Словарь антонимов азербайджанского языка

Всего статей – 2557, статей на «O» – 23
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
OB OD OX OL ON OR OT OY
 

OBYEKT

OBYEKT – SUBYEKT Fellərin mənaca müxtəlifliyi subyektin fellərə qarşı, subyektin obyektə qarşı və bir fellə obyekt arasındakı münasibətdən irəli gəlir (M.Hüseynzadə).

OBYEKTİV

OBYEKTİV – SUBYEKTİV Dildə omonimlərin mövcudluğu dilçilik ədəbiyyatında obyektiv və subyektiv amillərlə izah olunur (H.Həsənov).

OBYEKTİVLİK

OBYEKTİVLİK – SUBYEKTİVLİK Hadisələri izah edərkən subyektivliyə yol vermək olmaz, onlara obyektivlik əsasında yanaşılmalıdır.

ODLU

ODLU – SÖNÜK Odlu gənc əllaməlik və səbirsizliklə dedi (M.
подробнее

OĞRU

OĞRU – DOĞRU Aləmə oğruyam, sənə ki doğruyam (Ata. sözü).

OĞRULUQ

OĞRULUQ – DOĞRULUQ Niyə verdin fənayə doğruluğu; İrtikab eylədin bu oğruluğu? (M.Ə.Sabir).

OXUMUŞ

OXUMUŞ – AVAM Sən oxumuş bir oğlan, avam hacılara belə yaraşmayan sözlər danışırsınız (C.Cabbarlı).

OXUNAQLI

OXUNAQLI – ÇƏTİN Əsərin dili aydın və oxunaqlıdır.
подробнее

OLMAQ

OLMAQ – ÖLMƏK Oldu ilə öldüyə çarə yoxdur (Ata. sözü).

OLUM

OLUM – ÖLÜM Hamletin səsi gəldi qulağına: “Olum, ya ölüm!” R.Rza.

ONDA

ONDA – İNDİ Əgər onda mane olurdular, indi olmazlar (Mir Cəlal).

ORA

ORA – BURA Orada həyat başqa, burada isə bambaşqadır (M.S.Ordubadi).

ORTA

ORTA – ALİ Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm (S.S.Axundov).

ORTABAB

ORTABAB – YOXSUL Keçmişdə nə varlı, nə də yoxsul, nə aşağı, nə də ortabab olduğunu bilməyən, həmişə adamlara artıq və şübhəli gözə baxıb duran Vəli kişi soruşdu (M.İbrahimov).

ORTABOYLU

ORTABOYLU – UCABOYLU Cahan xanım ortaboylu idi (M.
подробнее

ORTADA

ORTADA – QIRAQDA Ortada yeyir, qıraqda gəzir (Ata. sözü).

ORTANCIL

ORTANCIL – BÖYÜK Tacirin ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır (A.
подробнее

OTURAQ

OTURAQ – KÖÇƏRİ Oturaq həyat sürürdülər (“Ulduz”); Qürbətə uçmurmu, köçəri quşlar?! (R.Rza).

OTURMAQ

OTURMAQ – QALXMAQ Biri qalxıb, o birisi otururdu (Mir Cəlal).

OTURUŞLU

OTURUŞLU – DURUŞLU Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun üzünə gülürdü (Mir Cəlal); Sakit oturuşlu xanım bu gün gözümə qəmli görünürdü (“Azərbaycan”).