XAÇLI

I
прил. крестоносный, с крестом, носящий крест
II
сущ. истор. крестоносец (участник крестового похода, первоначально имевший на своей одежде крест из красной материи); зоол. xaçlı hörümçək паук-крестовик (паук с крестообразным рисунком из светлых пятен на спине)
XAÇLANDIRMAQ
XAÇNİŞAN
OBASTAN VİKİ
Xaçlı dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.
Xaçlı gölü
Xaçlı gölü, Kazan gölü və ya Bulanıq gölü - Muşun Bulanıq mahalının cənubunda yerləşən volkanik göl. Göl Muşdan 115 km, Malazgirdən 35 km, Bulanıqdan 7 km uzaqlıqdadır. Göl "Xaçlı" adını cənubundakı Xaçlı (Gölyanı) kəndindən; "Bulanıq" adını isə suyunun bulanıq olmasından dolayı almışdır. Göl şimalındakı Qızqopan volkanının yüksəlməsi ilə əmələ gəlmişdir. Hündürlüyü 1583 metr, hövzəsi 200 km2, səthi 27 km2-dır. Göldə dərinlik 7 metrəni aşmır. Xaçlı gölü cənub-qərbdən axan Şeyxtokum dərəsi ilə birlikdə bir neçə mənbədən qidalanır. Gölün su səviyyəsi bütün il boyunca, demək olar ki, dəyişmir. Qışda donan göün səthində gəzmək mümkündür. Göldə alabalıq və aynalı sazan yaşayır.
Xaçlı hörümçək
Xaçlı hörümçək — Hörümçəkkimilər sinfinə aid olub müxtəlif şəraitdə yaşamaqa uyğunlaşaraq çox geniş yayılmış buğumayaqlılardır. == Xarici quruluşu == Xaçlı hörümçəyin dişi fərdi 20–25mm, erkəyi isə 10–11mm ölçüdədir.Bədəninin üzəri xitinləşmiş kitikula qatı ilə örtülmüşdür. Kitikulanın altında hipoderma, onun da altında əzələ qatı yerləşmişdir. Hörümçəyin bədədni iki hissədən: baş-döş və qarıncıq hissədən ibarət olub, özünə məxsus qurluşdadır. Baş-döş hissə qarıncığa nisbətən kiçikdir və bütöv zirehlə örtülmüşdür. Hər iki hissə yumurtaşəkilli formadadır və demək olar ki, buğumluluğunu itirmişdir. Baş-döşlə qarıncıq bir-biri ilə hərəkətli birləşmişdir. Baş-döş hissədə sternum adlanan xitinləşmiş lövhə vardır. Hörümçəyin baş-döş hissəsində 6 cüt ətraf vardır. Onların bir cütü xeliser, bir cütü pedipalp və ya çənə ayaqları, dörd cütü isə yürüş ayaqlarıdır.
Qafqaz xaçlıcası
Qafqaz xaçlıcası (lat. Pelodytes caucasicus) — Suda-quruda yaşayanların Xaçlıcalar cinsinə aid qurbağa növü. == Təsviri == Kiçik ölçülü qurbağa olaraq 60 mm uzunluğa malikdir. Bel nahiyəsində xaç şəkli vardır. Bəzən isə bel nahiyyəsi qırmızı xallar olur. Aşağı nahiyyəsi isə ağ rəngdə olur. Rəngi açıqdan tünd qəhvəyiyə qədər müxtəlif çalarda olur. == Yayıldığı ərazilər == Qafqaz xaçlıcası əsasən Rusiyanın Krasnodar vilayətində və Stavropol vilayətinin cənub-qərb hissələrində və Gürcüstan cənub-şərqində yayılmışdır. Azərbaycanda isə əsasən Zaqatala və Balakən rayonlarında və hənim ərazilərə yaxın bölgələrdə rast gəlmək olar. Türkiyə ərazisində isə Rize dağlarının yamaclarında rast gəlmək olar.
Xaçlıpər mikrobiota
Xaçlıpər mikrobiota (lat. Microbiota decussata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin mikrobiota cinsinə aid bitki növü. Bu bitki 1921-ci ildə botanik İ. K. Şişkin tərəfindən aşkar edilmiş, 1923-cü ildə isə V. L. Komarov tərəfindən yeni cins və növ kimi qeydə alınmışdır. Vətəni Uzaq Şərqdir. Hündürlüyü 0,4-0,8 m, eni isə 1,5-2 m, çətirinin diametri 2 m-ə qədər olan möhkəm, şaxələnmiş, sıx, çətirli alçaqboylu, həmişəyaşıl koldur. Yarpaqları oval formalı, ucu bizdir. Açıq-yaşıl və ya yaşıl iynəyarpaqları qışda tunc və ya qırmızımtıl-mis rəngdə olur, yazda rəngi normallaşır, yaxşı budanır. Qabığı hamar və qırmızımtıl rəngdədir. Şaxələri basıqdır, üzərindəki yarpaqların hamısı bir-birinin eynidir. Zoğların ucları sallaqdır.

Значение слова в других словарях

агонизи́рующий билья́рдная выгора́ние пе́кло по-бродя́жьи брести́ маврита́нцы обостря́ть переставля́ть подве́тренный сочленя́ть уши́ца феода́л эгоисти́ческий алыр зиять fielder flammeous oblique fire orificial pelvis vibrance winking безвозбранно беззвёздный