Слово AÇILMAQ в словаре антонимов азербайджанского языка.

AÇILMAQ – BƏRKİMƏK Bərkidi ayağı, açıldı əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzadə).

AÇILMAQ – BÜZÜŞMƏK İsti dəydikcə donları açılırdı. Soyuqdan büzüşmüşdülər (“Ulduz”).

AÇILMAQ – QAPANMAQ Bir şey aydın idi ki, o zaman bulanlıq selə düşüb hara getdiyini bilməyən adam kimi gözləri qapanmışdı (M.İbrahimov); Hər kimə vurub, yapış desən, yapışar, açıl desən açılar (A.Şaiq).

AÇILMAQ – ÖRTÜLMƏK Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı (Mir Cəlal); Qapı uşaqların üzünə örtüldü (İ.Şıxlı).

AÇILMAQ – SOLMAQ Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir); Həyətdəki güllər soldu (“Ulduz”).

AÇILMAQ – TUTULMAQ Ürəyim, ciyərim xarab, mədəm xarab, dilim də gah tutulur, gah açılır (S.S.Axundov).

AÇILMAQ – YIĞILMAQ Qarmon kimi gah yığılır, gah açılır dağ yolları (T.Şahdağlı).

AÇILMAQ – YUMULMAQ Açıldı, yumuldu qatı duman, sis; Buz salxımsalxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə).

← AÇILIŞMAQ

AÇILIŞMAQ – SIXILMAQ Usta Ağababa əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı (Çəmənzəminli); Fatma ağlamsındı, ancaq onu səsi çox nazikdir, özü də danışanda sıxılır (M.İbrahimov). AÇILIŞMAQ – TUTQUNLAŞMAQ Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu (T.Ş.Simürq); Mehralının siması tutqunlaşdı (Ə.Abbasquliyev).

AÇMAQ →

AÇMAQ – YUMMAQ Ağzını açır, yumur, danışır, amma səsini eşitmirik, danışıb qurtarır (Anar).

Это слово в других словарях: