MACAR

1. венгерец, мадьяр; 2. венгерский;
MACALSIZLIQ
MACARCA
OBASTAN VİKİ
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Macar Klementina
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293, Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası.Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü. 19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi. O əsnada hamilə olan Klementinanın oğul övladı dünyaya gətirməsi ümid edildi.
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Macar Fəhlə Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Macar inqilabı (1956)
Macar inqilabı (mac. 1956-os forradalom) və ya Macar üsyanı — Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu proses Sovet hakimiyyəti üçün İkinci Dünya müharibəsində SSRİ ərazilərinin Nasist Almaniyasının hərbi qüvvələrindən təmizləməsi uğrunda mübarizədən sonra Avropadakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir. Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság, azərb. Dövlət Mühafizə Təşkilatı‎) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu.
Macar opera teatrı
Macar dövlət opera teatrı (mac. Magyar Állami Operaház, əvvəl Macar kral opera teatrı) — Budapeştdə yerləşən ən böyük Macar opera evi. Macarıstan Opera binası, 1884-cü ildə, opera qrupu, Milli Teatrdan ayrıldığında, mimar Miklos Iblem tərəfindən tikilmişdir. Onun ilk rejissoru bəstəkar və dirijor Ferenc Erkel, Macarıstanın milli marşının müəllifidir; Ancaq teatr öz müstəqilliyini çətinləşdirdi: az iştirakdan ötəri əhəmiyyətli itkilər yarandı, sənətçilər teatrı tərk etdi. 1888-ci ildə bəstəkar və dirijor Qustav Mahler 1891-ci ilədək bu vəzifəni tutan direktor təyin edildi. Bir sıra islahatlardan sonra, xüsusən Macarıstanda yalnız teatr mərhələsində səsləndirdikləri ilə Mahler iştirak etdi. 1893-cü ildə başqa məşhur dirijor Artur Nikiş teatrın rejissoru oldu. Macarıstan Dövlət Operasında Cakomo Puççini tərəfindən iki dəfə operaları səhnələşdirilmişdir. Fərqli illərdə bu teatrda müxtəlif kompozitorlar, dirijorlar və sənətkarlar Otto Klemperer, Bela Bartok, Lamberto Qardelli, Yanoş Ferençik, Benyamino Cilyi, Eva Marton, Yojef Şimandi və digərləri fəaliyyət göstərirdi. Budapeştdə bir başqa opera evi Erkel Teatrıdır.
Şimali Macar dağları
Şimali Macar dağları (ing. North Hungarian Mountains, mac. Északi-középhegység) — Macarıstanın şimal hissəsində yerləşən dağ sistemidir. Dağ sisteminin bir hissəsi də Slovakiyanın ərazisinə daxildir. Qərbi Karpat dağları daxilində geomorfoloji sahədir. Dağ sistemi Şimal-şərqi Macarıstanda Slovakiya-Macarıstan sərhədində yerləşir. == Coğrafiyası == Şimali Macar dağları Transdanubian dağları ilə qovuşan Dunay buxtasına bitişik Börjön dağlıq zonasından başlayır. Börjön dağlıq zonası təxminən 600 km² sahəni əhatə edir və əsasən vulkanik mənşəlidir. Ən yüksək zirvəsi Kşovanyoşdur (938m).
Macar-Türk dostluq parkı
Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır. == Tarixi == 1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir. 6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir.
Qeza (Böyük Macar knyazı)
Qeza – (mac. Géza, təq. 940, bilinmir – 997) təqribən 970-ci illərin əvvəllərindən hakimiyyətdə olan böyük macar knyazı. O, Taksoniya knyazının oğlu idi. Qeza Şərqi Ortadoks macarların rəhbərinin qızı ilə evlənmişdi. Taxta çıxdıqdan sonra o, Müqəddəs Roma imperiyası ilə sülh bağlamağa nail olmuşdur. Qeza, Qərbi Avropadan gələn xristian missionlerləri dəstəkləyən ilk macar monarxı idi. Vaftiz edilsə də bütpərəst inancına sadiq qalmaqda davam edirdi. İlk macar kralı I Stefan Qezanın oğludur. == Həyatı == Qeza Taksoniya və Macar knyazının böyük oğlu idi.
