AKADEMİYA
AKKORD
OBASTAN VİKİ
Akasiya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir. == Sinonimləri == Acaciopsis Britton & Rose Bahamia Britton & Rose Delaportea Thorel ex Gagnep.
Akasiya mənənəsi
Akasiya mənənəsi-(lat. Aphis craccivora) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Akasiya mənənəsinin qanadsız yetkin formaları, solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5–3 mm-dir. Qanadlı fərdlərdə baş və döş qaradır. Qarıncığı yaşıldlr. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Ağ akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Robinia Pseudoacacia və ya digər adıyla Yalançı akasiya invaziv növ olub,ana vətəni Kanadadır.Normal şəraitdə 12-30 metr hündürlüyə və 0.61–1.22 m diametr ölçüsünə qədər böyüyə bilən ağacdır.Bəzi yaşlı növlər isə 51 metr hündürlüyə və 1,6 m diametr ölşüsünə qədər böyüyə bilir..Əsasən iqlimi sərin və ya isti olan ərazilərdə rast gəlinir.İnvaziv növ olduğundan bir çox ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Botanika bağında rast gəlinən növdür.Dekoratif bitki kimi istifadəsi genişdir. Hal-hazırda müalicə məqsədi ilə istifadəsi həyata keçirilmir. Robinia Pseudoacacia üçün xüsusi qoruma fəaliyyəti həyata keçirilməsədə hal-hazırda bir çox qorunan ərazilərdə rast gəlinir. Lakin Robinianın toxumları yığılmalı və ex-situ şəraitində çoxaldıla bilmə ehtimalına uyğun olaraq qorunmalıdır. Robinia Pseudoacacia Təbiət Xidmətləri ( Nature Serve ) tərəfindən qlobal miqyaslı təhlükəsiz növ olaraq qiymətləndirilmişdır.İUCN tərəfindən isə ən az təhlukə altında olan növ ( Least Concern ( LC ) ) kimi qiymətləndirilmişdir. == Təbii yayılması == Şimаli Аmеrikаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan çətirli аğаcdır.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Dırmıxşəkilli akasiya
Dırmıxşəkilli akasiya (lat. Acacia acanthoclada) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Hündürlüyü 2 m-ə çatan koldur. Yarpaqlarının uzunluğu 0,2-0,6 sm, eni 1-2 mm olur. Avqust-oktyabr aylarında çiçəkləyir. Təbii arealı Qərbi Avstraliya, Cənubi Avstraliya və Viktoriyadır.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü аkаsiyа Аvstrаliyаnın cənub-şərq sаhillərində, Uels, Viktоriyа, Tаsmаniyа аdаsındа, mədəni hаldа Hindistаn, Şri-Lanka, Cənubi Аfrikа, Аrаlıq dənizi sаhili ölkələrində yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diаmetri 1 m-ə çаtаn, tikаnlı və tikаnsız, həmişəyаşıl, enli çətirli аğаc və ya kоldur. Cаvаn budаqlаrın qаbığı yаşıl və hаmаrdır, аşаğıyа getdikcə çохçаtlı və bоz rəngdədir, üzərində uzununа qeyri-bərаbər çаtlаr оlur, bu çаtlаrdаn çох zаmаn qatran ifrаz оlunur. Yаrpаq düzülüşü növbəli və bəzən tоpа hаlındаdır. Çох zаmаn хırdа yаrpаqcıqlаrı fillоdilər şəklindədir və yа tikаnsız sаplаğı əvəz edir. Yаrpаqlаrı cütlələkvаri, gümüşü-yаşıl, yахud gümüşü-bоzdur. Yаrpаqlаrı iki sırаlıdır. Birinci sırаdа 8-25 cüt, ikinci sırаdа isə 30-40 cüt yаrpаqcıq yerləşir.
Mirtyarpaq akasiya
Mirtyarpaq akasiya (lat. Acacia myrtifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Oraqvari akasiya
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. == Qısa botaniki təsviri == 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Qara akasiya
Qara akasiya (lat. Acacia melanoxylon) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Təbiətdə bu növün yayılma arealı Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatlarında, Cənubi Avstraliyada və Tasmaniya adasında yayılıb. Növ Yeni Zelandiyaya, Cənubi Amerikaya, ABŞ-nin bəzi şatatlarına (Kaliforniya, Florida və Havay) da uyğunlaşdırılıb. . == Təbii yayılması == Akasiyanın bu növü əsasən Avstraliyada - Viktoriya, Yeni Cənubi Uels, Cənubi Avstraliya, Tasmaniya adasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 metr olan həmişəyaşıl ağacdır. Boz rəngli çatlayan qabığı gümüşü rəngli mum təbəqəsi ilə örtülmüşdür. Yarpaqları cüt lələkvari, bəzən bütöv və ya bir qədəri filloidlərlə əvəz edilir. Filloidlər dərivari və enli neştərşəkillidir. Çiçək qrupu filloidlərin qoltuğunda yerləşir və seyrəkdir.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. == İstifadəsi == Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. == Sinonimləri == Acacia richii auct.
