HADİ

сущ. устар. предводитель, указывающий путь истины
HAÇANDAN-HAÇANA
HADİSƏ
OBASTAN VİKİ
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir.O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir. Güclü, qüvvətli və heybətli türklərdən təşkil edilən bu birliklər eyni zamanda İslamın paytaxt şəhərinə gələn yabançı elçiləri də heyrətdə qoyurdu.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir.. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Hadi Hicazifər
Hadi Hicazifər — İranlı Azərbaycan əsilli Aktyor və kinorejissordur.
Hadi Mirzəzadə
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961). == Həyatı == Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır.1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır.1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur. Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.Övladları: Xəyyam Mirzəzadə Çimnaz Mirzəzadə == Elmi fəaliyyəti == 1947-ci ildə filologiya elmləri namizədi almaq üçün "XIX əsr Azərbaycan nəsr dili" mövzusunda dissertasiya müdafiə etmişdir. Hadi Mirzəzadə Azərbaycanda dili tarixi bəhsinin, "Azərbaycan dili tarixi" tədris kursunun yaradıcılarındandır. Tədqiqatlarında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və ümumən "Molla Nəsrəddin"in Azərbaycan dili tarixindəki mövqeyi dəyərləndirilir.
Hadi Rəcəbli
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; ilk adı Мухамметхади́ Хайру́ллович Такта́шев, tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев, Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 - 8 dekabr 1931) - tatar şair və dramaturq. Tatar Sovet poeziyasının təsisçilərindən biri. == Yaradıcılığı == === Poemaları === "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V.İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) == Həmçinin bax == Şair Dramaturq == İstinadlar == == Xarici keçidlər == Хади Такташ - Стихи на русском языке Хади Такташ.
Hadi Xosrovşahi
Hadi Xosrovşahi (1939, Təbriz – 27 fevral 2020, Tehran) — İranın Vatikandakı səfiri (1981–1986). == Həyatı == 1939-cu ildə Təbrizdə doğulub. 1981–1986-cı illərdə İranın Vatikanda səfiri işləyib. Hadi Xosrovşahi 27 fevral 2020-ci ildə koronavirus xəstəliyindən Qum ostanında vəfat edib.
Məhəmməd Hadi
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı.Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. == Həyatı == Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır.Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir.
Sudirman Hadi
Sudirman Hadi (9 mart 1996) — İndoneziyalı atlet. Sudirman Hadi İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sudirman Hadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.77 saniyəlik nəticə ilə 2-ci yeri tutdu və yarım-finala adladı. Bu mərhələdə isə o, 10.70 saniyəlik nəticə ilə 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
İmam Hadi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
Əl-Hadi
Əl-Hadi (ər. الهادي) — Allahın adlarından biri.
Hadi El-Xolosi
Hadi El-Xolosi (23 may 1993) — Misirli oxatan. Hadi El-Xolosi Misiri 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Hadi El-Xolosi birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 153-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Hadi Sayi Binəkövül
Hadi Sayi Binəköhl (Farsca:هادی ساعی بنه كُهل) İranda - Azərbaycanın Təbriz şəhəri yaxınlığında yerləşən Baostanava bölgəsinin Qarakövül kəndində, 1976-ci il iyunun 10-da anadan olub. Tehranın Rey (Şabdüləzim) şəhərində böyümüşdür. Hadi Sayı Taekvondo üzrə 2000-ci il Olimpiya oyunlarının gümüş, 2004 və 2008-ci il olimpiya oyunlarının isə qızıl medallarına layiq görülmüşdür. Hazırda Tehran Şəhər Şurasına üzvlük üçün namizəddir. Hadi Sayi 2008-ci il Olimpiya oyunlarında qazandığı qızıl medalı azərbaycanlılara ithaf etmişdir.
Həsən bəy Hadi
Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov (1835, Şuşa – 1900, Qaryagin, Cəbrayıl qəzası) — şair. == Həyatı == Həsən bəy Rzaqulu bəy oğlu 1835-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini Mirzə Kərim bəy Hacı Mirzə Məhəmməd bəy oğlundan almışdı. Ticarətlə məşğul idi. Əsasən Qaryagin (indiki Füzuli) şəhərindəki bazarda dükan işlədirdi. 1900-cü ildə Qaryagin (indiki Füzuli) şəhərində vəfat etdi. Bərdə şəhərində İmamzadə gorgahında dəfn edildi. Həsən bəy şair idi. Hadi təxəllüsü ilə şeir yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da deyirdi: "Ağa Həsən bəy Rzaqulu bəy oğlu Qarabağın Şuşa əhalisindən, Hacıyusifli məhəlləsındəndir.
