TOL

1
I
сущ. толь (кровельный материал, изготовленный путем пропитки картона особым составом, применяемый также как изоляционный строительный материал)
II
прил. толевый. Tol zavodu толевый завод; tolla örtülmüş dam толевая крыша
2
воен.
I
сущ. тол (взрывчатое вещество, употребляемое в артиллерии и подрывном деле)
II
прил. толовый (изготовленный из тола, начиненный толом). Tol şaşkası толовая шашка
TOQQUŞMAQ
TOLAMAZ
OBASTAN VİKİ
Qala Tol
Qala Tol— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,604 nəfər və 1,704 ailədən ibarət idi.
Tol Toeun
Tol Toeun (9 oktyabr 1991) — Kambocalı üzgüçü. Tol Toeun Kambocanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tol Toeun birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.45 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Aleksey Tolstoy
Aleksey Nikolayeviç Tolstoy — rus yazıçısı. 3 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946) == Həyatı == Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə Nikolayevsk şəhərində (indiki Saratov vilayətinin Puqaçov şəhərində) qraf Lev Nikolayeviç Tolstoyun ailəsində anadan olmuşdur. Samara real məktəbini bitirdikdən sonra, 1901-ci ildə Peterburq Texnoloji İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində təhsilini yarımçıq qoymuşdur. Elə həmin il onun “Lirika” adlı ilk şeirlər kitabı çap olunur. Bu kitabda dekadent ədəbiyyatın ciddi təsiri, simvolizmə meyil hiss olunurdu və sonralar müəllif özü bu kitabı tənqid edir. Ilk şeirlər kitabından bir il sonra “Niva” jurnalında Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu ildə “Sağsağan nağılları” hekayələr kitabı çap olunur. Onun bir-birinin ardınca çapdan çıxmış “Mavi çaylar arxasında”, “Baməzə adamlar” (1911), “Topal mülkədar” (1912) kitablarında şifahi xalq ədəbiyyatına, Nikolay Vasilyeviç Qoqol, İvan Aleksadroviç Qonçarov və Mixail Yevqrafoviç Saltıkov-Şedrin kimi sərt realistlərin satira ənənələrinə yaradıcı meyil hiss olunurdu. Birinci dünya müharibəsində (1914) “Russkiye vedomosti” qəzetinin hərbi müxbiri kimi cəbhəyə gedir və yalnız bu zaman, tərcümeyi-halında özünün dediyi kimi, əynindən simvolizm əbasını soyunur, “əsil həyatı görür, rus xalqını tanıyır”. Beləliklə, yazıçı həyat keşməkeşlərinin mərkəzinə keçir, “həyat laylarını çevirərək onu incəsənətdə əks etdirməyə” imkan tapır. Lakin Aleksey Nikolayeviç Tolstoy 1917-ci il inqilabını əvvəlcə başa düşmür, onu düşməncəsinə qarşılayaraq 1919-cu ildə xaricə mühacirət edir, Fransada, sonralar Almaniyada yaşayır.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən “Günəş sistemi” kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Arkadi Tolbuzin
Aktyor == Həyatı == Arkadi Nikolayeviç Tolbuzin 1 avqust 1920-ci ildə Moskvada anadan olub. Petrozavodsk Teatr Texnikumunda təhsil alıb (1940). Bir çox teatrlarda çalışıb. 1960-cı ildən Kinoaktyor Teatr-Studiyasının aktyoru olub. Rusiyanın əməkdar artisti (1954) Arkadi Tolbuzin 24 mart 1972-ci ildə vəfat edib.
Beynəlxalq Tolerantlıq Günü
Beynəlxalq Tolerantlıq Günü — hər il 16 noyabr tarixində qeyd olunur. Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında (5.61 saylı qətnamə) təsdiq edilmişdir.Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir. Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. 1997-ci ildə BMT Baş Assambleyası (A/RES/51/95 saylı qətnamə) da BMT-nin üzvü olan dövlətlərə bu Beynəlxalq Günü qeyd etməyi təklif etmişdir. Baş Assambleya bu qətnamədə Birləşmiş Millətlər Təşkilatının Tolerantlıq ili ilə əlaqədar öz qərarlarına istinad edir; BMT-nin Nizamnaməsinə istinad edir ki, müharibələr zamanı dözümlülük prinsipi tətbiq olunmalıdır; Tolerantlıq prinsipləri bəyannaməsinin təsdiq edilməsi haqqında YUNESKO-nun qərarı nəzərə alınır. BMT-nin Baş katibi 2005-ci ildə Beynəlxalq Tolerantlıq Günü münasibətilə müraciətində deyilirː dözümsüzlüyə qarşı mübarizə BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Əhalinin artması və miqrasiyanın artması kontekstində bütün dünyada ksenofobiya və ekstremizm artmaqdadır. Mesajda deyilir ki, dözümlülük - bir-biriniz haqqında daha çox bilmək, bir-birinizin ənənələrində və inanclarında ən yaxşısını ortaya qoymalısınız.
C. R. R. Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Con Ronald Ruel Tolkien