Qətranlı akasiya
Qətranlı akasiya (lat. Acacia gummifera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sarı akasiya
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Akasiya dayanacağı (teleserial)
Akasiya Dayanacağı (türk. Akasya Durağı) — Türk komediyası, ailə serialı. Rejissoru Yaşar Sərinər, yayım şirkəti Erler Filmdir. Serial 14 iyul 2008-ci ildə Kanal D-də yayımlanmağa başladı, 29 avqust 2011-ci ildə yayımlanan 134-cü hissəyə qədər burada yayımlanmağa davam etdi və 29 sentyabr 2011-ci ildə yayımlanan 135-ci bölümdə yayım haqları Star TV-ə verildi. 7 fevral 2012-ci ildə Star TV-də yayımlanan 152-ci bölüm ilə final verdi. 7 noyabr 2012-ci ildə yenidən Kanal D-də yayımlanmağa davam etdi. 1 sentyabr 2012-ci ildə 174-cü bölümdə sona çatdı. Cəmi 5 mövsüm davam etdi. == Mövzu == Mövsüm 1Kamal Günəş (Zəfər Ərgin) varlı bir sənayeçidir. Arvadı Məlahət Günəş (Mələk Baykal) və qızı Tuğçe ilə yaxşı bir həyat yaşayarkən şirkəti iflas etdi və intihar etdi.
Akasiya yalançıçanaqlı yastıcası
Bəzəkli ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Sıxçiçək akasiya
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Uzunyarpaq akasiya
Uzunyarpaq akasiya (lat. Acacia longifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia longifolia var. latifolia Sweet Acacia longifolia var. longifolia Acacia longifolia subsp. longifolia Acacia longifolia var. typica Benth. Mimosa longifolia Andrews Mimosa macrostachya Poir. Phyllodoce longifolia (Andrews) Link Racosperma longifolium (Andrews) C.Mart.
Yalançı akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
İkidamarcıqlı akasiya
İkidamarcıqlı akasiya (lat. Acacia binervata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Şümşadyarpaq akasiya
Şümşadyarpaq akasiya (lat. Acacia buxifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Ətirli akasiya
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Akasiya dayanacağı (teleserial, 2008)
Akasiya Dayanacağı (türk. Akasya Durağı) — Türk komediyası, ailə serialı. Rejissoru Yaşar Sərinər, yayım şirkəti Erler Filmdir. Serial 14 iyul 2008-ci ildə Kanal D-də yayımlanmağa başladı, 29 avqust 2011-ci ildə yayımlanan 134-cü hissəyə qədər burada yayımlanmağa davam etdi və 29 sentyabr 2011-ci ildə yayımlanan 135-ci bölümdə yayım haqları Star TV-ə verildi. 7 fevral 2012-ci ildə Star TV-də yayımlanan 152-ci bölüm ilə final verdi. 7 noyabr 2012-ci ildə yenidən Kanal D-də yayımlanmağa davam etdi. 1 sentyabr 2012-ci ildə 174-cü bölümdə sona çatdı. Cəmi 5 mövsüm davam etdi. == Mövzu == Mövsüm 1Kamal Günəş (Zəfər Ərgin) varlı bir sənayeçidir. Arvadı Məlahət Günəş (Mələk Baykal) və qızı Tuğçe ilə yaxşı bir həyat yaşayarkən şirkəti iflas etdi və intihar etdi.
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Beyli akasiyası
Beyli akasiyası (lat. Acacia baileyana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Koa akasiyası
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür. == Sinonimləri == Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Koaya akasiyası
Koaya akasiyası (lat. Acacia koaia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür.
Lənkəran akasiyası
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18-20 m-ə, diametri 30-40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18-25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.

Значение слова в других словарях

абстра́ктность агрикульту́рный латы́шка многоцве́тный нестра́шный отклёпывать ры́ба сполови́нить антиобще́ственный криоге́нный надзира́тель нату́жный одели́ть оме́г abacus downwash dypso garrulous overtoil self-indulgence unalleviated полукопытный сельскохозяйственный тряпочка фельетон