VOLEYBOL

спорт.
I
сущ. волейбол. Voleybol oynamaq играть в волейбол, voleybol üzrə yarışlar соревнования по волейболу
II
прил. волейбольный. Voleybol meydançası волейбольная площадка, voleybol komandası волейбольная команда
VOLAPUK
VOLEYBOLÇU
OBASTAN VİKİ
Avropa Voleybol Konfederasiyası
Avropa Voleybol Konfederasiyası — mərkəzi Lüksemburqun paytaxtı Lüksemburg şəhərində olan, Avropada voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum.
ABŞ milli voleybol komandası
ABŞ milli voleybol komandası - ABŞ-ni beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Aralıq dənizi Oyunlarında voleybol
Aralıq dənizi Oyunlarında voleybol — 1959-cu ildən kişilərin yarışları ilə tətbiq olunur. Qadınların voleybolu isə ilk dəfə 1975-ci ildə Əlcəzair şəhərində təşkil edilən Aralıq dənizi Oyunlarının proqramına salınmışdır. Həm qadınların, həm də kişilərin yarışlarında açıq-aşkar İtaliyanın üstünlüyü var. Onlar ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə etmişdirlər.
Avropa qadınlar voleybol çempionatı
Avropa qadınlar voleybol çempionatı — Avropada voleybol milli komandaları arasında keçirilən çempionat.
Avstraliya milli voleybol komandası
Avstraliya milli voleybol komandası - Avstraliyanı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Voleybol
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növü. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir. == Tarixi == === Yaranışı və dünyaya yayılması === Voleybol oyunu 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi.
Azərbaycanda voleybol
Azərbaycanda voleybol — həmişə ən böyük rəğbət bəslənilən idman növü olmuşdur. Xüsusilə də qadın voleybolu Azərbaycanda çox böyük inkişaf yolu keçmişdir. == Tarixi == === SSRİ-nin tərkibində Azərbaycan voleybolu === Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilmişdir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. "Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C.Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927-ci ildə isə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı. Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar.
Blokçu (voleybol)
Blokçu (və ya blok qurucu) — voleybolda mövqe, voleybolçu ampluası. Çox vaxt mərkəz oyunçusu da adlanır. Buna səbəb bu mövqe sahiblərinin tez-tez mərkəzdən hücuma çəkilməsidir. Bu mövqenin sahibləri nə qədər hündürboy olsa bir o qədər xeyirdir. == Haqqında == Blokçu anpluasına sahib voleybolçunun əsas məqsədi adından məlum olduğu kimi blok qurmaqdır. Ancaq blok qurmaq yalnız blokçuya məxsus xüsusiyyət deyil. Liberodan başqa digər mövqelərin sahibləri də (toppaylayıcı, diaqonal, hücumçu) blok qura bilər və oyun zamanı əmələ gələn ikili, üçlü bloklar rəqibin zərbəsinin qarışısını almaq üçün ən gözəl variantlardandır. == Blok nədir == Blok — voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır: Blok təşəbbüsü — topa toxunmadan edilən blok hərəkətidir.
Diaqonal (voleybol)
Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybolçu ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır. Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir.
Hücumçu (voleybol)
Hücumçu — bir çox komanda idman növlərində olduğu kimi voleybolda da mövcud olan voleybolçu ampluası. Mövqe sahibinin əsas məqsədi komandasını xal ilə təmin etməkdir. Toppaylayıcının ötürmələrinin əksəriyyəti hücumçulara göndərilir. Bu iki mövqe bir-biri ilə çox gözəl tandem təşkil edir. Voleybolda hücumçuların adətən boyu uzun olur, çünki hücumçunun boyu qısa olduqda olduqca uzun olan blokçunun üzərindən topu rəqib meydançasına göndərmək müşkül məsələ olur. == Hücum vuruşu == Voleybolda servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunaraq hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər. Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər.
Libero (voleybol)
Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz çıxa bilərlər. == Haqqında == Digər oyunçulardan fəqli olaraq oynuçuların siyahısında adının yanında “L“ hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur.
