SIFIR

I
сущ. ноль, нуль:
1. цифровой знак “0”, обозначающий отсутствие величины (приписанный к любому числу справа означает увеличение его в десять раз)
2. условная величина, относительно которой исчисляется температура чего-л. Termometr sıfırı göstərir термометр показывает нуль, sıfırdan aşağı ниже нуля, sıfırdan yuxarı выше нуля; физ. mütləq sıfır абсолютный нуль
3. перен. о ничтожном, незначительном человеке. O, mənim üçün sıfırdır он для меня – нуль
II
прил. нолевой, нулевой (равный нолю, нулю). Sıfır bölgüsü нулевое деление, sıfır vəziyyəti нулевое положение, sıfır nöqtəsi нулевая точка, sıfır xətti нулевая линия, эл.-тех. sıfır voltmetri нулевой вольтметр, sıfır relesi нулевое реле, sıfır çarxı нулевое колесо; геогр. sıfır meridianı нулевой меридиан
2. очень незначительный, почти отсутствующий. эл.-тех. , связь. Sıfır döyünmələri нулевые биения, sıfır gərginliyi нулевое напряжение; sıfır nəticə нулевой результат, sıfır fəallıq нулевая активность
◊ sıfır: sıfır (0:
0) ноль: ноль (обозначает ничейный исход игры, состязания); sıfıra endirmək (heçə çıxartmaq) свести к нулю (сделать совершенно незначительным, уничтожить)
SIÇRAYIŞVARİ
SIFIRINCI
OBASTAN VİKİ
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sıfır hipotezi
Sıfır hipotezi- statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. == Konsept == Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Sıfır-gün hücumları
Termodinamikanın sıfır qanunu
Termodinamikanın sıfır qanunu — temperaturu ətraflı nəzərdən keçirmək üçün termodinamik tarazlığın mövcud olması haqqında yaradılan qanundur. İlk dəfə bu qanun 1931-ci ildə ingilis fiziki Ralf Hovard Fauler tərəfindən yaradılmışdır.
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur.Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir.“Sıfır-gün” termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də “sıfır gün proqramı” buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. == Adın mənşəyi == Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır. Xakerlər proqram təminatındakı zəifliklə tanış olduqdan sonra həmin boşluğu öz xeyrinə dəyişməyə çalışır və zaman onların xeyrinə işləyir yəni getdikcə problemin aradan qaldırılma ehtimalı azalmağa başlayır. == Hücum istiqamətləri == Zərərli proqram yazanlar sıfır-gün zəiflikləri bir neçə istiqamətdə mənfi məqsədlər üçün istifadə edə bilər.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. == Tərifi == İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. == Mərhələləri == Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.Sıfır əsaslı büdcə tərtibi ixtiyari xərclər (menecerlər fəaliyyətə ayrılan vəsaitləri xərcləməkdə müəyyən sərbəstliyə malikdirlər) və köməkçi fəaliyyətlər üçün ən uyğundur.
Almaniya, sıfır ili
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Sıfır faiz dərəcəsi siyasəti
Sıfır faiz dərəcəsi siyasəti (ing. Zero interest rate policy, ZIRP) — 16 dekabr 2008-ci ildən Yaponiya və ya ABŞ kimi çox aşağı faiz dərəcələrində makroiqtisadi siyasət və zəif iqtisadi artım. Bu siyasətlə Mərkəzi Bank sıfır nominal faiz dərəcəsi müəyyən edir və pul kütləsini artırmaq və borclanmanı stimullaşdırmaq üçün faiz dərəcəsini daha da aşağı salmaq imkanına malik deyil. Siyasət borc bazarının şəffaflığı problemlərinə görə nominal faiz dərəcələrinin aşağı salına bilmədiyi likvidlik tələsi problemi ilə sıx bağlıdır. == Effekti == Pul siyasəti maksimum həddə olduqda, hökumət yeni iş yerləri yaratmaq üçün fiskal siyasətdən istifadə etməlidir. Hökumət xərclərinin fiskal multiplikatoru sıfır faiz dərəcələrində, sıfırdan yuxarı olduqda daha çox əhəmiyyət kəsb edir. Keyns iqtisadiyyatında multiplikator birdən böyükdür, yəni dövlət xərcləri ÜDM-i effektiv şəkildə artırır. Tanınmış Keynsçi Maykl Vudford (ing. Michael Woodford) hesab edir ki, faiz dərəcələrinin sıfır olması vəziyyətində optimal hökumət siyasəti ÜDM fərqini aradan qaldırmaq üçün xərcləri artırmaqdır. == Nəticələr və perspektivlər == Mümkündür ki, dövlət belə bir siyasətə sadiq qalaraq sıfır faiz dərəcəsi və xərclərin artırılması ilə biznesi kreditlərlə təmin etsin, iqtisadiyyatın inkişafını sürətləndirsin və bazarda bağlanmasını asanlaşdırsın.
Almaniya - sıfır ili (film, 1948)
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Çaqqallarla rəqs 3: Sıfır problem
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. == Mövzu == == Filmin heyəti == Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi == Təqdimat == 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. == Mövzu == == Filmin heyəti == Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi == Təqdimat == 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Robototexnikanın sıfırıncı qanunu
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. == Üç qanun == Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. == Sıfırıncı qanun == Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Temperaturun mütləq sıfırı
Temperaturun mütləq sıfırı — Kainatdakı fiziki cismin temperaturunun minimal həddi. Mütləq sıfır mütləq temperatur. Mütləq sıfır Kelvin şkalası kimi mütləq temperatur şkalası üçün istinad nöqtəsi kimi xidmət edir. 1954-cü ildə X Çəkilər və ölçülər üzrə Baş Konfrans termodinamik temperatur şkalasını temperaturu 273,16 K (0.01 °C dərəcəsinə uyğun olan) kimi qəbul edilən bir sabit nöqtə ilə qurur — suyun üçlü nöqtəsi ilə. Buna görə də mütləq sıfıra Selsi şkalası ilə −273,15 °C və ya Farenheyt şkalası ilə −459,67 °F və ya 0 Kelvin uyğundur. Termodinamikanın tətbiqi çərçivəsində praktikada mütləq sıfır fəth olunmazdır. Onun mövcudluğu və temperatur şkalasında əks olunması müşahidə olunan fiziki fenomenlərin ekstrapolyasiyasından irəli gəlir. Bununla yanaşı bu cür ekstrapolyasiya onu göstərir ki, mütləq sıfırda maddələrin molekullarının və atomlarının istilik hərəkəti enerjisi sıfıra bərabər olmalıdır, yəni hissəciklərin xaotik hərəkəti dayanır və kristal qəfəs düyünlərində aydın bir mövqe tutaraq, nizamlı bir quruluş meydana gətirirlər (maye helium istisnadır). Lakin kvant fizikası nöqteyi-nəzərdən temperaturun mütləq sıfırında belə hissəciklərin kvant xüsusiyyətlərilə və onların ətrafının fiziki vakumuyla izah olunan sıfır dalğalanmalar mövcuddur. == Tarix == 1703-cü ildə fransız fizik Qilyom Amonton (fr.

Значение слова в других словарях

ла́сты непоко́й обзира́ться однору́чный охлаждённость пралине́ разгравиро́вываться санитари́я трутовико́вые беспе́чный заме́ривать кайфу́шный сле́дственный софисти́ческий удорожи́ться alliterate clothes-line flat-footed overpower queue-jump sandpiper вивисекция исступление нестабильность растрёпанный