AXIR-ƏVVƏL
AXIRDA
OBASTAN VİKİ
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831-1912) - Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. == Həyatı == Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. == Təhsili == 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub. == Əmək fəaliyyəti == 1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.
Əzəl çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Dəniz nefti axır (film, 1954)
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .

Значение слова в других словарях

алуни́т весы́ зашпигова́ть ко́лика кре́сти немо́лчный передвои́ть подъёмщик портпле́д постановля́ть телеспу́тник траги́ческое гидроаку́стика истаска́ться пара́бола судьбоно́сный холмого́рка порной antipollutant blanched humpbacked salmon meaningly piliform stanch бугорок