MİKA

I
сущ. слюда (прозрачный слоистый минерал, применяемый в технике)
II
прил. слюдяной. Mika lövhəsi слюдяная пластинка
MİXİ
MİKADO
OBASTAN VİKİ
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. == Həyatı == 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Mika FK
Mika – Ermənistannın futbol klubu.
Mika Hakkinen
Mika Hakkinen (fin Mika Häkkinen, 28 sentyabr 1968) — finlandiyalı Formula 1 pilotu. == Bioqrafiyası == Mika Hakkinen 1968-ci ilin 28 sentyabrında Finalndiyanın Vantaa şəhərində anadan olmuşdur. 1991-ci ildən Bir çox pilotlar kimi Monakoda, Monte-Karloda yaşayır. 1998–2008 aralığında Erye Honkanenlə evli olmuşdur. Bu izdivacdan onun Hyuqa Ronan adlı oğlu (2000) və Ayna Culia adlı qızı (2005) var. Mika hazırda Marketa Remeşova ilə birlikdədir və cütlüyün Ella adlı qız övladı(2010) var. == Karyerası == Mika Hakkinen avtoidman karyerasına 1987-ci ildə 19 yaşında başlamışdır. Onun ilk yarışındaca Reynard komandasının tərkibində qatıldığı Formula Forda 9 qələbə qazanaraq birinci olmuşdu. Bundan sonrakı 3 ildə Hakkinen Dragon və West Surrey Racing komandalarında Formula 3 və digər müsabiqələrə qatılır. Hakkinenin Formula 1-də debütü 1991-ci ildə baş tutdu.
Mika Nyuton
Mika Nyuton (ukr. Міка Ньютон; əsl adı- Oksana Stefanivna Hrytsay ukr. Окса́на Стефанівна Грицай) — Ukraynalı müğənni və aktrisa.
Mika Vyayuryunen
Mika Vyayuryunen (fin Mika Väyrynen; 28 dekabr 1981, Eskilstuna, İsveç) — Finlandiya futbolçusu, "HJK Helsinki" futbol klubunun yarımmüdafiəçisi.
"Balta Mika" Milli Parkı
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var. Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir. == Ümumi məlumat == Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
Mika Todoroviç
Mika Todoroviç (serb. Mica Todorović) — Bosniyalı rəssam. Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri. == Bioqrafiya == Mika Todoroviç 1900-cü ildə Sarayevoda anadan olub. Orada qızlar üçün orta məktəbi bitirmiş və 1920-ci ildə Zaqrebdəki Rəssamlıq Akademiyasına daxil olmuşdur. Sinfində oxuyan yeganə qız idi. 1926-cı ildə təhsilini başa vuraraq, bütün təsviri sənət növlərinin mərkəzi olan Sarayevoya qayıdır. Sonra Mika İtaliyaya gedir və burada İntibah sənətini öyrənir. İkinci Dünya müharibəsi illərində Stara Qradişka həbs düşərgəsində həbs edilir, sonra məcburi əmək üçün Avstriyaya göndərilir. 1945-ci ildə Mika Todoroviç Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri olur.
Acipenser mikadoi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Akademik Mikayıl Hüseynov mükafatı
Akademik Mikayıl Hüseynov mükafatı — Azərbaycan Memarlar İttifaqının ali mükafatı.
Anisochaeta mikanioides
Anisochaeta mikanioides (lat. Anisochaeta mikanioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anisochaeta cinsinə aid bitki növü.
Azər Mikayılov
Azər Əmrah oğlu Mikayılov (1 avqust 1980, Kəlbəcər rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. == Hərbi xidməti == Azər Mikayılov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Mikayıl hamamı
Ağa Mikayıl hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsi. Hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır. Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsilə bölünmüşdür. == Tarixi == Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmin bəzi hamam səhnələri bu hamamda çəkilmişdir (eyni zamanda çəkilişlər Gəncədəki Çökək hamamda aparılmışdır). Buna görə də, xalq arasında hamam həm də, filmin əsas qəhrəmanının adı ilə "Məşədi İbad hamamı" kimi də tanınır.2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin tarixi mərkəzinin ətraflı və əsaslı bərpa planı"na əsasən hamam azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə brpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsiylə bölünmüşdür. Daxili həcmin bu cür təşkil edilməsi sayəsində, yarımyeraltı hamamlara məxsus yaxşı ifadə olunmuş xaçvari plan, dəqiq göstərilmiş kvadratla əvəz edilmişdir.Belə planın əsas xüsusiyyəti odur ki, böyük ərazinin kiçik hissələrə bölünməsi, onların dam örtüyünün də asan inşasına imkan yaradır.
Ağababa Mikayılov
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980). == Həyatı == Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Səlyan rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942-1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir. Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ağababa Mikayılov 1950 – 1951 – ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951-1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır. A.Mikayılov 1952 – ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Aşıq Ağalar Mikayılov
