LYA

сущ. муз. ля:
1. шестой звук музыкальной гаммы
2. нота, обозначающая этот звук
LÜZUMSUZLUQ
LYAPİS
OBASTAN VİKİ
Lya-Kupe bərzəxi
Ля-Купе (fr. La Coupée — Dar bərzəx olaraq Sarkı onun digər hissəsi olan Kiçik Sark yarımadası ilə birləşdirir. Lya-Kupe ərazisində 100 m dəniz səviyyəsindən yuxarıda aşırım mövcuddur ki, onun eni 2,5 m təşkil edir. Ərazidə 1900-cu ildə təhlükəsizlik tikililəri inşa edilmişdir. 1945-ci ildə Faşistlər yolu betonla örtürlər. Ərazi turistlər arasında çox məşhurdur. Aşırının hər iki tərəfinə əsrarəngiz mənzərə açılır:Çimərlik və Körfəz.
Adem Lyaiç
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir. Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu. Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır.
Aleksandr Lyapunov
Aleksandr Mixayloviç Lyapunov (rus. Алекса́ндр Миха́йлович Ляпуно́в; 6 iyun 1857[…], Yaroslavl – 3 noyabr 1918[…], Odessa, Xerson quberniyası[d]) — Rusiya riyaziyyatçısı və mexaniki. Yeni elmin – hərəkətin dayanıqlığı nəzəriyyəsinin yaradıcısı. == Həyatı == 6 iyun 1857-ci ildə doğulub.
Aleksey Lyapunov
Aleksey Andreyeviç Lyapunov (rus. Алексе́й Андре́евич Ляпуно́в; 8 (21) oktyabr 1911, Moskva – 23 iyun 1973, Moskva, RSFSR, SSRİ) — görkəmli sovet riyaziyyatçısı, kibernetikanın banilərindən biri, SSRİ EA-nın müxbir üzvü. == Həyatı == Aleksey Andreyeviç Lyapunov 8 oktyabr 1911-ci ildə Moskva şəhərində anadan olmuşdur. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Aleksey Andreyeviç Lyapunovun əsas elmi fəaliyyəti çoxluqlar nəzəriyyəsi, riyazi linqvistika, proqramlaşdırmanın nəzəri sualları və riyazi biologiya sahələrində olmuşdur. 1996-cı ildə Lyapunov “Kompüter texnikası pioneri” (Computer pioneer) medalı ilə təltif edilmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Anatoli Lyadov
Anatoli Konstantinoviç Lyadov (11 may 1855, Sankt-Peterburq – 28 avqust 1914, Boroviçi, Novqorod quberniyası[d]) — XIX əsrin II yarısında fəaliyyət göstərən görkəmli rus bəstəkarlarından biridir. O, özünü həmçinin istedadlı dirijor, pedaqoq, musiqili – ictimai xadim kimi də doğrultmuşdur. Lyadov yaradıcılığının əsasını rus eposunun və folklor musiqisinin nağıl fantastik obrazları təşkil edir. Onun əsərləri üçün dolğun lirika, təbiətin incə təsviri xarakterikdir. == Həyatı == Anatoli Konstantinoviç Lyadov 12 may 1855 -ci ildə Sankt-Peterburq şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşında ikən Peterburq Konservatoriyasının daxil olaraq burada Rimski-Korsakovdan praktiki bəstəkarlıq dərsləri almışdır. Lakin dərsləri ötürdüyünə görə 1876-cı ildə təhsil ocağından xaric olunmuşdur. 1878-ci ildə Lyadov yenidən konservatoriyaya daxil olaraq buranı uğurla bitirir. Diplom işi F.Şillerin “Messinskaya nevesta” əsərinin sonuncu səhnəsinə bəstələdiyi musiqi olur. 70-ci illərin ortalarında Lyadovun “Qüdrətli dəstə” üzvləri ilə tanışlığı baş verir və görkəmli sənətkarlarla ünsiyyət onun yaradıcılığının formalaşmasında xüsusi amilə çevrilir.
Bağırsaq lyambliası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.
Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi
Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi (ukr. Харківське музичне училище імені Бориса Лятошинського) — Ukraynanın Xarkov şəhərində yerləşən ali təhsil müəssisəsi (I–II səviyyəli akkreditasiya). == Tarixi == 8 sentyabr 1883-cü ildə İmperator Rus Musiqili Cəmiyyətinin Xarkov şöbəsinin əsasında açılmışdır Təsisçi və ilk direktoru İlya Slatin olmuşdur. 16 yanvar 1909-cu ildə "Yujni kray" qəzetində məktəbdə 445 şagirdin təhsil aldığı yazılmışdır.XX əsrdə (inqilabdan sonra) təhsil ocağın adı və statusu bir neçə dəfə dəyişdirilmişdir: Musiqi Akademiyasının əsas şöbəsi (1921-ci ilə qədər), Musiqi Texnikomu (1921–1923), Musiqi İnstitutu (1923–1924), yenidən Musiqi Texnikomu (1925–1928), Muzprofshkola (1928–1930), Musiqi və Teatr Texnikomu (1930–1934), institut hüququ olan Musiqi və Dram Kolleci (1934–1935) və 1936-cı ildən yenidən Musiqi Məktəbi. 1968-ci ilin sentyabr ayında məktəbə Ukrayna bəstəkarı Boris Lyatoşinskinin adı verildi. == Məktəbin direktorları == 1883–1921: İlya Slatin 1921–1922: Lüdviq Fannenştil 1922–1923: Semyon Boqatıryov 1925–1928: Aleksandr Altşuller 1949–1955: Tamara Veske 1955–1966: Qriqori Ostapenko 1966–1972: Anna Semenenko 1972–1974: Lidiya Potyomkina 1975–1977: Boris Mixeyev 1978–1984: Yuri Şerbinin 1984–1997: Marqarita Malomuj 1997 — hh: Yelena Yefremenko == Məşhur pedaqoqları == Andreys Yuryans == İstinadlar == == Ədəbiyyat == Харківському музичному училищу ім. Б. М. Лятошинського — 120 років / За ред. О. Єфременко. — Харків: Оригінал, 2003. — 48 с.
Böyük Lyaxovski
Böyük Lyaxovski (saxa Ляхов улахан арыыта) — Yeni Sibir arxipelaqına daxil olan Lyaxovski adaları arasında ən irisidir. Ada Ust-Lenski qoruğunun ərazisinə daxildir. Adanı cənub hissədən (materikdən) Dmitri Laptev boğazı, şimaldan adanı Kiçik Lyaxovski adasından Eterikan boğazı ayırır. Sahəsi — 4600 км² təşkil edir. Qərbdə ucqar nöqtəsi — Kiqilyax burnu, şərqdə isə Şalaurova burnudur. Hündür yeri Emiy Tasdır (270 m) və Kotvijka (243 m). Ada ilk çatan və onun araşdıran rus kazakları olan Yakov Premyakov və Vaqim Merkuriy olmuşdur. İri çayları Böyük Eterikan və Bludnaya çaylayı axır.
Jülyen Lyao
Jülyen Lyao (fr. Julien Lahaut, 6 sentyabr 1884 — 18 avqust 1950) —Belçika dövlət xadimi, kommunist. == Həyatı == Jülyen Lyaonun 1884-cü il sentyabrın 6-da anadan olduğu Seren o zaman ingilis sənayeçisi Kogerillin maşınqayırma və metallurgiya zavodları ətrafında meydana gəlmiş kiçik bir şəhər idi. İndi Seren Belçikanın ən böyük sənaye mərkəzi olan Lyej ətrafında fəhlə şəhəridir. Belçikada qərbdən şərqə doğru bütün ölkə boyu bir ensiz sənaye zolağı uzanır. Burada kömür çıxarılır və polad əridilir. Bura şaxtaçılar, metalçılar, maşın qayıranlar və kimyaçılar diyarıdır–fəhlə Belçikasının qəlbidir. Buranın havası həmişə hisli, terrikonları qara, gecə-gündüz sönməyən domna sobaları qara, zavodların boruları qurumdan qaradır, şaxtaçıların hisdən üzləri qara, yaşadıqları qəsəbələri qaradır. Qara Belçika belədir. Kapitalist təsərrüfatını xarakterizə edən şəraitin yüksəldiyi dövrlərdə belə bura–tənəzzül və böhranlar zamanı qonşu rayonlardan və ölkələrdən axışıb gələn yoxsul kəndlilərin ziyarət yeri, ümidsizlik və yoxsulluq diyarı olmuşdur.
Kiçik Lyaxoski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Kiçik Lyaxovski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Lin Çih-lyan
Lupinus lyallii
Lupinus lyallii (lat. Lupinus lyallii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Lyaene-Virumaa
Lyaene-Virumaa (est. Lääne-Virumaa və ya Lääne-Viru maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Rakvredir. Sahəsi 3 628 km², əhalisi 66 996 min nəfərdir. Şimaldan Fin körfəzi suları ilə yuyulur. == Əhali == Estonlar əhalinin 84,8 %, ruslar 10,7 %, ukraynalılar 1,4 %, finlər isə 1,5 %, digərləri 1,6 % (beloruslar, almanlar, tatarlar, ermənilər) təşkil edir. == Şəhər və icmalar == Lyaene-Virumaa özündə 12 icmanı və 3 Şəhəri birləşdirir.
Lyaenemaa
Lyaenemaa (est. Läänemaa və ya Lääne maakond) — Estoniyanın qərbində vilayət. İnzibati mərkəzi - Haapsaludur. Əhalisi 27 853 min nəfər, ərazisi isə 2 383 km². == Şəhər və icmalar == Vilayət iki şəhərdən (estonca linn) Haapsalu (alm. Hapsal‎), həmçinin 10 icmadan (vallad) ibarətdir.
Lyamblioz
Lyambliyoz
Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlik. == Haqqında == Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyambliya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Lyambliyoz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyambliyaların nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyambliyaların bir növü- L.intestinalis parazitlik edir. == Mənbələri == Lyambliyozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyambliyalar it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir.
