AMERİKA

I
сущ. Америка
II
прил. американский. Amerika xalqı американский народ, зоол. Amerika gəzəyən göyərçini американский странствующий голубь, Amerika norkası американская норка
AMBUŞÜR
AMERİKALI
OBASTAN VİKİ
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Amerika
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Amerika antropologiyası
“İnsan belədir də.” “Dünyadakı bütün insanlar bir-birinə bənzəyir”. Xalq deyimlərində, gündəlik nəqliyyatda tez-tez eşitdiyimiz belə cümlələr başqa ölkələrdə yaşayan insanların istək, duyğu və ümidlərinin bizimkilərlə eyni olduğu kimi yanlış bir iddianı bəsləyir. Antropologiya daha geniş bir baxış – ayırd edici, müqayisə edici, fövqəl-mədəni (mədəniyyəti aşan) bir perspektiv təqdim edir. Çoxları düşünür ki, antropoloqlar fosillər və sənayeləşmiş toplumları araşdırırlar; bu qənaət tam olaraq yanlış deyildir. Ancaq antropologiya sənayeləşmiş xalqların araşdırılmasından əlavə, qədim və modern, sadə və mürəkkəb səviyyəli bir çox toplumları araşdıran müqayisəedici bir elmdir. Digər sosial elmlərin çoxu daha çox Amerika və Kanada kimi sənayeləşmiş uluslara fokuslanmaq meylində olsalar da, antropologiya bir toplumun adətlərini daimi şəkildə digərləri ilə qarşılaşdıran, unikal fövqəl-mədəni bir perspektiv təqdim edir. Məsələn televizorun kəşfi Amerika və Braziliya toplumlarında fərqli effektlər vermişdir. Kultural (mədəni) antropoloq olmaq üçün tələb etnoqrafik sahə çalışması həyata keçirməkdir. Bu, adətən başqa bir mədəniyyətdə bir il, ya da daha uzun müddət qalaraq yerli xalqın arasında yaşamağı və adətlərini öyrənməyi gərəkdirir. Antropoloq o mədəniyyət haqqında nə qədər çox öyrənirsə öyrənsin ora üçün yad olaraq qalır.
Amerika aqavası
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Amerika ardıcquşu
Amerika ardıcquşu (lat. Bombycilla cedrorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinin ardıcquş cinsinə aid heyvan növü.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerika avokadosu
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Amerika ağcaqayını
Amerika ağcaqayını (lat. Acеr nеgundо) — sabunağacıkimilər fəsiləsinin acеr cinsinə aid bitki növü. == Sinonim == Acer californicum var. texanum Pax Acer fauriei H.Lév. & Vaniot Acer fraxinifolium Nutt. Acer fraxinifolium Raf. Acer lobatum Raf. Acer negundo f. angustifolium Schwer. Acer negundo f.
Amerika bizdimdiyi
Amerika bizdimdiyi (lat. Recurvirostra americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin bizdimdiklər fəsiləsinin bizdimdik cinsinə aid heyvan növü.
Amerika bizonu
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Amerika cökəsi
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.
Amerika dolları
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. == Tarixi == == Baxış == ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Amerika erməniləri
Amerika erməniləri (erm. Ամերիկահայեր) - Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərə verilən ümumi ad. Amerika erməni icması, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir. SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür. Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri, ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular. Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası Erməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər.
Amerika futbolu
Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməlidir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar.On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir. Bir touchdownun dəyəri 6 xal, bir field qolun dəyəri 3 xaldır.Amerika futbolu reqbi və futbolun erkən formalarından inkişaf edən, hansı ki, adətən ABŞ-də "Sokker"(futbol) adlandırırlar.
Amerika gavalısı
Amerika gavalısı (lat. Prunus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir.
Amerika gərməşovu
Amerika gərməşovu (lat. Euonymus americanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Amerika haçabuynuzu
Amerika haçabuynuzu (lat. Antilocapra americana) — haçabuynuz cinsinə aid heyvan növü.
