ROMANTİ́K

sif. [ fr. ]
1. Əsasında romantika olan, romantika ilə dolğun. Romantik poeziya. – C. Cabbarlı Elxanı romantik boyalarla təsvir etmişdir. M.Arif.
[Salman] Muğanda ovçuluqdan, çöllü həyatının qəribə romantik macəralarından şirin-şirin danışdı. M.İbrahimov.
Gənclərin qarşısında romantik bir mənzərə açıldı. M.Hüseyn.

2. Xəyalpərəst, xəyalpərvər, seyrçi.
Romantik şair. – Dəmirçi Musa həyatı sevən, onun gözəlliklərindən mütəəssir olub vəcdə gələn, pisliklə, paxıllıqla işi olmayan, romantik xəyallarla yaşayan, təmiz, xeyirxah bir adamdır. İ.Əfəndiyev.

Etimologiya

  • ROMANTİK V əsrdə müxtəlif german tayfaları Roma imperiyasının qərb əyalətlərinə soxulduqdan sonra öz dillərindən imtina edərək itaət altına aldıqları xalqların
ROMÁNS
ROMÁNTİK

Digər lüğətlərdə