Avstriya-Macarıstan
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Avstriya-Macarıstan bankı
Avstriya-Macarıstan bankı (alm. Österreichisch-Ungarische Bank‎, mac. Osztrák–Magyar Bank) — Avstriya-Macarıstanın mərkəzi bankı, həmçinin əvvəl Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olmuş və milli kredit-pul sistemi olmayan ölkələrin mərkəzi bankı. 1902—1905-ci ildə memar İqnats Alpar tərəfindən Budapeştdə Azadlıq meydanında inşa edilmiş Avstriya-Macarıstan bankının binasında hazırda Macarıstan Milli Bankı yerləşir. == Tarixi == Avstriya-Macarıstan bankı 30 sentyabr 1878-ci ildə qurulmuşdur. Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdiyi bank Avstriya-Macarıstan kronunu emissiyasına davam etdi, bu pul vahidi Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq valyutası idi və eyni zamanda digər ölkələrin tərkibinə daxil olmuş Avstriya-Macarıstan ərazilərində dövriyyədə qalmışdır. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək üçün Çexoslovakiya təşəbbüs göstərdi. Hər şeydən əvvəl, ölkənin hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödəmələri və Avstriya və Macarıstan hökumətlərinə borc vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı və bu görüşdə bütün yeni dövlətlərə emissiyaya nəzarət etmək üçün öz emissarlarını təyin etməsinə icazə verildi.
Avstriya-Macarıstan imperiyası
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Avstriya-Macarıstan kronası
Avstriya-Macarıstan kronu (alm. Österreichisch-ungarische Krone‎, mac. Osztrák-magyar korona) — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller‎), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı. == Adı == Krona (alm. Krone‎, mac. Korona) valyutanın rəsmi adıdır. Banknotların üstündə pulun adı imperiyanın digər dillərində də (çex, polyak, ukrayn, italyan, sloven, xorvat, serb və rumın) göstərilirdi.
Avstriya-Macarıstan kronu

Avstriya-Macarıstan müqaviləsi
Avstriya-Macarıstan müqaviləsi (alm. Ausgleich‎, mac. Kiegyezés) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imperiyasının yaradılması ilə nəticələnən müqavilə . == Haqqında == 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə (alm. Ausgleich‎) imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Müqaviləni Avstriya tərəfdən imperator Frans İosif, Macarıstan tərəfindən isə Ferens Deak imzalamışdır. Müqavilənin şərtləri aşağıdakılardır : Avstriya-Macarıstan imperiyasının iki paytaxtı olacaq: Vyana və Budapeşt Hər iki bölgənin ayrı ayrılıqda baş naziri və parlamenti olacaq Avstriya-Macarıstan bir olaraq qalacaq Ordu və donanma ortaq bir xarici işlər nazirliyi tərəfindən idarə ediləcək Ortaq vətəndaşlıq olmayacaq.
Avstriya-Macarıstan quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Avstriya-Macarıstan silahlı qüvvələri
