UÇOT

I
сущ. учёт:
1. установление наличия кого-л., чего-л. путём подсчета, описи. Əmtəə dövriyyəsinin uçotu учёт товарооборота, pul vəsaitləri uçotu учёт денежных средств, xərclərin uçotu учёт расходов; uçotunu aparmaq kimin, nəyin вести учёт кого, чего
2. регистрация с занесением в списки лиц или предметов и т.п. , входящих в состав кого-л., чего-л. Hərbi uçot военный учёт; uçota almaq брать, взять на учёт; uçota götürmək принимать, принять на учёт; uçota düşmək стать (встать) на учет; uçotdan çıxmaq сниматься, сняться с учёта; uçotdan çıxartmaq снимать, снять с учета
II
прил. учётный:
1. относящийся к учёту. Uçot işi учетная работа
2. предназначенный для учёта. Uçot vərəqəsi учетная карточка, uçot kitabçası учётная книжка, uçot şöbəsi учётный отдел
3. фин. относящийся к учёту векселей. Uçot bankı учётный банк, uçot faizi учётный процент
UÇMAQ
UÇOTÇU
OBASTAN VİKİ
Uçot dərəcəsi
Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) –(ing. discount rate) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir. Təcrübədə isə bu aşağıdakı formada həyata keçirilir: Tutaq ki, kommersiya bankı Mərkəzi bankdan 1 milyon dollar götürə bilər. 1 ildən sonra isə o Mərkəzi Banka ondan əldə etdiyi ümumi məbləği və həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarmalıdır. Həmin il ərzində kommersiya bankı həmin pulları uçot dərəcəsindən yüksək faizlə əhaliyə və təşkilatlara kredit olaraq verir və gəlir əldə edir. Bunu rəqəmlərlə izah etməli olsaq tutaq ki, Mərkəzi Bankın təyin etdiyi yenidən maliyyələşmə dərəcəsi 10% təşkil edir. Bank Mərkəzi Bankdan 10%-lə məbləği əldə edir və onu vətəndaşlara 18%-lə kredit şəklində verir. Aradakı fərqi kommersiya bankı və yaxud kredit təşkilatı gəlir olaraq əldə edir. == Uçot dərəcəsinin təyin edilməsi == Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir.
Mühasibat uçotu
Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi."Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.Mühasibat uçotu — vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir. Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür: daxili istifadəçilər (insiders); kənar istifadəçilər (outsiders).
Mühasibat uçotunun hesablar planı
Mühasibat uçotunun hesablar planı — mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur. Köhnə hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvədədir. Yeni hesablar planı (Kommersiya təşkilatlari üçün 1 N-li Milli Muhasibat Uçotu Standartı, Əlavə 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmişdir). Yeni hesablar planında bölmələr, maddələr, balans hesabları və subhesablar nəzərdə tutulmayıb. Əsas hesablar üç rəqəmdən ibarət olur. Sonradan subhesablara xırdalana bilər.Məsələn 1-ci bölmə üzunmüddətli aktivlərdir. Həmin bölmədə artıq 10-cu maddə qeyri-maddi aktivlərdir. Həmçinin bu maddədə 101 qeyri-maddi aktivlər balans hesabı, 111 torpaq, tikili və avadanlıqlar adlı balans hesabları var. Dediyim kimi 3 rəqəmdən ibarət balans hesabları subhesablara bölünə bilər.
