Словарь антонимов азербайджанского языка

Всего статей – 2557, статей на «AL» – 27
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AF AH AX AK AQ AL AM AN AP AR AS AT AV AY AZ
 

AL

AL – SOLĞUN Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.
подробнее

ALACAQ

ALACAQ – VERƏCƏK Alacağına qırğıdır, verəcəyinə qarğa (Ata. sözü).

ALACAQLI

ALACAQLI – VERƏCƏKLİ Alacaqlı ikən verəcəkli olduq (Ata. sözü).

ALACALANMAQ

ALACALANMAQ – İŞIQLANMAQ Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Cəlal); Gəlin ürəyimdə bir şam yandırın; Dünyanı yenidən işıqlandırın! (S.Vurğun).

ALAN

ALAN – SATAN Alanın gözü satanın əlində olar (Ata. sözü).

ALÇAQ

ALÇAQ – ALİCƏNAB Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da, həyat haramdır (M.S.
подробнее

ALÇAQBOY

ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin).

ALÇAQDAN

ALÇAQDAN – UCADAN Maya sanki ucadan və acıqla soruşdu (M.
подробнее

ALÇAQLI

ALÇAQLI – UCALI Alçaqlı, ucalı dağlar görmüşəm (Aşıq Alı).

ALÇAQLIQ

ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın alçaqlığı gediş-gəlişə maneçilik törədir.
подробнее

ALÇALDAN

ALÇALDAN – UCALDAN Onu alçaldan da, ucaldan da biz (T.Bayram).

ALÇALMAQ

ALÇALMAQ – UCALMAQ Sən ucala bilsən, alçalacaq dağ (S.Sərxanlı).
подробнее

ALÇALTMAQ

ALÇALTMAQ – QALDIRMAQ Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar. ALÇALTMAQ – UCALTMAQ Əli bəy, alçaldar cinayət bizi; Bir bax əllərinə, yaraşarmı qan? (S.Vurğun); Rüstəm dayı, sən ki məni belə ucaltdın, sağ ol, öl desən öləcəyəm, qal desən qalacağam (M.İbrahimov).

ALICI

ALICI – SATICI Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər (S.Rəhimov).

ALICILIQ

ALICILIQ – SATICILIQ Əhalinin alıcılıq qabiliyyəti yüksəlmişdir.
подробнее

ALINMAZ

ALINMAZ – SATILMAZ Alınmaz, satılmaz dünya neməti; Elin hörmətini qazanandadır (H.Hüseynzadə).

ALIŞMAQ

ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə).
подробнее

ALİ

ALİ – İBTİDAİ Əli Bayramov klubunda ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir (S.Hüseyn).

ALİCƏNAB

ALİCƏNAB – ALÇAQ Alicənab adammış (S.Rüstəm); Elə bir alçağa ölüm də azdır! (S.Vurğun).
подробнее

ALİCƏNABLIQ

ALİCƏNABLIQ – ALÇAQLIQ Ah, bu nəvazişə, bu alicənablığa qarşı qabil deyil (H.
подробнее