İON

I
сущ. физ. ион (электрически заряженный атом или группа атомов). İon yükü заряд ионов, ion sayğacı счетчик ионов
II
прил. ионный. İon şüaları ионные лучи, ion keçiricisi ионный проводник, связь. эл.-тех. ion lampası ионная лампа, ion düzləndiricisi ионный выпрямитель, ion gücləndiricisi ионный усилитель, физ. ion nəzəriyyəsi ионная теория, ionlar mübadiləsi ионообменник
İNZİVANİŞİN
İONDƏYİŞDİRİCİ
OBASTAN VİKİ
İon
İon (yunanca ἰών və ya ἰόν ión, „yeriyən") - elektrik yüklənmiş atom və ya molekuldur. Onun tərkibində ən azı bir müsbət yüklü atom nüvəsi vardır. Onun yükü boşalan protonların sayını müəyyən edir. İonun xaricə təsir edən yüklənməsi çoxlu sayda protonların və elektronların nəticəsində baş verir. İonlar elektronların çatışmazlığı ucundan müsbət yüklü və ya da elektronların həddən artıq olması nəticəsində mənfi yüklü olur. Mənfi ion özünə bir vəya bir neçə əlavə elektron qəbul etmiş atomdur. Müsbət ion bir və ya bir neçə elektron itirmiş atoma deyilir. İon analyışı 1834-cü ildə Maykl Faradey elektrik cərəyanını turşu, duz və başqa məhlullarda araşdıran zaman daxil etmişdir. O, belə məhlulların elektrik keçiriciliyini ionların hərəkəti ilə bağlamışdır. Kationlar mənfi elektroda tərəf hərəkət edən ionlardır yəni müsbət yüklü ionlardır.
İon Besoiu
İon Besoiu (Rumınca tələffüz: [iˈon beˈsoju]; 11 Mart 1931-ci ildə anadan olub, Sibiu - 18 Yanvar 2017-ci ildə vəfat edib, Buxarest) — Rumıniyalı film aktyoru. O, Kommunist dövrünün ən mühüm Rumıniya filmlərin bəzilərində müxtəlif rollarda çıxış etmişdir: "Furtuna", "Neamul Şoimareştilor", "Haydukii", "Raskoala", "Mihai Viteazul", "Kiprian Porumbesku", "Pakala", "Blestemul pamantului, blestemul iubirii", "Ultima noapte de draqoste", "Lumini şi umbre" və "Ce neagra e mama" və "Stefan Besi Mihai"Toate pânzele sus!". Besoiu 2017-ci ildə Buxarestdə vəfat etmişdir. == Filmoqrafiyası == Susuzluq (1961) İgid Maykl (1970) Aktyor və vəhşilər (1975) Toate pînzele sus (1976-1978) Mihail, câine de circ (1979) Sonuncu hücum (1985) Loverboy (2011) Buxarest dayanǃ (2015) == Uğurları == 2002-ci ildə Rumıniya Kinematoqrafiya Aliləri Mükafatına layiq görülüb. 2001-ci ildə o, Sibiunun Fəxri Vətəndaşı elan edilib.
İon Diakonesku
İon Diakonesku (25 avqust 1917 Argeș rayonu - 11 oktyabr 2011, Buxarest) — Rumıniyalı anti-kommunist aktivist və siyasətçi. Rumıniyada kommunist dövründə, on yeddi il ərzində siyasi məhbus kimi həbs edilib: 1947-1964-cü illərdə. Diakonesku daha sonra Xristian Demokratik Milli Kənd Partiyasının lideri oldu. == Bioqrafiya == İon 1917-ci ilin 25 avqustunda Almaniya işğalında olan Boțești (Argeş rayonu) ərazisində, keşiş ailəsində dünyaya gəlib. Daha sonra hətta yaşlı vaxtlarında öz doğma torpaqlarını ziyarət edirdi. Ailəsində uzun bir "monastır ənənəsi" var idi, üzvlərinin çoxu keşiş və ya rahiblər idi. 1936-cı ildə, 19 yaşındakı Diakonesku Rumıniya Kənd Təsərrüfatı Partiyasının üzvü oldu. Eyni zamanda Politexnik Universitetində - Elektrik Sistemləri Fakültəsində 1942-ci ildə məzun olduğu Buxarestə getdi. Daha sonra Diakonesku Milli İqtisadiyyat Nazirliyində texniki rəyçi işləmişdir. == Siyasi məhbus == 1947-ci ildə Diakonesku onun siyasi fəaliyyəti səbəbindən nazirlikdə vəzifəsindən uzaqlaşdırılıb.