Veksel uçotu
Veksel uçotu — vekselin ödəniş tarixindən əvvəl alınması üçün veksel sahibi tərəfindən banka köçürülməsi. Bir vekselin uçotu üçün bank, veksel məbləğinin yüzdə bir hissəsi kimi bir haqq alır. Bu faizə endirim dərəcəsi və ya endirim faizi və ya endirim deyilir. Başqa sözlə, bir vekselin mühasibat uçotu, bank tərəfindən vekselin altındakı bir qiymətə diskontla bir faktura almasıdır. Diskont dərəcəsinin ölçüsü fakturanın keyfiyyətinə və ödəmə müddətinə bağlıdır və bank sahibi ilə bank arasındakı müqavilədə müəyyən edilir. Endirim dərəcəsinin ölçüsünə bankın verdiyi kredit faiz dərəcəsi təsir göstərir. Sabit borc məbləği göstərildiyi veksellər üçün faiz hesablanmadan endirim dəyəri düsturla müəyyən edilir: D = B ⋅ T ⋅ I 100 ⋅ 360 {\displaystyle D={\frac {B\cdot T\cdot I}{100\cdot 360}}} , burada D {\displaystyle D} - diskont məbləği; B {\displaystyle B} - veksel; T {\displaystyle T} - vekselin ödəmə tarixindən əvvəlki günlərin sayı; I {\displaystyle I} - bank endirim dərəcəsi.Banklar, ödəmə qabiliyyəti şübhə doğurmayan nüfuzlu firmaların öhdəliklərini ehtiva edən vekselləri, birinci dərəcəli vekselləri nəzərə alır. Bir banknota böyük bank zəmanət verirsə, o zaman bank zəmanəti olmayan (bank avalı) ticarət və ya sənaye firmalarından daha aşağı faizlə uçota alınır. Kiçik və maliyyə baxımından zəif firmaların öhdəlikləri olan dövriyyə vərəqələri banklar tərəfindən mühasibat uçotu üçün qəbul edilmir və ya adi, çox şişirdilmiş faiz dərəcələrindən fərqli olaraq uçota alınır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. == Əsas amillər == Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. == Vergi uçotunun əsas funksiyaları == ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. == Hesablanması == Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.Uçot-hesabat sənədləri — vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir.
İdarəetmə uçotu
İdarəetmə uçotu — Mühasibat uçotunun əsas məqsədi müəssisə rəhbərlərinin doğru qərarlar verməsi üçün məlumat bazası təqdim etmək. İdarəetmə uçotu, Mühasibat uçotunun bir sahəsi olaraq eyni funksiyanı yerinə yetirir. Sadəcə olaraq idarəetmə uçotunun ortaya çıxardığı məlumatlar müəssisənin daxili istifadəçiləri üçün nəzərdə tutulur və bəzi ədəbiyyatlar bunu ”məhrəm” məlumatlar kimi ifadə edir. Daxili istifadəçilər idarəetmə uçotunun məlumatlarını, strategiya hazırlamaq, işləri planlaşdırmaq, qərarlar qəbul etmək və resursların istifadəsinin optimallaşdırılması məqsədi ilə istifadə edirlər. Maliyyə uçotu (MU) ilə İdarəetmə uçotunun (İU) əsas fərqlilikləri, MU-da ikili qeydiyyat sistemi tətbiq edilir İU-da isə istənilən müvafiq qeydiyyat aparıla bilər. MU qanunvericiliyə və pulla ölçülməyə uyğun olmalıdır. İU-da isə qanunvericilik tələbi yoxdur və natural, əmək və s. Ölçülər istifadə edilə bilər. Ən vacib fərqlərdən biri isə MU baş vermiş hadisələri əks etdirir, İU isə baş vermiş və gələcək hadisələrlə bağlı proqnoz xarakterli hesabatlar hazırlayır. Beləliklə, İU maya dəyərinin kalkulyasiyası, daxili prosedurlarla bağlı qərarların verilməsi, büdcə və digər proqnozlaşdırılmış hesabatların təqdim edilməsinə kömək edir.
Büdcə uçotu
Büdcə uçotu (ing. budget accounting) — maliyyə və qeyri-maliyyə aktivlərinin və öhdəliklərinin vəziyyəti haqqında pul ifadəsində məlumatların toplanması, uçotu və ümumiləşdirilməsi, təsərrüfat subyektinin bu aktiv və öhdəliklərini dəyişdirən əməliyyatların uçotu üçün nizamlı sistem. == Tərifi == BSE-nin məlumatına görə, büdcə uçotu təsərrüfat uçotunun tərkib hissəsi olan büdcə idarə və təşkilatlarının büdcənin icrası prosesinin və xərclər smetasının uçotudur. Mühasibat uçotu vahid sistem əsasında qurulur, büdcənin gəlirləri və xərcləri haqqında zəruri məlumatlarla təmin edilir, genişləndirilmiş təkrar istehsal məqsədləri üçün gəlirlərin rasional bölüşdürülməsinə və yenidən bölüşdürülməsinə kömək edir. Büdcə uçotunun köməyi ilə büdcənin icrası prosesinin planlı idarə edilməsi, maliyyə-büdcə intizamı və xərclərə qənaət həyata keçirilir. “Maliyyə və kredit ensiklopedik lüğəti” büdcə uçotunu bütün səviyyələrdə büdcənin icrasının gedişi haqqında məlumatların toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi kimi müəyyən edir; təsərrüfat uçotu sisteminin bir hissəsi, o cümlədən onun üç növü: mühasibat uçotunun əsas rolu ilə əməliyyat, mühasibat və statistik. Büdcə uçotu büdcənin icrası prosesi ilə bağlı bütün maliyyə və təsərrüfat əməliyyatlarını əhatə edir. == Büdcə uçotunun vəzifəsi == Büdcə uçotunun vəzifəsi büdcənin icrası prosesini idarə etmək və ona nəzarət etmək (o cümlədən ümumi gəlir və xərclərin uçotu və fəaliyyət növü üzrə, büdcə vəsaitlərinin uçotu).
