ASTA

ASTA – BƏRK Asta basar, bərk kəsər (Ata. sözü).

ASMAQ
ASTALIQ
OBASTAN VİKİ
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
"Astananın 10 illiyi" medalı
"Astananın 10 illiyi" medalı (qaz. 10 жыл Астана) — Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 6 may 2008-ci il tarixli Fərmanına uyğun olaraq, paytaxtın Astana şəhərinə köçürülməsinin 10-cu ildönümünü qeyd etmək üçün təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatı. == Ordenin statusu == 1. "10 il Astana" yubiley medalı (bundan sonra — yubiley medalı) Qazaxıstan Respublikasının vətəndaşlarına və Qazaxıstan Respublikasının və paytaxtının qurulmasına və inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. 2. Yubiley medalının verilməsi üçün namizədlər Qazaxıstan Respublikasının Prezidentinə Parlament, Hökumət, Konstitusiya Şurası, Ali Məhkəmə, nazirliklər, bölgələrin, Astana və Almatı şəhərlərinin rəhbərləri, ictimai birliklər və Qazaxıstan Respublikasının digər mərkəzi dövlət orqanları sədrləri tərəfindən təqdim olunur. 3. Yubiley medalı Qazaxıstan Respublikasının Prezidenti tərəfindən verilir, həmçinin Qazaxıstan Respublikası Prezidenti adından aşağıdakılar təqdim edə bilər: 1. Qazaxıstan Respublikasının dövlət katibi; 2. Qazaxıstan Respublikası Parlament komissiyalarının sədrləri; 3.
76 saylı Lənkəran-Astara seçki dairəsi
77 saylı Astara seçki dairəsi
Anbaranməhəllə (Astara, İran)
Anbaranməhəllə (fars. عنبران محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,291 nəfər yaşayır (285 ailə).
Astagəl lorilərin mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Astagəl qiymətləndirmə
Astagəl qiymətləndirmə (en. lazy evaluation) – qiymətləndirmə əməlini yalnız gərəkli olduqda və yalnız müəyyən həddə kimi yerinə yetirməyə imkan verən proqramlaşdırma metodikası. Astagəl qiymətləndirmə çox böyük cədvəlləri və siyahıları kifayət qədər tez və səmərəli emal etməyə imkan verir. Məsələn, əgər proqram A cədvəlinin 2 sütunu ilə B cədvəlinin 4 sütununun nə dərəcədə eyni olub-olmamasını müəyyənləşdirməlidirsə, astagəl qiymətləndirmə sütunları, uyğunsuzluğu aşkarlayanadək və ya sütunlardan birinin sonuna varanadək element-element tutuşduran proqram kimi gerçəkləşdirilir (əks halda, əgər proqram hər iki sütunu tam emal etməli olsaydı, bu artıq vaxt olardı). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Astakol
Astan Şahverdiyev
Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin – 15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. == Həyatı == Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur.1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir.1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir.Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləmişdir. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvü olmuşdur. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış etmişdir.Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.İngilis və rus dillərini bilirdi.2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən parlamentə seçilmişdir.2018-ci ildə aprelin 15-də Qusarın Çiləgir kəndində ürək tutmasından vəfat edtmişdir.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astana-1964 FK
"Astana-1964" (qaz. Астана-1964 Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Komandanın rəngləri == == Adları == 1964: "Dinamo" (Selinoqrad) (qaz. «Динамо» (Целиноград)) 1975: "Selinnik" (Selinoqrad) (qaz. «Целинник» (Целиноград)) 1994: "Sesna" (Akmola) (qaz. «Цесна» (Акмола)) 1996: "Selinnik" (Akmola) (qaz. «Целинник» (Акмола)) 1997: "Astana" FK (qaz. «Астана» ФК) 1999: "Jenis" (Astana) (qaz. «Жеңіс» (Астана)) 2006: "Astana" FK (qaz. «Астана» ФК) 2009: "Namis" (Astana) (qaz.