İon adaları
İon adaları (yun. Περιφέρεια Ιόνιων νησιών) - Yunanıstanın qərb və cənub-qərb hissəsində yerləşən adalar qrupudur. Adaların şərq sahilləri İon dənizi ilə yuyulur.Adalar bir çox kiçik adalardan ibarət olsada,bu ada qrupunu "Yeddi ada"adlandırırlar.Əsas adalar(şimaldan cənuba): Kerkira ( həmçinin Corfu kimi tanınır) Paksos Lefkas İtaka Kefaliniya Zakinf Kitira (Attika ərazisinə aiddir)İon adaları - Yunanıstanın heç vaxt Osmanlı imperiyası tərəfindən idarə olunmayan yeganə ərazidir. == Əhali == Sakinlərinin əsas məşğuliyyəti:kənd təsərrüfatı,balıqçılıq, ticarət, gəmiçilikdir.Adaların Osmanlı imperiyası işğalından azad olması və XIX əsrsdə Britaniya tərəfinden idarə olunması,əhalinin həyat tərzinin Yunanıstanın digər yerləri ilə müqaisədə daha yüksəkdir. Adalarda 1864-ci ildə Yunanıstanın tərkibinə birləşdiyi vaxtdan yunan qanunları yayılmağa başlandı. Əhali:yunanlar(1889 ildə 235,122 nəfər), italyanlar (1100 nəfər),inglislər(1500 nəfər). Hər bir adada 1 lisey, Korfu adasında isə 1823-cü ildən kollec və universitet var. == Tarixi == ==== Qədim tarix ==== İon adalarının qədim tarixi qədim Yunanıstan tarixi ilə sıx bağlıdır.Adalar əsasən Dori qəbiləsi tərəfindən məskunlaşmışdır. Kerkira Korinfin bir koloniyası idi, amma tezliklə onun tərkibindən ayrılmışdır və daim onunla müharibə edirdi;zalım Periandr ilə oğlu Likofron arasında olan döyüş vaxtı ada Likofron üçün sığınacaq kimi xidmət etmişdir. Bu Peloponnes müharibəsinə təkan verdi.
İon dənizi
İoni dənizi (yun. Ιόνιο Πέλαγος, it. Mare Ionio) — Adriatik dənizi və Aralıq dənizi arasında yerləşən dəniz. İon dənizinin sahəsi 169 min km², maksimal dərinliyi 5121 m təşkil edir. Dərinliyinin böyük olması onu Aralıq dənizi hövzəsində seçilir. Sahilləri girintili-çıxıntılıdır. Əsasən bu şərq hissədə İon adaları olan bölgə xüsusi ilə seçilir. İon dənizinin körfəzləri: Patrass körfəzi, Korinf körfəzi, Toronto körfəzi, Mesiniakos körfəzi, Art körfəzi və başqaları. Suyunun temperaturu 14 °S fevral, 25,5 °S avqust. Dibində temperatur 13 °S, duzluğu isə 38 ‰ keçir.
İon rabitə
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İon rabitəsi
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İon-depozisiya printeri
İon-depozisiya printeri ( ing. ion-deposition printer ~ ru. ионно-депозиционный принтер ~ tr. iyon-yerleştirme yazıcı) – lazerli printerə bənzəyən, ancaq daha bahalı texnologiyaya əsaslanan elektroqrafik printer. Əsasən böyük həcmli verilənlərin emalı sistemlərində istifadə olunan bu printerlər, adətən, bir dəqiqədə 30-90 səhifə çap edir. Başqa elektroqrafik printerlər kimi, ion-depozisiya modelləri elektrostatik yüklənmiş barabanlardan istifadə edir. Lazerli, LED- və LCD-printerlərdə edildiyi kimi, müəyyən xarakteristikalı işıq şüalarını çevirmək əvəzinə ion-depozisiya printeri barabana ionlar selini yönəltməklə onu yükləyir, boyaq (toner) isə, adətən, əriyib kağıza yapışır – bu həm tez olur, həm də yüksək temperatur tələb etmir. Bu üsulda kağız bir az parıltılı olur, ancaq daha işgüzar yazışmaya yaramır. Bundan başqa, ion-depozisiya printeri “qalın”, simvolları bir az da qeyri-dəqiq çap edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İon Qavrile Oqoranu
İon Qavrile Oqoranu (rum. Ion Gavrilă Ogoranu; 6 yanvar 1923 – 1 may 2006) — faşist yarımhərbi təşkilat olan Dəmir Qvardiyanın üzvü, Sovetlərin Rumıniyanı işğal etməsindən sonra, 1948–1956-cı illər arasında Feqeraş dağlarındakı silahlı antikommunist müqavimət qrupunun lideri.