Avstriya-Macarıstan silahlı qüvvələri (alm. Streitkräfte von Österreich-Ungarn‎) — 1867–1918-ci illərdə silahlı vasitələrlə imperiyanın ərazi bütövlüyünün qorunması və müdafiəsi üçün Avstriya-Macarıstanın ümummilli hərbi təşkilatı. == Avstriya-Macarıstan İmperiyasının Quru Qoşunları == Avstriya-Macarıstan İmperiyasının Quru Qoşunlarına daxil idi: İmperator Kral Quru Qoşunları Ərazi Qüvvələri (Avstriya, Macarıstan və Xorvatiya) Milli Yığma Qoşunu (Avstriya və Macarıstan)İmperator-Kral Quru Qoşunlarına aşağıdakı döyüş silahlarının bölmələri daxil idi: 108 piyada alayından və 33 batalyondan ibarət Quru Qoşunlarının piyada qüvvələri 42 süvari alayından və Könüllü Avtomobil Korpusundan ibarət Quru Qoşunlarının süvariləri 98 artilleriya alayından və 10 ayrı diviziyadan ibarət Quru Qoşunlarının artilleriyası İmperator-Kral Hərbi Polis Korpusunun Təhlükəsizlik Qüvvələri Quru Qoşunlarının ayrı-ayrı aviasiya bölükləriƏrazi qüvvələrinə daxil idi Avstriyanın 35 piyada və 6 dağ alayı, 6 süvari alayı və 18 artilleriya diviziyası Macarıstan və Xorvatiyanın 32 piyada, 10 süvari və 8 artilleriya alayları == Avstriya-Macarıstan İmperiyasının Hərbi Dəniz Qüvvələri == Birinci Dünya Müharibəsindən əvvəl Avstriya-Macarıstan donanması 2 eskadradan ibarət idi. Ayrıca Avstriya-Macarıstanın Dunay flotiliyası var idi. Flotiliya bölmə və qruplara bölünmüş nəzarətçilərdən, patrul və köməkçi gəmilərdən ibarət idi. Müharibədən əvvəl onun bazası Budapeştdə yerləşirdi. == Avstriya-Macarıstan İmperiyasının Hərbi Hava Qüvvələri == 1913-cü ilin iyul ayında ordunun cəmi 55 döyüş hazırlığı olan təyyarəsi var idi ki, ən uyğun məktəb aparatları ilə birlikdə 10 hava bölüklərinə (4 fəaliyyət göstərən və 2 ehtiyat təyyarə) birləşdirildi; bundan əlavə, döyüşə qabil olmayan iki dirijabl var idi. Eyni zamanda, qonşular çox irəlidə idilər: 1912-ci ildə Fransanın 23 dirijabl və 374 təyyarəsi var idi ki, bu da 1913-cü ildə 454-ə çatdı, Rusiya 190 təyyarə, 6 hazır dirijabl və daha 3-ü tikilməkdə idi, 1914-cü ilin yazında İtaliya 380 təyyarəyə sahib olmağı planlaşdırmışdır. == Ədəbiyyat == Brewer-Ward, Daniel A. ''The House of Habsburg: a Genealogy of the Descendants of Empress Maria Theresia''. Clearfield, 1996.
Avstriya-Macarıstan İmperatorluğu
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Avstriyalı Mariya (Macarıstan və Bohemiya kraliçası)
Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi. Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi. 1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı.
Azərbaycan-Macarıstan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 10.11.1996 Bakı DÇ Azərbaycan – Macarıstan 0:3 10.09.1997 Budapeşt DÇ Macarıstan – Azərbaycan 3:1 10.10.1998 Bakı AÇ Azərbaycan – Macarıstan 0:4 08.09.1999 Budapeşt AÇ Macarıstan – Azərbaycan 3:0 08.06.2019 Bakı AÇSO Azərbaycan – Macarıstan 1:3 13.10.2019 Budapeşt AÇSO Macarıstan – Azərbaycan 1:0 === U-21 === 09.10.1998 Sumqayıt AÇ Azərbaycan – Macarıstan 2:1 07.09.1999 Budapeşt AÇ Macarıstan – Azərbaycan 4:1 08.06.2018 Bakı YO Azərbaycan – Macarıstan 3:3 17.11.2022 Türkiyə YO Azərbaycan – Macarıstan 0:3 === U-19 === 29.10.2006 Famaqusta, Kipr AÇSO Macarıstan – Azərbaycan 5:0 22.10.2008 Nyiredxaza, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 1:0 10.11.2014 Dunauyvaroş, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 1:1 07.05.2018 Slovakiya BT Azərbaycan – Macarıstan 0:1 05.09.2021 Subotitsa, Serbiya BT Macarıstan – Azərbaycan 3:1 === U-17 === === Klublar === 25.07.2013 Zaltsburq, Avstriya, YO, Zalazgerseq - Qəbələ 0:3 