QÜDRƏTLİ

прил. сильный, мощный, могучий, могущественный
QÜDRƏTLƏNMƏK
QÜDRƏTLİLİK
OBASTAN VİKİ
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837—1910), Modest Petroviç Musorqski (1839—1881), Aleksandr Porfiryeviç Borodin (1833—1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844—1908) və Sezar Antonoviç Küi (1835—1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824—1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Qüdrətli Hamam ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Qüdrətli Tanrı Kilsəsi
Qüdrətli Tanrı Kilsəsi — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Sektanın əsası 2001-ci ildə ABŞ-yə qaçmış keçmiş professor Çjao Veyşanem tərəfindən qoyulmuşdur. Bu dinə yeni girənləri cəlb etmək üçün pul, hədiyyə və intim xidmətlərdən istifadə olunur, daha sonra isə onlardan ianələr toplanılır. Kultun üzvlərindən öz ailələrindən imtina etmək tələb olunur. Həmçinin Qüdrətli Tanrı Kilsəsi Kommunist Partiyasının üzvlərinin qətllərinə təşviq edirlər. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh.
"Qüdrətli hamam" ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Qüdrətli Bryus (film, 2003)
Qüdrətli Brus (Orijinal adı: Bruce Almighty) — Cim Kerri və Morqan Frimanın baş rollarda oynadığı Hollivud filmidir. Film Malayziya və Misirdə qadağan edilmişdir. == Süjet xətti == İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir. Bryusun ideyası onunla eyni kanalda işləyən və təqaüdə çıxmasına az qalmış xəbər aparıcısını əvəz etməkdir və yaxud da heç olmasa xarici xəbər müxbiri olmaqdır. Əslində Bryusun şəxsi həyatında da müəyyən narazılıqlar da vardır.
Qüdrətli Evan (film, 2007)
Qüdrətli Evan (Orijinal adı: Evan Almighty) — 2007-ci ildə çəkilmiş ABŞ filmidir. 2003-cü ildə çəkilmiş Qüdrətli Brus filminin davamıdır. == Süjet xətti == Allahın çox xüsusi bir vəzifəyə təyin etdiyi yeni şəxs bu dəfə jurnalistikadan ayrıldıqdan sonra siyasətə qədəm qoyan və Konqresə yeni seçilən Evan Baksterdir. O Buffalodakı keçmişini tərk edərək ailəsi ilə bərabər Virciniyaya köçmüşdür. Lakin oradakı yeni həyatında qəfildən Allah (Morgan Freeman) onun qarşısına çıxıb Nuhun gəmisi kimi bir şey tikməyi əmr edəndə həyatı birdən-birə alt-üst olur. Ailəsi də bu vəziyyətdən çaşbaş qalır. Evan həqiqətən Allahdan aldığı əmrə müvafiq olaraq hərəkət edirmi? Yoxsa onun bu qəribə davranışları təbii olan orta yaş böhranından və ya psixi problemlərdən xəbər verir?
Qüdrətli Co Yanq (film, 1998)
Qüdrətli Co Yanq (ing. Mighty Joe Young) — 1949-cu ildə çəkilmiş eyniadlı filmə əsaslanan 1998-ci il ABŞ macəra filmi. Film onu təhlükədən qorumaq üçün gənc qız və zooloq tərəfindən Los-Ancelesdəki vəhşi təbiət qoruğuna gətirilən nəhəng dağ qorillası və qisas almaq üçün Conu axtaran brakonyerlərdən bəhs olunur. Filmin rejissoru Ron Andervuddur. Baş rollarda Bill Pekston və Şarliz Teron çəkilib. Bu versiyada meymun orijinal versiyadakından xeyli böyükdür. Film kinokritiklərdən qarışıq rəylər almış və 90 milyon dollarlıq istehsal büdcəsi olmasına rəğmən ABŞ-da 50,6 milyon dollar gəlir əldə etmişdir. == Məzmun == Cill uşaq ikən Andrey Ştrasserin başçılıq etdiyi brakonyerlərin əlində körpə qorilla olan Conun anasının və öz anasının ölümünə şahid olur. Bu zaman brakonyer də şəhadət barmağını itirir. On iki il sonra Cill Conu böyüdür (ölçüsünə görə digər qorillalar onu qəbul etməmişdilər) və qoruğun direktoru Qreqq O'Hara Cilli qorilla ilə birlikdə ABŞ-yə köçsələr brakonyerlərdən daha təhlükəsiz olacaqlarına inandırana qədər hər ikisi nisbi sülh içində yaşayır.

Значение слова в других словарях

биопо́ле вы́нужденный драмати́чный ерофе́ич лопа́рский мелкотра́вье на дворе́ откру́чиваться проно́с сонанима́тель темати́зм гребно́й матрици́роваться распелена́ться сопля́ Amerindic befool Drake Strait genus manshift redevelop reference library stamping gait вваливаться ромовый