Toppaylayıcı (voleybol)
Toppaylayıcı — (və ya ötürücü) voleybolda mövcud olan voleybolçu ampluası (mövqeyi), oyun qurucusu. Toppaylayıcının voleybol meydançasındakı əsas məqsədi adından da məlum olduğu kimi komanda yoldaşlarını topla təmin etməkdir. Hücumçuları və diaqonal mövqe voleybolçularını, həmçinin blokçuları topla təmin edir. İstədiyi zaman qaydalar çərşivəsində zərbə də vura bilər. Buna məşhur toppaylayıcı aldatması kimi yanaşmaq olar. Azərbaycanda Oksana Parxomenkonun dəfələrlə belə aldadıcı zərbələrini görmüşük. Onu bu xüsusiyəətinə görə digər toppaylayıcılardan fərqləndirirlər. Toppaylayıcı ön mövqedə olduqda 4, 3 və 2-ci zonaya, arxa mövqedə olduqda isə 5, 6 və 1-ci zonaya ötürmə edə bilər. Bu mövqenin sahibləri digər voleybolçularla daim əlaqədədirlər. Hücumçular kimi istədikləri zaman zərbə endirmirlər, çünki toppaylayıcı voleybolda komandanın beynidir.
Voleybol topu
Voleybol topu — anlayışı ümumi anlayışdır. Belə ki, bu termin həm klassik voleybola (zal voleybolu), həm də çimərlik voleyboluna aid edilir. Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 q-dır.Voleybol topu basketbol və futbol toplarına görə daha yumşaq və elastik olur. Çətin sıxılan bu toplar qüvvətli zərbə zamanı asanlıqla yerə dəyib göyə qalxa bilirlər.
Afrika Oyunlarında voleybol
Afrika Oyunlarında voleybol — 1965-ci ildə ilk öncə kişilərin yarışı ilə tətbiq olunmuşdur. 1978-ci ildən etibarən isə qadınların voleybolu da ilk dəfə olaraq proqramda yer almışdır. Kişi milli komandaların yarışında misirlilər diqqəti çəkirsə, qadınlarda da Keniya millisi ən yaxşı nəticəyə sahibdir.
Afrika Voleybol Konfederasiyası
Afrika Voleybol Konfederasiyası — Afrikada voleybola nəzarət edən qurum. 53 Afrika ölkə federasiyası tabeliyindədir. Mərkəzi Misirin paytaxtı Qahirədə yerləşir. Prezdenti də həmin ölkədən Əmr Əl Vanidir. Qeyd edək ki, Afrika Voleybol Konfederasiyasının voleybol turnirləri izləyici sayına görə ən geridə olan turnirlər sayılır.
Asiya Oyunlarında voleybol
Asiya Oyunlarında voleybol — 1958-ci ildən tətbiq edilir. İlk dəfə yalnız kişilərin voleybolu proqramda idisə 4 il sonra qadınların voleybolu da proqrama salınmışdır. O ildən bəri hər dörd ildən bir keçirilən Asiya Oyunlarında həm qadınların, həm də kişilərin voleybolu oynanılır.
Asiya Voleybol Konfederasiyası
Asiya Voleybol Konfederasiyası — [[]]Beynəlxalq Voleybol Federasiyasını (FİVB) təmsil edən və Asiya, Avstraliya və Okeaniyada voleybol oyunlarının keçiriləmisini təşkil edən qurum. Konfederasiyaya 65 üzv ölkə axildir.
Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyası — 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB), Avropa Voleybol Federasiyasına (CEV), Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) (2005) daxil olmuşdur. == Haqqında == 1997–2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra — 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar. Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir. Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır. Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Qazanılan mükafatlar Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır. == İstinadlar == == Həmçinin bax == Azərbaycan idman federasiyalarının siyahısı == Xarici keçidlər == Azərbaycan Voleybol Federasiyası — avf.az saytı Arxivləşdirilib 2015-07-05 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Azərbaycan Voleybol Mərkəzi
Azərbaycan voleybol mərkəzi — 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə tikilməyə başlamışdır. 2012-ci ilin 18 oktyabrında (Milli müstəqillik günündə) isə arenanın açılış mərasimi olmuşdur.
