UYĞUNLAŞDIRICI
UYĞUNLAŞDIRILMAQ
OBASTAN VİKİ
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. == Vəziyyət == === İmzalayanlar === 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. === Təsdiq edənlər === 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.
Soyadların Azərbaycan dilinə uyğunlaşdırılması
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hal-hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur.Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. 2022-ci ilin ilk 2 ayında isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.Gürcüstan azərbaycanlı aktivistləri də rus soyadlarından imtina etmək üçün kampaniya başlatmışdır.

Значение слова в других словарях

борозда́ долгостро́й загово́рный иску́сственно о́х ты серьёзничание бро́шенка волни́стый попугай волочи́ть жуи́р звуковоспроизведе́ние пласти́чно раскисле́ние чернопло́дка шик-моде́рн Богемия вахня battercake disappointedly enrolled bill intercourse patrol leader выгонять выпростать штрафовать