Mirzə Hadi Atlasov
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir.. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Məhəmməd Hadi Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Məhəmməd Hadi metrostansiyası
Həzi Aslanov-2 metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y-17. "Həzi Aslanov metrostansiyasına" (qırmızı xətt) birbaşa keçidi olacaqdır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, şair Məhəmməd Hadinin şərəfinə adlandırılmışdır. Planda bu stansiyadan tunelin Şah İsmayıl Xətai metrostansiyasına qədər uzadılması planlaşdırılır. Üstəlik Dərnəgül metrostansiyasına qədər 3 yeni stansiyanın tikintisidə planda vardır. Daha sonra 9 stansiyanın tikintisi ilə Yaşıl xəttin dairəvi forma alması təmin ediləcəkdir. == Tikinti == Tikinti işləri 2011-ci ildən aparılır. Ümumilikdə Yaşıl xətdə tikinti işlərini fransız Bouygues Travaux Publics şirkəti aparır. Tikitinin gələcək illərdə bitməsi planlaşdırılır.
Şeyx Hadi Nəcmabadi
Şeyx Hadi Nəcmabadi (1835-1902)—İranda yeni fikrin nümayəndəsi, filosof, müctəhid. == Həyatı == Şeyx Hadi 1835-ci ildə Nəcmabadda anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərlərində almışdı. Sonra molla-müctəhid yanında təhsilini davam etdirmişdi. Bəzi ilahiyyatçılar onu Babiməzhəb hesab edirlər. İranda 1906-cı ildə baş vermiş Məşrutə hərəkatında mühüm rol oynamış şəxslərin böyük əksəriyyəti Əfqaninin fikirlərindən ruhlanmış insanlar idi. Şeyx Hadi Nəcmabadi, Mirzə Yəhya Dövlətabadi və Mələk-ül-mütəkəllimin belə şəxslərdən idilər. Rəbbani İslam alimləri həmişə xalq arasında olub, yoxsullarla bir süfrədən yeyib. Şeyx Hadi Nəcmabadi haqqında nəql olunan hekayət varlılarla, vəzifəlilərlə ünsiyyətə meylli din xadimlərinə yaxşı ibrətdir. Şeyx Hadi Nəcmabadi 1902-ci ildə Tehranda vəfat edib.
Əl-Hadi (ad)
Əl-Hadi — ad.
Əl-Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir.O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir. Güclü, qüvvətli və heybətli türklərdən təşkil edilən bu birliklər eyni zamanda İslamın paytaxt şəhərinə gələn yabançı elçiləri də heyrətdə qoyurdu.
Əl-Hadi Laameçe
Əl-Hadi Laameçe (5 mart 1990) — Əlcəzairli marafonçu. Əl-Hadi Laameçe Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əl-Hadi Laameçe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Əbül Rəbbuh Mənsur Əl Hadi
Əbül Rəbbuh Mənsur (1 sentyabr 1945[…], Abya mühafazası[…]) ㅡ Yəmənin 2-ci prezidenti. Hadi 1994-2012 ci illər ərzində vitse prezident olub. Həmçinin indi siyasətçi və Yəmən Hərbi İttifaqının Feldmarşalıdır. == Həyatı == Hadi 1945-ci ildə Yəmənin Əbyan mühafəzəsinin cənubundakı Tükayin şəhərində anadan olmuşdur. 1966-cı ildə Cənubi Ərəbistan Federasiyasındakı hərbi akademiyanı bitirib. 1966-cı ildə İngiltərədə təhsil almaq üçün hərbi təqaüd aldıqdan sonra məzun oldu, lakin İngilis dilində danışmadığı üçün iştirak edə bilmədi. 1970-ci ildə Misirdəki tankları öyrənmək üçün başqa bir hərbi təqaüd aldı. Hadi sonrakı dörd ili Sovet İttifaqında hərbi rəhbərliyi öyrənməyə sərf etdi. 1986-cı ildəki hakim Yəmən Sosialist Partiyasının Ali Nasir fraksiyasından sonra Cənubi Yəmənin prezidenti Əli Nasir Məhəmmədlə birlikdə Şimali Yəmənə qaçdıqdan sonra Cənubi Yəmən ordusunda bir neçə hərbi vəzifə tutdu. == Karyera == Hadi Ədən Təcili Yardım zamanı aşağı bir rol oynadı.