BMKZ Voleybol Klubu
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Beynəlxalq Voleybol Federasiyası
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
Türkiyədə Voleybol Liqaları
Türkiyədə 2021-2022 mövsümünə qədər 5 liqa var. === Efeler və Sultanlar Liqası (Üst Səviyyə) === Üst liqalarda, Efeler Liqası və Sultanlar Liqasında 14 komanda var. ==== Efeler və Sultanlar Liqası Vəziyyəti ==== 2021-2022 mövsümü Efeler və Sultanlar Liqasında 14 komanda arasında oynanılacaq. Matçlar 2 turluq səfər liqası üsulu ilə oynanılacaq. Liqa Mərhələsinin sonunda son 2 -ci yeri tutan komandalar (13 -cü və 14 -cü) 1 -ci Liqaya düşür. Liqa Mərhələsinin sonunda 1-ci, 2-ci, 3-cü və 4-cü komandalar Play-Off 1. Mərhələ matçlarını keçirirlər. Pley-off 1. Mərhələ matçlarının sonunda liqanın 1, 2, 3 və 4-cü komandaları müəyyənləşir. Liqa Mərhələsini 5-ci, 6-cı, 7-ci və 8-ci pillələrdə bitirən komandalar, Play-Off 2-ci Mərhələ matçlarını keçirirlər.
Voleybol Dünya Kuboku
Kişilər Voleybol Dünya Kuboku — 1965-ci ildən bu yana hər dörd ildə bir təşkil edilməkdədir. Kubok 1977dən başlayaraq davamlı olaraq Yaponiya da edilməkdədir. 1991dən etibarən isə olimpiya seçmələri üçün bir turnir halına gətirilmişdir. == Medal sıralamsı (kişilər üçün) == Qadınlar Voleybol Dünya Kuboku isə 1973-cü ildən bu yana hər dörd ildə bir təşkil edilməkdədir. Kubok kişilərdəki kimi 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da edilməkdədir. 1991dən etibarən isə olimpiadaya lisenziya verir.
İraklis (voleybol klubu)
İraklis (yun. ΤΑΠ Ηρακλής Θεσσαλονίκης) — Yunanıstanın Saloniki şəhirində voleybol klubu. Klubun əsası 1921-ci ildə qoyulmuş. Klubun adı qədim yunan mifiologiyası qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. 2000-ci illərdə Yunanıstanın ən reytinqli klubu hesab olunurdu. Gymnasticos Syllogos Iraklis multi-idman klubunun bir hissəsi hesab olunur. Klub rəhbəri Antonis Qeorqiudur. == Tarixi == İkinci Dünya Müharibəsindən sonra klub həmişə Yunanıstanın ən yaxşı komandaları sırasında olmuşdur. İraklis klubunun çox saylı oyunçuları daima milli komandaya dəvət edilmişdir.. İraklis CEV Şampiyonlar Liqasının finalında oynayan ikinci yunan klubu idi (Olympiacosdan sonra) oldu.
İstanbul voleybol klubu
İstanbul Voleybol Klubu (türkcə: İstanbul Voleybol Kulübü) (Qısa: İVK), 2010-cu ildə İstanbulun Üsküdar səmtində yaradılmış bir idman klubudur.[1] Matçlarını TVF 50-də oynayır. 1288 nəfər tutumlu Yıl Deniz Esinduy İdman Salonunda. Əsas qolu voleyboldur və yalnız ox atma filialında fəaliyyət göstərir. Nüket Yolaç, Qırmızı-Ağ-Qara rənglərə sahib olan klubun prezidentidir. === Kişilər Voleybol Komandası === Komanda, 2010–2015-ci illər arasında İstanbul Böyüklər Liqasında mübarizə aparırdı. 2015–2016 mövsümündən etibarən Regional Liqada mübarizə aparan komanda, 2016–2017 və 2018–2019 mövsümlərində Regional Liqa İstanbul Çempionu olaraq Türkiyə 2. Liqasına yüksəlmək üçün Finallara qatıldı. 2016–2017 mövsümündə Yalovada keçirilən final mərhələsində Bursa Gemlikdən sonra turniri ikinci sırada tamamladı. 2018–2019 mövsümündə Kocaeli'deki finalda Yeniköyspor'a məğlub oldu və finalı ikinci sırada tamamladı. 2019–2020 mövsümündə, İstanbul Qrupundakı ilk matçdakı uğursuz məğlubiyyətdən sonra, İstanbul digər dörd matçını setsiz qazandı və mövsüm ikinci sırada bitdi.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1967 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1967 — Yaponiyanın ev sahibliyi altında təşkil edilən, oyunlarından çox qalmaqalları ilə yadda qalan bir turnir idi. Belə ki, turnirə öncədən on bir komandanın üç qrupa bölünərək qatılacağı gözlənilirdi. Amma ev sahibi Yaponiya Qərbi Almaniya və Şimali Koreya himnlərinin səslənməyəcəyini, bayraqlarının qaldırılmaycağını və ən nəhayət adlarının olduğu kimi qeyd edilməyəcəyini bildirmişdi. O zamanlar Sovet bloku olaraq bilinən ölkələrdən yeddisi Şimali Koreya, Çexoslovakiya, SSRİ, Qərbi Almaniya, Çin Xalq Respublikası, Polşa və Macarıstan öz milli komandalarının yarışda iştirakını qadağa etmişlər. Beləliklə sonda dörd komanda ilə asan mübarizəyə girən Yaponiya çətinlik çəkmədən ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü. Maraqlısı budur ki, turnirdə iştirak edən komandalardan yalnız Peru medal qazana bilməmişdi. Sonda hər dörd komanda 1968-ci ilin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