27.07.2013 Tirol, Avstriya, YO, Zalazgerseq - Simurq 0:1 25.01.2015 Antalya, Türkiyə, YO, Qəbələ - Xaladaş 2:0 20.06.2015 Avstriya, YO, MTK Budapeşt - Neftçi 3:0 20.01.2016 Antalya, Türkiyə, YO, Diosqior - Qarabağ 0:4 14.07.2016 Budapeşt, Macarıstan, UEFA AL, MTK Budapeşt - Qəbələ 1:2 21.07.2016 Bakı, Azərbaycan, UEFA AL, Qəbələ - MTK Budapeşt 2:0 26.10.2016 Kişvarda, Macarıstan UEFA RK İst Ricn Selekşn - Şərur 6:0 26.01.2017 Antalya, Türkiyə YO Səbail – Szeged 2:1 03.02.2018 Antalya, Türkiyə YO Zirə – Xaladaş 1:2 12.07.2018 Bakı, Azərbaycan, UEFA AL, Neftçi - Uypeşt 3:1 19.07.2018 Budapeşt, Macarıstan, UEFA AL, Uypeşt - Neftçi 4:0 16.01.2019 Antalya, Türkiyə YO Qarabağ - Uypeşt 0:1 16.01.2019 Antalya, Türkiyə YO Səbail - Akvital 3:2 19.01.2019 Antalya, Türkiyə YO Sabah – MTK Budapeşt 3:1 22.01.2019 Antalya, Türkiyə YO Zirə – Pakş 1:0 26.01.2019 Antalya, Türkiyə YO Qəbələ – MTK Budapeşt 3:2 11.01.2020 Antalya, Türkiyə YO Sabah – Pakş 0:2 14.01.2020 Antalya, Türkiyə YO Sumqayıt – Kapoşvari Rakotsi 3:4 14.01.2020 Antalya, Türkiyə YO Qəbələ – MTK Budapeşt 0:3 13.01.2022 Antalya, Türkiyə YO Zirə – Peç 3:5 14.01.2022 Antalya, Türkiyə YO Neftçi – Kişvarda 2:2 21.07.2022 Budapeşt, Macarıstan, UEFA KL, MOL Fehervar - Qəbələ 4:1 28.07.2022 Qəbələ, Azərbaycan, UEFA KL, Qəbələ - MOL Fehervar 2:1 03.08.2022 Bakı, Azərbaycan, UEFA ÇL, Qarabağ - Ferentsvaroş 1:1 09.08.2022 Budapeşt, Macarıstan, UEFA ÇL, Ferentsvaroş - Qarabağ 1:3 10.01.2023 Antalya, Türkiyə YO Neftçi – Vaşaş 1:1 14.01.2023 Antalya, Türkiyə YO Kəpəz – MTK Budapeşt 1:0 17.01.2023 Antalya, Türkiyə YO Zirə – Seged-Çanada 1:3 27.06.2023 Tirol, Avstriya YO Qarabağ – Ferentsvaroş 3:3 == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === 25.03.2014 Soçi, Rusiya BT Macarıstan - Azərbaycan 2:1 === U-17 === 13.10.2014 Bük, Macarıstan AÇSO Azərbaycan - Macarıstan 1:3 23.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan - Macarıstan 0:3 25.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan - Macarıstan 0:1 8.10.2016 Macarıstan AÇSO Azərbaycan - Macarıstan 0:3 === Klublar === == Futzal == === A milli === 19.01.2010 Budapeşt AÇ Macarıstan – Azərbaycan 1:3 11.04.2017 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Macarıstan 6:1 === Klublar === 08.09.2012 Dyor, Macarıstan UK Dyor Eto – Araz Naxçıvan 5:5 22.11.2013 Almada, Portuqaliya UK(e.r.) Dyor Eto – Araz Naxçıvan 0:5 == Çimərlik futbolu == === A milli === 16.06.2013 Terracina, İtaliya Avroliqa 2013 Macarıstan – Azərbaycan 4:4 p- 1:0 31.08.2014 Bakı, Azərbaycan AK Azərbaycan – Macarıstan 3:3 p- 1:2 12.09.2014 Jesolo DÇSO Macarıstan – Azərbaycan 3:4 15.01.2015 Dubay YO Macarıstan – Azərbaycan 2:5 17.01.2015 Dubay YO Macarıstan – Azərbaycan 1:3 28.06.2015 Bakı, Azərbaycan AO Azərbaycan – Macarıstan 2-3 23.08.2015 Pyarnu, Estoniya AL Azərbaycan – Macarıstan 2:4 14.08.2016 Şiofok, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 0:3 28.08.2016 Kataniya, İtaliya AÇSO Macarıstan – Azərbaycan 5:5 pen. 3:4 04.09.2016 Ezolo, İtaliya DÇSO Macarıstan – Azərbaycan 3:7 06.04.2018 Haykou, Çin BT Azərbaycan – Macarıstan 7:3 23.07.2019 Moskva, Rusiya DÇSO, Azərbaycan – Macarıstan 3:3 (pen.
