ÖZLÜ

прил.
1. вязкий, клейкий, тягучий. Özlü maddə вязкое вещество, özlü mayelər вязкие жидкости, özlü kütlə вязкая масса, özlü gil вязкая глина, özlü bitum вязкий битум
2. техн. ковкий (хорошо поддающийся ковке – обработке молотом или прессом). Özlü tökmə ковкая отливка, özlü çuqun ковкий чугун
ÖZLƏMƏK
ÖZLÜK
OBASTAN VİKİ
Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. == Həyatı == 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Motor yağlarının özlülüyü və özlülük indeksi
Özlülük - mühərrik yağının əsas fiziki-kimyəvi göstəricisi və eyni zamanda onun tətbiqini müəyyənləşdirən xassədir. Bu xassəyə aşağı və yüksək temperaturlarda özlülük və özlülük indeksi daxildir. == Növləri == Motor yağının özlülüyü mayenin daxili siyrilmə gücünün ölçüsüdür. Texnikada iki növ özlülük mövcuddur: Dinamik özlülük, Kinematik özlülük. == Özlülük indeksi == Motor yağının kinematik özlülüyünün 40 və 1000C temperaturlarda ölçülməsi ilə təyin edilir. Özlülük indeksinin ölçü həddləri yoxdur. Özlülük indeksi nə qədər yüksək olarsa, temperatur dəyişməsi zamanı motor yağının özlülüyü bir o qədər az dəyişər. Mühərrikdə motor yağının böyük temperatur intervallarında (qışda mənfi temperaturlardan tutmuş yayda - 220-2300C qədər) işləməsini nəzərə alaraq, motor yağının yüksək özlülük indeksinin olması tövsiyə olunur.Təmiz mineral yağların Ö.İ. 85-105, sintetik motor yağların isə 120 –dən çoxdur. http://znanieavto.ru/ == Motor yağlarının kinematik özlülüyü == Motor yağlarının kinematik özlülüyü - normal və yüksək temperaturlarda motor yağının axıcılığını xarakterizə edən anlamdır. === Kinematik özlülük === ГОСТ- 33 və ASTM D445 sınaq üsulları üzrə təyin edilir.
Özlülük
Özlülük (viskozitet) axan maddələrin daxilində bir hissəciyin digərinə nisbətən hərəkətinə qarşı göstərdiyi müqavimət ilə səciyyələnən xassədir. O, həm də daxili sürtünmə üçün bir göstəricidir. Özlü axm mll 'km ının əsas qanunauyğunluğu Nyuton tərəfindən qoyulmuşdur: F = η S Δ v Δ y {\displaystyle F=\eta S{\frac {\Delta v}{\Delta y}}} burada: F maye və qazın laylarının bir-birinə nəzərən sürüşməsini şərtləndirən toxunan qüvvə, S-sürüşmə baş verən qatın sahəsi, Δv/Δy –axının sürət qradiyentidir.η-mütənasiblik əmsalı dinamiklik əmsalı adlanır. O mayenin sürüşməyə müqavimətini kəmiyyətcə idfadə edir. Onun əksi olan φ=1/ηaxıcılıq adlanır. Maye şəklində olan metallarda da özlülük adi mayelərdə olan xassələrə malik olur. Xüsusi özlülük xassəsinə malik olan material kimi heliumu göstərmək olar. 2,172 K –də helium yüksək axıcılıq göstərərək onun özülülüyü sıfra bərabər olur. Özlülük materialların vacib fiziki-kimyəvi xassələrindəndir. Qaz və mayelərin boru ilə axması zamanı bu xassə xüsusi rol oynayır.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. == Özlülük indeksinin qiymətləndirilməsi == Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. == Özlülük indeksinin təyini metodları == Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).

Значение слова в других словарях

банкно́ты втере́ться костя́нка осты́лость потрясти́ прикрепля́ть стано́вье храбре́ть антраша́ интури́стский многопа́рный коуз шофа abraxas canterbury grayling intact irascible isochromatic pomeron satellite killer thirst cure urology дрёма просовываться