BÖLGÜ

сущ.
1. раздел, разделение, распределение. Mənzil bölgüsü распределение жилья, əmlak bölgüsü раздел имущества, əmək bölgüsü разделение труда, vəzifə bölgüsü распределение обязанностей, dərs bölgüsü распределение уроков
2. деление (расстояние между отметками на измерительной шкале)
BÖLGƏ
BÖLMƏ
OBASTAN VİKİ
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Qızıl bölgü
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
ABŞ-ın inzibati bölgüsü
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.
Almaniyanın inzibati bölgüsü
Almaniya Federativ Respublikası 16 federal əyalətdən ibarət federasiyadır.Onlardan 13-ü "ərazi dövlətləri" (alm.Flächenländer) və üçü "şəhər-dövlətləridir" (alm.Stadtstaaten ) == Əyalətləri == Almaniya Federativ Respublikasındakı əyalətlər qismən dövlət suverenliyinə malikdir və beynəlxalq hüququn subyektləridir. Almaniya konstitusiyasına görə, hər bir əyalət öz dövlət idarəçiliyi məsələlərində tam suverenliyə malikdir. Buna görə də müxtəlif əyalətlərin inzibati quruluşu bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Gündəlik həyatda "federal dövlət" anlayışı tez-tez istifadə olunur, lakin hüquqi sənədlərdə - Almaniya Federativ Respublikasının Əsas Qanununda və ya ştatların konstitusiyalarında - bu termin istifadə edilmir, çünki Alman dövlətləri birlikdə Almaniya Federativ Respublikasıdır və Almaniyanın inzibati vahidləri deyil. Berlində (Almaniyanın paytaxtı) və Brüsseldə (Avropa İttifaqının paytaxtı) hər bir dövlətin öz nümayəndəliyi (alm.Landesvertretung) var. Berlin, Bremen və Hamburq şəhərləri müstəqil dövlətlər yaradırlar. Əyalətin qanunverici orqanı xalq tərəfindən seçilən Landtag , əyalət icraedici orqanı torpaq hökuməti Landesregierung, tərəfindən seçilən əyalət baş naziri Landesministerpräsident və əyalət nazirlərindən Landesminister ibarətdir. == Rayonlar == Federal ştatlar rayonlara bölünür ( alm.Kreis/Landkreis ). Ümumilikdə 294 rayon var.Onlara əlavə olaraq, 106 qeyri-rayon şəhəri ( alm. Kreisfreie Städte / Stadtkreise ) fərqlənir, yəni torpaq tabeliyində olan şəhərlər və ya rayonlara bərabər tutulan şəhərlər.
Avstriyanın inzibati bölgüsü
Konstitusiyaya görə, Avstriya federativ respublikadır və 9 torpaqdan (alm. Bundesländer‎) ibarətdir.
Azərbaycanın inzibati bölgüsü
Azərbaycanın inzibati bölgüsü — Azərbaycanda 66 rayon, 14 respublika tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər rayonudur, ən kiçik rayon isə Sədərək rayonudur.
Bakının inzibati bölgüsü
Bakının inzibati bölgüsü - Bakı şəhərinin inzibati bölgüsü hal-hazırda şəhər rayonlarından ibarətdir. Bakı şəhərinin 12 rayonu vardır. == Tarixi == Bakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.
Barbadosun inzibati bölgüsü
Barbadosun inzibati bölgüsü — Barbados inzibati cəhətdən 11 bölgəyə bölünür:
Beynəlxalq əmək bölgüsü
== Beynəlxalq əmək bölgüsü == Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır. Bu özünü onda göstərir ki, dünyanın istənilən ölkəsi bu və ya digər formada BƏB-ə cəlb olunub. Müasir dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin, ölkələr arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasının vacib vasitəsidir. BƏB-də iştirak ölkələrə daha az xərc htiyaclarını ödəməyə və beləliklə də, əlavə iqtisadi səmərə əldə etməyə imkan verir. BƏB-in mahiyyətini açmağa keçməmişdən əvvəl ilk olaraq ölkə daxilində əmək bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur. Dünyanın istənilən ölkəsində ayrıca götürülmüş heç bir müəssisə həmin ölkənin cəmiyyətinə lazım olan bütün məhsulları istehsal etmək iqtidarında deyildir. Hər bir müəssisə müəyyən növ məhsulların hazırlanması üzrə ixtisaslaşır, yəni müəssisələrin ixtisaslaşması baş verir. O özünü bir neçə formada – predmet, peşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir.