Azərbaycan-Macarıstan münasibətləri
Azərbaycan–Macarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı. == Tarixi == Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır === Diplomatik əlaqələr === İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. İlk səfir Jeno Boroş olub. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir. === Macarıstandakı azərbaycanlılar === Macarıstan azərbaycanlılarının sayı təqribən 1500–2000 arasında olması güman olunur. == Yüksək səviyyəli qarşılıqlı səfərlər == === Dövlət başçıları === 1994-cü il 4–5dekabr — Prezident Heydər Əliyevin işgüzar səfəri (ATƏT-in Zirvə Toplantısı); 2008-ci il 18–19 fevral — Prezident İlham Əliyevin Dövlət səfəri'; 2009-cu il 26–27 yanvar — Prezident İlham Əliyevin işgüzar səfəri ("Nabucco" Enerji Sammiti); 2011-ci il 10–12 noyabr — Prezident Macarıstan Prezidenti Pal Şmitin rəsmi səfəri; 2014-cü il 11–12 noyabr — Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan–Macarıstan futbol matçları
== Kişilər == === Əsas milli komanda === 10.11.1996 Bakı DÇ Azərbaycan – Macarıstan 0:3 10.09.1997 Budapeşt DÇ Macarıstan – Azərbaycan 3:1 10.10.1998 Bakı AÇ Azərbaycan – Macarıstan 0:4 08.09.1999 Budapeşt AÇ Macarıstan – Azərbaycan 3:0 08.06.2019 Bakı AÇSO Azərbaycan – Macarıstan 1:3 13.10.2019 Budapeşt AÇSO Macarıstan – Azərbaycan 1:0 === U-21 === 09.10.1998 Sumqayıt AÇ Azərbaycan – Macarıstan 2:1 07.09.1999 Budapeşt AÇ Macarıstan – Azərbaycan 4:1 08.06.2018 Bakı YO Azərbaycan – Macarıstan 3:3 17.11.2022 Türkiyə YO Azərbaycan – Macarıstan 0:3 === U-19 === 29.10.2006 Famaqusta, Kipr AÇSO Macarıstan – Azərbaycan 5:0 22.10.2008 Nyiredxaza, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 1:0 10.11.2014 Dunauyvaroş, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 1:1 07.05.2018 Slovakiya BT Azərbaycan – Macarıstan 0:1 05.09.2021 Subotitsa, Serbiya BT Macarıstan – Azərbaycan 3:1 === U-17 === === Klublar === 25.07.2013 Zaltsburq, Avstriya, YO, Zalazgerseq - Qəbələ 0:3 27.07.2013 Tirol, Avstriya, YO, Zalazgerseq - Simurq 0:1 25.01.2015 Antalya, Türkiyə, YO, Qəbələ - Xaladaş 2:0 20.06.2015 Avstriya, YO, MTK Budapeşt - Neftçi 3:0 20.01.2016 Antalya, Türkiyə, YO, Diosqior - Qarabağ 0:4 14.07.2016 Budapeşt, Macarıstan, UEFA AL, MTK Budapeşt - Qəbələ 1:2 21.07.2016 Bakı, Azərbaycan, UEFA AL, Qəbələ - MTK Budapeşt 2:0 26.10.2016 Kişvarda, Macarıstan UEFA RK İst Ricn Selekşn - Şərur 6:0 26.01.2017 Antalya, Türkiyə YO Səbail – Szeged 2:1 03.02.2018 Antalya, Türkiyə YO Zirə – Xaladaş 1:2 12.07.2018 Bakı, Azərbaycan, UEFA AL, Neftçi - Uypeşt 3:1 19.07.2018 Budapeşt, Macarıstan, UEFA AL, Uypeşt - Neftçi 4:0 16.01.2019 Antalya, Türkiyə YO Qarabağ - Uypeşt 0:1 16.01.2019 Antalya, Türkiyə YO Səbail - Akvital 3:2 19.01.2019 Antalya, Türkiyə YO Sabah – MTK Budapeşt 3:1 22.01.2019 Antalya, Türkiyə YO Zirə – Pakş 1:0 26.01.2019 Antalya, Türkiyə YO Qəbələ – MTK Budapeşt 3:2 11.01.2020 Antalya, Türkiyə YO Sabah – Pakş 0:2 14.01.2020 Antalya, Türkiyə YO Sumqayıt – Kapoşvari Rakotsi 3:4 14.01.2020 Antalya, Türkiyə YO Qəbələ – MTK