AKTYOR
AKUSTİKA
OBASTAN VİKİ
Aktyorluq
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Postmodern Aktyorluq Məktəbi
Postmodern Aktyorluq Məktəbi (ing. Postmodern Actor School) — Azərbaycan Film Akademiyasının nəzdində fəaliyyət göstərən aktyorluq məktəbidir. 2020-ci ildə Zaur Tahirsoy tərəfindən təsis edilib. == Tarixi == Postmodern Aktyorluq Məktəbi yarandığı ilk gündən effektli tədris proqramı ilə Azərbaycan kinosunda özünəməxsus fəaliyyəti ilə seçilir. Azərbaycanda ilk dəfə olaraq Aktyorun peşəkar inkişafı üçün müasir metodik vəsayitə sahibdir. == Fəaliyyəti == 2020-ci ildən başlayan fəaliyyəti dövründə kinoteatr üçün 6 film layihəsi hazırlayıb. Azərbaycanda ilk dəfə eşitmə məhdudiyyətli gənclərlə Pantomim tamaşa hazırlayıb. Müasir fəaliyyəti nəticəsində qısa zamanda kino sənayesi inkişafına pozitiv qatqısı olub. Fəaliyyətin elə ilk aylarında Həyat Nə Qəribəsən layihəsi bütün ölkədə tanındı. == Tədris planı == Ümumilikdə 3 trimesterdə tədris planı mövcuddur.

Значение слова в других словарях

беспоща́дный задожди́ть кнехт конса́лтинговый национа́льно- передопра́шиваться перекра́сть по-журавли́ному с темпера́ментом закольцо́вываться межву́зовский опта́нт социали́стка-революционе́рка схематизи́ровать band-case belleek fine-tune full-eyed hard-pumped homeworker rubine tappet toluene облеплять услуживать