Amerika hindiləri
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika hinduları
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Amerika inqilabı
Amerika inqilabı, 18-ci əsrin ikinci yarısında, On üç koloniyanın Britaniya imperiyasından müstəqillik qazandığı və ABŞ adını aldığı dövrü əhatə edir. Bu dövrdə müstəmləkələr Britaniya imperiyasına qarşı üsyan qaldırdı və 1775 ilə 1783 arasında ABŞ İstiqlal müharibəsi başladı. ABŞ istiqlal bəyannaməsi 1776-cı ildə nəşr olundu və 19 oktyabr 1781-ci ildə döyüş meydanında qələbə qazanıldı. Fransa krallığı Amerikanın yeni millətini pul və sursatla təmin etməkdə mühüm rol oynadı, İngiltərəyə qarşı koalisiya təşkil etdi və müharibəni sona çatdıran Yorktown müharibəsində həlledici rol oynayan bir ordu və donanma göndərdi. Digər tərəfdən, amerikalılar kral və aristokratiyaya qarşı qiyam qaldırdılar və Fransanı nümunə götürmədilər. Amerika İnqilabı, Amerika xalqını əhatə edən yeni respublika idealları kimi bir sıra intellektual və sosial dəyişiklikləri özündə cəmləşdirdi. Bəzi ştatlarda demokratiyanın dövlət idarəçiliyindəki rolu ilə bağlı qızğın mübahisələr olurdu. Respublikaçılığa keçid və getdikcə daha çox yayılan demokratiya ənənəvi sosial iyerarxiyada qarışıqlıq yaratdı və Amerikanın siyasi dəyərlərinin əsaslandığı siyasi əxlaq yaratdı. İnqilab dövrü 1763-cü ildə, Fransanın Amerikadakı koloniyalara hərbi təhdidi sona çatdıqdan sonra başladı. İngilislər koloniyalarda yaşayanların ümumiyyətlə qəbul etmədikləri vergilər tətbiq edərək, koloniyaların müdafiəsinə xərclədiklərinin böyük bir hissəsinin yenidən koloniyalar tərəfindən ödənilməsini qərara aldılar.
Amerika kəlləri
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Amerika lamantini
Amerika lamantini (lat. Trichechus manatus) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar əsasən Şimali, Cənubi və Mərkəzi Amerika sahilləri boyunca Atlantik okean sularında yaşayırlar. == Görünüşü == Yetkin fərdin uzunluğu ortalama olaraq 3 metr təşkil edir. Bəzən isə uzunluqları 4,5 metrə çata bilir (quyruğu ilə birlikdə). Bu canlıların çəkisi 200–600 kq arasında dəyişir. Nadir hallarda çəkiləri 1 tona çata bilir. Dişilər erkəklərə nisbətdə uzun və ağır olur. Yeni doğulan körpənin uzunluğu 1,2–1,4 m və 30 kq çəkiyə malik olurlar. Yetkin fərdlərin rəngi mavi-boz çalarda olur.
Amerika lavrakları
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
2010 FİFA Dünya Kubokunun Cənubi Amerika seçmə mərhələsi
2015 Kopa Amerika
Amerika Kuboku 2015 (isp. 2015 Copa América) — 11 iyun-4 iyul 2015-ci il tarixləri arasında Çilidə keçirilən sayca 44-cü Amerika Kuboku. Turnir Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunmuşdur Uruqvay turnirə son çempion kimi qatılmışdır. Turnirdə 10-u CONMEBOL, 2-si CONCACAF (Meksika və Yamayka) üzvü olmaqla 12 komanda iştirak etmişdir. Yamayka ilk dəfə turnirə qatılmışdır. Turnirin qalibi olan Çili millisi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək haqqı qazanmışdır. == Ev sahibi ölkə == Əslində turnirə ev sahibliyi etmək üçün 2011-ci ilin fevralında Braziliya Futbol Federasiyası namizədlik vermişdi və CONMEBOL qaydalarına görə ev sahibi ölkə əlifba ardıcıllığı ilə müəyyən olunurdu. Çilidə isə 2019-cu ildə bu turnir baş tutmalı idi. Amma 2013-cü ildəki Konfederasiyalar Kubokuna, 2014-cü ildəki Futbol üzrə Dünya çempionatına və 2016-cı ildəki Yay Olimpiya oyunlarına görə Braziliya namizədliyini geri çəkmişdir. CONMEBOL prezidenti Nikolas Leoz turnirin Meksika Futbol Federasiyasının 100 illiyi münasibəti ilə Meksikada keçirilməsini təklif etmişdir.