İon adaları (periferiya)
İon adaları (yun. Περιφέρεια Ιονίων Νήσων) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir. 2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinə daxildir. İon adaları daxildir. Əhalinin sayı 2011-ci ildə 207.855 nəfər təşkil edirdi. ]Sahəsi — 2306,93 km² . Əhalinin sıxlığı — 90,1 . Periferiyanın inzibati mərkəzi — Kerkira.
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstan və İon adaları periferiyaları daxildir. İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos). 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010). == Xarakteristikaları == Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr və əhalisi 1.465.554 nəfər təşkil edir. Sıxlığı 43,27 nəfər. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy.
İon İliesku
İon İliesku (3 mart 1930[…]) — Rumıniya siyasətçisi və dövlət xadimi, 1989–1996 və 2000–2004-cü illərdə Rumıniyanın prezidenti. 1953-cü ildə Rumıniya Kommunist Partiyasına üzv olub. O, 1989-cu ilin dekabrında Rumıniya inqilabına rəhbərlik edərək ölkənin prezidenti olub.
İon İliyesku
İon İliesku (3 mart 1930[…]) — Rumıniya siyasətçisi və dövlət xadimi, 1989–1996 və 2000–2004-cü illərdə Rumıniyanın prezidenti. 1953-cü ildə Rumıniya Kommunist Partiyasına üzv olub. O, 1989-cu ilin dekabrında Rumıniya inqilabına rəhbərlik edərək ölkənin prezidenti olub.
Banksia ionthocarpa
Banksia ionthocarpa (lat. Banksia ionthocarpa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bulbophyllum ionophyllum
Bulbophyllum ionophyllum (lat. Bulbophyllum ionophyllum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ejen İonesko
Ejen İonesko (26 noyabr 1909 – 28 mart 1994, 14-cü Paris dairəsi[d]) — rumın dramaturq. == Həyatı == Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır. 1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.
Galeopsis ionantha
Adi işırqan (lat. Galeopsis tetrahit) - i̇şırqan cinsinə aid bitki növü. == Sinonim == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
İona (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
İoni dənizi
İoni dənizi (yun. Ιόνιο Πέλαγος, it. Mare Ionio) — Adriatik dənizi və Aralıq dənizi arasında yerləşən dəniz. İon dənizinin sahəsi 169 min km², maksimal dərinliyi 5121 m təşkil edir. Dərinliyinin böyük olması onu Aralıq dənizi hövzəsində seçilir. Sahilləri girintili-çıxıntılıdır. Əsasən bu şərq hissədə İon adaları olan bölgə xüsusi ilə seçilir. İon dənizinin körfəzləri: Patrass körfəzi, Korinf körfəzi, Toronto körfəzi, Mesiniakos körfəzi, Art körfəzi və başqaları. Suyunun temperaturu 14 °S fevral, 25,5 °S avqust. Dibində temperatur 13 °S, duzluğu isə 38 ‰ keçir.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. == Tarixi == İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
İoniyalılar
İoniyalılar (q.yun. Ἴωνες) — Qədim Yunanıstanın əsas tayfalarından biridir.
İonlaşma
İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan hissəcik. == İonlaşma == İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar. == İonalaşan radiasiya, ionlaşan şüalanma == İonlaşan radiasiya mühitin ionlaşmasına səbəb olan şüalanmadır. İonlaşan radiasiya böyük intensivlikdə insan həyatı və digər orqanizmlər üçün təhlükəlidir.
