HOLDİNQ

I
сущ. экон. холдинг (предприятие, фирма, акционерное общество, являющееся владельцем части или всех акций другого предприятия и осуществляющее контроль над их деятельностью)
II
прил. холдинговый. Holdinq şirkəti холдинговая компания
HOLAVARLAMAQ
HOLL
OBASTAN VİKİ
Holdinq
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədi ilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
AF Holdinq
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holdinq
APA Holdinq — Azərbaycanda fəaliyyət göstərən media şirkətidir. “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
Ata Holdinq
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Gilan Holdinq
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib.1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib. == Haqqında == “Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatında olub.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədi ilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
ISR Holdinq
Karat Holdinq
Meqa Holdinq
Messenat Holdinq
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət.Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir. === PAŞA Bank Azərbaycan === "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya "PAŞA Bank" ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi.Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Azərsun Holdinq
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. == Tarixi == “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
Koç Holdinq
Koç Holdinq 1926-cı ildə Vəhbi Qoç tərəfindən qurulmuş holdinqdir . Türkiyənin ilk holdinqi və ölkə üzrə ən böyük özəl təşkilatlardan biri hesab olunur. Holdinqin baş ofisi İstanbulda Üsküdar, Nakkaştəpədə yerləşir. Koç Holdinqin tarixi şirkət qurucusu olan Vehbi Koçun 1920-ci illərdə Ankarada ticarət fəaliyyətinə başladığı vaxtlara qədər gedib çıxır. Zaman keçdikcə fəaliyyət sahələrini genişləndirən və 1950-ci illərdə müxtəlif sənaye şirkətləri qurmuş Vehbi Koç qida sənayesindəki uğurlarındansonra elektrik cihazları və avtomobil sektoruna da adım atmışdır. 1963-cü ildə yaratdığı şirkətlərin sayı 25-ə çatdı və qrup yeni təşkilat yaradaraq holdinq statusunu aldı. Vehbi Koç 1984-cü ildə idarə heyətinin sədrliyini öz oğlu Rəhmi Koça, Rəhmi Koç isə öz növbəsində 2003-cü ildə həmin vəzifəni oğlu Mustafa Koça ötürmüşdür. Mustafa Koçun vəfatından sonra Koç Holdinq İdarə Heyəti tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə Ömər M. Koç, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Ali Y. Koç təyin edilmişdir.Holdinq 2020-ci ildə Fortune jurnalının dünyanın 500 ən böyük sənaye şirkəti (Fortune Global 500) siyahısında 471-ci yeri tutmuşdur. İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi"nin 2019-cu il sorğusunda Koç Qrupuna bağlı 4 şirkət ilk 10-luqda öz yerlərini tutmağa nail olmuşdur. "The Economist" jurnalının Türkiyənin ən zəngin ailələri ilə bağlı keçirdiyi sorğuda Koç ailəsi öz var-dövləti ilə Türkiyənin ən zəngin ailəsi seçilmişdir.
Bank holdinq şirkəti
Bank holdinq şirkəti — Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.
Azərbaycan İnvestisiya Holdinqi
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. == Tarixi == "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.“Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır.Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib.2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb. === Rəhbərlik === Prezidentin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılmışdır.Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.Müşahidə Şurasının sədri: Azərbaycan Respublikasının Baş NaziriMüşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri.İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir: İdarə Heyətinin sədri - Mətin Eynullayev İdarə Heyətinin üzvləri: Elnur Əliyev Azər Mursaqulov Ruslan Əlixanov (Baş icraçı direktor). == Tərkibi == Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərsığorta “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Bank holdinqi
Bank holdinqi - Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı, olan fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarər olunan şirkətdir.Kredit sistemində mövcud olan digər bir qurum da holdinqlərdir. Holdinqlərə aşağıdakı tərifi vermək olar: “Ortaq bir qrup məqsədi üçün birliyi əmələ gətirən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan, səs çoxluğunu əldə edəcək şəkildə bu şirkətlərin səhmlərini əlində tutan şirkət” və ya “Bir səhmdar cəmiyyətin, digər bir ya da bir neçə alt səhmdar cəmiyyətə, idarələrində söz sahibi olacaq şəkildə iştirakı, yəni bunların səhmlərini alması və idarəetmə şurasında fəal hala gəlməsi forması başa düşülür.
İran Hava Limanları Holdinqi Şirkəti
İran Hava Limanları Holdinqi Şirkəti və ya İran Hava Limanları Şirkəti (IAC) (fars. شركت فرودگاه هاي كشور‎) — mülki hava limanları üzrə fəaliyyət göstərən və İran hava limanlarını idarə edən holdinq şirkətdir. Baş ofisi Tehran Mehrabad Beynəlxalq Hava Limanında yerləşir və İranın bütün hava limanlarında ofisləri mövcuddur.
Azərbaycan holdinqlərinin siyahısı
Azərbaycan holdinqlərinin siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş və göstərən holdinq və şirkətlər qruplarının siyahısı.

Значение слова в других словарях

-ив-(ый) долгогри́вый недогоре́ть счеса́ть высту́кивание деса́нтный же́мчуг лакони́чно лю́тик однокра́тно подтова́рник продолжа́ть растюкова́ть черны́м-черно́ чистопоро́дность дадон шерсть bank-note coccyx dado duo German overmuch вкапывать топотать