Lyambliyoz qurd xəstəliyi
Lyamblya
Lyamblyalar
Lyantor
Lyantor — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Lyatoşinski adına Xarkov Musiqi Məktəbi
Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi (ukr. Харківське музичне училище імені Бориса Лятошинського) — Ukraynanın Xarkov şəhərində yerləşən ali təhsil müəssisəsi (I–II səviyyəli akkreditasiya). == Tarixi == 8 sentyabr 1883-cü ildə İmperator Rus Musiqili Cəmiyyətinin Xarkov şöbəsinin əsasında açılmışdır Təsisçi və ilk direktoru İlya Slatin olmuşdur. 16 yanvar 1909-cu ildə "Yujni kray" qəzetində məktəbdə 445 şagirdin təhsil aldığı yazılmışdır.XX əsrdə (inqilabdan sonra) təhsil ocağın adı və statusu bir neçə dəfə dəyişdirilmişdir: Musiqi Akademiyasının əsas şöbəsi (1921-ci ilə qədər), Musiqi Texnikomu (1921–1923), Musiqi İnstitutu (1923–1924), yenidən Musiqi Texnikomu (1925–1928), Muzprofshkola (1928–1930), Musiqi və Teatr Texnikomu (1930–1934), institut hüququ olan Musiqi və Dram Kolleci (1934–1935) və 1936-cı ildən yenidən Musiqi Məktəbi. 1968-ci ilin sentyabr ayında məktəbə Ukrayna bəstəkarı Boris Lyatoşinskinin adı verildi. == Məktəbin direktorları == 1883–1921: İlya Slatin 1921–1922: Lüdviq Fannenştil 1922–1923: Semyon Boqatıryov 1925–1928: Aleksandr Altşuller 1949–1955: Tamara Veske 1955–1966: Qriqori Ostapenko 1966–1972: Anna Semenenko 1972–1974: Lidiya Potyomkina 1975–1977: Boris Mixeyev 1978–1984: Yuri Şerbinin 1984–1997: Marqarita Malomuj 1997 — hh: Yelena Yefremenko == Məşhur pedaqoqları == Andreys Yuryans == İstinadlar == == Ədəbiyyat == Харківському музичному училищу ім. Б. М. Лятошинського — 120 років / За ред. О. Єфременко. — Харків: Оригінал, 2003. — 48 с.
Lyaxmaerin binası (Rostov-na-Donu)
Lyaxmaerin gəlirli binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Voroşilov prospekti, Ulyanovskaya 60/1 ünvanında yerləşir. Rostov vilayəti administrasiyasının 1998-ci il 20 dekabr 488 saylı "Rostov vilayətinin tarixi və mədəni obyektlərinin qoruma altına alınması haqqında qanuna əsasən bina dövlət tərəfindən qorunur. == Tarixi == Bina Rostov-na-Donu şəhərinin tarixi mərkəzində yerləşir. Binanın artıq XIX əsrin sonlarında mövcud volması faktdır. 1899-cu ilin yanvarında Yekaterina Petrovna Lyaxmaer binanın sahibi olmuşdur. Bu onun şəhərfə çox saylı mülklərindən biri idi. Binanın ümumi sahəsi 940 m² təşkil edir. Mövcud olan sahədə Yekaterina Petrovna Lyaxmaer dörd mərtəbəli bina inşa edilmişdir.
Lyaxovski adaları
Lyaxovski adaları (saxa Ляхов арыылара) — adalar qrupu Yeni Sibir adalarının cənubunda yerləşir. İki iri Kiçik və Böyük Lyaxovski adaları, bir elədə böyük olmayan Stolbovoy, iki kiçik Zatoplyaemı, Yaya və iki keçmiş Semyonovski adası, Vasilevski adası daxildir. Ümumi sahəsi 6100 km² təşkil edir. Adalar Ust Lenski qoruğu ərazisinə daxildir. Adaları materikdən Dmitri Laptev boğazı, Anju adalarından isə Sannikov boğazı. Relyefi düzəndir. Ən hündür nöqtəsi Emiy-Tas dağıdır (311 m). Zirvə Böyük Lyaxovski adasında yerləşir. Adalar 1712-ci ildə Yakov Permyakov və Merkuri Vaqin tərəfindən aşkarlanmışdır. Adalar Yakutiyalı tacir İvan Lyaxovun şərəfinə adlandırılmışdır.
Lyayora burnu
Lyayora burnu (çuk. Лялёран) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İlpinski rayonu ərazisində yerləşir. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Çukot dilindən tərcümədə "Saqqalı insanların yaşayış yeri" mənasını verir.

Значение слова в других словарях

гала́ктика голубова́тый западно... облагора́живающий Овца́ прика́пливать распе́в эпо́нж вырвать из го́рла озло́бить оскобли́ть по́стный раззнако́мливать серо суха́рик calendar month drum ducker electroconvulsive therapy Gilbert resign substantivize балюстрада внеатмосферный оттягать