ADA
ADACIQ
OBASTAN VİKİ
Ula, Muğla
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Ula (Muğla)
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
"ADA" Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
ADA Məktəbi
ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb. == Tarixi == ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur. == Təhsil modeli == ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub. == Tədris proqramı == Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir. == Binası == Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir. == Qəbul == ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
ADA Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
ADA sindiromu
ADA – Adenosine Deaminase Deficiency. Bu sindrom maddələr mübadiləsinin autosom-resisiv pozğunluğudur. Bu pozğunluq immun çatışmazlığına gətirib çıxarır. ADA sindromuna bütün dünyada hər 100000 nəfərdən birində rast gəlinir. Onların da 15%-i ağır kombinə olunmuş immun çatışmazlığıdır (SCİD). ADA çatışmazlığı adenozindezominaz fermentinin olmamasından meydana gəlir. Bu sindrom dezoksiadenozinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində aşağıdakılara gətirib şıxarır: bütün hüceyrələrə d-ATF toplanır, bu da ribonukleotidreduktaza və DNT sintezinə mane olur, belə ki hüceyrələr bölünə bilmirlər. İnkişaf edən T-hüceyrələr və B-hüceyrələr ən aktiv mitotik hüceyrələrdirlər və bu şəraitə çox həssasdırlar. Adenozindezaminaza fermentli S-adenozilqomosisteinin inkişafı purin müdafiədə əsas rol oynayır; hər iki maddə inkişaf etməmiş limfosidlər üçün onların yetişməsinə mane olan toksikdirlər.
Ada-Boyana
Ada-Boyana (serb. Ада Бојана) — Monteneqro ərazisində, Adriatik dənizi sahilində, Boyana çayı mənsəbində yerləşən ada. Ulsin şəhəri yaxınlığında, Albaniya və Monteneqro sərhəddin yaxınlığındadır. Adanın sahəsi 4,8 km²-dir. Ada-Boyana üçbucaq formaya malik çay adasıdır. Süni şəkildə formalaşan ada 1958-ci ildə "Merito" gəmisinin qəzası sonucunda meydana gəlir. Vaxtı ilə mövcud iki kiçik çay adasının qumla birləşməsindən sonra ortaya çıxır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə ada xarixi turistlərə xidmət edən istirahət mərkəzi olmuşdur. Hazırda 1000 nəfər adada sərbəst şəkildə istirahət edə bilir. 1973-cü ildən adada naturizm kənddi vardır.
Ada Lavleys
Ada Lavleys (ing. Augusta Ada King Byron, Countess of Lovelace, (10 dekabr 1815[…], London – 27 noyabr 1852[…], Marlibon[d], Birləşmiş Krallıq) — ingilis riyaziyyatçısı. İxtisasca riyaziyyatçı olan bu xanım tarixdə ilk proqram yazması ilə məşhurdur. Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. Bu xanım həmçinin "sikl" və "işçi xana" terminlərini də ilk dəfə tətbiq etmişdir. 1979–1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə Ada proqramlaşdırma dili yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. 17 fevral 1983-cü ildə ADA obyektyönümlü proqramlaşdırma dili ANSI tərəfindən rəsmən standartlaşdırılmışdır. Bu dil ABŞ Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş layihə çərçivəsində hərbi təyinatlı sistemlər və böyük hərbi kompüterlər üçün vahid proqramlaşdırma dilinin yaradılması məqsədilə işlənib hazırlanmışdır. Bundan başqa ilk proqramçı olan bu xanımın adının əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir.
Ada Roqovseva
Ada Roqovseva (16 iyul 1937, Hluxov[d], Sumı vilayəti, Ukrayna SSR, SSRİ) — Aktrisa. == Həyatı == Ada Nikolayevna Roqovseva 16 iyul 1937-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutunda təhsil alıb (1954-1959). Kiyev Milli Akademik Rus Dram Teatrında çalışıb (1959-1994). Ukrayna xalq artisti, Ukrayna qəhrəmanı (2007), SSRİ xalq artisti (1978) Ada Roqovseva bədii yaradıcılıqla və pedaqoji fəaliyyətlə də məşğuldur.
Ada Roqovtseva
Ada Roqovseva (16 iyul 1937, Hluxov[d], Sumı vilayəti, Ukrayna SSR, SSRİ) — Aktrisa. == Həyatı == Ada Nikolayevna Roqovseva 16 iyul 1937-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutunda təhsil alıb (1954-1959). Kiyev Milli Akademik Rus Dram Teatrında çalışıb (1959-1994). Ukrayna xalq artisti, Ukrayna qəhrəmanı (2007), SSRİ xalq artisti (1978) Ada Roqovseva bədii yaradıcılıqla və pedaqoji fəaliyyətlə də məşğuldur.
