NARAHAT

NARAHAT – ARXAYIN Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbər veriləcəyini düşünən polkovnik narahat idi (S.Qədirzadə); Dərdin elə busa, lap arxayın gəz (S.Vurğun).

NANƏCİBLİK
NARAHATLAŞMAQ
OBASTAN VİKİ
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. == Diaqnostik kriteriyalar == 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi ( bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya,neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri,leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Narahat ayaqlar sindromu nədir ?
Narahat adam (film, 2005)
== Məzmun == Film SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir. Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar. == Festivallar və mükafatlar == 1) 2006-cı ildə Filmə "Humay" mükafatı verilmişdir.
BMT İHAK-ın Sincandakı insan hüquqları ilə bağlı narahatlıqlarını qiymətləndirməsi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çində uyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat. Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər". == Zəmin == 2014-cü ildən Çin hökuməti Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin rəhbərliyi altında Sincan bölgəsində bir milyondan çox türk mənşəli müsəlmanın heç bir hüquqi razılıq olmadan yenidən təhsil düşərgələrində həbs edilməsi ilə nəticələnən siyasət yürüdür. Bu, İkinci Dünya müharibəsindən sonra etnik və dini azlıqlara qarşı aparılan ən böyük həbs kampaniyasıdır. Mütəxəssislərə görə, 2017-ci ildən 2022-ci ilə qədər 16 minə yaxın məscid dağıdımış və ya zədələnmiş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilmişdir.İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması, məcburi əmək, uyğurların dini ayinlərinin yatırılması, siyasi və ideoloji indoktrinasiya, zorakı rəftar, məcburi sterilizasiya, məcburi kontrasepsiya və məcburi abort daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır. Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır. Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir. 2019-cu ildə Çində doğum nisbəti 4,2% azalmış olsa da, Sincanda doğum nisbəti 24% azalmışdır.Çin hökuməti Sincanda insan hüquqlarının pozulmasını inkar edir.

Значение слова в других словарях

бава́рский брандма́уэр зуба́тки обозрева́ть огиба́ние пантопо́н стри́женая эне́цкий ба́рмы глухари́ный дать жи́зни доя́рка заколдова́ть протара́ниваться рекогносциро́вка сдвижно́й турун Florida Keys phlyctaena pimple-faced trade unionist ween гриф корреляция рассвет