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır. Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır. Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır. O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır. Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir.
16 noyabr hadisələri
16 noyabr hadisələri — 2021-ci 16 noyabr saat 11.00-18.00-a qədər Laçın–Kəlbəcər rayonu təmas xəttində baş vermiş Azərbaycan–Ermənistan arasında anti-terror əməliyyatı. Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan Respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçmişdir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid, 10 hərbi qulluqçusu isə yaralanmışdır. == Hadisə == === Şəhidlər === Niftəliyev Ümüd Oruc oğlu (leytenant) Cabbarov Orxan Hətəm oğlu (gizir) Əliyev Natiq Yusif oğlu (kiçik çavuş) Ağayev Elçin Mərifət oğlu (əsgər) Əlizadə Elmin Samir oğlu (əsgər) Əliyev Elçin Ramil oğlu (əsgər) Xəlilov Murad Qalib oğlu (əsgər) == Nəticə == Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında 16 noyabr saat 18.00-dan etibarən atəşkəs elan edilib. Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirdi. Ermənistanda etirazlar başladı. Əhali Nikol Paşinyanı istefaya çağırır. Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb. == Reaksiyalar == Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. Onlar Azərbaycan–Ermənistan təmas xəttində baş verənlərdən danışıblar.
1968-ci ilin may hadisələri (Fransa)
1968-ci il may hadisələri — Fransa tarixinə aid olan bu sosial böhran məşhur Fransa xadimi prezident Şarl de Qollun istefasına və hökumətin buraxılmasına gətirib çıxardı. == Hadisələrdən əvvəlki vəziyyət == Qəribədir ki, may böhranı onillərlə davam edən iqtisadi inkişaf fonunda baş verdi. II Dünya müharibəsindən sonra olan bu dövr Şanlı otuzillik adlanır. Həmin dövrdə Fransa həyat səviyyəsinə görə Dünya liderləri sırasında idi. Lakin son aylarda işsizliyin səviyyəsinin artması cəmiyyətdə vəziyyəti dəyişdi. 1968-ci ilin əvvəlində işsizlərin sayı 500 min nəfərə çatmışdı. Hətta o dövrdə ali məktəblərdə təhsil almaq kütləvi hal aldığı üçün tələbələr arasında yataqxana və nəqliyyat problemi kritik həddə çatmışdı. Buna qarşılıq olaraq hökumət ali təhsil müəssisələrinə vakant yerlərin azaldılmasını müzakirəyə çıxardı, bu da tələbələrin etirazlarına səbəb oldu. == Hadisələrin inkişafı == İlk olaraq tələbə hərəkatı baş vermiş, ikinci mərhələdə işçilər hərəkata dəstək vermiş və son olaraq hadisələrin siyasi nəticələri görünmüşdür. === Tələbə hərəkatları === İlk olaraq Nanter la Defans Universitetinin tələbələri nümayişlərə başladılar.
20 Yanvar hadisələri
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: “O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
31 mart hadisəsi
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
31 mart hadisəsi (Osmanlı)
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
31 mart hadisəsi (Osmanlı imperiyası)
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
Alxanlı hadisəsi
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2-5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur. 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür. Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir. == Hadisə == === Azərbaycan tərəfinin versiyası === 4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.
Amavratik hadisə
Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması. == Ümumi məlumat == Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Atmosfer hadisələri
Atmosfer hadisələri-Duman, çovğun, buzbağlama, dolu atmosfer hadisələridir.
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. Hadisə yerinə xüsusi təyinatlıların iki avtobusu gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Qədirovun üstündən tutumu qırx və yetmiş bir patron olan 3 ədəd patron darağı və iki ədəd maqazin götürülüb.