1970 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1970 — 1970-ci ildə Bolqarıstanda təşkil olunan turnir. Turnirin əksər oyunları Varna da təşkil olunmuşdu. Bu dünya çempionatına 16 komanda qatılmışdı. Həmçinin ilk və hələlik yeganə qadınlararası dünya çempionatı idi ki, özündən əvvəlki analoji yarışdan üç il sonra baş tutmuşdu. Qalib adına dördüncü dəfə SSRİ yığma komandası layiq görülmüşdü. Turnirdə ikinci və üçüncü yerləri isə uzaq şərqdən müvafiq olaraq Yaponiya və Şimali Koreya milliləri tutmuşlar.
1974 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1974 — ilk dəfə 20-dən artıq komandanın qatıldığı dünya çempionatı. Çempionat çərçivəsində 120 qarşılaşma oynanılmışdı. Turnir 1974-cü ilin oktyabr ayının 10-u başlamış, 27-i başa çatmışdı. Qalib adına isə üçüncü səfər Yaponiya layiq görülmüşdü.
1978 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi.
1982 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1982 — 1982-ci ilin sentyabrında Peruda təşkil olunan turnir. Turnir adı çəkilən ayın 13-ü başlamış, 25-i başa çatmışdır. Bu Voleybol üzrə qadınlararası dünya çempionatı əvvəlkilərdən fərqli olaraq Avstraliya və Okeaniyadan da komanda qatılmışdır. Belə ki, bu regiondan olan Avstraliya millisi tarixində ilk dəfə olaraq mundialda iştirak etmişdi. Turnirdə nə az, nə çox düz 24 komandanın qatılacağı gözlənilirdi. Belə də oldu. Ancaq gözlənilməyən süprizlərlə. Belə ki Şimali Amerika regionundan turnirə vəsiqə qazanan Dominikan Respublikası son anda imtina qərarı almışdı. Belə olan halda isə onun yerinə təsnifat mərhələsində Dominikan Respublikası millisindən sonra ən yaxşı nəticəni əldə etmiş komanda yəni, Puerto Riko millisi ikinci dəfə bu mötəbər turnirə qatılmaq şansı əldə etdi. Dominikan Respublikasından başqa Qərbi Almaniya milli komandası da ölkədaxili problemlər səbəbindən 1982-ci il dünya çempionatına qatılmaqdan imtina etdi.
1986 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1986 — 1986-cı ildə keçmiş Çexoslovakiyanın paytaxtı Praqada təşkil olunmuş turnir. Voleybol üzrə qadınlararası dünya çempionatlarının yubiley yarışları (10-cu) olan mundial sentyabrın ikisi başlamışdır. On bir gün davam edən yarışda 16 qadın milli komanda iştirak etmişdi. Sonda çempion ardıcıl ikinci dəfə bu uğura imza atan Çin milli komandası olmuşdur.
1990 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1990 — 1990-cı ildə Çində təşkil edilən, SSRİ-nin çempionluğu ilə bitən turnir. Avqust ayının səkkizində başlayan dünya çempionatı sentyabrın birində yekunlaşmışdır. Yarışda ilk dəfə olaraq Çin Taybeyinin milli komandası iştirak etmişdir. Onlarla yanaşı Misirin də debüt turniri olmuşdur.
1994 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir. Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur. Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur. Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır. Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur. Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.
1998 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1998 — 1998-ci ildə keçirilmiş voleybol dünya çempionatı. Turnir həmin il Qış Olimpiya Oyunlarını da keçirən Yaponiyada təşkil olunmuşdu. Qalib adına ardıcıl ikinci dəfə (ümumilikdə üçüncü dəfə) Şimali Amerikadan Kuba layiq görülmüşdü.