Mühasibat uçotunun autsorsinqi
Mühasibat uçotunun autsorsinqi — biznes prosesinin autsorsinqin xüsusi halı və müəssisə üçün mühasibat uçotunun dəstəklənməsi yollarından biri. Müəssisədə təşkilat, mühasibat uçotu və hesabatla bağlı funksiyaların şirkətdən kənarda ötürülməsini, icra üçün autsorserə verilməsini nəzərdə tutur. Xarici podratçılar tərəfindən göstərilən mühasibat uçotu xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi, təşkilati və hüquqi cəhətdən müstəqil qalaraq, xarici şirkətin ayrılmaz funksional vahid kimi müştəri şirkətin iş proseslərinə daxil edildiyi qarşılıqlı əlaqə formasıdır. == Tərifi == Mühasibat xidmətlərinin autsorsinqinin ən sadə tərifi təşkilatın mühasibat uçotunun üçüncü tərəf mütəxəssislərinə təhvil verilməsidir. Outsourcing İnstitutunun (ABŞ) ekspertlərinin fikrincə, autsorsinq qeyri-adi dinamik inkişaf edən biznes optimallaşdırma növü kimi maliyyə və mühasibat uçotu sahəsində biznes proseslərinin autsorsinqində ən böyük artımı göstərir. 1997-ci ildə Amerika İdarəetmə Assosiasiyası tərəfindən 600 firma üzərində aparılan araşdırma göstərdi ki, artıq o vaxta qədər sorğuda iştirak edən firmaların 1/5-i maliyyə və mühasibat əməliyyatlarının ən azı bəzilərini, firmaların isə 4/5-i - bir hissəsini autsorsinq etmişdir, inzibati funksiyalardan ibarətdir. Daha tez-tez epizodik olan mühasibat xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi şirkət daxilində biznes proseslərinin əsaslı şəkildə yenidən qurulmasını tələb edən uzunmüddətli strategiyadır. Müxtəlif şirkətlərin ekspertləri biznes proseslərinin bu şəkildə yenidən qurulmasının nə qədər ciddi ola biləcəyi ilə bağlı fikir ayrılığına malikdirlər. Bununla belə, onların əksəriyyəti razılaşır ki, qarşılıqlı əlaqə və iş axını proseslərinin fərdiləşdirilməsi müəssisədə autsorsinqin uğurunun vacib komponentidir. Mühasibat autsorsinqi xidmət kimi təsnif edilməməlidir.