Budapeşt 0:3 13.01.2022 Antalya, Türkiyə YO Zirə – Peç 3:5 14.01.2022 Antalya, Türkiyə YO Neftçi – Kişvarda 2:2 21.07.2022 Budapeşt, Macarıstan, UEFA KL, MOL Fehervar - Qəbələ 4:1 28.07.2022 Qəbələ, Azərbaycan, UEFA KL, Qəbələ - MOL Fehervar 2:1 03.08.2022 Bakı, Azərbaycan, UEFA ÇL, Qarabağ - Ferentsvaroş 1:1 09.08.2022 Budapeşt, Macarıstan, UEFA ÇL, Ferentsvaroş - Qarabağ 1:3 10.01.2023 Antalya, Türkiyə YO Neftçi – Vaşaş 1:1 14.01.2023 Antalya, Türkiyə YO Kəpəz – MTK Budapeşt 1:0 17.01.2023 Antalya, Türkiyə YO Zirə – Seged-Çanada 1:3 27.06.2023 Tirol, Avstriya YO Qarabağ – Ferentsvaroş 3:3 == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === 25.03.2014 Soçi, Rusiya BT Macarıstan - Azərbaycan 2:1 === U-17 === 13.10.2014 Bük, Macarıstan AÇSO Azərbaycan - Macarıstan 1:3 23.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan - Macarıstan 0:3 25.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan - Macarıstan 0:1 8.10.2016 Macarıstan AÇSO Azərbaycan - Macarıstan 0:3 === Klublar === == Futzal == === A milli === 19.01.2010 Budapeşt AÇ Macarıstan – Azərbaycan 1:3 11.04.2017 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Macarıstan 6:1 === Klublar === 08.09.2012 Dyor, Macarıstan UK Dyor Eto – Araz Naxçıvan 5:5 22.11.2013 Almada, Portuqaliya UK(e.r.) Dyor Eto – Araz Naxçıvan 0:5 == Çimərlik futbolu == === A milli === 16.06.2013 Terracina, İtaliya Avroliqa 2013 Macarıstan – Azərbaycan 4:4 p- 1:0 31.08.2014 Bakı, Azərbaycan AK Azərbaycan – Macarıstan 3:3 p- 1:2 12.09.2014 Jesolo DÇSO Macarıstan – Azərbaycan 3:4 15.01.2015 Dubay YO Macarıstan – Azərbaycan 2:5 17.01.2015 Dubay YO Macarıstan – Azərbaycan 1:3 28.06.2015 Bakı, Azərbaycan AO Azərbaycan – Macarıstan 2-3 23.08.2015 Pyarnu, Estoniya AL Azərbaycan – Macarıstan 2:4 14.08.2016 Şiofok, Macarıstan AÇSO Macarıstan – Azərbaycan 0:3 28.08.2016 Kataniya, İtaliya AÇSO Macarıstan – Azərbaycan 5:5 pen. 3:4 04.09.2016 Ezolo, İtaliya DÇSO Macarıstan – Azərbaycan 3:7 06.04.2018 Haykou, Çin BT Azərbaycan – Macarıstan 7:3 23.07.2019 Moskva, Rusiya DÇSO, Azərbaycan – Macarıstan 3:3 (pen.
Azərbaycan–Macarıstan münasibətləri
Azərbaycan–Macarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı. == Tarixi == Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır === Diplomatik əlaqələr === İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. İlk səfir Jeno Boroş olub. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir. === Macarıstandakı azərbaycanlılar === Macarıstan azərbaycanlılarının sayı təqribən 1500–2000 arasında olması güman olunur. == Yüksək səviyyəli qarşılıqlı səfərlər == === Dövlət başçıları === 1994-cü il 4–5dekabr — Prezident Heydər Əliyevin işgüzar səfəri (ATƏT-in Zirvə Toplantısı); 2008-ci il 18–19 fevral — Prezident İlham Əliyevin Dövlət səfəri'; 2009-cu il 26–27 yanvar — Prezident İlham Əliyevin işgüzar səfəri ("Nabucco" Enerji Sammiti); 2011-ci il 10–12 noyabr — Prezident Macarıstan Prezidenti Pal Şmitin rəsmi səfəri; 2014-cü il 11–12 noyabr — Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri.