Ada Siqanliya
Ada Siqanliya (serb. Ада Циганлија) — Belqraddakı Sava çayının yatağında yerləşən ada. Ada süni şəkildə bir yarımadaya çevrilmişdir. Adı Savadakı süni göl və çimərliyə də verilmişdir. Belqradın mərkəzindən 4 km məsafədə yerləşdiyinə görə məşhur bir istirahət zonasına çevrilmişdir. Bundan əvvəl isə adadakı bataqlıqları qurudulmuşdur. Özünün çimərlikləri və idman qurğuları ilə tanınır. Yay aylarında hər gün 100 minə qədər insan adanı ziyarət edir. == Təsviri == Bəzi salnaməçilər adanın adını keltlərdən qalma olduğunu iddia edirlər. Sinqaliya sözünə çevrilən sinqa — ada və lia — sualtı torpaqlar kimi tərcümə edirlər.
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Ada faunası
Ada körpüsü
Ada körpüsü (serb. Мост на Ади) ― Sebiyanın paytaxtı Belqrad şəhərində, Sava çayı üzərində körpü. Körpü Çukaritsa və Yeni Belqrad bələdiyyələrini birləşdirən Ada Siqanliya adasının ucundan keçir. Körpü dirəyi, böyük miqdarda betonla möhkəmləndirilmiş və daha möhkəm təməl yaratmaq üçün bir qədər böyüdülmüş adanın ucunda yerləşir. İnşaat 2008-ci ildə başlamış və körpü 1 yanvar 2012-ci ildə açışmışdır. Bitişik yolların inşası isə 2013-cü ildə başa çatdırılmışdır. Körpü dizayn elan edildikdən dərhal sonra həm peşəkarlar, həm də siyasətçilər iki hissəyə bölündü: onların bir qismi körpünün bütün Belqrad körpülərinin ən gözəli və ən funksionalı olduğunu iddia edərkən, digərləri körpünü çox bahalı və lazımsız bir meqalomaniakal olaraq adlandırdı. Hələ 2012-ci ildə açıldığı gündən bu yana körpü şəhərin simvollarından biri və "musiqi kliplərində və filmlərdə əsas dekor" olmuşdur. Ada körpüsü "paytaxtı ən çox təmsil edən körpü" adlandırılır. == Yer == Ada körpüsü şəhər daxilində Sava çayı üzərində yerləşən ən çox istifadə olunan körpüdür.
Ada Ölkəsi
Ada ölkəsi - ana bölgəsi bir və ya bir çox ada dan ibarət olan ölkələr üçün istifadə edilən coğrafi termin. Dünyadakı ölkələrin 49 dənəsi ada ölkəsi olub, bu sayı bütün ölkələrin təxminən olaraq 25%-ni əhatə etməkdədir. == Siyasət == Ada ölkələrində ümumiyyətlə demokratiya görülərkən, demokratiya ilə idarə olunan ölkələrin nisbəti, ada dövləti olmayan ölkələrə görə olduqca yüksəkdir. Bununla birlikdə bir çox ölkənin tarixində siyasi baxımdan sabitlik görülməkdədir. == Müharibə == Ada ölkələri, ümumiyyətlə tarix boyunca torpaqlara sahib olmaq istəyən dövlətlər arası anlaşılmazlıqlara, sonra isə tez-tez yaşanan dəniz müharibələrinə səhnə olmuşdur.. .Bunda qurudan hər hansı bir ölkə ilə sərhədə sahib olmaması, quru dövlətlərinə görə daha kiçik olmaları və dəniz ilə hava nəqliyyatından asılı olmaları təsirlidir. Günümüzdə isə bir çox ada ölkəsinin ordusu yoxdur, çox kiçik olmaqda və ya pullu əsgərlərdən meydana gəlməkdə, bu sayədə isə işğalçılara açıq mövqedə var. == Təbii ehtiyatlar == Külək gücü, hidravlik güc, geotermal enerji, biodizel kimi yenilənə bilər enerji qaynaqlarının istifadəsi, artan neft qiymətləri üzündən sürətli bir şəkildə yüksəlməkdədir. == Coğrafiya == Ada dövlətlərinin bir çoxu, digər dövlətlərə nəzərən iqlim dəyişikliklərindən olduqca çox təsirlənir. Böyük Okyanusdaki aşağı hündürlüklü ada ölkələri suların yüksəlməsiylə birlikdə batma təhlükəsiylə qarşı-qarşıya qalır.
