ƏHDİ-VƏFA

прил. устар. верный своему обещанию, обету
ƏHDİ-İLQAR
ƏHDLƏŞMƏ
OBASTAN VİKİ
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. == Həyatı == Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə,“ Bacarıqlı əllər” və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980-1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984-1990- cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən - Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990- SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006- cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010- cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Vəfa Hüseynova
Vəfa Hüseynova (10 noyabr 1988) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Vəfa Hüseynova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Vəfa Muradzadə
Vəfa Əlövsət qızı Muradzadə (d.19 iyul 1968, Azərbaycan, Bakı ş.) — ATİB-in və ASK-nın üzvü, "İş Qadınlarına Dəstək İctimai Birliyi"nin sədri, ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu. == Həyatı == Muradzadə Vəfa Əlövsət qızı 1968-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. 1985-ci ildə 7 saylı orta məktəbi bitirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olaraq oranı əla qiymətlərlə bitirib. 2004-cı ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirib. == Fəaliyyəti == Vəfa Muradzadə iki il vəkil kimi fəaliyyət göstərib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Kollecində və xarici şirkətdə işləyib. Hər zaman kənar biznes fəaliyyətilə də məşğul olub. 2006-cı ildə ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabriki yaradıb.
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. == Həyatı == Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. === Uşaqlığı === İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. === Təhsili === 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfa Qurban
Vəfa Qurban — (1975-ci il, Bakı) - Tarixçi == Həyatı == 1975-ci ildə Bakıda anadan olmuşdur.Ailəlidir. 2 övladı var: Tural və Tunay == Təhsili == 1993-1998-ci illərdə Egey Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölməsinin məzunu olub. 1998-2000-ci illərdə eyni adlı universitetin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində magistr təhsilini alıb. Elmi işi “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti" (türkcə) adlanırdı. Təhsilini davam etdirərək Egey Universitetinin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində doktorantura təhsili alır. “1900-1978-ci illərdə Azərbaycanda şəhərləşmə və oturaq həyat" (türkcə) adlı dissiertasiya işini müdafiə edir. 2015-ci ildə Dosent Doktor adını alır. Dokuz Eylül Universiteti və İzmir İqtisadiyyat Universitetində müəllim işləmişdir. == Əsərləri == === Kitabları === Kurban V. Russian-Turkish Relations from the First World War to the Present, Cambridge Scholars Publishing, Cambridge, 2017 Arxivləşdirilib 2017-06-11 at the Wayback Machine Kurban V. Neriman Nerimanov ve Türkiye Politikası. Bakü: Bakü Bilimsel Araştırma Proje Enstitüsü, 2012, 167 s.
Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. == Həyatı == Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. === Şəxsi həyatı === Ailəlidir, əkiz qızları var. == Mükafatları == 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatrın səhnəsindəki rolları == Səltənət bəyim (“Hökmdar və qızı”, İ. Əfəndiyev) Şirinin rəfiqəsi (“Fərhad və Şirin”, S.Vurğun) Aynişan (“Burlaxatun” N.Xəzri) Zöhrə (“Eşq və intiqam” S. S.Axundov), Sona (“Hələ “sevirəm” deməmişdilər…”R. Novruz) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan” İ. Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı”O. İoseliani) Aynişan (“Burlaxatun” N. Xəzri) Zöhrə (“Eşq və intiqam”S.S.Axundov) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan”İ.Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı” O. İoseliani) Leyla (“Mesenat” Ə.Əmirli) Zümrüd (“Eloğlu” A.Şaiq) Gəlin (“Uçqun”,T.Cücenoğlu) Qloriya (“Qocanı öldürməliyik”, C. Patrik) Pırpız Sona “Dəli yığıncağı” C.Məmmədquluzadə) və s. == Filmoqrafiya == Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان‎), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi. == Həyatı == Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır. == Xarici keçidlər == Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı.
Vəfa Təyyarqızı
