LOBYA

I
сущ. фасоль:
1. травянистое огородное и полевое растение сем. бобовых
2. семена этого растения, употребляемые в пищу
II
прил. фасолевый:
1. приготовленный из фасоли. Lobya şorbası фасолевый суп
2. относящийся к фасоли. Lobya sahəsi фасолевое поле
LOBELİYA
LOBYAÇİLOV
OBASTAN VİKİ
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Adi lobya
Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır.
Lobya fisincanı
Lobya fisincanı — Azərbaycan mətbəxinə aid qəlyanaltı == Lazım olan ərzaqlar == Qırmızı lobya – 100 q baş soğan – 30 q ərinmiş yağ – 20 q qoz ləpəsi – 30 q sirkə – 20 q və ya nar şirəsi – 15 q keşniş göyərtisi – 20 q istiot duz == Hazırlanma qaydası == Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Ağ lobya salatı
== Lazım olan ərzaqlar == Təxminən 4 pay üçün 1 1/2 stəkan quru ağ lobya - gecədən suda isladılmış 1 ədəd orta boy soğan - yarıya bölünüb, uzunsov doğranmış 1 stəkan xırda-xırda doğranmış cəfəri 1 ədəd orta boy yaşıl Bolqar bibəri - xırda-xırda doğranmış 2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış 1/4 stəkan zeytun yağı zövqə görə sıxılmış limon suyu və ya sirkə zövqə görə duz zövqə görə istiot 1 ədəd bərk bişmiş yumurta - 4 dilimə bölünmüş bir neçə ədəd qara zeytun sumax və yaxud şirin qırmızı bibər tozuQeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz. == Hazırlanma qaydası == Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Lobya-çilov plov
Lobya-çilov plov — Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı hazırlayırlar. Onu quru balıq ya da qızardılmış balqabaqla verirlər. Tərkibi: qoyun əti - 221q, ərinmiş yağ - 50q, ağ lobya - 50q, düyü - 100q, kişmiş - 40q, baş soğan - 40q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot - 0,1q, duzQarnir kimi duzlu quru balıq – xəşəm və ya kütümHazırlanması: Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Ətli lobya şorbası
Ətli lobya şorbası — sulu yemək. == Tərkibi == Hər pay üçün: 163 q qoyun əti, 80 q qırmızı lobya, 20 q yağ, 20 q baş soğan, duz, istiot. == Hazırlanma qaydası == Hərəsi 40 q çəkidə 2–3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir.

Значение слова в других словарях

девяносто... итальянома́нство кре́пенький лу́нно- нашарамы́жку пе́мзовый те́хно тре́йлер туполи́стый аккура́тненький ку-клукс-кла́н мерканти́льность негодова́ть поясни́ть штампо́ваный aptote John-Bullism knuckle down orthotropous ushabti washery бессовестность бойлер мастак милливольт