Butanın inzibati bölgüsü
Butan 4 dzonqdeyə (ing. dzongdey) bölünmüşdür, tərkibinə 20 dzonqxaq daxildir(dzonq-ke རྫོ་ཁག།, ing. dzongkhag). Hər dzonqxaq öz növbəsində qevoqlara (ing. gewog) bölünür, onlar isə dunqxaqlarla birləşir (ing. dungkhag). == Dzonqdey == 1988-ci ilə Butan dzonqxaqlar və dövlət arasında ara keçid yaratmaq üçün dörd dzonqdeylə birləşdi. == Dzonqxaq == Dzonqxaq (dzonq-ke རྫོ་ཁག། ing. Dzongkhag), dzonq-ke dilində birinci səviyyədə tabe olan Butanın inzibati-ərazi vahidi. Dzonqxaqlar qevoqlara (ing.
Böyük Britaniyanın inzibati-ərazi bölgüsü
Böyük Britaniya 4 inzibati-siyasi ərazidən ibarətdir (tarixi vilayətlərdən): İngiltərə (39 qraflıq, 6 metropolit qraflıqları və Böyük London), Uels (9 qraflıq, 3 şəhər, və 10 şəhər-qraflıq), Şotlandiya (32 vilayət), Şimali İrlandiya (26 rayon).
Böyük Britaniyanın inzibati bölgüsü
Böyük Britaniya 4 inzibati-siyasi ərazidən ibarətdir (tarixi vilayətlərdən): İngiltərə (39 qraflıq, 6 metropolit qraflıqları və Böyük London), Uels (9 qraflıq, 3 şəhər, və 10 şəhər-qraflıq), Şotlandiya (32 vilayət), Şimali İrlandiya (26 rayon).
Dillərin tipoloji bölgüsü
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Finlandiyanın inzibati-ərazi bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Finlandiyanın inzibati bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur.Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür. Gürcüstanda, ölkənin paytaxtı Tblisidə olmaqla 12 muxtar şəhər (gürc.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. == Haqqında == Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir. == Ləğv edilmiş rayonlar == === Kəpəz rayonu === Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə yaradılmışdır.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil ( bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. HAKİMİYYƏTLƏR BÖLGÜSÜ Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi “Qanunların ruhu” adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə “İngilis Konstitusiyası” adlı əsərində “məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir” şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib. Dövlət gücünün bölünməzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının olması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürülüb. Lakin bu nəzəriyyənin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz.
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. == Ştatların təsnifatlaşdırılması == Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. == Ştatların səlahiyyətləri == Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Konqo Respublikasının inzibati bölgüsü
Konqo Respublikasının inzibati bölgüsü — Konqo Respublikası 12 departamentə bölünür. 2003-cü ilə qədər bu departamentlər regionlar adlandırıldı. 2004-cü ildə isə Point-Noyr şəhəri departament statusunu aldı.
Latviyanın inzibati bölgüsü
== Latviyanın diyarları ==
Macarıstanın inzibati bölgüsü
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə — 175 yaraşlara (rayon) (járás), yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir. == Regionlar == == Medye == Macarıstan 19 medyeyə (bölgə) və şəhərə bölünür, medye berabər — Budapeşt.

Значение слова в других словарях

Благове́щенье вомча́ться во́на обе́денный отстра́ивание подбере́жник сдво́йка совоку́пность со́слепа спра́виться застава́ние избы́ться набира́ться сонь языко́вый Capua concretionary ligula Polyhymnia proctitis shore-fast silkworm nursery unofficial авантюрист экономия