Vəfa Təyyar qızı Quliyeva (1989, Zərdab rayonu, Azərbaycan SSR) — azərbaycanlı televiziya aparıcısı. == Həyatı == Vəfa Təyyar qızı Quliyeva 1989-cu ildə Zərdab rayonunda anadan olub. Orta təhsilini Bakıda Suraxanı rayonu 290 saylı orta məktəbdə alıb. 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fəkultəsinin kinoşünaslıq ixtisasını bitirib. 11 ildən artıqdır ki, jurnalist kimi ATV, ANS, İnterAz və Space telekanallarında müxbir, redaktor və aparıcı kimi fəaliyyət göstərib. Hazırda "Arb24" telekanalında xəbər aparıcısı kimi çalışır.Ailəlidir, iki övladı var.
Vəfa Zeynalova
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. == Həyatı == Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. === Şəxsi həyatı === Ailəlidir, əkiz qızları var. == Mükafatları == 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatrın səhnəsindəki rolları == Səltənət bəyim (“Hökmdar və qızı”, İ. Əfəndiyev) Şirinin rəfiqəsi (“Fərhad və Şirin”, S.Vurğun) Aynişan (“Burlaxatun” N.Xəzri) Zöhrə (“Eşq və intiqam” S. S.Axundov), Sona (“Hələ “sevirəm” deməmişdilər…”R. Novruz) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan” İ. Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı”O. İoseliani) Aynişan (“Burlaxatun” N. Xəzri) Zöhrə (“Eşq və intiqam”S.S.Axundov) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan”İ.Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı” O. İoseliani) Leyla (“Mesenat” Ə.Əmirli) Zümrüd (“Eloğlu” A.Şaiq) Gəlin (“Uçqun”,T.Cücenoğlu) Qloriya (“Qocanı öldürməliyik”, C. Patrik) Pırpız Sona “Dəli yığıncağı” C.Məmmədquluzadə) və s. == Filmoqrafiya == Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Şərifova
Vəfa Şərifova (4 yanvar 1990, Ağsu rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsu-da anadan olub. 1 yaşı olanda anasını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub.
Vəfa Əliyev
Əliyev Vəfa Xanoğlan oğlu 14 sentyabr 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1974-cü ildə həmin institutda təhsilini başa vuraraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 1974–1982-ci illərdə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində müəllim və direktor müavini kimi fəaliyyət göstərmişdir. Həmin illərdə yerli "Araz" qəzetində elmi-nəzəri və publisistik məqalələrlə çıxış etmişdir. 1982–1985-ci illərdə "Bilik" Cəmiyyəti Füzuli rayon təşkilatının məsul katibi və rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin sentyabr ayından 1987-ci ilin avqust ayına qədər Beyləqan şəhər orta məktəbində direktor müavini işləmişdir. 1987-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə baş müəllim seçilmişdir. 1991–1994-cü illərdə Universitetin "Ədəbiyyat və dillər" kafedrasında dosent, 1994–1997-ci illərdə elmi katib vəzifəsində çalışmışdır.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. == Həyatı == Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. === Ailəsi === İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu) - şair, publisist. == Həyatı == Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M.T.Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957-1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb.
Mehdiqulu xan Vəfa
Mehdiqulu xan Vəfa və ya Mehdiqulu xan Usmiyev (d. 1855, Şuşa, Rusiya İmperiyası - ö. 1900, Tiflis, Rusiya İmperiyası) — ata tərəfdən qumuq əsilli azərbaycanlı hərbçi və şair. Ana tərəfdən Cavanşirlər və Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın oğludur.Çar ordusunun podpolkovniki olmuş və Vəfa təxəllüsü ilə şerlər yazmışdır. == Həyatının erkən dönəmi == 1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808-1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində dünyaya gəlmişdir. Ona ana babası Mehdiqulu xanın adı verilmişdir. 1859-cu ildə Şuşanı ziyarət etmiş Aleksandr Düma onun barədə bu sözləri demişdir: Bir fotoşəkli məlumdur. 1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəklinin altında "1877-ci il, Dunay" yazılmışdır. == Hərbi karyerası == 1871-ci ildə hərbi xidmətə başlamış və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılmışdır. 1971-ci ilin 9 noyabr tarixində praporşik rütbəsinə yüksəldilmişdir.
Əbü-l-Vəfa
Əbü-l-Vəfa Məhəmməd ibn Məhəmməd (ərəb. ابوالوفا محمد بن محمد بن یحیی بن اسماعیل بن العباس البوزجانی‎, 10 iyun 940, Buzqan[d], Rəzəvi Xorasan ostanı – 15 iyul 998, Bağdad) — fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir. == Həyatı == == Fəaliyyəti == X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır.

Значение слова в других словарях

астмати́чка благогове́йно жени́ть на цы́почки незано́счивый ока́шивание разво́й разъездно́й стара́тельно ста́чиваться фона́рщик белладо́нна взлохма́тить зурна́ч монументали́ст парази́т прямёхонько фуго́вка bags under one's eyes dramatization indeed manometer sequestra грибник истолковать