Xərclərin uçotunun proses metodu
Xərclərin uçotunun proses metodu (ing. process costing) — hesabat dövrü üçün istehsal olunan vahid üzrə orta maya dəyərini hesablayan məsrəflərin uçotu metodu. == Tərifi == İngilis professoru Kolin Druri prosesin maya dəyərinin hesablanması metodunu, hesabat dövründə məhsula (xidmətə) çəkilən ümumi məsrəflərin məhsulun (xidmətlərin) ümumi sayına bölündüyü zaman istehsal olunan hər bir vahid üçün orta xərclərin hesablanması metodueyni müddətə buraxılmışdır kimi müəyyən edir. Metod bir çox eyni istehsal vahidləri istehsal olunduqda istifadə olunur və hər bir vahidin maya dəyərini müəyyən etməyə ehtiyac yoxdur. Bu halda məhsullar eyni istehsal olunur və birbaşa və qaimə məsrəflərinin eyni bölüşdürülməsini tələb edir. Ayrı-ayrı sifarişlər üzrə ayrıca məsrəflərin uçotu registrləri aparılmır və maya dəyəri obyekti istehsal prosesinin hər bir başa çatmış mərhələsinin məhsuluna çevrilir. Bir sıra iqtisadçılar məsrəflərin uçotu və məhsulun maya dəyərinin hesablanması metodunu, bitməmiş istehsalat olmadan məhdud çeşiddə məhsulların istehsalına çəkilən xərclərin uçotu metodu kimi müəyyən edirlər, burada məsrəf uçotunun obyektləri istehsalda fərdi məhsulların bütün istehsal prosesinin tərkib hissəsi kimi proseslərdir. == Proses metodunun növləri == Bir sıra iqtisadçılar istehsal vahidinin maya dəyərinin hesablanmasının üç variantını ayırd edirlər : bir növ məhsul istehsal edilən və bitməmiş istehsalat olmayan istehsalatda (kömür, mədən sənayesi və s. müəssisələrində) məhsul vahidinin maya dəyəri istehsal prosesinin məsrəflərinin cəmini istehsal prosesinə sərf olunan məbləğə bölmək yolu ilə müəyyən edilir. məhsul vahidlərinin sayı; bir neçə növ məhsul istehsal edilən və müstəqil istehsalın olmadığı (eyni vaxtda elektrik və istilik enerjisi istehsal edilən, yaxud neft və qaz hasil edilən və s.) sənaye sahələrində bütün növ məhsullar üçün ümumi olan məsrəflər onlar arasında müəyyən edilmiş qaydalara uyğun olaraq bölüşdürülür.
Əməliyyat uçotu
Əməliyyat uçotu ― mühasibat, statistik və vergi uçotu ilə yanaşı təsərrüfat uçotunun dörd sahəsindən biri. Xarici ədəbiyyatda o, ənənəvi olaraq əməliyyatların təhlili funksiyasına (xərc uçotu və məsuliyyət mərkəzlərindən fərqli olaraq) uyğun gələn idarəetmə uçotunun bölmələrindən biri kimi qəbul edilir. Əməliyyat uçotu cari idarəetmə məqsədləri üçün həm dəyər baxımından, həm də fiziki cəhətdən ölçülən bir təşkilatın iqtisadi həyatının ayrı-ayrı faktlarına nəzarət və nəzarət sistemi kimi istifadə olunur. Əməliyyat uçotu müəssisənin gündəlik cari idarə edilməsi və idarə edilməsi üçün istifadə olunur və təsərrüfat fəaliyyətinin ayrı-ayrı faktları haqqında məlumat verir. == Əməliyyat uçotunun tarixi == Orta əsrlərə qədər cari əməliyyat uçotu məlum deyil. Qədim dövrlərdə sövdələşmə nəticəsində tacirin mülkiyyətinə keçən inventar əşyalarının inventarının yenidən hesablanması adi hal idi. Bu ənənə Yaxın Şərqdə 8000-5000 il əvvəl istifadə edilən token uçotu sistemi çərçivəsində yaxşı izlənilir . Orta əsrlərin sonlarında İtaliya respublikalarının mühasibat işi, köhnə italyan formasına uyğun olaraq, ikili yazıdan istifadəyə əsaslanaraq, artıq mühasibdən iqtisadi həyatın çoxlu faktlarını nəzərə almağı tələb edirdi. Əməliyyat uçotunu inventar uçotundan ayırmaq üçün şərtlər yalnız XX əsrin əvvəllərində istehsalda texnoloji proseslərin mürəkkəbləşdiyi anda inkişaf etdi. standart məsrəf uçotunun, maya dəyərinin hesablanmasının sürətli inkişafına və nəticədə idarəetmə uçotunun yaranmasına səbəb oldu.

Значение слова в других словарях

гу́сто дуплова́тый завью́чить незло́бие узо́рить уму́чивать дообору́доваться пересту́живаться самоуслажде́ние хитрю́ще вариация blue note bush hammer drop-table duds firestorm magistral percy boy roof garden serow вкрапиться настурция отчётливый учетвериться чистосердечие