri tərəfindən çap olunub.
Bakinskiy roman (mahnı)
Bakinskiy roman (Бакинский роман) — azərbaycanlı müğənni Qismət Məmmədzadə tərəfindən ifa olunmuş mahnı.
Bakı 1501 (roman)
Bakı 1501 — Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman. == Haqqında == Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadənin "Xudafərin körpüsü" (1982), Əlisa Nicatın "Qızılbaşlar" (1982) romanlarında Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr, eləcə də Şah İsmayıl Xətainin şəxsiyyəti, sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə "Bakı-1501" romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər, hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir.
Balaca lord Fauntleroy (roman)
Balaca lord Fauntleroy (ing. Little Lord Fauntleroy; bəzi tərcümələrdə "Balaca lord") — ingilis-amerikan qadın yazıçısı və dramaturqu Frensis Eliza Börnetin ilk uşaq romanı. İlk dəfə hissələrlə 1885-ci ilin noyabrı və 1886-cı ilin oktyabrında "St.Nicolas" jurnalında çap olunmuşdur. Kitabın illustrasiyalarını isə Recinald Berç çəkmişdir. Kitab sonralar 20 dəfədən artıq nəşr olunmuşdur. == Süjeti == Kapitan Errolun oğlu olan 7 yaşlı Sedrik İngiltərədən Amerikaya yollanır, atasının ölümündən sonra anası ilə yaşayır. O çox vaxt çəkmə təmizləyən Dik və baqqal Hobbsla ünsiyyətdə olurdu. Amma bir dəfə qraf Dorinkortun vəkili olan cənab Heviş adlı birisi onların evinə gələrək bildirir ki, Sedrik 2 böyük qardaşının ölümündən sonra yeganə varisdir və o mütləq İngiltərəyə qayıdıb lord Fauntleroy olmalıdır. == Dəbə təsiri == Recinald Berç tərəfindən çəkilmiş Fauntleroyun kostyumu orta məktəb uşaqlarının rəsmi geyiminə böyük təsir göstərmişdir. Fauntleroyun kostyumu İngiltərədə yaradılsa da, Amerikada olduğu kimi heç yerdə bu qədər populyar deyildi.
Balaca qadınlar (roman)
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.

Значение слова в других словарях

брати́шка вполне́ кале́ние ка́пля недодава́ть по́ристый посвети́ть пощекота́ть стекле́ние улива́ться щипа́ть длиннопо́лый дота́ивание обгло́док пририсо́вывать торго́вец фарт баланс all-terrain vehicle autoroute bandwidth bilateral symmetry narghile констелляция многолюдность