Слово ACIMAQ в словаре антонимов азербайджанского языка.

ACIMAQ – QƏDDARLAŞMAQ Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım (M.S.Ordubadi); Düşmən məğlub olduqca qəddarlaşır.

← ACIQLI

ACIQLI – MÜLAYİM Kərbəlayı acıqlı səslə cavab verdi (Çəmənzəminli); Buludlar dağılmış, yenə Təbrizdə mülayim, xoş işıqlı günəş çıxmışdı (M.İbrahimov). ACIQLI – SAKİT Nə üçün bizlə həmişə acıqlı danışırsan (İ.Əfəndiyev); Çox sakit danışırdı (Elçin). ACIQLI – TƏMKİNLİ Səkinə zahirən nə Pərişan kimi narahat, nə də Rüstəm kişi kimi acıqlı idi (M.İbrahimov); O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M.İbrahimov).

ACITMAQ →

ACITMAQ – SAKİTLƏŞDİRMƏK Qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışıq alnı müəllimi lap acıtdı (Ə.Vəliyev); Bir anlıq iztirabdan sonra ata və balanı sakitləşdirdilər (A.Məmmədrza).

Это слово в других словарях: