DALĞALI

DALĞALI – SAKİT Qarşımda dalğalı dərin bir ümman; Ümmanı sarsıdır bir acı tufan... (M.Müşfiq); Dərindir, qorxuludur sakit axan lal sular (B.Vahabzadə).

DALAŞQANLIQ
DALĞIN
OBASTAN VİKİ
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Dalğalı (Neftçala)
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Dalğalı (Xaçmaz)
Dalğalı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Nabran inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizinin ləpədöyən sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Dalğalı tutuquşu
Dalğalı tutuquşu (lat. Melopsittacus undulatus) — tutuquşukimilər dəstəsindən quş. == Haqqında == Qəfəsdə saxlanılmasına və çoxaldılmasına görə ən çox dekorativ quşlardan (XIX əsrin ortalarından) biridir. == Xüsusiyyətləri == Bədəninin uz. 18 sm-ədək, kütləsi 25 q-a qədərdir. Vəhşi dalğalı tutuquşunda yaşıl rəng üstünlük təşkil edir; başın ön tərəfi və boğazı sarı, quyruğu göydür. Başında, mantiya da və qanadlarında nazik qara və sarı zolaqlar var. Erkəklərində gicgah tünd-göy, dişilərində açıq-göy, yuvalama dövründə boz rəngdə olur. == Yayılması == Avstraliyada geniş yayılmışdır. Savannalarda və suvatı olan quru seyrək meşələrdə məskunlaşır.

Значение слова в других словарях

амазо́нка вихля́ть гипсова́ть комо́лый мори́ться по-фанфаро́нски прице́почный уча́стие фо́ндовый щи́паный яйцеобра́зно обдура́чить раструси́ть рецепто́рный рокиро́вочный сверхсро́чный чафрант dandy-line deck-tennis enactment maintenance section strappado завалинка инвентарь хакас