2014 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol uzrə qadınlararası dünya cempionatı 2014 — 2014-cü ildə İtaliyada təşkil ediləcək turnir. Munidal sentyabrın 23-də başlayıb, oktyabr ayının 12-də başa çatacaq.
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı voleybol üzrə sayca 30-cu Avropa Çempionatı idi, onun təşkilatçısı Avropada voleybola nəzarət edən Avropa Voleybol Konfederasiyası idi. Turnir 2017-ci il sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda keçirilmişdir. Finalda Serbiya Hollandiya millisinə qalib gələrək, ikinci dəfə bu titula yiyələnmişdir. 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan Türkiyəyə məğlub olmuşdur. Serbiya millisinin üzvü Tiyana Boşkoviç turnrin ən dəyərli oyunçusu seçilmişdir. == İştirakçılar == Turnirdə 16 yığma komandalar iştirak edirdilər: 2 ev sahibi (Azərbaycan və Gürcüstan), əvvəlki Avropa çempionatının yekunlarına əsasən vəsiqə qazanmış 5 komanda (Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya), seçmə mərhələsinin ikinci raundunun 6 qalibi (İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus), həmçinin üçüncü raundun üç qalibi (Çexiya, Ukrayna və Macarıstan). == Təsnifat mərhələsi == == Turnirin formatı == Turniri iki müxtəlif mərhələlərdə keçirilirdi. Birinci mərhələdə 16 iştirakçı komandalar hər birində dörd komanda olan dörd qrupa bölündü. Komandaların qrup mövqelərini təyin etmək üçün hər qrupda dairəvi sistem tətbiq olunmuşdur (aşağda verilən meyarlara əsasən). Hər qrupun üç ən yaxşı komandaları (cəmi 12 komanda eliyir) ikinci mərhələyə keçirlər: qrup qalibləri dörddə bir finalla, ikinci və üçüncü yeri tutanlar isə pley-off mərhələsi ilə iştiraklarını davam etdirilər.
Avropa qadın milli voleybol komandaları
Avropa qadın milli voleybol komandaları — dünya voleybolunun bir çox nəhəng qadın milli voleybol komandalarının cəmləşdiyi regiondur.
Avropa qadınlar voleybol çempionatı 2009
Qadınlar arasında voleybol üzrə XXVI Avropa çempionatının final mərhələsi 2009-cu il 25 sentyabr-4 oktyabr tarixində Polşanın dörd şəhərində keçirilmişdir. Bu yarış Avropa qadınlar voleybol çempionatının iyirmi altıncısıdır. Ardarda ikinci dəfə İtaliya yığması çempion adını qazanmışdır. == Komandalar == Ev sahibi olan ölkə PolşaAvropa qadınlar voleybol çempionatı 2007də ilk 6-ya girən ölkələr İtaliya Serbiya Rusiya Niderland Almaniya BelçikaTəsnifat mərhələsindən gələn 9 ölkə Slovakiya Çexiya Azərbaycan İspaniya Fransa Türkiyə Bolqarıstan Belarus Xorvatiya === Salonlar === === Qruplar === === 1. Turun oyunları === ==== A Qrupu ==== ==== B Qrupu ==== ==== C Qrupu ==== ==== D Qrupu ==== === 2. ===
Avstriya milli voleybol komandası (qadınlar)
Avstriya qadın milli voleybol komandası — Avstriyanı qadın voleybolundakı beynəlxalq yarışlarda və yoldaşlıq görüşlərində təmsil edən komanda. Bu milli adı çəkilən ölkənin kişi voleybolçularından fərqli olaraq voleybolda bir qədər zəif gücə malikdir. Belə ki, Avstriyada qadın voleybolundan fəqli olaraq kişi voleyboluna çox böyük maraq vardır. == Tarixi == Avstriya qadın millisi son illərdə Avropa voleybolunun zəiflər kateqoryiasına ayırd edilir. FİVB reytinqində yalnız 6 xala malik olması buna sübutdur. Milli komanda 2013 Avropa çempionatının seçmə mərhələsində Finlandiya, Belarus və Azərbaycan milliləri ilə bir qrupa düşmüşdü. Finlandiyada baş tutan birinci dövrənin oyunlarında hər üç komandaya 3–0 hesabı ilə məğlub olmuşdu. Azərbaycanda keçirilən ikinci dövrənin oyunlarında isə Azərbaycan və Belarusa 3–0 Finlandiyaya 3–2 məğlub olmuşlardı. Bu oyunlarda komandada ən çox fəqlənən oyunçu isə Markoviç olmuşdu.Avstriya millisi 2014-cü il Voleybol üzrə Qadınlar Dünya Çempionatının seçmə mərhələsində ilk olaraq Lixtenşteynə 3–0 daha sonra da Yunanıstana eyni hesabla məğlub olaraq növbəti tur şansını itirdi. Son oyunda da Slovakiyaya 3–2 uduzan milli komanda ilk roundda sonuncu yeri tutaraq son dərəcə rüsvayçı bir nəticəyə imza atdı.