Aleksandr (ada)
Aleksandr (ing. Alexander Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. == Coğrafiya == Adanın sahəsi 484 km², sahil xətdinin uzunluğu 129 km təşkil edir. Uzunluğu 43 km, maksimal eni 19 kilometrdir. Lanşaftı əsasən düzənlik və bəzi yerlərdə 60–180 m hündürlüyə malik təpələrə malikdir. Aleksandr adası cənub hissədə yerləşən dörd ada arasında ən irisidir — Aleksandr, Messi (ada), Vane (ada), Kameron. Bu adalar Baterst adasından qərbdə yerləşir. Adanı Barest adasından Pell boğazı (Pell Strait) və Messi adasından isə Boyer boğazı (Boyer Strait) ayırır. Cənub-qərbdə Bayam-Martin (ada)sından, Bayam-Martin boğazı isə adanın qərbində yerləşən Melvill (ada)sından ayırır.
Andipsara (ada)
Andipsara (deyilir Antipsara, Antipixara, yun. Αντίψαρα, т.е. "Psarla üzbəüz yerləşib") — Yunanıstanda Egey dənizinə daxil olan kiçik, insan məskunlaşmamış adalardan biridir. Ada Şərq Sporadı arxipelaqına daxildir. Daha çox əhali məskunlaşan Psar adasından 2,4 km məsafədə yerləşmişdir. Psar adaları, Andipsara adası, həmçinin Xios (Psardan 14,2 km cənub-şərqdə) və kiçik İnusses adası (Xiosdan 6 km şərqdə) birlikdə Yunanıstan Respublikasının Xios prefekturasını təşkil edir. == Coğrafiya == Andispara (Andipixara) adası Egey dənizin şərqində yerləşmişdir. Sahəsi təxminən 4 km²-dir. Dəyirmi formaya malikdir. 2011-ci il əhalinin siyahıya alma məlumatlarına görə adada insan məskunlaşmayıb.
Arran (ada)
Arran adası (şot.kelt Eilean Arainn ("uzaq ada"); ing. Arran) — Şotlandiyanın qərbində, Fert-of-Klayd körfəzində yerləşən ada. Sahəsinə görə ölkənin yeddinci böyük adası Şimali Eyrşir əyalətinin tərkibinə daxildir. Ərazisi dağlıq olan bu ada geoloqlar üçün "cənnət" hesab olunur. 1787-ci ildə adaya gələn geoloq Ceyms Hatton burada olan süxurların yatım formasına və tərkibinə əsasən sonradan geologiya elmində yeni nəzəriyyənin — Plutonizimin əsasını qoydu. == Təbiəti və iqlimi == Geologi baxımdan Şotlandiyanın ərazisi iki fərqli hissəyə bölünür: Dağlıq şimal və düzənlik cənub hissə. Bu geoloji bölgü xətti həmdə Arranı iki hissəyə bölür. Adanın şimal hissəsi yüksək dağlardan və dərin dərələrdən, cənub hissəsi isə bunun əksi olaraq bataqlıq, çaylar və meşəlikdən ibarətdir. Sanki bütün Şotlandiyaya məxsus cəhətlər bu adada toplanmış. Dağları şimal Qrampian dağları kimi çox yüksək deyil.
Avallon (ada)
Avallon (valli dilində afal – alma) – kelt əfsanələrinin mifik adası, həmdə "xoşbəxtlər adası" kimi tanınır. Əfsanələrə görə Avallonda daima cavan qalan insanlar var və firavan yaşayırlar. Avallonun ən qədim rəmzləri şüşə saray yaxuddaki qüllədir, ölümsüzlük bəxş edən sehrli almalar və bunları təklif edən qadınlar və sair mövçuddur rəvayətə görə Avvallonda. Avalon mifi keltlər üçün müqəddəs olan Uelsdə Avalon yarımadası ilə assosiasiya edilən "xoşbəxtlik ölkəsi" haqqında xristianlıq dastanlarının əks — sədasıdır.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Baterst (ada)
Baterst ing. Bathurst Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir. == Coğrafiyası == Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov)Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
бескоры́стно искази́ться корчма́рка ошале́ть плеши́венький умнёшенько хитрова́ть засупо́нивание нало́г натаска́ться нехозя́йственность обшива́ть па́че ублю́док чи́стый пляшка antiblackout suit counterstroke delegatory hygrology refrangibility sandy-haired stretchable винокур выбивать