Azərbaycan dili dialektlərində fonetik hadisə və qanunlar
== Ahəng qanunu == Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür: 1.Ahəng qanununa ciddi riayət olunan şivələr 2.Ahəng qanununun tez-tez pozulduğu şivələr 3.Ahəng qanunu bəzi hallarda pozulan şivələr === Ahəng qanununa ciddi riayət olunan şivələr === Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım. === Ahəng qanununun tez-tez pozulduğu şivələr === Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir. Bu şivələr də ahəng qanunu həm söz köklərində, həm də şəkilçilərdə pozulur. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: gidax, gəlmax, günnux, dedıx və s. Bakı şivəsində əksər hallarda qalın saitli sözlərə incə saitli şəkiləilər əlavə olunur: alaceg, almeg, almani və s.
Bella Hadid
İzabella Xair Hadid (ing. Isabella Khairiah Hadid; 9 oktyabr 1996, Vaşinqton) — Fələstin əsilli amerikalı model. == Həyatı == Bella Hadid Kaliforniya ştatının Los -Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olmuşdur. Model müsahibəsində" Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi,həmişə çox dindar idi və bizimlə birlikdə dua edirdi, müsəlman olduğum üçün qürur duyuram "dedi. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var.Hadidin həmçinin atasının əvvəlki evliliyindən Mariel və Alana adlı 2 bacısı var. Yeniyetmə ikən Bella Hadid atçılıq idmanında uğur qazandı və 2016 -cı ildə Rio -de -Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırdı, lakin sonradan sağlamlıq səbəbiylə məşq edə və yarışa bilmədi. Həkimlər qıza gənə dişləməsinin səbəb olduğu lyme xəstəliyi diaqnozu qoydular. Anası Yolanda və qardaşı Ənvər də eyni xəstəlikdən əziyyət çəkirlər. Ancaq qız təslim olmadı və 2014 -cü ilin payızında Nyu -Yorka köçdü. Burada fotoqrafiya ilə məşğul oldu.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Boraltan hadisəsi
Boraltan hadisəsi və ya Boraltan faciəsi — 1944-cü ildə 100-dən çox azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən güllələnməsi ilə nəticələnən hadisə. == Arxiv Sənədlər == 1951-ci ildə Ədalət Naziri Rüknəddin Nasuhioğluna TBBM-də deputatlardan Şevket Mocanın "Müxtəlif tarixlərdə ölkəmizə siyasi sığınacaq hüququna əsaslanaraq gəlmiş (156) qaçqının 1947-ci ildə dövlətlərarası hüquq qaydalarına zidd olaraq Sovet İttifaqına verildiyi düzdürmü?" şəklindəki sualına cavab olaraq bildirmişdir. Sualın davamında Şevket Mocan əlavə etmişdir: "Faciə qurbanlarının göndəriş forması da qurban göndərilən məbudların qaydlarına uyğun olmağına və aqibətlərini görməyi səbəbindən, təhvil-təslim prosesində vəzifəli olan, ehtiyyatda olan zabit, Poçt Müfəttişi Rəşadın əsəb pozğunluğu yaşadığı və psixi dispanserlərdən birində hələ də müalicə aldığı düzdürmü?" Nazir cavabında, Daxili İşlər, Xarici işlər və Müdafiə Nazirliklərindən əldə edilən rəsmi mənbələrə əsasən, "23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya qarşı Türkiyənin müharibə elan etməyinə görə müttəfiqlərimizdən birinə çevrilən Sovet İttifaqının 22 may 1945-ci il tarixli müraciətinə görə Almaniya və ya Yaponiyaya müharibə elan etdiyimi tarixdən etibarən Türkiyəyə sığınmış bütün Sovet hərbçilərinin qarşılıqlı olaraq geri verilməyini təklif etmişdir. Nazirlər kabinetinin 1945 may 3/2563 tarixli qərarı ilə yalnız hərbçilərin qarşılıqlı olmaq təhvil verilməyinə razılıq vermişdir. Bu əsasla, 6 avqust 1945-ci ildə Türkiyədəki 237 sovet hərbçisinin 195-i Tıhmıs sərhəd keçid məntəqəsindən Sovet İttifaqına təhvil verilmişdir. Lakin, Sovet Rusiyasının, oraya sığınmış 1 zabit və iki əsgərimizin "izləri tapılmamışdır" deyilərək təhvil verilmədiyindən, ilk təhvil zamanı qaçan və digər hərbçilərin təhvilin vaz keçilmişdir. Bundan sonra Nazirlər Kabineti 1 sentyabr 1947-ci ildə qərara almışdır ki, Yozgatdakı düşərgə ləğv edilsin və düşərgədəki Türk əsilli insanlara istədikləri təqdirdə Türkiyə vətəndaşlığı verilərək azad edilsin. Ənvər Anar (Ənvər Qazıyev) və Kadri Başaran (Adəm Qardaşbəyli) adlı iki şəxsin ilk göndərişdəki 195 nəfərin arasında olduğu müəyyən edilmişdir.Bu cavab qarşısında Şevket Mocan təkrar çıxış edərək "Ənvər və Adəm adlı iki azəri zabitin əvvəllər Qızıl Orduda xidmət etdiklərini, lakin əsillərini unutmadıqlarını və sovet əqidəsini qəbul etməyərək Almaniyaya qaçmış, uzun müddət oarada yaşamış, lakin daha sonra Türkiyəyə sığınmışlar. Onlar Konya millət vəkili Ziyad Ebüzziyanın qayınlarıdır. Onların "Ankaraya aparırıq" adıyla sərhəd keçid məntəqəsinə aparılıblar.