Bosniya və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı (alm. Okkupationsfeldzug in Bosnien‎) — Osmanlı İmperiyasının Bosniya vilayətini nəzarət altına keçirmək üçün Avstriya-Macarıstan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat, 1878-ci ildə Berlin konqresi nəticəsində baş vermişdir. == İlkin şərait == 1878-ci ildə rus-türk müharibəsi Osmanlı İmperiyasının məğlubiyyəti ilə başa çatdı. Balkan yarımadasının ərazi və siyasi şəraitini yenidən qurmaq üçün böyük dövlətlər Berlin konqresini çağırdı. Berlin müqaviləsi qurultayının yekun aktının 25-ci maddəsinə əsasən, Avstriya-Macarıstan Bosniya və Herseqovina ərazisini qeyri-müəyyən müddətə işğal etmək, habelə Sancak bölgəsinə hərbi birləşmələr daxil etmək hüququnu (formal olaraq bu bölgə üzərində türklərin suverenliyinin qoruyaraq) qazandı. Qərar rusiyapərəst yönümlü böyük Cənubi Slavyan dövlətinin Balkanlarda meydana gəlməsinin qarşısını almaq üçün qəbul edildi (bu Serbiya və Monteneqronun birləşməsi halında mümkün ola bilərdi). Həm Serbiya, həm də Osmanlı İmperiyası Bosniyanın Avstriya-Macarıstan işğalına fəal şəkildə qarşı çıxırdı. Osmanlı İmperatorluğu Avstriya-Macarıstan Xarici İşlər Naziri Dyula Andraşindən təminat aldı ki, nazirin ölkəsi işğalı "müvəqqəti" olaraq nəzərdə tutur. == Əməliyyat == İşğal zamanı Bosniya vilayətinin 51 147 km² ərazisi, 1.142.000 nəfər əhalisi var idi. Sakinlərin 43%-ı pravoslav serbləri, 39%-ı müsəlmanlar (boşnaklar) və 8%-ı katolik xorvatları idi.
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı

Böyük Macarıstan
Böyük Macarıstan (lat. Magna Hungaria, Hungaria maior, mac. Nagy-Magyarország, pol. Wielkie Węgry) və ya Qədim Macarıstan — macarların əslən olduqları əraziyə verilən ad."Böyük Macarıstan" adına ilk dəfə XIII əsr fransız səyyahı Covanni da Plano Karpininin qərbi və orta Asiya səyahəti haqqında qeydlərində çəkilmişdir. Digər bir səyyah Friar Yulian da "Böyük Macarıstan" torpağına səyahət etməsi barədə məlumat vermişdir. Bu haqda ən geniş yayılmış fikirə əsasən "Böyük Macarıstan" adlanan ərazi Cənubi Ural regionunda, Kuşnarenkova və Karayakupova mədəniyyətlərinin yerləşdiyi ərazidə, Başqırdıstanın bozqır meşəliklərini əhatə edirdi.
Douglas MacArthur
Duqlas Makartur (26 yanvar 1880[…], Litl-Rok – 5 aprel 1964[…], Vaşinqton) — İkinci Dünya müharibəsində Pasifik cəbhəsindəki Müttəfiq qüvvələrə başçılıq edən Amerikalı marşal. Müharibədən sonra Yaponiyadakı Müttəfiq işğal qüvvələrinin komandiri olaraq bu ölkəni idarə etmiş və Koreya müharibəsinin ilk doqquz ayında Birləşmiş Millətlər qüvvələrinin komandanlığını etmişdir. == Gəncliyi == Yüksək rütbəli bir zabit olan Douglas MacArthur Hardy MacArthur′un üçüncü oğlu idi. Hirsli bir qadın olan anasından böyük ölçüdə təsirləndi. 1903-cü ildə West Pointdəki ABŞ Hərbi Akademiyasını sinif birincisi olaraq bitirib. On il ərzində əmr zabiti və istehkam zabiti kimi xidmət etdikdən sonra dörd il Baş Qərargahda çalışıb. 1917-1919-cu illər arasında 42-ci Diviziya komandanlığına tapşırılaraq Fransadakı toqquşmalarda iştirak edib və çayı işğalı zamanı qərargah rəhbərliyi və briqada komandanlığı edib.1918-ci ildə general olmasının ardından rütbəsi davamlı yüksələrək 1930 da quru qoşunları qərargah başçılığına gətirildi.Böyük Böhranın təsirlərinin görüldüyü illərdə quru qüvvələrinin gücünü qorumağa çalışd === II.Dünya müharibəsi === 1941-ci ilin İyul ayında yenidən aktiv vəzifəyə çağırılan Macarthur dekabrda müharibə başlayanda Filippində Yaponlara uğurlu bir gecikdirmə hərəkatını idarə etdi. Yapon ordusu qarşısında, Filippin qoşunları ilə birlikdə geri çəkilərkən dediyi "I shall return" (Geri qayıdacağam) sözü ilə şöhrət qazanıb.1942-ci ilin Mart ayında Avstraliyadakı Cənub-qərb Sakit Okean Cəbhəsində Müttəfiq qüvvələrin komandanlığına gətirildi. Qısa müddətdə Yeni Qvineyada bir hücuma başlayaraq, 1943-cü ilin Yanvar ayında Yaponları Papuadan çıxartdı.1943-1944-cü illərdə girişdiyi bir sıra hərəkat nəticəsində Yeni Qvineyada Laedan Sansapora qədər strateji məntəqələri ələ keçirdi; Həmçinin Admiralty Namizədləri New Britain Adasının qərbini aldı.Ən böyük hərəkatlarını 1945-ci ildə yeddi aylıq Luzon səfərində həyata keçirib. Həmçinin həmin ilin yazında Cənubi Filippin ilə Borneoyu da yenidən ələ keçirdi.
