ŞRAPNEL

I
сущ. шрапнель (разрывной артиллерийский снаряд, начиненный круглыми пулями)
II
прил. шрапнельный:
1. относящийся к шрапнели. Şrapnel gülləsi шрапнельная пуля, şrapnel mərmisi шрапнельный снаряд
2. производимый шрапнелью. Şrapnel atəşı шрапнельный огонь
ŞPURLU
ŞREDER
OBASTAN VİKİ
Şrapnel
Şrapnel — hazır vurucu ünsürləri — sferik güllə, çubuq, ikili pelerin (bir-biri ilə qısa trosla bağlanmış, içi qurquşunla doldurulmuş borucuqlar), oxları və s. olan artilleriya mərmisi. 1803-cü ildə bu karteç tipli mərmini təklif edən ingilis zabiti H.Şrapnelin adı ilə bağlıdır. Şrapnel vintlənmiş başı olan, icində, korpusu dolduran vurucu ünsürlərdən diafraqma ilə ayrılan, tüstülü barıtdan olan itələyici ücrəti olan, polad korpusdan ibarətdir. Vurucu ünsürlərin arası aşağıdan tüstüyaradan tərkiblə (Şrapnelin partlayışının müşahidəsini asanlaşdıran tüstü buludunu yaratmaq üçün), üstdən isə kanifol yaxud kükürdlə(ünsürlərin korpusun içində yerdəyişməsinin qarşısını almaq üçün)doldurulur. Korpusun içilə itələyici PM doldurmasına qədər, içində barıt olan mərkəzi borucuq gedir. Distansion partladan şrapnelin havada, hədəfin üzərində, topdan bir qədər məsafədə partlamasını təmin edir. Şrapnel açıq yerləşən canlı qüvvəyə qarşı olduqca effektiv idi, lakin XX əsrin 40-cı illərində, yerini qəlpəli və qəlpəli-fuqas mərmilərə verərək, öz əhəmiyətini itirdi. 1960-cı illərin sonunda, canlı qüvvənin məhvi üçün oxformalı vurucu ünsürlərlə təchiz olunmuş artilleriya mərmiləri ortaya çıxdı. Məsələn amerikan ordusunda 105-mm mərminin, (uzunluğu 25 mm kütləsi 0,5q) 8000 oxformalı polad çubuqları var.

Значение слова в других словарях

докембри́йский корчёвка миллиа́рдный натуропла́та па́мятно пирри́хий пухо́вка абоне́нтный амора́льность вы́жечь запозда́ть затупи́ть изгна́ть прибира́ние мозаика ameboid cement-mixer get-well card heterogeneous Police Office истёртый обследовать погнушаться телефонистка широковещание