2021 Kopa Amerika
Kopa Amerika 2021 - Amerika qitəsinin rəsmi futbol qurumu olan CONMEBOL tərəfindən keçirilən qitə çempionatı. UEFA Avro 2020 kimi Kopa Amerika da 2020-ci ildə keçirilməli idi. Lakin qitə futbol qurumları birlikdə qərar verərək hər iki turnirin bir il sonraya təxirə salınmasına qərar verdilər. Turnirin əslində ötən il Argentina və Kolumbiyada keçirilməsi nəzərdə tutulsa ölkələrin əhalisinin kəskin etirazları nəticəsində qitənin ali futbol qurumu 20 may 2021-ci il tarixində təhlükəsizlik səbəbi ilə turnirin Braziliyada keçirilməsinə qərar verdi. Turnirə 13 iyunda start götürür, 10 iyulda isə final qarşılaşması ilə yekun vurulur. Turnirdə 10 milli komanda iştirak edir. == Komandalar == Bu turnirdə son 2 Asiya çempionu olan Qətər və Avstraliya da iştirak edəcəkdi. Lakin komandaların 23 fevral 2021-ci ildə verdikləri qərarda növbəti il Qətərdə keçiriləcək Dünya Çempionatını oyunlarının ağırlığı səbəbi ilə turnirdə iştirakdan imtina etdilər. Beləliklə Kopa Amerikanın 2021-ci ildə keçirilən sayca 47-ci olan turnirdə 10 komanda iştirak edir. Belə ki, qitənin şimalını təmsil edən 5 komanda Şimal Zonası qrupunda, cənubu təmsil edən 5 komanda isə Cənub Zonası qrupunda mübarizə aparacaqlar.
ABŞ amerikalıları
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi. == Tarixi == Müasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır: ABŞ amerikanları; Aborigenlər; İmmiqrantlar.ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır: === Birinci qrup === I qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib. === İkinci qrup === II qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln. nəfər).
Agava amerikana
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012)
Alnımızın Qarabağı. Amerikadan oxunanlar qısametrajlı sənədli televiziya filmi 2012-ci ildə İctimai televiziyada istehsal edilmişdir. Filmdə Amerika mətbuatında Qarabağ mövzusuna yer verilməsindən bəhs edilir. == Məzmun == Filmdə Amerika mətbuatında Qarabağ mövzusuna yer verilməsindən bəhs edilir.
Amerika İncəsənət və Elmlər Akademiyası
Amerika İncəsənət və Elmlər Akademiyası ABŞ-dakı ən qədim elmi təşkilatlardan biridir. 1780-ci illərdə əsası qoyulan Akademiya üstünlüyü və idarəçiliyi şərəfləndirməyə, disiplinlər və bölümlər arasında işləməyə və ictimai faydanı artırmağa həsr edilib. Akademiyaya üzvlük tam formada olan ərizə, baxılma və seçki prosesi yolu ilə əldə edilir və Amerika inqilabı ərzində qurulduğu vaxtdan üzvlük Con Adams, Con Henkok, Ceyms Boudin və yeni millətin, onun hökumətinin və ABŞ Konstitusiyasının qurulmasında əməyi olan müasirlərinin digərləri tərəfindən elmi və ictimai olaraq yüksək şərəf adı kimi qəbul olunur.Bu gün Akademiyaya ikili funksiya tapşırılıb: hər nəsildən olan elm, təqaüd, iş, ictimai işlər və incəsənət sahələrindən olan ən yaxşı ağılları və ən nüfuzlu liderləri seçmək və cəmiyyətin ehtiyacını qarşılayacaq siyasət tədqiqatları aparmaq. Akademiyanın əsas layihələri indi ali təhsil və tədqiqat, humanitar və mədəni tədqiqatlar, elmi və texnoloji inkişaflar, siyasət, əhali və ətraf mühit və uşaqların rifahına yönəldilmişdir. Akademiyanın rüblük jurnalı olan Dædalus dünyanın aparıcı intellektual jurnallarından biri olaraq qəbul edilir.Akademiya mürəkkəb sosial, siyasi