Eucalyptus macarthurii
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; XX əsr, Almaniya Federativ Respublikası) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Inga macarenensis
Inga macarenensis (lat. Inga macarenensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. == Məktəbəqədər təhsil == == Məktəb təhsili == == Ali təhsil == Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. === Tanınmış universitetlər === Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
Macarıstanlı Mariya
Arpad sülaləsindən olan Macarıstanlı Mariya (mac. Mária; 1257, bilinmir – 25 mart 1323, Neapol) — Kral II Karlla evliliyi ilə Neapol Kraliçası olmuş qadın. O, Macarıstanlı V İştvan və onun həyat yoldaşı Kumanlı Yelizavetanın qızı idi. Mariya ərinin olmadığı müddətdə 1290–1294-cü illərdə Provansda və 1295–1296, 1296–1298 və 1302-ci illərdə Neapolda regent vəzifəsində çalışmışdır. == Ailəsi == Mariyanın anası digər kumanlar kimi şamanizm inancına sahib idi. O, Avropanın müasir xristianları tərəfindən bütpərəst hesab olunurdu və Yelizaveta Mariyanın atası İştvan evlənmək üçün katolikliyi qəbul etməli oldu. Onun hansı yaşda xristianlığı seçdiyi məlum deyil, lakin ola bilər ki, o, uşaqlıqdan Macarıstan kral sarayında pravoslav kimi böyüyüb. Mariya altı uşağın ikincisi idi. Onun bacıları Yelizaveta və Yekaterina hər ikisi Serbiyanın Kraliçası oldular. Başqa bir bacı, Anna II Andronik Paleoloq ilə evləndi.
Macarıstanın Milli Məclisi
Macarıstan Milli Məclisi (mac. Országgyűlés) — Macarıstanın birpalatalı nümayəndəsi və qanunvericilik orqanı (parlament). Birpalatalı orqan 4 il müddətinə seçilmiş 199 deputatdan (1990-cı ildən 2014-cü ilədək — 386 deputatdan) ibarətdir. Üzvlərin seçilməsi, tək mandatlı və çox mandativ seçki dairələrində seçkilər daxil olmaqla, qarışıq seçki sisteminə əsaslanır. Siyasi partiyalar və ya birliklər məclisə getmək üçün səslərin ümumi sayının 5%-ni keçməlidirlər, lakin bu birmərəfli seçki dairələrində özünü göstərən namizədlərə tətbiq edilmir. Milli Məclisdə 25 daimi komitə var. Macarıstan Konstitusiya Məhkəməsi qanuna qarşı konstitusiyaya zidd olduğunu əsas gətirib etiraz etmək hüququna malikdir. Bu görüş 1902-ci ildən Budapeştdə Macarıstan parlamentinin binasında toplanıb. == Tarixi == "Dövlət Assambleyası" (mac. Országgyűlés) orta əsr Macarıstanın 1290-cı illərdən bəri qanunvericilik qurumudur.

Значение слова в других словарях

брю́чина завеща́тельный наблюда́ться натра́вливание разгиба́ть распа́хивать скопы́тить субти́тр травле́ние ме́тить освободи́ть подключи́ть постро́чно разреше́ние сенозагото́вочный сопостави́мость спервонача́ла цветово́дство buffing matric mattock sit out боливийский обезлесить сочленять