TABASARAN

I
сущ. табасаран, табасаранец, табасаранка (представитель табасаранской народности); tabasaranlar табасараны, табасаранцы (народность, говорящая на одном из языков лезгинской группы, живущая в Табасаранском и некоторых других районах Дагестана)
II
прил. табасаранский. Tabasaran dili табасаранский язык
TABALMA
TABASARANCA
OBASTAN VİKİ
Tabasaran
Tabasaran — Dağıstanda mövcud olmuş tarixi ərazi. Heysam ibn Məhəmməd — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.
Tabasaran dili
Tabasaran dili (Табасаран чӀал) — Əsasən Rusiya Federasiyasının Dağıstan bölgəsində yaşayan tabasaranlıların dili, Dağıstanın dövlət dillərindən biri. Ləzgi dilləri qrupuna aid olaraq Nax-Dağıstan dilləri qrupuna aiddir. Tabasaran dili ləzgi dilinə, xüsusi ilə də aqul dilinə yaxındır, şərqi ləzgi dilləri yarımqrupunu təşkil edir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Алексеев М. Е., Шихалиева С. Х. Табасаранский язык. — М.: Academia, 2003. ISBN 5-87444-196-4 Магометов А. А. Табасаранский язык: Исследование и тексты. — Тбилиси, 1965. Народы Кавказа. Т. 1. — М., 1960.
Tabasaran maysumluğu
Tabasaran maysumluğu — Dağıstan ərazisində mövcud olmuş dövlət quruluşu. Dövlətin hökmdarı "Maysum" titulu daşıyırdı. Əhalinin böyük hissəsini tabasaranlılar, azərbaycanlılar və ləzgilər təşkil edirdi. Maysumluqdan bəhs təxminən 15-ci əsrin ikinci yarısından başlayır: "Andunik vəsiyyətində" 260 min Dağıstan qoşununun 70.000-inin Tabasaran maysumluğunun qoşunları olduğu deyilir. Maysum Xuçnidə möhkəmləndirilmiş qalada yaşayırdı. Tabasaran ərazisi şimalda Haydak, şimal-qərbdə Qumik, cənubda Laz, şərqdə Baba-ül-Əbvab, cənub-şərqdə Şirvanla həmsərhəd idi. Tabasaran maysumluğun Qafqaz tarixi ilə bağlı siyasi hadisələrdə mühüm rol oynamışdır. XVII əsrin ortalarında maysum nəslinin nümayəndələri arasında daxili çəkişmələr başlayır. Maysumlar Çere kəndinə köçmək məcburiyyətində qalırlar. Maysumun gücünün zəifləməsindən istifadə edən Tabasaran Kadı sülaləsi, maysumluğun şimal hissəsini ələ keçirərək və orada yarı müstəqil bir mülk qururlar.
Tabasaran rayonu
Tabasaran rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati ərazi vahidi. Sahəsi 792 km², əhalisi 2010-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən 52,886 nəfərdir. == Rayondakı kəndlər == Rayondakı bütün yaşayış məntəqələri kənd tiplidir və aşağıdakılardır : Afna Akka Buxnaq Burğankənd Canaq (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir. Cantil Cuğdil Culcaq Cuxdıq Culcinif Culi Сurtil Çulat Çurdaf Dağnı Dərvaq (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Düvək Ərak (əhalisi qismən azərbaycanlılardan ibarətdir) Ərkit (əhalisi qismən azərbaycanlılardan ibarətdir) Firqil Gəlinbatan Güxrəg Hasiq Huriq Huvliq Xapil Xarxni Xələq Xənəq Xərəq Xili (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Xuçni (əhalisi qismən azərbaycanlılardan ibarətdir) Xustil Kulif Kuvaq Kürək Gisiq Güxrəq Qumı Qurxun Licə Ləxə Məhrağa (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Niçrəs Pənceh (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Piliq Ruquj Ruşul Sertil Sikə Sikuh Sirtıç Şillə Tatil Tinit Turaq Turuf Uluz Urziq Uşniq Veçrik Yağdıq Yekraq (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Yerquliq Yergünəq Yeni Licə Yersi (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) Zil (əhalisi tamamilə azərbaycanlılardan ibarətdir) == Əhalisi == Tabasaran rayonun ən iri yaşayış məntəqələri Xuçni (3,397 nəfər) və Sirtiç (3,909 nəfər) kəndləridir. Bu kəndlərdə əhalinin əksəriyyətini Tabasaranlılar təşkil edir. Rayonun inzibati mərkəzi Xuçni kəndidir. Rayonun əhalisi əsasən Tabasaranlılardan (79.1%) və Azərbaycanlılardan (18.4%) ibarətdir.
Zil (Tabasaran)
Zil – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Zil kəndi «„Yersi kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Şəkil == XIX əsrə qədər kənd tabasaran feodal qurumunun mərkəzi olmuşdur. 1960-cı illərə kənd Dəvraq kənd sovetliyinə daxil idi. Təkcə 1982-ci ildə kənddə 750 nəfər yaşayırdı. == İnfrastruktur == Orta məktəb == Arxeologiya == Kənddən 500 metr şimal-şərqdə arxeoloji abidə yerləşir — Zil orta əsr yaşayış məntəqəsi.
Ərak (Tabasaran)
Ərak – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərak kəndi «„Ərak kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar və Tabasaranlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 464 nəfər təşkil etmişdir.
Qaytaq-Tabasaran dairəsi
Qaytaq–Tabasaran dairəsi (rus. Кайтаго-Табасаранский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məcəlis idi.
Heysam ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Heysəm ibn Məhəmməd (Tabasaran əmiri)