Astana (film, 1986)
Astana tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Əsas rolları Yaşar Nuri, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Bəsti Cəfərova və Abbas Qəhrəmanov ifa edirlər. == Məzmun == Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Qarlı günlərin birində yaxşı insanlardan biri onu qar-borandan xilas edib evinə gətirir. Andrey bu evdə toplaşan təmiz qəlbli insanlardan bir növ dərs alır. Atasına, anasına, keçmiş həyat yoldaşına Andreyin ölümü ilə bağlı xəbər çatdırılır. Beləliklə, Andrey dəhşətli bir sınaqdan keçməli olur. Öz "ölümü"nə kənardan baxaraq ibrət götürən Andrey aqibətinin çox acınacaqlı olacağını anlayır və hər şeyi düzəltmək ümidilə geriyə-kəndinə dönmək qərarına gəlir...
Astana (film, 1988)
Astana qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. == Məzmun == Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. Filmin mərkəzində əsas etibarilə bir sıra səbəblər üzündən həyatda büdrəyən, bəzən də özündən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunan, nəhayət, öz yaramaz hərəkətləri üçün vicdan əzabı çəkən adamlar durur. Belə ki, onların əksəriyyəti həbs cəzasını çəkib yenidən həyata qayıdarkən, hamı kimi sağlam əxlaqla əmək sahəsində özlərini doğrultmağa çalışır. Vaxtilə buraxdıqları səhvi düzəltməyə, mənəvi cəhətdən pak, əsil insan kimi yaşamağa cəhd göstərirlər. Lakin buna baxmayaraq belə adamlar bəzən həyatda çətin maneələrlə qarşılaşırlar. Həbsdən qayıdan adamlara soyuq münasibət bəslənilir, onlara etinasızlıq göstərilir, etibar olunmur. Bütün bu mənfi münasibətlər filmdə tənqid edilməklə, adamlarımıza müsbət, insani hisslər aşılanır.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.
Astana Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. == Terminallar == Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.
Astana FK
"Astana FK" (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Tarixi == "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub. Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır.Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır."Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.2015-2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar. Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır. == Stadionu == Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.
Astana Opera
Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir. == Dizayn və tikinti == Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında, 2010-cu il iyulun 6-da başlayıb. Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi. Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti (Biobyte) və Maria Kairoli tərəfindən hazırlanmışdır. == Təsviri == Opera evinə iki salon daxildir: Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer), Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün.Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur. Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır. Opera evində bir neçə restoran və truppanın məşqləri üçün lazım olan bütün qurğular var.
Astana Tibb Universiteti
Astana Tibb Universiteti — Qazaxıstan SSR Nazirlər Sovetinin 26 oktyabr 1964-cü il tarixli əmri ilə qurulan və Astana şəhərində yerləşən ali təhsil tibb müəssisəsi. Başlanğıcda universitet Tselinoqrad Dövlət Tibb İnstitutu (TDTU) adlandı, 2009-cu ildə Astana Tibb Universiteti adlandırıldı və Qazaxıstandakı tibb universitetləri arasında ilk səhmdar cəmiyyət oldu. == Missiya və hədəfləri == 1964-cü ildə universitet açıldıqdan sonra yalnız universitetin adı dəyişdirilmədi, eyni zamanda ixtisasların sayı da artdı, kredit təhsili texnologiyaları və üç mərhələli təhsil sistemi — bakalavr, magistr, doktorantura, aspirantura, akademik proqramlar tətbiq olundu. Universitetin reytinqi durmadan artır və bir neçə ildir ki, universitet