İonna Kuliq
İonna Kuliq (pol. Joanna Kulig 24 iyun 1982) — Polşalı aktrisa və müğənni. == Bioqrafiyası == İonna Kuliq 24 iyun 1982-ci ildə Polşanın Kiçik Polşa vilayəti Krınitsa-Zdruy şəhərində anadan olub. Aktrisanın bacısı Yustina Şnayderdir. Frederik Şopin adına Dövlət Musiqili İbtidai məktəbini fortepiano sinfini bitirmişdir. Sonra Mstislav Karloviç adına Dövlət Musiqi Məktəbini solo oxuma sinifində bitirir. Krakovdakı Ludvik Solski Dövlət Dram Məktəbini populyar musiqi vokal ixtisası üzrə bitirir. Bir müddət Krakovdakı Köhnə Teatrda və paytaxtdakı Ateneum Teatrında rollar ifa edir. 2006-cı ildə filmdə debüü edir. 2012-ci ildə "Cadugər ovçuları" filmindəki qırmızı saçlı cadugər rolunu oynayır.
İonol
İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol — lipofilik üzvi maddə, fenollar sinfinin nümayəndəsi, antioksidant olaraq kimya sənayesində geniş istifadə olunur. == Fiziki xassələri == Texniki ionol — sarı rəngdə tozdır, təmiz formada isə — ağ tozdır. == Alınması == İonolu Fridel-Krafts reaksiyası nəticəsində p-krezolun izobutilenlə alkilləşməsindən almaq olar: Bundan əlavə, turşu katalizatorları olmadıqdada alkilləşdirmə yolu ilə əldə edilə bilər. == Kimyəvi xassələri == İonol izopentanda, benzoda,spirtlərdə, asetonda, mürəkkəb efirlərdə yaxşı həll olunur. Suda və 10% natrium hidroksiddə həll olunmur. Kimyəvi xüsusiyyətlərinə görə ionol, E vitamininin sintetik bir analoqudur. İonol, peroksid radikallarını hidroperoksidlərə çevirən hidrogen atomunun donorudur. R O O ⋅ + A r O H → R O O H + A r O ⋅ {\displaystyle {\mathsf {ROO\cdot +ArOH\rightarrow ROOH+ArO\cdot }}} R O O ⋅ + A r O ⋅ → P {\displaystyle {\mathsf {ROO\cdot +ArO\cdot \rightarrow P}}} burada R — alkil və ya aril qrupudur, ArOH — ionol və ya fenol antioksidantı, P- fenolun oksidləşməsi nəticəsində alınan qeyri-radikal və passiv məhsuldur. == Təhlükəsizlik == İyonolun xərçəng riski ilə əlaqəsi haqqında mübahisələr var. Bəzi araşdırmalarda artımı, bəzilərində riskin azalması göstərilir.
İonosfer
İonosfer- atmosferin 50 (80) km-dən yuxarıda yerləşən ionlaşmış qatı. == Xarakteristikası == İonosferin yuxarı sərhəddi şərti olaraq 15-20 min km götürülür. İonlaşma qısa dalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s. təsiri nəticəsində baş verir. Maksimum ionlaşma gecə 300-400 km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İonosferdə temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. Buna görə İonosferə Termosfer də deyilir.
İonı adası
İonı — Oxot dənizinə daxilində hündürlüyü 300 metr olan qayalıqlardan ibarət olan elə də böyük olmayan ada. Adanın uzunluğu 1600 metr, eni 850 km təşkil edir. Materikdə 230 km cənub-şərqdə yerləşir. Saxalin adasının şimalında yerləşən Elizabet burnundan 250 km şimalda aralında qərarlaşır. İnzibati cəhətdən Xabarovsk diyarı ərazində yerləşir. Adada avtomatik meteoroloji stansiya fəaliyyət göstərir. Burada boş bir ev mövcuddur. Həmin tikilinin 1970-ci illərdə inşa edildiyi bildirilir. İnsanlar adada il ərzində bir dəfə stansiyada bateriyanı dəyişmək məqsədi ilə olurlar. == Təbiəti == Ada ərazisi və ətrafları birlikdə 88 ha ərazi təbiət abidəsi elan edilmişdir.

Значение слова в других словарях

дра́ка зашпи́ливать измышле́ние климати́чески ку́хва ме́шкать скали́стость сме́лость снисходи́ть солодко́вый фальсифика́т водяная ли́лия ма́заться педагоги́чный чугу́н Витя expend non-pros Orthodox Church Petticoat Lane Siberian stag высокочувствительный глуповатый изуродовать эвенкийка