Buludlarda optik hadisələr
Buludlarda optik hadisələr — Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir. == Göy qurşağı == Bu böyük bir rəngarəng qövs olan bir hadisədir .Onun xarici hissəsi qırmızı rəngə boyanıb və 42° radiusa malikdir.Daxili hissəsi bənövşəyidir.Onlar ara sında dalğa uzunluğa müvafiq olaraq narıncı,sarı, yaşıl, mavi və göy rəng yerləşir.Əsas göy qurşağının xarici tərəfində tez–tez rəngləri əksinə yerləşən ikinci göy qurşağıda müşahidə olunur.Dağlarda və ya uçuş hündürlüklərindən müşahidələrdə bəzən göy qurşağını demək olar ki,tam dairə şəklində müşahidə etmək mümkün olur.Göy qurşağı günəşin qarşı tərəfində bulud olduqda və yağış düşdükdə meydana gəlir.Onun yaranması günəş işığı yağış damcılarından keçən zaman onun ayrı–ayrı şüalara parçalanması ilə əlaqədardır.Göy qurşağında rənglərin inkişafının intevsivliyi və eləcə də müvafiq zolaqların eni müxtəlif olurlar və su damcılarının ölçülərindən asılıdır.Damcıların ölçülməsi nə qədər böyükdürsə bir o qədər göy qurşağı parlaq və dardır.Əksinə, damcıların ölçüləri nə qədər böyükdürsə,bir o qədər göy qurşağı çox geniş və tutqundur. Göy qurşağı adətən elə yağışda müşahidə edilir ki,orada damcılar bərabər və bir-birini əvəz etməklə işıq təəssüratını yeniləşdirməklə düşür.Parlaq göy qurşaqları olduqca tez-tez topa-yağış buludlarından düşən iri damcılı leysan yağışlarında müşahidə edilir .Göy qurşağı nəinki düz günəş şüalarından, həmçinin əks olunan şüalardan da meydana gələ bilər.Bu hallarda bir neçə göy qurşağı qövsünü müşahidə etmək olar. Həm də onların bəziləri qeyri-adi tərsinə alt-üst görünür.Bu cür hadisələri dəniz,körfəzlərin, böyük çayların və göllərin sahilində müşahidə etmək olar.Çox zəif göy qurşağını bəzən gecə yağışdan sonra bulud arxasından ay göründükdə də müşahidə etmək olar. == Halo == Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir. == Taclar == Günəş və ya ay tez-tez taclar adı daşıyan parlaq üzüklərlə əhatə olunur.Onıar bilavasitə işıq mənbəyinin diskinə bitişirlər və daxildəki göydən xaricindəki qırmızıya qədər bir-birini əvəz edən rəngli dairələr şəklində təqdim edirlər.Taclar nazik yüksək topa buludlarla müşahidə olunur və buludların su damcıları və ya çox kiçik kristallar tərəfindən işığın difraksiyası tərəfindən meydana gəlir.Difraksiyanın mahiyyəti isə ondan ibarətdir ki, işıq kiçik kristallar tərəfindən işığın difraksiyası nəticəsində meydana gəlirlər. == Qloriya == Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır.Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarənin kölgəsi ətrafında müşahidə olunur.Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar.Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir.Ona görə də buzlaşma zəif intensivlik ola bilər. == İrizasiya == Yüksək-topa və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçik və bircinsli olduğunu göstərir.
