AÇILIŞ

AÇILIŞ – BAĞLANIŞ Sərginin açılışı sabah, bağlanışı isə martın 5-də olacaqdır.

AÇIQLIQ
AÇILIŞMAQ
OBASTAN VİKİ
Açılış Arenası
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
2015 Avropa Oyunlarının açılış mərasimi
2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir. == Təşkili == Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir.Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb. == Bədii məzmunu == Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı.
2018 FİFA Dünya Kuboku açılış mərasimi
2018 FİFA Dünya Kubokunun açılış mərasimi saat 03:30-da (BYV) 14 iyun 2018-ci ildə Moskva şəhərində yerləşən Lujniki stadionunda baş tutmuşdur. Mərasim Rusiyanın Səudiyyə Ərəbistanı üzərindəki 5-0-lık qələbəsi ilə başa çatan açılış oyunundan saat yarım əvvəl keçirilmişdir. == Performans == Keçmiş braziliyalı oyunçu Ronaldo Rusiya 2018 köynəyi geyən balaca uşaqla meydançada gəzmişdir. Rusiyalı müğənni Aida Qarifullinanın çıxışından sonra ingilis pop müğənnisi Robbi Vilyamsda səhnədə yerini almış və "Let Me Entertain You" mahnısı səsləndirilməyə başlamışdır. Vilyams "Feel" mahnısının bir hissəsini oxumuş və Aida ilə "Angel" mahnısını duet şəklində oxumuşdur. Bundan sonra bütün 32 iştirakçının bayraqlarına bürünmüş könüllülər meydana çıxmışdır. Daha sonra Ronaldo mart ayında Beynəlxalq Kosmik Stansiya heyəti ilə kosmosa göndərilmiş və iyunun əvvəlində gətirilmiş Adidas Telstar 18 topu ilə qayıtmışdır. Robbi Vilyams ən sonda "Rock DJ" mahnısını ifa etmişdir. === Mübahisələr === Çıxış zamanı Vilyams səhvən "barmaq" işarəsi göstərmişdir. "This Morning" verilişində verdiyi müsahibədə Vilyams "Mən çox təzyiq altında idim, çünki bir dəqiqə qalmışdı və yarım dəqiqə ərzində nə edəcəyimi bilmirdim.
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə siyasi amnitsiya haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qəbul edilməsi == Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu. == Həyata keçirilməsi == Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S.Ağamalıoğlundan ibarət xüsusi heyət - "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibəti ilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.
Azərbaycanda kinopavilyonun açılışı (film, 1928)
Azərbaycanda kinopavilyonun açılışı qısametrajlı sənədli filmi 1928-ci ildə çəkilmişdir. Azdövlətkinoda istehsal edilmişdir. Film Bakıda kinofabrikin tikintisinin başa çatması, kinopavilyonun açılışı haqqındadır. == Məzmun == Film Bakıda kinofabrikin tikintisinin başa çatması, kinopavilyonun açılışı haqqındadır.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.
İngilis açılışı (şahmat)
İngilis açılışı c4 ilə başlayan şahmat açılışıdır : 1. c4Şahmatda 4-cü ən məşhur cinah açılışıdır. Müxtəlif mənbələrə görə, ağ fiqurların 1-dən 4-ə qədər qiymətləndirilən uğurlu açılışıdır. Ağlar, cinahdan d5 xanasına iddia irəli sürərək, hipermodern üslubunda mərkəz uğrunda mübarizə aparır. Adını İngilis (qeyri-rəsmi) dünya çempionu Howard Stauntondan alır, O, ilk dəfə bu gedişi 1843-cü ildə Saint-Amant ilə keçirdiyi matçda və 1851-ci ildə Londonda keçirilən beynəlxalq turnirdə oynamışdır. Bu, Stauntonun müasirlərini ruhlandırmırdı buna baxmayaraq yalnız XX əsrdə daha geniş nəzərə alınmağa başlanıldı. İndi həm klassik, həm də hipermodern mövqelərə çatmaq üçün istifadə edilə bilən solid açılış kimi tanınır. Mixail Botvinnik, Tiqran Petrosyan, Anatoli Karpov, Garri Kasparov və Maqnus Karlsen kimi oyunçular dünya çempionat oyunlarında bu gedişdən istifadə ediblər. Bobbi Fişer, karyerasının sonlarında adətən başladığı 1.e4 -dən bu gedişə keçmiş və 1970-ci ildə Palma de Mallorca Interzonal -da Lev Polugaevsky və Oscar Panno -ya qarşı oyunda istifadə etmişdir. Bundan başqa P dünya çempionatı oyununda Boris Spassky- yə qarşı oyununda bir daha bu gedişdən istifadə etmişdir.

Значение слова в других словарях

водосто́к дои́льщик иссве́рливаться карача́евский окарикату́ривать декало́г ковроде́лие лику́ющий омраче́нье толсторы́лый фуго́вка жирим зов drop-letter lap robe nix out Tuva ввести ветхозаветный камергер настричь побывальщина приревновать слезоточивый трудоёмкий