və intellektual mövzularda çoxsaylı təhlillər aparmaq üçün elm adamlarını, alimləri, sənət adamlarını, siyasətçiləri, iş adamlarını və digər mütəxəssisləri bir araya gətirərək tərəfsiz siyasət tədqiqatları aparır. Akademiyanın cari iş sahələrinə İncəsənət və Humanitar elmlər, Demokratiya və Ədalət, Təhsil, Enerji və Ətraf Mühit, Qlobal İşlər və Elm və Texnologiya daxildir.Devid Okstobi təşkilatın prezidenti vəzifəsinə 2019-cu ilin yanvar ayında başladı. Kimyaçı 2003-cü ildən 2017-ci ilə qədər Pomona Kollecinin prezidenti vəzifəsini icra etmişdi. O, 2012-ci ildə Amerika Akademiyasının üzvü seçilmişdir. Təşkilatın mərkəzi Kembric, Massaçusetsdir.
Amerika İqtisadiyyat Assosiasiyası
Amerika İqtisadiyyat Assosiasiyası (АЕА, ing. American Economic Association) — 1885-ci ildə amerikalı iqtisadçı Riçard Elinin təşəbbüsü ilə yaranan akademik iqtisadçılar təşkilatı. Bir sıra jurnallar nəşr edir, o cümlədən The American Economic Review, Journal of Economic Literature, Journal of Economic Perspectives və s.; Con Beyts Klark medalını təltif edir. Assosiasiya, Resources for Economists on the Internet və EconLit internet portallarını saxlayır. Assosiasiyanın tərkibində qadınların İqtisadiyyatda Vəziyyəti üzrə Komitə fəaliyyət göstərir. AEA 1947-1977-ci illərdə Frensis Voker medalı ilə təltif edilmişdir. == Məqsədlər == Birliyin məqsədləri: Xüsusilə sənaye fəaliyyətinin mövcud vəziyyətinin tarixi və statistik təhlili sahəsində iqtisadi tədqiqatların təşviqi. İqtisadi mövzularda nəşrlərin təşkili. İqtisadi müzakirələrdə mümkün qədər çox azadlığı təşviq edin. Assosiasiya belə bir tərəfdar mövqe tutmayacaq və öz üzvlərini praktiki iqtisadi məsələlərdə hər hansı mövqe tutmağa məcbur etməyəcək.
Amerika əhvalatı İks (film, 1998)
"Amerikan İks tarixi" (ing. American History X) — 1990-cı illəri neonasistləri haqqında 1998-ci ildə çəkilmiş ABŞ kinodraması. Film rejissor Toni Keyinin həm kinorejissor və ssenarist kimi debütüdür. Filmin tənqidçiləri filmin üstünlükləri içərisində baş rolun ifaçısı Edvard Nortonun mahirliklə ifa edilən rolunu qeyd edirlər. Belə ki O, bu filmə görə ən yaxşı aktyor nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Filmin çatışmamazlıqları arasında isə bəzi lazımsız qəddarlıq səhnələrini göstərirlər.
Amerikada Pravoslav Kilsəsi
Amerikada Pravoslav Kilsəsi (ing. Orthodox Church in America) — hamı tərəfindən tanınmayan avtokefal pravoslav kilsəsi. Tixon kilsənin indiki metropolitdir. Amerikadakı Pravoslav Kilsəsi, qısaldılmış OCA, eng. OCA; qeyri-rəsmi olaraq həm də Amerika Ortodoks Kilsəsi) yerli pravoslav kilsəsidir və bütün Yerli Kilsələr tərəfindən kanonik kimi tanınmışdır. 1970-ci ildə Rus Pravoslav Kilsəsi tərəfindən ona verilən avtokefaliya sonuncu, eləcə də Gürcüstan, Bolqar, Polşa, Çexiya və Slovakiya pravoslav kilsələri tərəfindən tanınır. Yerli kilsələrin qalan hissəsi OCA-nı Moaskv Patriarxlığının bir hissəsi hesab edir. OCA-nın həll olunmamış statusu onun Amerikadakı digər kilsə yurisdiksiyaları ilə əlaqə saxlamasına mane olmur. Onun yepiskopluğu Amerikanın Kanonik Pravoslav Yepiskoplarının Daimi Konfransının fəaliyyətində iştirak edir. 1 iyul 2009-cu ildən kilsənin primatı "Vaşinqton arxiyepiskopu, bütün Amerika və Kanadanın Metropoliti" titulunu daşıyır.
