ZAHİD

сущ.
1. затворник, отшельник
2. аскет
ZAHILIQ
ZAHİDANƏ
OBASTAN VİKİ
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).
Azər Zahid
Azər Zahid (16 dekabr, 1980) — televiziya aparıcısı ve media rəhbəri. == Həyatı == Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək ugurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var. == Fəaliyyəti == 2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb.
Nazim Zahid
== Həyatı == 1 oktyabr 1960-cı ildə İmişli rayonu, Qaravəlili kəndində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. Orta məktəbdə oxuduğu dövrdən ədəbi yaradıcılıqla məşğul olur. Hal hazırda İmişli rayonu, Qafar Babaşov adına Qaravəlili kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışır. == Ədəbi uğurları == Xalq şairi Məmməd Araz onun yazılarını bəyənmiş və "Azərbaycan təbiəti" jurnalında şeirlərinin, hekayələrinin, məqalələrinin çap olunmasını məsləhət bilmişdir. Şair Nazim Zahid "Yağış altda yol gedirəm", "Yarımçıq monoloq", Yarımçıq nəfəsdi ömür", "Girov Qan" adlı kitabların müəllifidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Yazıçılar birliyinin Aran bölməsinin nəzdində yaranmış "Duyğu" ədəbi birliyinin sədridir. "İti qələm" Respublika ədəbi birliyinin də üzvü olan Nazim Zahid ədəbi yaradıcılığına görə "İti Qələm" fəxri diplomuyla təltif olunub. 2004- 2009-cu illərdə nəşr olunan "Səmərə" adlı müstəqil qəzetinin təsisçi və baş redaktoru olub.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. == Haqqında == Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Zahid Abdullayev
Zahid Abdullayev (tam adı: Zahid Abdulla oğlu Abdullayev; 5 mart 1959, Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuşdur. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləmişdir. Həmin zavodda işləyən Zeynəb Abdullayeva ilə ailə həyatından Ramil və Tural adlı oğulları və Ramilə adlı qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Səlyan kazarması istiqamətində başından aldığı güllə yarasından həlak olmuşdur.[1]Xaçmaz rayonunun Yataq-oba kənd qəbiristanlığında dəfn edilmişdir. == Ünvanı == Bakı, Profsoyuznaya küçəsi 97, mənzil 106. == Xatirəsi == Doğulduğu kənddə yerləşən tam orta məktəb onun adını daşıyır. == Qeyd == ^ Rafiq Səməndər öz kitabında hadisənin avtobusun xaricində, Qulu Kəngərli isə avtobusun daxilində olduğunu qeyd etmişdir.
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). == Həyatı == Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zahid Məmmədov
Zahid Məmmədov (iqtisadçı) — iqtisad elmləri doktoru, professor Zahid Məmmədov (coğrafiyaçı) — coğrafiya elmləri doktoru, professor.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Orucov
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. == Həyatı == 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zahid Qocayev
Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini. == Həyatı == Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar. == Təltif və mükafatları == 2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb.
Zahid Quliyev
Zahid Quliyev (müğənni)
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — 1957-ci il mayın 11-də Azərbaycan Respublikasının Şamaxı rayonunda doğulub. Şair, yazıçı və tərcüməçi. == Yaradıcılığı == İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül" , "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb.
Zahid Sədməliyev
Sədməliyev Zahid Vahid oğlu (21 iyul 1984, Bakı, azərbaycan SSR) — azərbaycanlı cüdoçu və reqbiçi, Azərbaycan Reqbi üzrə milli komandsasının üzvü. Hazırda Bakının Reqbi üzrə «Bakı Reqbi Klubunda» oynayır. Üç qat Azərbaycan çempionudur. == Bioqrafiya == Zahid Sədməliyev 21 iyul 1984-cü ildə bakı şəhərində doğulmuşdur. 2004-cü ildən cüdo ilə məşqul olmağa başlayır.Azərbaycanın gənclərdən ibarət yığmasına cəlb edilir. Onun ilk məşqçisi Roram Modabadze olur. Sonradan isə millinin baş məşqçisi olan Rafik Hüseynli onun məşqçisi olur. 2002—2006-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olur. 2006—2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xiddmət etmişdir == Klub Karyerası == === Azərbaycan === 2004-cü ildə qısa müddət ərzində «Bakı Reqbi Klubunun» üzvü olmuşdur. Burada № 14 ilə çıxış etmişdir.
Zahid Xəlil
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü. == Həyatı == Zahid Xəlilin həyatı: Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zahid Xəlilov
Zahid İsmayıl oğlu Xəlilov (14 yanvar 1911, Saraçlı, Borçalı qəzası – 4 fevral 1974, Bakı) — Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuşdur. == Həyatı == Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930–1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir. 1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua). 1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z. Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur. Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur.