Con Tolkien

Con Tolkin

Dirilmə (Lev Tolstoy)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. == Məzmunu == Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Ekhart Tolle
Ekhart Tolle (alm. Eckhart Tolle‎; 16 fevral 1948) — alman ruhani müəllim və yazıçı. Ekhart Tolle heç bir din və təriqət ilə bağlı deyil. Lakin, o özünün bestsellerə çevrilmiş "İndinin gücü" adlı kitabında təsirləndiyi şəxsiyyətləri və fəlsəfələri aşağıdakı kimi qeyd etmişdir: Meister Ekhart, Advaita Vedanta, Möcüzələr kursu, mistik İslam, Sufizm, Ruminin şeirləri, Zen Buddizm, Lin-chi (Rinzai) məktəbi. == Həyatı == Ekhartın uşaqlıq illərində valideynləri davamlı mübahisə etmiş və nəticədə ayrılmışdılar. Məktəbdə də o, ayrıseçkiliyə məruz qalırdı. Tolle müharibədən sonrakı Almaniyada bombardman altında qalmış binalar arasında oynayaraq qorxu və narahatlıq mühitində böyüdü. Sonralar ağrının "ölkənin enerji sahəsində" olduğunu bildirirdi. Öz müsahibələrinin birində 13 yaşına qədər evlərindəki və məktəbdəki gərginliyi təsvir edərək Almaniyada keçirdiyi ağır uşaqlıq illərini xatırlayır. 13 yaşında atası ilə birlikdə yaşamaq üçün İspaniyaya getdi.
Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf (Tolstoy)

Fernando Alvares de Toledo Alba
Fernando Alvares de Toledo i Pimentel (isp. Fernando Álvarez de Toledo y Pimentel; 29 oktyabr 1507 – 11 (21) dekabr 1582, Lissabon) — İspaniya dövlət xadimi, sərkərdə, hersoq. Üsyana qalxmış Niderlandın hakimi (1567–1573) olduğu zaman ölkədə diktatura yaratmış, minlərlə adamı ölümə məhkum etmişdir. Albanın başçılıq etdiyi İspaniya ordusu 1580-ci ildə Portuqaliyanı işğal etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hobbs, Nicolas. "Grandes de España" (ispan). 2007. İstifadə tarixi: 15 October 2008. Instituto de Salazar y Castro. Elenco de Grandezas y Titulos Nobiliarios Españoles (ispan).
Françesko Toldo
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971, Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb. İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb.O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.
Fyodor Tolbuxin
Fyodor İvanoviç Tolbuxin (4 (16) iyun 1894 – 17 oktyabr 1949[…], Moskva) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (7 may1965; ölümündən sonra) == Həyatı == Fyodor Tolbuxin 16 iyun 1894-cü ildə Rusiya imperiyasının Yaroslavl quberniyasında anadan olub. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanı (07.05.1965) "Qələbə" ordeni (26.04.1945) "Lenin" ordeni (1944; 1945; 1965) Qırmızı Bayraq ordeni (1922; 1944) I dərəcəli Suvorov ordeni (1943; 1944) I dərəcəli Kutuzov ordeni (17.09.1943) Qırmızı Ulduz ordeni (22.02.1938) Müqəddəs Anna ordeni Müqəddəs Stanislav ordeni Georgi Dimitrov ordeni (1981) == İstinadlar == == Ədəbiyyat == Храпченков В. К. Солдат Отчизны в маршальских погонах. Ярославль: Нюанс, 2005. 380, [3] с.: ил., портр., карты. (60 лет Великой Победы). Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988.
Kamil Tolon
Kamil Özdemir Tolonçok (29 fevral 1912, Konstantinopol, Türkiyə – 23 iyul 1978, İsveçrə) - türkiyəli təşəbbüskar, sənayeçi, iş adamı və ixtiraçı. == Həyatı == İstanbul Beylerbeyli Saatçioğullarından olan Defterdar Muhittin bəy və Behiye Hanımın altı övladının ikincisi olaraq dünyaya gəldi. Uşaqların təhsilə əhəmiyyət verdikləri və ailənin məmur olduğu üçün uşaqlarının təhsili ilə sıx əlaqəli olduqları müşahidə edildi.1937-ci ildə Müeyyet Hanımla evləndilər, lakin evlilikləri uzun sürmədi və 1942-ci ildə boşandılar. Onların Müeyyet Hanımla evliliyindən Abatun və Barkın adlı iki qızları vardı. İkinci evliliyini 1943-cü ildə Muzaffer Biliktü ilə etdi. Bir il sonra oğlu Dara dünyaya gəlir. 1949 cu ildə qızı Cana dünyaya gəldi. == İxtiralar == Jukebox icad etdi. Bu ixtiranı Efes ailəsinə satdı. Türkiyə Adnan Menderes'in məsləhəti ilə ilk paltaryuyan maşın və elektrik mühərriki istehsal etdi.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Keysi Tola