Amerikalı
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi. == Tarixi == Müasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır: ABŞ amerikanları; Aborigenlər; İmmiqrantlar.ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır: === Birinci qrup === I qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib. === İkinci qrup === II qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln. nəfər).
Amerikalı Parisdə (film, 1951)
Amerikalı Parisdə — rejissor Vinsent Minnellinin 1951-ci ildə çəkdiyi film. Əsas rolları Cin Kelli və Lesli Keron ifa edirlər. == Məzmun == Keçmiş əsgər Cerri Malliqan müharibədən sonra Parisdə qalmaq qərarına gəlir. O gəlirini rəssamlıqdan çıxarmağı yoxlayır. Burada o, restoranda tanış olduğu kasıb qız Lizaya aşiq olur. Liza da Cerriyə qarşı eyni hissləri bəsləsə də Anri ilə nişanlıdır. Liza ilə Cerrinin münasibətlərini öyrənən Anri onunla evlənməkdən çəkilir. Beləliklə, sevgililər qovuşurlar.
Amerikalı asiyalılar
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerikalı kikboksçu 2 (film, 1993)
Amerikalı kikboksçu 2 (ing. American Kickboxer 2) — 1993-cü ildə Yeno Hodi tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Lilian varlı adamlardan biridir. Əri onunla məhbbət əlaqəsi quran zaman onun qızını vertolyotla hovuzdan qaçırır və çoxlu pl tələb edirlər. Lillian qızı Syuzanı narkomafiya bandasından xilas etmək istəyir. Lakin Lillian qızını xilas etmək üçün polislərə müraciət etmir. Lillian keçmiş ərinə müraciət edir… == Rollarda == == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Amerikalı kikboksçu 2 — Internet Movie Database saytında.
Amerikansayağı gözəllik (film musiqisi)
“American Beauty: Music from the Original Motion Picture Soundtrack” 1999-cu ildə Kevin Speysi və Anetta Beninqin baş rollarını canlandırdığı filmin musiqi albomudur. Kris Duridas, Sem Mendes və Maykl Ostinin prodüsserliyi ilə istehsal edilmiş albom 2000-ci ildə “Bədii film, televiziya və ya digər vizual mediada ən yaxşı film musiqisi albomu” nominasiyasında Qremmi mükafatına (mükafatın təsisatı) namizəd göstərilmişdir. Film musiqisinə Tomas Nyumanın bir neçə mükafata layiq görülmüş orijinal film musiqisindən də bəzi parçalar daxil edilmişdi. “Beatles” qrupunun “Because” mahnısının Elliot Smitin ifasında kover versiyası filmin bağlanış musiqisi kimi istifadə edilmişdir. Filmdə istifadə olunmuş "Dead Already" mahnısı isə sonradan 2005-ci ildə istehsal edilmiş “Madaqaskar” filmində də istifadə olunmuşdur. Nyumanın "Any Other Name" və "Dead Already" musiqiləri DJ Jakatta tərəfindən 2000-ci ildə çıxarılmış “American Dream” musiqisində istifadə edilmişdir.
Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı
Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır. "DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Amerikanın adlandırılması
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Amerikanın kəşfi
Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir.