Aşıq Ağalar Mikayılov (24 may 1913, Kürdəmir, Göyçay qəzası – 1988, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Ağalar Bilal oğlu Mikayılov 1913-cü il may ayının 24-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur. A. Mikayılov İkinci Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibədən ikinci dərəcəli əlil kimi qayıtmışdır. Müharibədə iştirakına görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Aşıq Ağalar ilk sənət dərsini atası Aşıq Mirzə Bilaldan almışdır. O, 25 ilə yaxın aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Ağalar təkcə ifaçı aşıq deyildir. Hələ gənc yaşlarından klassik şair və aşıqlarımızın yaradıcılıq təsirilə şeirlər yazmağa başlayan bu istedadlı aşıq, üç yüzdən artıq qoşma, gözəlləmə və iki dastanın müəllifi olmuşdur. O, "Canan və Hicran", "Sofi və Gülşən", "Bağı və Qəmər", "Qatillər" adlı dastanların müəllifidir. Aşıq Ağaların bir neçə dəyərli və oxunaqlı qəzəlləri də vardır. Onun şeirləri "Aşıqlar", "Xalqın səsi", "Aşığın sözü" kitablarında işıq üzü görmüşdür.1956-cı ildə Azərbaycan hökuməti tərəfindən Aşıq Ağalara "Azərbaycanın el aşığı" fəxri adı verilmişdir.
Aşıq Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (azərb. Mikayıl Cabbar oğlu Zeynalov‎; 21 mart 1924, Traubenfeld – 12 oktyabr 1990, Tovuz rayonu) — Aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). == Həyatı == Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Babaş Əfəndi Mikayılzadə
Babaş Əfəndi Mikayılzadə — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair. == Həyatı == Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır. ==== Təhsili ==== Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir. ==== Bicodan Şamaxıya ==== 1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir.
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun əm yaxın dostları Fərid Kaşıyev, Üzeyir Mehdizadə ve Elçin Rəhimov idi. == Hərbi xidməti == Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Eldar Mikayılzadə
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
Elgün Mikayıllı
Elgün Aqil oğlu Mikayıllı (13 may 2001, Xıl, Masallı rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub. 2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Mikayıllı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Mikayıllı oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Mikayıl
Elvin Mikayılov
Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Erve Mikaelof
Erve Mikaelof — tanınmış incəsənət eksperti.
Eupatorium mikanioides
Eupatorium mikanioides (lat. Eupatorium mikanioides) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov — "Hökumət" mətbəəsinin rəhbəri, Müsavat Partiyasının ilk üzvlərindən biri. == Haqqında == 1877-ci ildə Bakıda doğulub. Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, Hökumət mətbəəsinin müdiri (1918–1920) olmuşdur. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib. 1928-ci ildə yenidən tutulub və buraxılıb. Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər. == Əsərləri == Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur.
Kərrar Mikayılov
Kərrar Qədir oğlu Mikayılov (1910, Ağdam, Şuşa qəzası – 8 mart 1980, Ağdam) — maarif xadimi, müəllim. == Həyatı == Kərrar Mikayılov 1910-cü ildə Şuşa qəzasının Muradbəyli (indiki Ağdam rayonunun Muradbəyli kəndi) kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra (1928) Quzanlı kəndində ibtidai məktəbdə müəllim, Ağcabədi və Ağdam məktəblərində müəllim, məktəb direktoru (1930-37), müəllim kadrları hazırlayan texnikumda müəllim, direktor (1937-1939), Ağdam Pedaqoji Texnikumunda müəllim (1939-56), Ağdam 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (1956-1971), Göytəpə kənd orta məktəbində müəllim (1971-1980) vəzifələrində işləmişdir. 52 ildən çox pedaqoji fəaliyyət göstərmişdir. Kərrar Mikayılov Lenin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. O, dəfələrlə Ağdam şəhər Sovetinə deputat, Azərbaycan və SSRİ müəllimlər qurultaylarının nümayəndəsi seçilmişdir. Kərrar Mikayılov 8 mart 1980 ildə Ağdamda vəfat etmişdir. biologiya elmləri doktoru, professor Tofiq Mikayılov, coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov Kərrar Mikayılovun oğlanlarıdırlar. == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.

Значение слова в других словарях

добросо́вестно заверши́ть нейропатоло́гия па́лтусина подка́пчивать своеобра́зие таково́й тёткин фаза́нинка безви́зовый омочи́ть опле́чье определённый осуши́тель сверчко́вый спарта́ковец besmirch image physiological quagga radio-resistant sacrilegious scantily вероучение ушивать