Zahid Zairli
Zahid Azad oğlu Zairli (10 may 2000; Yardımlı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahid Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. Ailədə 6 uşaq — 3 bacı və 3 qardaş olublar. 2006-2014-cü illərdə Dəlləli kənd tam orta məktəbində, 2014-2015-ci illərdə M. İmanov adına Ostayır kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zahid Zairli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan snayperçi Zahid Zairli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahid Zairli oktyabrın 8-də Cəbrayılın azad edilməsində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Zahid İsmayılov
Zahid Kamil oğlu İsmayılov (1957, Cəhri, Naxçıvan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin III çağırış deputatı. == Həyatı == Zahid İsmayılov 1957-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1964–1974-cü illərdə Cəhri kənd orta məktəbində təhsil almışdır. 1974-cü ildə Naxçıvan şəhər 101 nömrəli Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan somra Naxçıvan şəhər 2719 nömrəli Avtomobil Dəstəsində sürücü olaraq işləmişdir. 1988-ci ildə Naxçıvan Hərbi Qarnizonunun Zabitlər Evi nəzdində fəaliyyət göstərmiş muhasibatlıq kursunu bitirmişdir. 1989–1990-cı illərdə "Kamil" kooperativini yaradaraq həmin kooperativə sədrlik etmişdi. === Ailəsi === Ailəlidir. Bir övladı var.
Zahid Şərifov
Zahid Ziyatxan oğlu Şərifov (azərb. Şərifov Zahid Ziyatxan oğlu;‎ 8 yanvar 1962, Kiçik Məzrə, Basarkeçər rayonu – 6 avqust 2022) — professor == Həyatı == Şərifov Zahid Ziyatxan oğlu 08.01.1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azəırbaycan Texniki Universitetində baş laborant, assistent, baş müəllim, dosent və 2008-ci ildən 2010-cu ilədək "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasında professor vəsifəsində işləmişdir. 1992-ci ildə aspiranturanı bitirərək Azərbaycan Elmlər Akademiyasının D004.08.01 İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə AzTU-nun D02.031 şifrəli Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, materialşünaslıq sahəsində texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildə ona AAK tərəfindən professor elmi adı verilmişdir. 1984–1995-ci illərdə Azərbaycan Politexnik İstitutunda Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə isə Texniki Universitetin professor-müəllim heyətinin Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" kafedrasında 1997–2003-cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində işləmişdir.
Zahid Əliyev
Zahid Əliyev (neftçi alim)
Zahid Əmiraslanov
Zahid Hümbət oğlu Əmiraslanov — Azərbaycanlı şəhid. == Həyatı == Əmiraslanov Zahid Hümbət oğlu 14 fevral 1968-ci ildə Slavyanka kəndində anadan olub. 1985-ci ildə Slavyanka kənd orta məktəbini bitirib. 1986-88-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1989-cu ildən Gədəbəy rayonunun polis şöbəsində işləyib. Respublikanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir və 3 avqust 1993-cü ildə şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Zahid Əsgərov
Zahid Hümbət oğlu Əsgərov — Azərbaycanlı şəhid. == Həyatı == Əsgərov Zahid Hümbət oğlu 1973-cü ildə Gədəbəy rayonunun Qozqaralı kəndində anadan olmuşdur. 1992-ci il sentyabr ayında hərbi xidmətə getmişdir. 1993-cü ilin iyun ayında Gədəbəy rayonu ərazisində erməni təcavüzkarlarına qarşı döyüşmüşdür. Zahid İvanovka ərazisində yerləşən hərbi bölgədə xidmət etmişdir. Örükdaş, Sarıqaya uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Zahid Kərimov
Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — görkəmli sovet və azərbaycan alimi. Professor, texnika elmləri doktoru . Azərbaycan Respublikasının əməkdar elm xadimi . == Həyatı == Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1 sentyabr 2011-ci ildə vəfat edib. == Elmi fəaliyyəti == 1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis. 1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət 1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent. 1961–1964 – AZİNKİ-də Aspirant.
Zahid Əziz
Xəlilov Zahid Əziz oğlu (5 iyul 1963, Ellərkənd, Amasiya rayonu) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003). == Həyatı == 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982).