Amerikanın səsi (film, 2015)
Amerikanın səsi sənədli filmi 2015-ci ildə İzmediada istehsal edilmişdir. Film Amerika ölüm fabriki olan Quantanamo həbs düşərgəsinin gizlinlərindən bəhs edir. == Məzmun == Film Amerika ölüm fabriki olan Quantanamo həbs düşərgəsinin gizlinlərindən bəhs edir. ABŞ prezidenti Barak Obamanın müvafiq qərarının ziddinə olaraq Amerikanın bu liberal “millətçi düşərgəsində” məhkəmədə günahları hələ sübut olunmamış təqsirləndirilən şəxslərə amansız divan tutulması davam edir.
Amerikanın İspaniya sahilləri
Amerikanın İspaniya sahilləri — İspaniya imperiyasının Amerika qitəsindəki koloniyalarının Karib dənizi və Meksika körfəzinin sahillərini əhatə edən kontinental əraziyə verilən ad. XLVII və XLVIII əsrlərdə bu sahilyanı ərazilərin cənub hissəsi Tyerra Firme vilayəti və ya "kontinental vilayət" olaraq bilinirdi. == Konsepsiya == Termin ABŞ-nin indiki Florida ştatını, Meksika körfəzinin Texas ştatı və Meksikadakı qərb sahillərini, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal sahillərini əhatə edirdi. XLVII əsrdən XIX əsrə qədər Amerikanın İspaniya sahilləri Amerikanın qızıl, gümüş, odun və heyvan dəriləri kimi təbii sərvətlərinin İspaniyaya göndərildiyi yer idi. == İstinadlar == == Ədəbiyyat == Karl Zauer. The Early Spanish Main. Berkeley and Los Angeles: University of California Press 1969. == Xarici keçidlər == "Reefs, Wrecks and Rascals". Melfisher.org. Archived from the original on 2012-02-06.
Avstraliya 31-0 Amerika Samoası
Avstraliya-Amerika Samoası — 11 aprel 2001-ci ildə Avstraliya ilə Amerika Samoası milli futbol komandaları arasında Avstraliyanın Koffs Harbur şəhərindəki Beynəlxalq Stadionda oynanılmış 2002-ci il dünya çempionatının təsnifat oyunu. Avstraliya komandası həmin matçda 31-0 qalib gələrək beynəlxalq bir futbol qarşılaşmasında əldə edilən ən böyük qələbə rekordunu qırdı. Bu matçda 13 qol vuran Avstraliya futbolçusu Arçi Tompson bir beynəlxalq qarşılaşmada ən çox qol vuran futbolçu adının sahibi oldu. Tompsondan sonra oyunu 8 qol vuraraq tamamlayan Devid Zdriliç isə Birinci Dünya Müharibəsindən bu vaxtadək bir beynəlxalq oyunda ən çox qol vuran ikinci futbolçu oldu. Oyunun nəticəsi turnirin təsnifat mərhələlərinin keçirilmə formasının müzakirə edilməsinə səbəb oldu. Avstraliya komandasının baş məşqçisi Frenk Farina və 13 qol vurmuş futbolçu Arçi Tompson güc bərabərsizliyinin bu qədər çox nəzərə çarpdığı oyunların qarşısını almaq üçün ön təsnifat mərhələsinin keçirilməsinin vacib olduğunu söylədilər və FİFA tərəfindən də bənzər fikirlər bildirildi. Bu müzakirələrin nəticəsi olaraq 2006-cı il dünya çempionatının Okeaniya seçmələrində bir ön təsnifat turu da keçirilməyə başlandı. == Oyundan əvvəl == Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası 1986-cı ildən bəri Okeaniya regionu üçün ayrıca bir təsnifat mərhələsi keçirirdi. Bundan əvvəl isə Okeaniya regionunun komandaları Asiya regionunun komandalarının da daxil olduğu qarışıq bir təsnifatdan keçirdi. 2002-ci ildə Okeaniya seçmələrində cəmi on komanda iştirak etdi.
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.

Значение слова в других словарях

воссоедини́тельный гериа́тр деревя́шка за пятеры́х Насо́с непристо́йный обмундиро́вывать позазева́ться утепли́тель хира́гра поспе́шность усека́ние фуст ashake hereunder incompetency plaster-stone pot barley sea-farming superior астигматический двубортный краплёный первокурсник покачнуть