Buçuktəpə hadisəsi
Buçuktəpə hadisəsi (Türkcə: Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı. Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. == Üsyanın gedişi == Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.
Culhamia hadiensis
Çinaryarpaq sterkuliya (lat. Sterculia platanifolia) - sterkuliya cinsinə aid bitki növü. == Sinonimləri == Caucanthus platanifolia (L.) Raf. Clompanus pyriformis Kuntze Clompanus simplex (L.) Kuntze Culhamia hadiensis J.F.Gmel. Culhamia platanifolia Steud. Culhamia simplex (L.) Nakai Culhamia triloba Raf. Firmiana chinensis Medik. ex Steud. Firmiana platanifolia (L.f.) Marsili Firmiana platanifolia (L. f.) Schott & Endl. Firmiana platanifolia var.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. == Təfərrüatlar == 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Dyatlov Keçidi hadisəsi
Dyatlovun turist qrupunun həlak olması — 2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. == Hadisənin zəmini == 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. == Ekspedisiya == === Heyət üzvləri === Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937)25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Elektromaqnit hadisəsi
Fantana Alba hadisəsi
Fantana Alba hadisəsi başqa adı ilə Fantana Alba qətliamı (rum. Masacrul de la Fântâna Albă) — 1 aprel 1941-ci ildə Ukrayna SSR-i Çernovit vilayətinin Belaya Krinitsa (rum. Fântâna Albă) kəndində baş vermiş faciə. Rumıniya və Moldova hakimiyyətlərinin bəyanatlarına görə, SSRİ və Rumıniya dövlətlərinin sərhədini keçməyə cəhd edən 3000 nəfər sovet sərhədçiləri tərəfindən güllələnmişdir. DTK arxivlərinin rəsmi məlumatlarında yalnız 48 nəfər öldürülən vətəndaşdan bəhs edilir, lakin Rumıniya hakimiyyəti sağ qalan şahidlərin ifadələrinə əsaslanaraq, XDİK-in həyata keçirdiyi kütləvi həbslər və deportasiyaların xüsusilə qəddar üsullarla həyata keçirildiyini iddia etmişdir. == Tarixi == 1940-cı ilin iyun ayında əvvəllər Rumıniyanın tərkibində olan Bessarabiya və Şimali Bukovina SSRİ dövlətinə birləşdirildi. Rumıniya dövlətinin hərbi və siyasi rəhbərliyi sonradan Sovet Moldaviyasının tərkibinə daxil olan torpaqları tərk etmək məcburiyyətində qalmışdır. Ailələrin bəziləri sovet vətəndaşlığını alaraq tamamilə SSRİ ərazisində qaldı, lakin bəzi ailələr yeni sərhədlə ayrıldı. Bununla əlaqədar bir çox ailə üzvləri həm sovet, həm də Rumıniya sərhədçilərinin icazəsi ilə, həm də bu icazə olmadan sərhədi keçməyə cəhd etmişdilər. Sovet-Rumıniya sərhədinin mühafizəsi Çernivtsidən 7,5 km cənubda olan hissəyə nəzarət edən XDİK-ın 97-ci Çernivtsi sərhəd dəstəsi tərəfindən həyata keçirilirdi (İkinci Dünya müharibəsinin əvvəlində Rumıniya və alman qoşunlarına qarşı ilk döyüşləri də aparmışdır).97-ci sərhəd dəstəsinin mühafizə etdiyi ərazidən 471 nəfər — Qertsa, Qluboka, Putila və Storozhinets qəsəbələrinin sakinləri qanunsuz olaraq sərhədi keçmişdilər.