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Bəhram Zahidov
Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004-2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü. == Həyatı == Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir. Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir: == Fəaliyyəti == 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir. 1975-1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Hacı əd-Din Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Talış alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Məhəmməd Zahid Şirvani
Məhəmməd Zahid Şirvani - şair == Həyatı == 1860-cı ildə Şamaxı qəzasının Alpout kəndində (bu kənd indiki Ağsu rayonun ərazisində, Bico kəndindən şimalda mövcud olmuşdur) doğulmuşdur. Bico kəndində Üsifli məhəlləsində olan qohumlarının yanında yaşamış və tez bir zamanda şerləri ilə məşhurlaşmışdır.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Sakit Zahidov
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. == Həyatı və karyerası == Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Tahir Zahidov
Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu. 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu.Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu. Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.Olimpiadadan sonra Tahir Zahidov 1996-cı ildə Polşada gənclər arasında Dünya Çempionatını altıncı pillədə başa vurdu.1997-ci ildə isə Tahir Zahidov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, həmin il Finlandiyada baş tutan gənclər arasında Dünya Çempinatını dördüncü pillədə başa vurdu.1998-ci ildə Albaniyada baş tutan gənclər arasında Avropa Çempionatında dördüncü pillədə qərarlaşan Tahir Zahidov 1999-cu ildə Budapeşt şəhərində (Macarıstan) gənclər arasında Avropa Çempionatının qızıl, Buxarest şəhərində (Rumıniya) gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. 1999-cu ildə idmanla vidalaşdı.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Zahid Avşar Eloğlu
Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; 1952, Avşar, Ağcabədi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası; Yeni Azərbaycan Partiyasının üzvü (2008). == Həyatı == Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur. Hal-hazırda N.Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. == Yaradıcılığı == Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur."Yadıma sən düşürsən" (Bakı, Şirvannəşr, 2005), "Dağlar dağımdır mənim" (Bakı, Şirvannəşr, 2008), "Şəhriyarla söhbət" (Bakı, Yazıçı, 2011), "Haqdan gələn səs" (Bakı, Yazıçı, 2011), "Qoca palıdın dastanı" (Bakı, "Elm və təhsil", 2021) kitablarının müəllifidir. == Üzvülüyü == Zahid Avşar Eloğlu 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zahid Məmmədov (coğrafiyaçı)
Zahid Məmmədov (tam adı: Zahid Səttar bəy oğlu Məmmədov 1947, Zəngilan rayonu) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Zahid Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndi anadan olmuşdur.Zahid Məmmədov ibtidai sinfi Baharlı kənd orta məktəbində, on illiyi isə Mincivan qəsəbəsi dəmir yolu orta məktəbində oxumuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya və biologiya fakültəsində təhsil almış (1966–1970), institutu bitirdikdən sonra bir il Sabirabad rayonunda Səməd Vurğun adına orta məktəbdə müəllim işləmişdir.Zahid Məmmədov 1972–1994 illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. O, 1994 ildən Azərbaycan Kooperasiya Universitetinin "Ekologiya və coğrafiya" kafedrasının müdiri vəzifəsində çalışır. Zahid Məmmədov 2004 ildə professor elmi adına layiq görülmüşdür. == Əmək fəaliyyəti == Zahid Məmmədov 1980-ci ildə "Naxçıvan MSSR-da maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1996-cı ildə "Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.Zahid Məmmədov 200-ə yaxın elmi məqalənin, 7 monoqrafiya və dərsliyin müəllifidir. Onun "Böyük Qafqazın təbii sərvətləri" (Bakı, 1988), "Naxçıvanın təbii sərvətləri" (Bakı, 1993), "XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru" (Bakı, 2002), "Azərbaycan Xarici İqtisadi Əlaqələri" (Bakı, 2004), "Regionların iqtisadi inkişaf problemləri" (Bakı, 2007), "Təbiətdən istifadənin iqtisadiyyatı" (Bakı, 2010) və s. fundamental monoqrafiyaları, dərslikləri nəşr edilmişdir.Zahid Məmmədov respublikada, xaricdə keçirilmiş konfrans və simpoziumlarin iştirakçısı, məruzəçisi olmuşdur. Zahid Məmmədov elmi yaradıcılıq ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur.
Zahid Məmmədov (iqtisadçı)
Zahid Məmmədov (Zahid Fərrux oğlu Məmmədov; 31 mart 1965, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor (üç ölkənin diplomuna sahibdir — RF, TC, AR), Azərbaycan Respublikasının "Əməkdar müəllim". == Həyatı == Zahid Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur (valideynləri Agdam r., Abdal- Gülablı kəndindən və Füzuli r., Kürmahmudlu kəndindədir). 1972–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin tam kursunu fərqlənmə ilə bitirib. 1979–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin komsomol komitəsinin katibi seçilmişdir. 1982-ci ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun maliyyə-kredit ixtisasına daxil olmuşdur. 1983–1985-ci illərdə SSRİ, RF Arxanqelsk vilayətində yerləşən hava hücümlarından müdafiə qoşunlarına bağlı hərbi həssədə xidmətdə bulunmuşdur. Hərbi xidmətdə hərbi hissənin komsomol komitəsinin katibi və radio stansiyanın rəisi vəzifəsində çalışıb. == Təhsili == === Ali və elmi-pedaqoji təhsili === 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı filialının "Maliyyə–Kredit" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.. 1985–1987-ci illərdə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun ictimai peşə fakültəsinin hüqüqşünas şöbəsini btirmiş və ona hüqüqşunas ixtisası verilmişdir. 1990–1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspirant kimi təhsil aldı.1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Bankçılıq ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktoranturada təhsil aldı.

Значение слова в других словарях

великому́ченица ве́чно германофи́льский желть невы́мытый по фо́рме подру́чно удо́й у́льчский эстетиза́ция запреща́ть полиэ́стр попла́каться в жилетку прозвене́ть фестива́льный чернохво́стый лазбень хуз flying crane morphologically pitch chain self-abandoned thread-cell батрачить облава