Tabasaranlı
Tabasaranlılar (özlərinin adlandırılması — tabasaran) —Şimali Qafqazda yaşayan yerli xalqlardan biri. Əsasən Böyük Qafqazın cənub-şərq yamacında, Xəzər dənizi sahillərində məskunlaşmışlar. Tabasaranların əsas hissəsi Dağıstanın Tabasaran, Xiv və Dərbənd rayonlarında yaşayırlar. Şəhər əhalisi ən çox Dərbənd, Oqni, Kaspiysk və Mahaçqala şəhərlərində cəmlənmişdir. Onlar, eyni zamanda. az da olsa, Şimali Qafqazın bütün regionlarına da yayılmışlar. Tabasaranlar yığcam yaşadıqları ərazilərdə şimalda və şimal-qərbdə darginlər, cənub-qərbdə aqullar,cənubda ləzgilər, şərqdə isə azərbaycanlılarla qonşudurlar. Sayı 200 min nəfərdən çox (2011-ci il) Həmçinin bir müddət ( X əsr) Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Rusiyada 151 466 nəfər ( 2021-ci il siyahıya alınması) Dağıstanda — 126 319 (2021-ci il) Stavropol vilayətində — 7 000 (2010-ci il ) Rostov vilayətində — 2 231 (2002-ci il) Krasnodar vilayətində — 1 331 (2002 -ci il) Saratov vilayətində — 1 276 (2002-ci il) Qazaxıstanda — 1 000 (2000-ci il) Ukraynada — 977 nəfər(2001-ci il) Latviyada — 6 (2010-ci il) == Adlanması == Qonşu xalqların dilində aşağıdakı kimi adlanırlar: avar dilində — tabasaranal aqul dilində — uxunar, tabasarançuy kaytaq dilində — şilan qumuq dilində — tabasaranlar lak dilində — tabasaran ləzgi dilində — kabqan(аr) rutul dilində — tabasarandaşura saxur dilində — tabassaranna çeçen dilində — tapsaroy.
Tabasaranlılar

Значение слова в других словарях

вороне́ние клино́чный отло́гость по жре́бию пятиле́тний соболева́ние спарта́нски э́ллинговый вахла́чка вы́валить е́сли бы я знал зада́бривание лоша́чий счетвери́ть та́ра то́ркнуться опона dead-point oil gland sheetfed social climber tormenting арабский слесарничать чересчур