RÜSUM

1
I
сущ. пошлина:
1. государственный денежный сбор с ввозимых и вывозимых товаров, имущества. Gömrük rüsumu таможенная пошлина, rüsum almaq взыскивать пошлину
2. денежный сбор за некоторые операции, регулируемые государством. Pasportu qeydetmə rüsumu пошлина за прописку паспорта, nikahkəsmə rüsumu пошлина за регистрацию брака
II
прил. пошлинный. Rüsum gəlirləri пошлинные доходы, rüsum toplama пошлинный сбор
2
сущ. церемония, см. rəsm , 2
RÜSXƏTSİZ
RÜSUMAT
OBASTAN VİKİ
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Gömrük rüsumu
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Rüsumsuz Ticarət Mağazaları
Rüsumsuz Ticarət Mağazası (ing. Duty Free Shop) — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimi. Bu rejim altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər: Hüquqi statusunun olması; Azərbaycan Respublikasında yerləşməsi; Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq təsis edilməsi; RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur). rüsumsuz ticarət mağazasında xarici valyuta ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının olması.RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır və buradan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır. == RTM yerləşdiyi yerə və təchiz edilməsinə tələblər == RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililəri olmalıdır: satış zalı (satış zalları); köməkçi tikililər; RTM-nın anbarı.RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir. RTM-nın satış zalları gömrük nəzarəti xəttindən sonra elə yerləşməlidir ki, Azərbaycan Respublikası ərazisinə gələn fiziki şəxslərin həmin zallara daxil olması mümkün olmasın. Mağazanın satış zalları, köməkçi tikililəri və anbarı lazımi yanğın söndürən və mexaniki mühafizə vasitələri, həmçinin müvafiq siqnalizasiya ilə təchiz edilməlidirlər.

Значение слова в других словарях

засма́тривать искупи́тель колгота́ первози́мье пересыла́ться прише́лец прошива́ть спрова́живать фамилья́рность фиксо́ль ловить на лету́ многото́мный отчлени́ть прее́мственно стрекоту́нья тихо́хонький хвата́ть за душу артикул кунять шашка hardship malignly placket hole princelet quattrocento