ECAZKAR
EDİLƏMƏK
OBASTAN VİKİ
Edam
Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Edam cəzası
Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920-1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. == Arxa planı == Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. == Ad == “Edam edilmiş İntibah” bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917-1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər.Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi. == Müzakirələr == Ölüm cəzası Estoniya cinayət qanunvericiliyində 1998-ci ilə qədər qalmışdır, lakin Estoniya Respublikasının gələcək Avropa inteqrasiyasını dəstəkləyən siyasi elita 1990-cı illərin əvvəllərində ağır cinayətlərin nisbətinin artmasına baxmayaraq ölüm hökmünün ləğvi və onun ömürlük həbs cəzası ilə əvəzlənməsini dəstəkləyirdi.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Ölümdən sonra edam
Ölümdən sonra edam — artıq vəfat etmiş və dəfn olunmuş şəxsin edam cəzası kimi mutilyasiya proseduru. Bu, cəsədin eksqumasiyası və ritual "edamı" ilə əlaqələndirilir. Bu akt bəzən mərhumun dirilməsi ehtimalına maneə kimi, bəzən məğlub olmuş düşmənin cəsədini ələ salmaq, bəzi hallarda isə cinayətkarın artıq öldüyü halda cəzanın "gecikmiş" formada icrası kimi tətbiq olunurdu. Bəzi xristianlar hesab edirdilər ki, qiyamət günü ölülərin dirilməsi üçün cəsədin bütövlükdə şərqə – tarnıya tərəf baxaraq dəfn edilməsi lazımdır. Əgər bədənin parçalanması bütöv bir cəsədin dirilməsi ehtimalını dayandırırdısa, ölümdən sonra edam cinayətkarı cəzalandırmağın effektiv bir yolu hesab edilirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Henderson, Thomas Finlayson (1897). "Ruthven, John" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. Vol.
Edam Məhkumunun Son Günü
Edam Məhkumunun Son Günü — fransız yazıçısı Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" - deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir.
Strelets edamının sabahı
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı — 1989-cu il dekabrın 25-də Milli Azadlıq Cəbhəsi adlı yeni yaradılmış qrupun tələbi ilə yaradılmış hərbi tribunal olan Fövqəladə Hərbi Tribunalın keçirdiyi qısa dinləmə idi. Bu dinləmədə Rumıniyanın keçmiş prezidenti və Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşesku təqsirli bilinərək edam cəzasına məhkum edilib. Əsas ittiham Timişoarada inqilab zamanı "60.000-dən çox insanın" qətli olan soyqırım ittihamı idi. Digər mənbələrə görə, ölənlərin sayı 689 ilə 1200 arasında olub. Lakin ittihamlar işə təsir etməyib. General Viktor Stankulesku özü ilə bir alaydan xüsusi seçilmiş paraşütçülər dəstəsini gətirmişdi və onlar səhər tezdən atəş dəstələri kimi xidmət etmək üçün seçildilər. Məhkəmə prosesi başlamazdan əvvəl Stankulesku artıq edamın keçiriləcəyi yeri kazarma meydanındakı divarın bir tərəfi boyunca seçmişdi. Nikolae Çauşesku tribunalın heç bir konstitusiya əsasının olmadığını və inqilabi hakimiyyətin sovet sui-qəsdinin bir hissəsi olduğunu əsas gətirərək onu tanımaqdan imtina etdi. == Həbs == Dekabrın 22-də, Rumıniya inqilabı zamanı Nikolae və Yelena Çauşesku helikopterlə Snaqova yola düşmək üçün Buxarestdəki Mərkəzi Komitənin binasını tərk etdilər və tezliklə Piteştiyə yollandılar. Helikopter pilotu zenit atəşi təhlükəsi ilə üzləşdiyini iddia edib.
Nquyen Van Lemin edamı
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir. == Edam == Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir.Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu. İddialara görə, o, təxminən otuz dinc sakindən ibarət kütləvi məzarlıq yaxınlığında əsir götürülmüşdü.Loan bağlı məhbusu başından vurmaq üçün özünün ".38 Special" patronlu "Smith & Wesson Bodyguard" revolverindən istifadə edərək Lemi küçədə edam etmişdir.

Значение слова в других словарях

горелье́фный гумми́ровать доправля́ть компромета́ция намели́ть отождествля́ть по-латви́йски поджима́ть фа́кторство шасси́ в кои-то ве́ки въезжа́ть замеси́ться зата́птывание извлека́ть израсхо́дованность мечта́тельница сапропели́ты этике́тка fossilize Rob tercentenary глядеться коллекция проложить