ÇÖKÜK-YASTI

прил. вогнуто-плоский. Çökük-yastı linza вогнуто-плоская линза
ÇÖKÜK-QABARIQ
ÇÖKÜKLÜK
OBASTAN VİKİ
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastilaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma,ektoderma,mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı sahil
Yastı sahil – (rus. берег отлогий, ing. flat coast) dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmə­dikdə bu məhsullar çimərlikdə qey­ri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akku­mulyativ sahil.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16-18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yastı qurdlar tipi
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastilaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma,ektoderma,mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı zirvə buzlağı
Yastı zirvə buz­lağı – (rus. ледник плоских вер­шин, ing. table summit glacier, plateau glacier) kömbəvari formada buz­laq tipi, maili düzəlmə səthi üzə­rində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mər­kəzi Tyan-Şan üçün səciyyəvidir.
Yastı qurdlar (Platyhelminthes) tipi
== Ümumi xarakteristika == 25.000-ə qədər növü olan bu tipə uzunsov, bilateral-simmetrik bədən formasına malik suda, torpaqda, insan, heyvan və bitki orqanizmlərində yaşayan orqanizmlər aiddir. Yastı qurdların uzunluğu onların növündən asılı olaraq 0.5 mm-dən 30 m-ə kimi dəyişir. Bəzi yastı qurdların bədən səthi kirpikciklərlə və ya qamçılarla örtülü olur. Digərlərində isə nüvələr və sitoplazma bədənin dərinliklərinə çökərək tequment adlanan epitelini yaradır. Örtük toxuması qoruyucu epiteli və onun altında yerləşən dəri əzələsi dəri-əzələ kisədən ibarətdir. Daxili orqanlar arasındakı hissələri parenxima toxuması doldurur. Bəzi yastı qurdlarda həzm sistemi ağız dəliyi, udlaq, qida borusu və bağırsaqdan ibarətdir. Bəzilərində isə, əsasən, lentşəkilli qurdlarda həzm sistemi ümumiyyətlə yoxdur. Yastı qurdların əksəriyyəti hermafroditdir. Yastı qurdlar ağız dəliyi olan ilk heyvanlar hesab olunur.
го́ренка наче́рпывать педа́льный праздносло́вный предосуди́тельный прискочи́ть сва́дьба синегла́зый тщета́ холеный эконо́миться па́прика термони́тка юрма barytes flaggy glomeration ground-nut guaranteed reconciliation shelfy мини-юбка насторожиться разжалобиться укупорка