Avstriya qadın milli voleybol komandası
Avstriya qadın milli voleybol komandası — Avstriyanı qadın voleybolundakı beynəlxalq yarışlarda və yoldaşlıq görüşlərində təmsil edən komanda. Bu milli adı çəkilən ölkənin kişi voleybolçularından fərqli olaraq voleybolda bir qədər zəif gücə malikdir. Belə ki, Avstriyada qadın voleybolundan fəqli olaraq kişi voleyboluna çox böyük maraq vardır. == Tarixi == Avstriya qadın millisi son illərdə Avropa voleybolunun zəiflər kateqoryiasına ayırd edilir. FİVB reytinqində yalnız 6 xala malik olması buna sübutdur. Milli komanda 2013 Avropa çempionatının seçmə mərhələsində Finlandiya, Belarus və Azərbaycan milliləri ilə bir qrupa düşmüşdü. Finlandiyada baş tutan birinci dövrənin oyunlarında hər üç komandaya 3–0 hesabı ilə məğlub olmuşdu. Azərbaycanda keçirilən ikinci dövrənin oyunlarında isə Azərbaycan və Belarusa 3–0 Finlandiyaya 3–2 məğlub olmuşlardı. Bu oyunlarda komandada ən çox fəqlənən oyunçu isə Markoviç olmuşdu.Avstriya millisi 2014-cü il Voleybol üzrə Qadınlar Dünya Çempionatının seçmə mərhələsində ilk olaraq Lixtenşteynə 3–0 daha sonra da Yunanıstana eyni hesabla məğlub olaraq növbəti tur şansını itirdi. Son oyunda da Slovakiyaya 3–2 uduzan milli komanda ilk roundda sonuncu yeri tutaraq son dərəcə rüsvayçı bir nəticəyə imza atdı.
Azərbaycan Milli Voleybol Komandası (qadınlar)
Azərbaycan qadın milli voleybol yığması — Azərbaycanı beynəlxalq səviyyədə baş tutan yarışlarda təmsil edən qadınlardan ibarət voleybol yığması. == Tarixi == İnna Rıskal Azərbaycan qadın voleybolu tarixində ilk uğur qazanan qadın voleybolçu kimi tarixə düşüb. O, 1964-cü ildə Tokyoda keçirilən Yay Olimpiya Oyunlarında Qadınlardan ibarət SSRİ yığma komandası tərkibində gümüş medala sahib olub. Azərbaycan milli komandası adı altında komandanın ilk uğuru, 1967-ci ildə SSRİ ölkələri çempionatlarının bürünc mükafatı qazanmasıdır. 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Azərbaycanda, həmin il Voleybol Federasiyası və milli komanda yaradılıb. Federasiyanın birinci prezidenti Vahid Nadirli seçilib, baş məşqçisi postuna isə Faiq Qarayev gətirilib. Həmin illərdə klub voleybolu üçün şəraitin olmadığı üçün, yığmanın bir çox üzvləri "Neftyağ"-ın heyətində çıxış edib. Azərbaycan Voleybol Federasiyası 1992-ci ildən etibarən CEV və FİVB tərəfindən müstəqil federasiya kimi qəbul edilib. Qadınlardan ibarət Azərbaycan yığması kimi tarixdə ilk görüşünə 1993-cü il 20 oktyabrda Sofiya şəhərində, Kanada yığmasına qarşı keçirib. Müstəqillikdən sonra ilk dəfə 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edib və 9-cu yeri tutub.

Значение слова в других словарях

Голго́фа ди́кция лока́торщик не́тути перекале́чивать персона́лия репродукцио́нный скры́ться хара́ктер заступа́ть мелкосидя́щий моро́з срыгну́ть уго́дно хо́лка черта́ капан Bangor electress money-spider riant наречный попрошайничество прессовать тётка