ƏT-SÜD

прил. мясо-молочный. Ət-süd sənayesi мясо-молочная промышленность
ƏT-PİY
ƏT-SÜMÜK
OBASTAN VİKİ
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Camışçılıq: süd və ət (film, 1988)
Pal süd
PalSüd — Palmali Şirkətlər Qrupuna məxsus olan ticarət nişanı. Azərbaycanda qida sənayesində fəaliyyət göstərir. Süd və süd məhsulları sahəsində ixtisaslaşıb. Sloganlar: 2008-2009: Təbiətin və sağlamlığın dadı 2009-2010: Dadlı arzularla PalSüd == Tarix == Palmali Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində NURSÜD Süd və Süd Məhsulları Zavodunun tikintisinə başladı. Zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir. Bu zavodun məhsulları "PalSüd" ticarət nişanı ilə istehsah edilir. Bundan əlavə 2009-cu ildə "PalDad" ticarət nişanıyla məhsullar buraxmağa başlayan "Palfood MMC" dondurma fabriki təsis edildi. Bu fabrikdə "PalDo" ticarət nişanlı dondurmalar istehsal edilir. == Xüsusiyyətlər == NURSÜD Süd və Süd Məhsulları Zavodu ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunub. Zavod 40 min kvadratmetr (40 000 m²) sahədə yerləşir.
Qatılaşdırılmış süd
Qatılaşdırılmış süd — təbii südün tərkibindəki su miqdarının azaldılaraq, şəkər əlavə etməklə qatılaşdırılan süd məhsulu. == Tarixi == 1820-ci ildə Fransada Nikolas Appert, 1853-cü ildə ABŞ-də Qeyl Bordan qatılaşdırılmış süd əldə etməyi bacarmışdır. 1864-cü ildə Bordan, New York-da qatılaşdırılmış süd fabrikini qurur.
Süd Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Süd Yolu
Süd yolu (lat. Via Lactea, ing. Milky Way), Ağ yol və ya Kəhkəşan — Günəş sisteminin də daxil olduğu qalaktika.Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər.
Süd dişləri
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir.Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları parçalayır və asiti əmələ gətirir.
Süd gölü
Süd gölü - türk, altay və monqol mifologiyasında həyat hovuzu. Sütgölü (Sütköl, Sötköl) və ya Ağgöl (Akgöl, Akköl, Ağkül) olaraq da deyilir. Monqollar Hünnür (Hünnevür) olaraq bilirlər. Göydədir, Həyat ağacının üzərində iştirak edər. Həyati ünsürləri daşıyır. Yer üzünə gələcək ruhlar bu hovuzun içindədir. Kübey Xanım bu göldən meşin kırbalarla gətirdiyi südü doğulacaq uşaqların ağzına damladar. Bu damla uşağın ruhunu işarələr. Südgölü göyün üçüncü qatında tapılar. Süd-Ağ Göl olaraq da adlandırılar.
Süd məhsulları
Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. == Süd == Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt. Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.
Süd qardaşlar
Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi. == Mövzusu == İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur. == Aktyorlar və rollar == Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi == Çəkiliş yerləri == Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi. Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Süd vəziləri
Süd vəziləri ya məmələr — (lat. glandulae mammariae s. mammae) — mənşə baxımından tər və piy vəziləri kimi dəri vəzilərindən, forma baxımından borulu-alveollu vəzilərdən olub vəzifə etibarilə qadın cinsiyyət üzvləri ilə sıx rabitədədir və özləri də qadınlarda doğuş prosesindən sonra süd ifraz edir. Qadınlarda və kişilərdə süd vəziləri müxtəlif dərəcədə inkişaf etmişdir. Qadınların məmələri (süd vəziləri) — lat. mammae femininae; yun. mastos döş nahiyəsində, döş sümüyünün yan tərəflərində, dəri altında, döş vassiyasının üzərində yerləşmişdir. Bunların yuxarı hüdudu 3-cü qabırğaya, aşağı hüdudu 6-cı (bəzən 7-ci) qabırğaya, içəri hüdudu döş sümüyünün bayır kənarına və bayır hüdudu ön qoltuq xəttinə üyğundur. Həddi-büluğa çatmış və doğmamış qadınlarda süd vəziləri yarımkürə şəklində olur; eni 11–12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5–6 sm-ə bərabərdir; çəkisi həddi-büluğa çatmış qızlarda 150–200 q və əmizdirən qadınlarda isə iki dəfə artıq olur, hətta 800 q-dək çatır. Süd vəzilərinin şəkli müxtəlifdir; yarımkürə şəklindən əlavə üç şəkildə: nəlbəki şəklində, konusabənzər və keçi əmcəyinəbənzər ya sallanmış şəkildə təsadüf olunur (Martin).
Kakaolu süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100-150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4-5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2-3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Süd diş
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir.Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları parçalayır və asiti əmələ gətirir.
Süd dişi

Şokaladlı süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100-150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4-5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2-3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Turşulu ət
Turşulu ət — quzu ətindən hazırlanan yeməkdir. Azərbaycan və Türkiyə mətbəxinə aiddir. == İstifadə olunan məhsullar == 750 qr quzu əti 1 qaşıq əridilmiş kərə yağı 2-3 ədəd soğan 2-3 ədəd pomidor Yarım limon Duz, qara bibər Cəfəri == Hazırlama qaydası == Təzə quzu əti kiçik-kiçik doğranılır. Əgər ət yağlıdırsa yağ qoymadan, əgər yağsızsa içinə yağ əlavə edərək, əvvəlcədən qızdırılmış qazanda öz suyunda qovrulur. Ət rəngi dəyişənə və suyu çəkilənə qədər qovrulur. Daha sonra, soğanlar və pomidorlar halqa halqa doğranılır və ət qovrulunca qazana soğanları əlavə edib, bir müddət qarışdırılır. 5-10 dəqiqə sonra doğranmış pomidorları əlavə edin. (Hamısını eyni anda da əlavə etmək olar). Qazanın qapağı möhkəm bağlanır və ət yavaş odda 25-30 dəqiqə bişir. Seçimə görə narın doğranmış cəfəri, duz, qara bibər əlavə edilir.
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. == Həyatı == Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
== Haqqında == "Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. == Lazım olan ərzaq == 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. == Hazırlanma qaydası == Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Süd vəzi xərçəngi
Süd vəzi xərçəngi — insanın süd vəzisinin toxumalarında meydana gələn xərçəng xəstəliyi növü. Başlıca qadınlarda meydana gəlir; xəstələrin yalnız 1%-i kişilərdir. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun kombinasiyasından ibarətdir. Ayrıca xərçəng immunterapiyası sahəsindən yeni yanaşmalar monoklonal anticisimlərlə də (Trastuzumab və ya Pertuzumab tətbiqi kimi) mümkündür. Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması və strukturlaşdırılmış müalicə üçün saysız milli və beynəlxalq proqramlar gələcəkdə ölüm hallarının azalması məqsədini daşıyır. == Epidemiologiya == === Qadınlarda süd vəzi xərçəngi === ÜST aprel 2021-də Dünya Xərçəng Günündə 2020-ci ildə dünya miqyasında 19,3 milyon insanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirdi.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cami ət-Təvarix

Значение слова в других словарях

беренде́й лежа́чий ослабля́ть перенаселя́ть покло́н потака́тель радиогра́мма растека́ться циркуля́рный загла́живаться изгры́зть истомля́ть лу́згаться мазохи́ст маргина́л насме́шливость остроно́сик получа́й рентге́новы лучи катуна migrative oestrone underrate выгрызть слезящийся