Fiziki hadisələr
Fiziki hadisələr - bir maddənin digər maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələr, başqa sözlə, maddə tərkibinin dəyişməsinə səbəb olmayan hadisələrdir. == Ümumi məlumat == Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. == Fiziki hadisələrin növləri == Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom === Mexaniki hadisələr === Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. === İşıq === İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. II cild — Məhəmməd Hadinin (1879–1920) əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələrindən bəhs edən kitab. == Haqqında == XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin ən parlaq və universal zəkalarından olan, “Hürriyyət əndəlibi” adlandırılan, yaradıcılığa başlayarkən özünə “Hadi” təxəllüsünü götürən (ərəbcə doğru yol göstərən, düz yola çağıran, bələdçi) və təxəllüsün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan Məhəmməd Hadi Azərbaycan romantizminin inkişafında mühüm xidmətlər göstərmişdir. Kitaba 1905–1919-cu illərdə Bakıda nəşr olunmuş "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq", "Tərəqqi", "Səda", "İqbal", "İqdam", "Bəsirət", "Sovqat", "Açıq söz", "Azərbaycan", İstanbulda çıxan "Sabah", "Tənin" və "Məhtab" kimi mətbuat orqanlarından toplanmış, ərəb qrafikasından transliterasiya olunaraq tərtib olunan dörd bölmədən ibarət kitabın birinci – "Publistikası" bölməsinə 91, ikinci – "Nəsr əsərləri" bölməsinə 12, üçüncü – "Ədəbi-tənqidi məqalələri" bölməsinə 9, dördüncü — "İqtibas və tərcümələr" bölməsinə 13 əsər daxil edilmişdir. Əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Məhəmməd Hadinin əsərlərində fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevadır. == Əhəmiyyəti == Məhmməd Hadi irsinin böyük bir hissəsini təşkil edən publisistikası, bədii nəsri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri müxtəlif münasibətlərlə tədqiq olunsa da, indiyə kimi kitab halında nəşr olunmamış, ədəbi-elmi ictimaiyyətə çatdırılmamışdır. Müəllifin əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri salınmışdır.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. I cild — XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcı və başçılarından olan Məhəmməd Hadinin (1879–1920) orijinal poetik əsərləri, mənsur şeirləri, məktubları və poetik tərcümələri daxil edilmiş kitab. == Haqqında == Cildin tərtibində Məhəmməd Hadinin 1978-ci ildə "Elm" nəşriyyatının buraxdığı "Seçilmiş əsərləri"nin birinci cildi əsas götürülsə də, buraya həmin nəşrdə gedən şeirlərdən əlavə müəllifin kiril və latın əlifbaları ilə çap olunan kitablarına düşməyən 64 şeiri, 4 mənsur şeiri, 3 məktubu, 5 poetik tərcüməsi daxil edilmişdir. 1978-ci il çapında dərc olunan əsərlər ilk mənbələrlə tutuşdurularaq onlardakı səhvlər və təhriflər islah olunmuş, ixtisarlar bərpa edilmişdir. Kitabın elmi məsləhətçi və ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, tərtib edənlər AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov və filologiya elmləri doktoru, professor İslam Qəribli, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. == Əhəmiyyəti == Əsərlərin, demək olar ki, əksəriyyətinin müxtəlif mətbuat orqanlarında, müəllifin sağlığında və ölümündən sonra çap olunan kitablarda çıxan mətnləri əldə edilmiş, həmin mətnlər əsas mətn kimi götürdüyümüz 1978-ci il çapı ilə tutuşdurulmuş, “Seçilmiş əsərləri”nin I cildindəki təhriflər, yanlışlıqlar islah edilmiş, ixtisarlar ilk mənbələr əsasında bərpa olunmuş, izah və şərhlər genişləndirilmiş, əhatəli lüğət hazırlanaraq nəşrə əlavə olunmuşdur. Məhəmməd Hadinin elə əsərləri var ki, onlar bir neçə yerdə çap olunmuş, bəzən əsərlərin mətnində ya müəllif, ya da naşirlər tərəfindən yerdəyişmələr, 22 ixtisar və artırmalar olmuşdur. Müəllifin sağlığında çap olunmuş əsərlərin mətnini mümkün qədər bərpa edilməyə çalışılmış, əsərlərin hansı mənbələrdən götürüldüyünü fərq və nüsxələri göstərilmişdir.

Значение слова в других словарях

всхли́пывать драма́тик дровосе́ки объяри́нный оступа́ться ошага́ть примунди́риваться распоряжа́ться усили́тельность эллипсови́дно ю́нкерствовать брезенто́вка докрути́ться дорожа́ние заиндевевший кой-ка́к мла́дший bondmaiden deduce geodesy grass widower Muscovy glass абонировать бельё пересадочный