AŞAĞI-YUXARI

1. вверх-вниз; 2. больше или меньше, около, приблизительно;
AŞAĞI
AŞAĞIDA
OBASTAN VİKİ
Aşağı Layısqı
Aşağı Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Layısqı Şəki rayonunun Aşağı Göynük inzibati ərazi vahidində kənd.Şin çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim ərazidəki Layskiqaya dağının adını daşıyır və "Aşağıda yerləşən Layısqı kəndi" deməkdir.Qarşılığı Baş Layısqı oykonimidir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki—Zaqatala şose yolundan 2 km aralı, Şin çayının sahilində, Alazan-Həftəran vadisindədir. == Əhalisi == Kəndin əhalisi 1265 nəfər təşkil edir ki, onun da 656 nəfəri kişi, 609 nəfəri isə qadındır.
Aşağı Ləgər
Aşağı Ləgər (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Aşağı Ləgər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
Aşağı Ləki
Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.
Aşağı Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Aşağı Malqobek
Aşağı Malqobek və ya Malqobek (kab.-çərk. Мэлгъэбэг, oset. Мæлгъæвæг) — Şimali Osetiya Respublikasının Mozdok bölgəsindəki kənd. Bələdiyyənin inzibati mərkəzi "Malqobek kənd qəsəbəsidir". == Coğrafiya == Kənd Mozdok bölgəsinin qərb hissəsində, regional mərkəz Mozdokdan 30 km cənub-qərbdə, Terek şəhərindən 34 km şimal-şərqdə və Vladiqafqaz şəhərindən 97 km şimal-qərbdə yerləşir.Kənd yaşayış məntəqəsinin sahəsi 20.72 km² təşkil edir. Cənub-qərbdə Aşağı Kurp, qərbdə Akvedukt və Yeni Həmidiyə və şimalda Suxotski qəsəbələrin torpaqları ilə həmsərhəddir. Kənd Terski silsiləsinin şimal nöqtələrində meylli Kabarda düzənliyində yerləşir. Şimalda ərazi əsasən cənubdan Terski silsiləsinin yamaclarına, nisbi yüksəkliklərdə fərqlərin artması ilə keçən dağətəyi meylli düzənliklərdən ibarətdir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 214 metr yüksəkdir. Sahənin ən yüksək nöqtəsi kəndin cənubunda yerləşən Xutako dağıdır (433 m).
Aşağı Maralyan
Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu inzibati-ərazi vahidində kənd. Araz çayının sol sahilində, düzənlikdədir. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır. Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir. == İqtisadiyyatı == Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.
Aşağı Mesopotamiya
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Aşağı Mollu
Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Mollu kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli nümayəndəsi Nəbi Alı oğlu (Qaçaq Nəbi) bu kənddəndir. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Mollu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Aşağı Mülkülü
Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Emnalıyev Orxan Eyvaz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.
Aşağı Nemətabad
Aşağı Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 948 nəfərdir (2009). Aşağı Nemətabad Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Yuxarı Şirvan kanalından bir qədər aralı, Şirvan düzündədir. Yaşayış məntəqəsini keçmiş Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr salmışlar. Aşağı sözü kəndin coğrafi mövqeyini göstərir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 20 km qərbdə, Yuxarı Şirvan kanalından 10 km aralı, Bakı—Qazax şose yolu kənarında, Şirvan düzündədir.
Aşağı Normandiya
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Aşağı Noxudlu
Aşağı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1716 nəfərdir.[mənbə göstərin]Muğan düzündədir. Kənd keçmışdə Şahsevənlərin sarıxanbəyli tayfasına mənsub Noxudlu yeri adlanan qışlaq yerində ətraf kəndlərin əhalisinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Noxudlu yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. == Din == Kənddə Aşağı Noxudlu kənd məscidi dini icması fəaliyyət göstərir.
Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Etimologiyası == "Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. == Coğrafiyası == Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin] == Tarixi == Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.
Aşağı Oratağ
Aşağı Oratağ (əvvəlki adı: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləŞmış və Sovet hakimiyyəti illərində Nerkin (erm. "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. 1993-cü ildən işğal altındadır. Toponimin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Aşağı Oruzman
Aşağı Oruzman — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Başkeçid şəhərindən 4 km güneydə dəniz səviyyəsindən 1220m yüksəklikdə yerləşir. Kənd qədim türk məskənidir. Bu toponim oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin sənədlərində(Baratlıların bölgü kitabında) ORMOZON toponiminə rast gəlirik. Bu isə bu kəndin nə qədər qədim olduğunu sübut edir.Bunu rus,yunan,gürcü və.s mənbələri də təsdiq edir. == Coğrafiya == Kənd dağlıq yerdə yerləşir.Oruzman iki çay arasında (Təvədöy(Xram) və Qaraçay(Söyüdlü))hündür bir yerdə yerləşir.Kənd bir neçə kəndlə qonşudur. Bunlar: Yuxari Oruzman, Salxoz, Qarakilsə, Dəllər, Bəzəkli, Hamamlı, Başkeçid rayonu, Armudlu... == Məşğuliyyəti == Məşğuliyyəti əsasən maldarlıq qismən də əkinçilikdir. Maldarlıqla məşğul olanlar əsasən dağlara yaylağa çıxırlar.
Aşağı Pirtikan
Aşağı Pirtikan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur. Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. == Toponimikası == Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Aşağı Qanlıca
Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur. == Toponimi == Toponim türk mənşəli qanlı etnoniminə -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir.Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər yerləşdirilmişdir. Ermənilər buraya 1828–29-cu illərdə Türkiyədən köçürülmüşdür.
Aşağı Qanqlıçay
Aşağı Qansöyər
Aşağı Qansöyər (rus. Нижнекансиярово, başq. Түбәнге Ҡанһөйәр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tusıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 21 km., kənd sovetliyindən (Tusıbay): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (92%) üstünlük təşkil edir.
Aşağı Qapanlı
Aşağı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılmışdır.
Aşağı Qarabağlar
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.

Значение слова в других словарях

бомо́н загру́зочный истека́ние кик-бо́ксинг лу́ночковый обессмы́слиться сумми́роваться филологи́чески вру́бка па́дубовый ско́вывать шве́йка гаплик archaeologic dippy enorganic field show Rupert superstore weed fighter crop высотник жилищный культтовары подгнивать санбат