Las Navas de Tolosa döyüşü
Las-Navas-de-Tolosa döyüşü, yaxud əl-Ukab döyüşü; (ispan -Batalla de Las Navas de Tolosa; ərəb -معركة العقاب) — rekonkistanın ən böyük döyüşü. 16 iyul 1212 ildə Kastiliya, Araqon, Navarra və Portuqaliyanın birləşmiş qüvvələri ilə Əlmohadların orduları arasında baş vermiş döyüş. Müsəlmanların strateji məğlubiyəti ilə nəticələnmişdi. Döyüş, xristianların müsəlmanları Pireney yarımadasından qovulmasını şərtləndirən dönüş noqtəsi hesab olunur. == Döyüş ərəfəsi siyasi və hərbi vəziyət == Böyük Yaqub əl-Mənsurun 1199 ildə ölümündən sonra, onun fərsiz xələfi gənc Məhəmməd ibn Əbu Yusuf Yaqub ən-Nəsir(yaxud Məhəmməd ən-Nəsir; xristianlar onu Miramamolin adlandırırdılar; 1199-1213) Əlmohadların Tunisdə və Əlcəzairdə nüfuzlarının bərpası ilə məşğul oldu. Vəziri İbn Caminin ona təsiri böyük idi. Xəlifə VIII Alfonso ilə atəşkəs rejiminə razılaşmışdı. Və indi xristianların Alarkosa görə revanş almaq üçün imkanları yarandı. Sonrakı onillik ərzində Kastiliya öz sərhəd istehkamlarını gücləndirdi, ordusunun sayını artırdı və yarımadanın başqa xristian dövlətləri ilə əlaqələrini möhkəmləndirdi. === Xristianların fəallaşması === 1210 ildə Alfonso qərara gəldi.
Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910, Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur.Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Lev Tolstoy

Lev Tolstoy Ədəbiyyat və Etnoqrafiya Muzeyi
Lev Tolstoy Ədəbi-Etnoqrafiya Muzeyi — dahi rus yazıçısı Lev Tolstoyun Çeçenistanda qalmasına həsr olunub. 1980-ci ildə Çeçenistan Milli Muzeyinin filialı kimi yaradılmışdır. == Təsviri == Muzey 1851-1853-cü illərdə Lev Tolstoyun qaldığı Staroqladovskaya kəndində yerləşir. Burada iki dostunun köməyi ilə tərcümə ilə Çeçen folklorunun nümunələrini toplamışdır. Bu onun çeçen folkloru toplamaqda ilk təcrübəsi olmuşdur. Burada o, ilk əsərini – "Uşaqlıq" hekayəsini də bitirmışdir.Muzey 1980-ci ildə Çeçen-İnquş Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış və 1913-cü ildə tikilmiş keçmiş məktəb binasında açılmışdır. 1914-cü ildə bu məktəb Rusiyada Lev Tolstoyun adını daşıyan ilk məktəb olub. Yarandığı gündən muzeyi keçmiş SSRİ-nin hər yerindən minlərlə insan ziyarət etmişdir.Birinci zalda təqdim olunan ekspozisiya onun yaradıcılıq fəaliyyətinin başlanğıcından, Tolstoyun yerli çeçenlərlə dostluğundan bəhs edir.Lev Tolstoyun kənddəki həyat təəssüratları “Kazaklar” əsərinin əsasını təşkil etmişdir. Kənd həyatı hekayədə bəzi dəyişikliklərlə təsvir olunur. İkinci zalda "Kazaklar" hekayəsinə və o dövrün Staroqladovskaya kəndinə həsr olunmuş eksponatlar var.Üçüncü otaq Tolstoyun hərbi xidmətindən bəhs edir.
Lev Tolstoyun biblioqrafiyası
Bu, rus yazıçısı Lev Tolstoyun (1828–1910) romanları, novellaları, povestləri, pyesləri və qeyri-bədii ədəbiyyatı da daxil olmaqla əsərlərinin siyahısıdır.
Lyubov Tolkalina
Lyubov Tolkalina (rus. Любо́вь Никола́евна Толка́лина; 16 fevral 1978, Ryazan vilayəti) — Rusiya kino və teatr aktrisası. == Həyatı == Lyubov Tolkalina 16 fevral 1978-ci ildə Mixaylovka kəndində anadan olub.
Mariya Tolkaçeva
Mariya Yuriyevna Tolkaçeva (d. 8 avqust 1997; Jukovski, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Mariya Tolkaçeva, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Mariya Tolkaçeva, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Maksimova və Anastasiya Tatareva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.

Значение слова в других словарях

амфо... кинобу́дка нац... объекти́роваться патрули́рование с аза́ртом хрупте́ть -ю́нкер воща́нка многоа́ктный обша́ркать подступа́ть реэвакуацио́нный стелла́жный страстоте́рпица турни́рный кант котуль degeneration dysbarism pock nook rick-yard sit around застольный ольшаник