Qazaxıstan Respublikasının üç aparıcı tibb universitetlərindən biridir. Gələcəkdə Astana Tibb Universiteti olmalıdır: Ali, aspirantura və davamlı tibbi təhsil, səhiyyə yenilikləri sistemində liderdir Qabaqcıl Tibbi Texnologiyalar Elmi və Klinik Mərkəzi, İntellektual İnkişaf; Korporativ idarəetmə standartlarının formalaşdırılması və tətbiqi mərkəzi; Elmi, sosial-mədəni, təhsil mühiti və infrastrukturunun formalaşdırılması mərkəzi. Əsas inkişaf prioritetləri: insan resurslarının inkişafı; keyfiyyətli tibbi təhsil vermək; öz klinik bazasının yaradılması; universitet elminin təkmilləşdirilməsi; beynəlxalq təhsil və elmi cəmiyyətə inteqrasiya.Formalaşdırılmış missiyaya əsasən, universitet aşağıdakı hədəfləri müəyyənləşdirdi: Qazaxıstan Respublikasının səhiyyə sistemi üçün rəqabət qabiliyyətli, yenilikçi texnologiyalara, biliklərə və qloballaşma şəraitində yüksək keyfiyyətli və təhlükəsiz tibbi xidmətlər göstərməyi bacaran ahəngdar inkişaf etmiş mütəxəssislərə peşəkar və mənəvi cəhətdən mükəmməl mütəxəssislər hazırlamaq keyfiyyətini təmin etmək dünya birliyinin; Təhsil fəaliyyətinin təkmilləşdirilməsi; Yenilikçi klinik fəaliyyətin təşkili; Tədqiqat işinin təkmilləşdirilməsi; Lisansüstü və davamlı peşə təhsili, güclü bir elmi məktəb, səhiyyə və əczaçılıq sahəsindəki yeniliklərin təkmilləşdirilməsi; Fəaliyyətlərin strateji planlaşdırılmasının inkişafı; Əməliyyatların və maliyyə və aktiv idarəetməsinin gücləndirilməsi; İnformasiya və texnologiyalar mənbəyi olan korporativ etik standartların formalaşdırılması və tətbiqi, elmi, sosial-mədəni, sağlam korporativ mühitin formalaşdırılması, səhiyyə sisteminə inam. Əsas hədəflərə uyğun olaraq Universitetin inkişafının strateji istiqamətləri formalaşdırıldı: Strateji istiqamət: Ali tibb təhsili sahəsində rəhbər vəzifələrin formalaşdırılması "Tibb Universiteti Astana" ASC tərəfindən göstərilən təhsil xidmətlərinin yüksək səviyyədə keyfiyyətinin təmin edilməsi Təhsil xidmətlərinin optimal həcminin və strukturunun təmin edilməsi Təhsil xidmətlərinin göstərilməsinə inteqrasiya olunmuş yanaşmanın təmin edilməsi (sosial aspekt) Strateji istiqamət: Korporativ idarəetmənin səmərəliliyinin artırılması.
Astana bayrağı
Astana bayrağı — bayraq Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayev tərəfindən dizayn edilib.
Astanadakı ən yüksək binalar
Qazaxıstanın paytaxtı Astana, 11-i ən az 100 metr hündürlüyü olan 118 çoxmərtəbəli binaya ev sahibliyi edir. Astanadakı ən hündür bina, 210 metr hündürlüyündə olan və 2012-ci ildə tamamlanan 54 mərtəbəli Zümrüd Qüllələridir. Həm də Qazaxıstandakı ilk hündür binadır. == Yüksək binalar == Bu siyahıda Astanada standart hündürlük ölçüsü ilə ən az 100 metr hündürlüyündə olan göydələnlər sadalanır. Bu siyahıya qüllələr və memarlıq detalları daxildir, lakin anten dirəkləri deyil. "İl" sütunu bir binanın tamamlandığı ili göstərir. == İnşası davam edən yüksək binalar == Bu siyahıda ən azı 100 metr hündürlüyündə planlaşdırılan Astanada tikilməkdə olan binalar sadalanır.
Astancin (Miyanə)
Astancin (fars. استانجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur.
Astaneyi-Əşrəfiyyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Astaneyi-Əşrəfiyyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Astaneyi-Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Astanlı
Astanlı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Astanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Aşağı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Значение слова в других словарях

гекса́эдр зака́зывать напо́мнить пону́ренный поса́дка приказа́ние семеннико́вый вы́сылка гироскопи́ческий жонгли́ровать шаромы́жничество племя ятовь barometry breadmaking horny ides lacquey ostreaceous spell кованный оглавление предвозвещать протравливание разноречивый